Allahın qırx andı

1-“Vətturi”: “And olsun Tur dağına.” ( “Tur” surəsi, 1-ci ayə.)
2-“Və kitabin məstur”: “And olsun yazılmış kitaba (Qurana).” (“Tur” surəsi, 2-ci ayə.)
3-“Vəssəmai vət-tariq”: “And olsun göyə və gecə gələnə.” (“Tariq” surəsi, 1-ci ayə.)
4-“Vəssəmai zatil-büruc”: “And olsun bürclər sahibi olan göyə.” (“Büruc” surəsi, 1-ci ayə.)
5-Vəl-yovmil-məvud”: “And olsun vəd olunmuş günə.” (“Büruc” surəsi, 2-ci ayə.)
6-Vəlləyli və ma vəsəq”: “And olsun gecəyə və gecənin qoynuna aldıqlarına.” (“İnşiqaq” surəsi, 17-ci ayə.)
7-Vəl-qəməri izət-təsəq”: “And olsun bədirlənməkdə olan aya.” (“İnşiqaq” surəsi, 18-ci ayə.)
8-Fəla uqsimu bil-xunnəs”: “And içirəm gecə yanıb, gündüz sönən ulduzlara.” (“Təkvir” surəsi, 15-ci ayə.)
9-“Vəlləyli iza əsəs”: “And olsun qaralmaqda olan gecəyə.” (“Təkvir” surəsi, 17-ci ayə.)
10-“Vəvs-subhi iza tənəffəs”: “And olsun sökülməkdə olan dan yerinə.” (“Təkvir” surəsi, 18-ci ayə.)
11-“Vən-naziati ğərqa”: “And olsun (kafirlərin canını) çətinliklə alanlara (əzab mələklərinə).” (“Naziat” surəsi, 1-ci ayə.)
12-“Vən-naşitati nəşta”: “And olsun (möminlərin canını) rahatlıqla alanlara.” (“Naziat” surəsi, 2-ci ayə.)
13-“Vəs-sabihati səbha”: “And olsun (Allahın əmrlərini) sürətlə yerinə yetirənlərə.” (“Naziat” surəsi, 3-cü ayə.)
14-“Fəs-sabiqati səbqa”: “And olsun (bir-birini) ötən mələklərə.” (“Naziat” surəsi, 4-cü ayə.)
15-“Fəl-muddəbirati əmra”: “And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə).” (“Naziat” surəsi, 5-ci ayə.)
16-Vəl-mursəlati urfa”: “And olsun bir-birinin ardınca göndərilən elçilərə.” (“Mürsəlat” surəsi, 1-ci ayə.)
17-“La uqsimu biyovmil-qiyaməh”: “And içirəm qiyamət gününə.” (“Qiyamət” surəsi, 1-ci ayə.)
18-“Və la uqsimu bin-nəfsil-ləvvaməh”: “And içirəm özünü qınayan nəfsə.” (“Qiyamət” surəsi, 2-ci ayə.)
19-“Nun vəl-qələmi və ma yəsturun”: “Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına.” (“Qələm” surəsi, 1-ci ayə.)
20-“Vən-nəcmi iza həva”: “Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun.” (“Nəcm” surəsi, 1-ci ayə.)
21-“Vəl-bəytil-məmur”: “And olsun (mələklərin ibadət etdiyi) Beytül-məmura.” (“Tur” surəsi, 4-cü ayə.)
22-“Vəz-zariyati zərva”: “And olsun (toz-torpağı) sovurub dağıdan küləklərə.” (“Zariyat” surəsi, 1-ci ayə.)
23-“Fəl-hamilati viqra”: “And olsun yağış yüklü buludlara.” (“Zariyat” surəsi, 2-ci ayə.)
24-“Vəl-adiyati zəbha”: “And olsun (cihad zamanı) tövşüyə-tövşüyə) qacan atlara.” (“Adiyat” surəsi, 1-ci ayə.)
25-“Vəttini vəz-zəytun”: “And olsun əncirə və zeytuna.” (“Tin” surəsi, 1-ci ayə.)
26-“Və turi sinin”: “And olsun Tur dağına.” (“Tin” surəsi, 2-ci ayə.)
27-“Və hazəl-bələdil-əmin”: “And olsun bu təhlükəsiz, əmin-amanlıq şəhərə (Məkkəyə).” (“Tin” surəsi, 3-ci ayə.)
28-“Vəzzuha”: “And olsun günorta vaxtı aydınlıq günə.” (“Zuha” surəsi, 1-ci ayə.)
29-“Vəlləyli iza səca”: “And olsun sakitləşməkdə olan gecəyə.” (“Zuha” surəsi, 2-ci ayə.)
30-“Vəlləyli iza yəğşa”: “And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə.” (“Ləyl” surəsi, 1-ci ayə.)
31-“Vəşşəmsi və zuhaha”: “And olsun günəşə və onun işığına.” (“Şəms” surəsi, 1-ci ayə.)
32-“Vəl-qəməri iza təlaha”: “And olsun günəşin ardınca çıxan aya.” (“Şəms” surəsi, 2-ci ayə.)
33-“Vəssəmai və ma bənaha”: “And olsun göyə və onu yaradana.” (“Şəms” surəsi, 5-ci ayə.)
34-“Vəl-ərzi və ma təhaha”: “And olsun yerə və onu döşəyənə.” (“Şəms” surəsi, 6-ci ayə.)
35-“Və nəfsin və ma səvvaha”: “And olsun nəfsə və onu yaradana.” (“Şəms” surəsi, 7-ci ayə.)
36-“La uqsimu bihazəl-bələd”: “And içirəm bu şəhərə (Məkkəyə).” (“Bələd” surəsi, 1-ci ayə.)
37-“Və validin və ma vələd”: “And içirəm ataya və onun övladına.” (“Bələd” surəsi, 3-ci ayə.)
38-“Vəl-fəcr”: “And olsun dan yerinə.” (“Fəcr” surəsi, 1-ci ayə.)
39-“Və ləyalin əşr”: “And olsun on gecəyə (Zil-həccə ayının birinci on gecəsinə).” (“Fəcr” surəsi, 2-ci ayə.)
40-“Vəlləyli iza yəsr”: “And olsun keçib getməkdə olan gecəyə.” (“Fəcr” surəsi, 4-ci ayə.)

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.
2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub, Allahdan bir hacət diləsə, Allah-taala o hacətin yerinə yetirməsini asanlaşdırar.” (“Əl-burhanu fi təfsiril-Quran”, 8-ci cild, səh. 126.)
3-“Cin” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni çox oxusa, dünyada cinlərin gözündən, sehrindən və şərrindən amanda qalar və behiştdə həzrət Peyğəmbəri-Əkrəm (s)-in dostlarından olar.”
4-“Müzzəmmil” surəsi: Ruzinin artması üçün qırx bir gün müddətində hər gün bir dəfə oxumaq faydalıdır.
5-“Nəbə” surəsi: Hər kəs hər gün sübh namazından sonra – bir ildən üç il müddətində – oxusa, Allah-taala ona həcc ziyarətini qismət edər. Həmçinin, hər gün əsr namazından sonra onu xəstənin şəfa tapması üçün oxumaq çox faydalıdır.
6-“Fəcr” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Bu surə imam Hüseyn (ə)-ın surəsidir. Hər kəs onu vacib və müstəhəb namazlarda oxusa, behiştdə imam Hüseyn (ə)-la birgə olar.”
7-“Bələd” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni oxuyub, ona əməl etsə, Allah-taala onu Peyğəmbər (s)-lə məhşur edər.” (“Müstədrəkül-vəsail”, 4-cü cild, səh. 358.)
8-“Şəms” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Şəms” surəsini oxusa, sanki üzərinə günəş və ay sacan hər bir şeyin sayı qədər sədəqə vermişşdir.” ( “Məcməül-bəyan”, 10-cu cild, səh. 752.)
9-“Ləyl” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Ləyl” surəsini oxusa, Allah-taala ona razı olanadək ruzi verər, onu çətinlikdən qurtarar və ona asanlıq əta edər.” (Yenə orada, səh. 757.)
10-“Zuha” surəsi: Hər gün, yaxud hər cümə gecəsi arada fasilə vermədən oxumağın çoxlu savabı vardır.
11-“Qədr” surəsi: Hər bir hacətin yerinə yetirilməsi üçün bir məclisdə (bir oturumda) üç yüz altmış dəfə, həccə getmək və ruzinin artması üçün iyirmi dörd saat ərzində min dəfə oxumaq faydalıdır.
İmam Baqir (ə) “Qədr” surəsinin oxunuşunun savabı haqqında buyurmuşdur: “Hər kəs “Qədr” surəsini uca səslə oxusa, Allah yolunda qılınc çəkən; hər kəs onu yavaş oxuyarsa, Allah yolunda öz qanına boyanmış kimi olar. Həmçinin, hər kəs onu on dəfə oxusa, onun min günahı bağışlanar.” (“Üsuli-kafi”, 4-cü cild, səh. 427, hədis: 6.)
12-“Zəlzələ” surəsi: İmam Rza (ə) buyurmuşdur: “Bu surəni dörd dəfə oxuyan şəxsə Quranın hamısını oxuyub qurtaran şəxsin savabı verilər.”
İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni oxusa, dünyada zəlzələ və ildırım kimi böyük bəlalara düçar olmaz.”
13-“Qariə” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs “Qariə” surəsini oxusa, Allah-taala bu dünyada onu Dəccalın fitnəsindən, qiyamətdə isə cəhənnəmin hərarətindən qoruyub saxlayar.” (“Nurus-səqəleyn”, 5-ci cild, səh. 658.)
14-“Təkasur” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Təkasur” surəsini yatanda oxusa, qəbir fitnəsindən amanda qalar.” (“Üsuli-kafi”, 4-cü cild, səh. 429, hədis: 14.)
15-“Əsr” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Əsr” surəsini ardıcıl oxusa, Allah-taala onun axır-aqibətini yaxşılıqla sona bitirər və haqq səhabələrindən olar. Əgər həmin surə xəzinəyə oxunsa, sahibi o xəzinəni acanadək, Allah-taala onu qoruyub saxlayar.” (“Əl-burhan fi təfsiril-Quran”, 8-ci cild, səh. 379.)
16-“Huməzə” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs vacib namazların birində “Huməzə” surəsini oxusa, Allah-taala yoxsulluğu ondan uzaqlaşdırar, ruzisini artırar və pis (faciəli) ölümü ondan uzaq edər.” (“Nurus-səqəleyn”, 5-ci cild, səh. 667.)
17-“Kövsər” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni vacib və müstəhəb namazlarda oxusa, Allah-taala onu “Kövsər” bulağından sirab edər. Belə şəxs “Tuba” ağacının altında Peyğəmbəri-Əkrəm (s)-lə birgə olar.”
18-“Kafirun” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni vacibi namazda oxusa, Allah-taala onu, atasını və anasını bağışlayar, dünyada başıuca edər.”
19-“İxlas” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “İxlas” surəsini bir dəfə oxusa, sanki Quranın üçdə birini, onu iki dəfə oxusa, sanki Quranın üçdə ikisini və onu üç dəfə oxusa, sanki bütün Quranı oxumuşdur.” (“Biharul-ənvar”, 89-cu cild, səh. 350, hədis: 18.)
20-“Fələq” və “Nas” surələri: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs vətr namazında “Fələq”, “Nas” və “İxlas” surələrini oxusa, ona belə deyilər: “Ey Allahın bəndəsi! Müjdə olsun sənə, həqiqətən Allah-taala (sənin) vətr namazını qəbul etmişdir.” (“Məcməül-bəyan”, 10-cu cild, səh. 864.)

Həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti

 

 İmam Əli (ə) buyurur: “Onlar (Əhli-beyt (ə) davamçıları) o kəslərdir ki, Allaha itaət məqamında kamil təslim olarlar”. (Tebyan/Deyerler)

Həqiqi Əhli-beyt (ə) davamçısının xüsusiyyəti belədir ki, o zaman Allahın əmr və qadağasına diqqət edər, onun qarşısında xalis təslim olar. Yəni, bilən kimi ki, Allah nələri sevir, səy göstərir ki, onu ən yaxşı şəkildə yerinə yetirsin. Bilən kimi ki, nələrdən xoşu gəlmir, onu tərk etməyə səy göstərir. Əhli-beyt (ə) davamçıları Allahın əmrləri qarşısında heç bir müqavimət göstərməzlər.

Bu insanlar ibadət məqamında təvazökar və mütidirlər. İbadət odur ki, qəsdi Allaha yaxınlaşmaq niyyəti ilə olsun. Bu niyyətlə edilən hər bir əməl – ibadətdir. Hətta yemək və içmək belə. Ona görə də ibadəti ancaq namaz və oruca aid etmək düzgün olmaz.

İmam Əli (ə) yuxarıdakı hədisdə Əhli-beyt (ə) davamçısının iki sifətini bəyan edir: biri budur ki, Allaha itaət məqamında o qədər təslimdirlər ki, özlərindən heç bir müqavimət göstərməzlər. O zaman ki, Allah deyər namaz qıl, zəkat ver – onlar düşünməzlər və Allahın əmrini yerinə yetirməkdə ləngiməzlər.

O biri də budur ki, Əhli-beyt (ə) davamçıları pərəstiş məqamında – namaz kimi ibadətlərdə – bu ibadətləri zahiri mərasim kimi yerinə yetirməzlər. Onun həqiqətinə nüfuz edərlər.

Ümid edirik ki, bizlər də həqiqi Əhli-beyt (ə) davamçısı ola bilərik.

 

Çətinliklərə sinə gərmək üçün əməli metodlar

 

İnsanların həyatındakı şadlıq, qəm, rahatlıqlar, çətinliklər, kobudluqlar, yumşaqlıqlar, alçaq və yüksəkliklər bəzilərin həyatında çoxdur və bəzilərininkində azdır. Lakin elə insan tapmaq olmaz ki, həyatı başdan-başa xoşluq içərisində olsun. (Tebyan/Deyerler)

O ağac ki, susuz səhrada bitər, budaqları daha sərt olar. Çünki əgər yumşaq və nazik olsaydı, səhra tez alovlanardı və söndürmək də çətin olardı.

Çətilniklər insan varlığını da bu cür sərtləşdirə bilir. İnsanı zəiflikdən uzaqlaşdırır. Rahatlıq və rifah insan şəxiyyətini zəif edər və bu insan çirkinliklərə daha tez bulaşa bilir.

 

İmam Əli (ə) buyurur: “Çətinliklər insan varlığını möhkəm və müqavimətli edər. Zəif və süstlükdən uzaqlaşdırar. İnsanı dünyanın alçaq istəklərinə boyun əyməkdən qoruyur. İnsana pak olmağa yardım edir. Eləcə də, rahatlıq istəmək insan şəxsiyyətini zəif edər. Onun çirkinliklər ətəyinə süqut etməsini hazır edər”.

Həzrət Əli (ə) həmçinin buyurur: “Bu dünyanın acısı – o biri dünyanın şirinliyidir. Bu dünyanın şirinliyi o biri dünyanın acı olmasıdır”.

İnsan çətinliklərə düşən zaman kamala çatar. İnsan əgər çətinlik görməzsə xamlığı bişməz, zəifliyi qüvvətə çevrilməz, nöqsanı kamala çatmaz. Bu cür insan səbirli olmaz və onun mələkut sifətləri tərəqqi etməz.

İnsanın çətinliklərə qalib gəlməsi üçün səbrə ehtiyacı vardır. İnsan əgər səbirli olarsa çətinliklərin öhdəsindən gələ bilər. Bəs insan öz səbrini necə gücləndirə bilər?

 

Dünya həyatını tanımaq.

İnsanın səbrini gücləndirən amillərdən biri – insanın dünya həyatını tanımasıdır. Bilməsi ki, bu dünya fanidir və qalıcı deyildir. İnsan ona görə xəlq olub ki, imtahana çəkilsin və kamala çatsın. Allah insanı çətinliklər üçün xəlq etmişdir və heç bir şadlıq qəm olmadan olmaz. Necə ki, Allah Təala Özü buyurur: “Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur). (“Bələd” 4).

 

1. Özünü tanımaq.

Əgər insan özünü Allahdan bilərsə, həmişə səbirli olar. Çünki hər şeyin Allaha məxsus olduğunu bilər.

 

2. İlahi vədələrə ümid bəsləmək.

İnsan gərək Allahın verdiyi bu vədəyə yəqinlik əldə etsin: “Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!”. (“Şərh” 6).

 

3. Məhrumiyyətlərin aradan qalxacağına ümid bəsləmək.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah dünyanı bəla və giriftarlıq evi və axirəti əcr evi qərar vermişdir. Ona görə də dünyanın bəlasını axirətdə savabın və ya əksinin səbəbi qərar vermişdir. Dünya bəlasının axirətdə savabı və mükafatı olar. Dünya tez keçəndir və sürətlə ötüb keçər”.

 

4. Allahdan yardım istəmək.

Quran buyurur ki, Allah yardım etməzsə, səbir etmək kamil olmaz.

 

5. Qəza və qədərə iman bəsləmək.

İnsan bilməlidir ki, əlindən gedənlər qayıtmayacaqdır. Ona görə də səbirsizlik etməyin faydası yoxdur.

Beləliklə deyə bilərik ki, insan çətinlik üçün xəlq edilmişdir və ona görə də qəm və qüssə görmədən şadlıq görə bilməz. Ancaq insan səbirli olarsa, həyatın çətinliklərinin öhdəsindən gələ bilər. Bunun üçün isə Allaha söykənməli, Ona ümidvar olub, təvəkkül etməliyik.

Naməhrəmlə zarafat etməkdən çəkinmək lazımdır

 

Bu gün cəmiyyətimizdə ən çox müşahidə olunan hallardan biri də naməhrəmlə zarafat etməkdir. Çox təəssüf ki, təhsil, iş ocaqlarında bu hala daha çox rast gəlmək olur. Bu əməl isti ailə ocağının dağılmasına səbəb ola bilən əməllərdəndir. (Tebyan/Deyerler)

Qurani-Kərim qadına əmr edir ki, naməhrəmlə söhbət edən zaman səsini incəltməsin. “Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (“Əhzab” 32).

İctimai rabitələrdə ifrat və təfrit etmək olmaz, xüsusilə də qadınla kişi münasibətlərində. Bəziləri bu rabitəni bacı-qardaş rabitəsi adlandırıb, onda ifrat edirlər. Bəziləri isə qəti şəkildə naməhrəmlə rabitə qurmağı özlərinə qadağan edirlər.

Halbuki, İslam dini etidal dinidir. Ona görə də cəmiyyəti də mötədil olmağa dəvət edir. “Sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun”. (“Bəqərə” 143).

Naməhrəmlə zarafat etmək aralarında olan məsafəni rəngsizləşdirər və günahın baş vermək ehtimalını gücləndirər. Ona görə də İlahi övliyalar insanları naməhrəmlə zarafat etməkdən çəkindirirdilər.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, naməhrəm qadınla zarafat edər, onunla danışdığı hər sözə görə min il cəhənnəmdə həbs olunar”.

Hər kəs naməhrəm qadınla zarafat edərsə, günahın zəminələri meydana gələr. Baxmayaraq ki, o, şagirdidir və ya sinif yoldaşıdır.

Ona görə də hər bir qadın və kişi bilməlidir ki, dinimizin onlardan istədiyi rabitə – sağlam rabitədir. Qadınla kişi cəmiyyətdə rabitə qurmağa məcburdur və bunu aradan qaldırmaq mümkün deyildir. Lakin bu rabitə dini çərçivəsini aşmamalıdır. Bu rabitədə əgər şəhvətə təhrik edən hallar olarsa, hər ikisi də böyük günaha tərəf süqut edərlər. Bu cür rabitələrə şəhvətə təhrik edən zarafatlar da aiddir.

Dünya – axirətin tarlasıdır. Bəs yaxşı məhsul yığmaq üçün nə etmək lazımdır?

 

Dünya – axirətin tarlasıdır. Bəs tarlanın nə xüsusiyyəti olur? Tarla elə bir yerdir ki, bir fəsildə onu əkir və başqa bir fəsildə məhsul götürürlər. Bir zamanda əkirlər və başqa bir zamanda məhsul yığırlar. (Tebyan/Deyerler)

 

İş görmək – dünyada, məhsul yığmaq – axirətdədir. Toxum əgər sağlam olarsa, məhsulu da yaxşı olar. Sağlam əməl ancaq Qiyamətdə qalıcı olur. Bəziləri ola bilsin ki, gün ərzində 16 saat iş görsünlər, lakin Quranın buyurur ki, bu qədər can qoymaqlarına baxmayaraq, cəhənnəmlikdirlər.

Əkinçi əgər sağlam toxuma görə səy göstərsə, yaxşı nəticə əldə edər. “Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir.(Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar).Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir”. (Ğaşiyə” 3). Niyə? Çünki toxumu sağlam deyildir, niyyəti Allah deyildir. Bu dünyada o toxum yaxşı nəticə verir ki, sağlam və xalis olsun.

 

O toxum meyvə verər ki, sağlam olsun. Bəzi insanlar çox iş görürlər və biz onlara deyirik ki, gördüyünüz bu iş düzgün deyildir. Deyərlər: “Yox, bu işi sevirəm”. Deyirik ki, ayəmiz vardır. Deyərlər: “Bilmirik. Bizim belə şeylərə inancımız yoxdur. Bunları qəbul etmirik”.

Bəs kimin üçün çalışırsınız? Əkin gərək tarlaya uyğun olsun. Bu gün toxum gizlənəcəkdir, sabah isə baş qaldıracaqdır. Bizim əməllərimiz də belədir. Bu gün gizlidir, sabah axirətdə baş qaldıracaqdır. “Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”. (“Kəhf” 49).

İnsanın əməli axirətdə təcəssüm edəcəkdir. Adətən bir şeyi əkən zaman suyun, günəşin, torpağın təsiri çoxdur. Dünyada da belədir. Yoxsul və ya zəngin zamanı gördüyün əməl, minnətli və minnətsiz gördüyün əməl.

Yumşaq torpaqda əkin əkmək faydalıdır. Daşın üzərində heç bir toxum cücərməz. Ona görə də əkinçi gərək toxumu yumşaq torpağa əksin. O kəslərin ki, ürəkləri qəsavət bağlayıb, əməlləri qəbul olmaz. Onlar daş kimidirlər. Quran buyurur: “Sonra, onun (möcüzələrin)ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki (Musanın daşı və bulaqların daşları kimi)bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan(dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim halı gözə çarpmır). Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”. (“Bəqərə” 74).

Əkin sahəsinə qulluq etmək lazımdır. Əməllər də o cürdür, gərək xalis olması üçün səy göstərəsən. Bəzən əməlin əvvəli xalis olur, lakin sonradan qüruru ona qalib gəlir, təkəbbür edir. Bəzən bir əməlin əvvəli də, ortası da Allah üçün olar, sonra elə bir günah edər ki, onu məhv edər.

Əkinçi üçün də elədir, həm əkər və həm də ona qulluq edər. Tarlada əgər bitkinin kökü olmazsa, aradan gedər. Əməl də elədir. O əməl ki, xalis deyildir, heç bir kökü yoxdur, o, aradan gedər. Bu əməl heç bir nəticə verməz. Ona görə də hələ ki, fürsət var, əməlimizin xalis olması üçün səy göstərək.

Ana ilə qız ən yaxşı dost və rəfiqə ola bilər

 

Tarix boyu qadınlar yeni nəslin tərbiyəçiləri kimi tanınmışdılar. Onlar fitrətlərinə qoyulmuş istedadlara görə uşaqlara qulluq edir, ev işləri ilə məşğul olurlar. Başqa sözlə desək, evin daxili işləri kimi ağır vəzifə qadınların çiyninə qoyulmuşdur.

Psixoloqların nəzirə görə ana ilə qızın münasibətləri daha çətin olur, nəinki ana ilə oğlan övladının. Bəzi analar qız övladlarını oğlan övladlarından üstün bilirlər, bəziləri isə əksinə. Ana ilə qız ən yaxşı dost və rəfiqə ola bilər. Bunun üçün çoxlu vaxt və səy lazımdır ki, hər ikisinin arasında səmimi münasibət yaransın.(Tebyan/Deyerler)

Qız övladlarımızla səmimi rabitə qurmaqla bağlı bəzi tövsiyələr:

 

1. Qız övladları ilə rabitənin daha çətin olduğunu nəzərə almaq. Büluğ çağında ən yaxşı qız uşaqları belə əsəbi və tərs uşağa çevrilə bilirlər. Zahirində baş verən dəyişikliklərə görə ona çoxlu zaman vermək lazımdır. Ona icazə verin ki, səhvlərindən nəticə çıxarda bilsin. Onu çoxlu tənqid etməyin və əgər bəzənməyi sevirsə, siz də ona yardım edin. Bu yaşda olan qızlar analarından nəyisə gizlədirlər. Çalışın onun bu hisslərinə hörmət edəsiniz.

 

2. Çalışın yaxşı ana olasınız, nəinki dost. Bəzən insan həyatda çətinliklə üzləşən zaman dostunu kənara qoyur. Ona görə sizinlə də dostluğunu bitirə bilər.

 

3. Qızınızla hər gün söhbət edin. Qızla ana arasında ən yaxşı rabitə – azad və səmimi olan rabitədir. Ona görə də gün ərzində müəyyən zamanınızı ona qulaq asmaq üçün ayırın.

 

4. Qızınızı az tənqid edin. Bəzi analar belə düşünür ki, xırdalıqlara gedərək, qızlarını istədikləri kimi tərbiyə edə bilərlər. Həddən artıq tənqid uşağın özünə etimad hissini zəiflədər. Ona görə də qız gələcəkdə çata biləcəyi arzularına olan ümidini əldən verər. Bu iş ana ilə qız arasında qəzəb və əsəbiliyə səbəb olar.

 

5. Güclü olmağınız ilə ona özünə etimad etməyi öyrədin. Ana ilə qızın münasibəti çox mühümdür. Qızın izzəti-nəfsinə və özünə hörmət hissinin formalaşmasına birbaşa təsir qoyar. Ona görə də qızınız üçün güclü ana olun. Ona öyrədin ki, necə çətin anlarda çıxış yolu tapmaq olar.

 

6. Ona sevginizi hiss etdirin. Qız uşaqları adətən həmişə sevgiyə ehtiyac duyarlar. Onu sığallayın və nə qədər sevdiyinizi deyin. Bu zaman onda sizə qarşı gözəl hisslər yaranacaqdır.

Nə üçün namazı ərəb dilində qılmalıyıq?

1)– Dünya dillərini tədqiq edən alim və tədqiqatçıların etiraflarına əsasən ərəb dili vəhy dilinin tərcüməsi olmağa, Allah Taalanın yanında olan şeyləri və məqsədləri insanlar üçün ən düzgün şəkildə açıqlamağa layiq olan bir dildir. Ərəb dilinin çox geniş, əhatəli və dünyada ən çox söz ehtiyatına malik olması ilahi və mənəvi mövzuları, eləcə də axirət aləminə aid olan məsələləri insanlara izah etməyi asanlaşdırır. Heç bir dil ərəb dili kimi genişliyə və söz ehtiyatına malik deyil. İlahi və mənəvi mövzuların bir çoxlarının başqa dillərdə heç oxşarı da yoxdur, o ki qala sinonimləri. Məsələn: Nur, Quran, Bərzəx, Əraf….
Deməli namaz hər hansı bir dildə oxunarsa tam mənada tərcümə ola bilməyəcək, sanki bir bənzətmə olacaqdır…
2)– Namazın ərəb dilində qılınması İslam dininin ümumdünya dini olmasının əlamətlərindəndir. Çünki müxtəlif millət və xalqlardan olan, amma vahid bir sırada dayanan və vahid cəbhədə fəaliyyət edən insanlar bir-biri ilə ünsiyyətdə olmaq üçün vahid dil seçməyə məcburdurlar. Yoxsa həqiqi vəhdət əldə edilə bilməz. Hətta indinin özündə belə mütəfəkkirlər bu əqidədədirlər ki, bütün dünyanı bir ölkə kimi etməyincə tür üzündə xoşbəxtlik olmayacaqdır. Bu ideyani gerçəkləşməsi üçün müxtəlif plan və layihələr təsdiq olunmuşdur. Onların biri də bir dili beynəlxalq dil etməkdir.
Bütün müsəlmanların eyni dildə namaz qılmaqları vəhdət və birliyin əlamətlərindəndir. Bütün dünya alimləri etiraf edirlər ki, ərəb dili dünyanın ən geniş və hərtərəfli dilidir. Beləliklə də bütün müsəlmanlar ərəb dili ilə ünsiyyətdə olmaqla bu dili rahat və tez öyrənə bilsinlər.
3)– Bütün müsəlmanların eyni şəkildə namaz qılmaqları namazın təhrif olunmasına, həmçinin xurafatların və əsassız şeylərin ona əlavə olunmasına böyük bir maneədir. Quranın başqa dillərə tərcümələrinə diqqət yetirdikdə görürük ki, hər bir dilə edilən tərcümələrin hamısı bir-biri ilə az çox fərqləri vardır. Namazın ərəb dilində qılınması onu saf və xalis saxlayır. Bununla belə hər bir müsəlman namazın sözlərinin tərcüməsini ümumi şəkildə də olsa oxuyub yadda saxlaya bilər. Təsəvvür edin, əgər hərə namazı öz dilində qılsaydı dünya məscidlərində, ziyarətgahlarda xüsusilə də həcc mərasimində camaat namazı necə olacaqdı?! Hər bir ölkədə bir məsciddə camaat namazı qılınarkən başqa millətdən olan bir və ya bir neçə həmin məscidə daxil olduqda necə namaz qılardılar?! Həccdə neçə milyon insan namaz başlayarkən hamı birlikdə ALLAHU ƏKBƏR demələri əzəmət nişanəsi deyilmi?!
4)– Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: “Fatihə surəsi oxunulmayan namaz həqiqi namaz deyil.” (Əl-bəyan fi təfsiril Quran 418-ci səhifə)
Deməli, namazda Fatihə surəsinin oxunması şərtdir. Onu da demək lazımdır ki. Quranın ecazı yalnız sözlərin mənasında deyil. Əgər ecaz yalnız sözlərin mənasında olsaydı onda hər hansı bir dildə oxumağın elə də müşkülü olmazdı. Fatihə surəsinin quruluş, fəsahət, bəlağət, sözlərin eyni qarmoniyaya mailk olması və s. Ecazkarlığı vardır. əgər Fatihə surəsi başqa dildə oxunarsa bütün bu ecazkarlıqlar itəcəkdir…
5)– İmam Rza əleyhissalam buyurur: “İnsanlara əmr edilmişdir ki, namazda Quran oxusunlar, təki Quran zay olmasın və unudulmasın. Əksinə hifz olunaraq qorunsun ki, həm tanınmamış şəkildə qalmasın, həm də yox olaraq aradan getməsin. Həqiqətən Fatihə surəsi ilə başlamaq lazımdır başqa surə ilə yox, çünki heç bir surədə Fatihə surəsi qədər xeyir-bərəkət və hikmət yoxdur… (Vəsailuş-şiə 6-cı cıld 38-ci səhifə)
Görürsünüz ki, Fatihə surəsinə xeyir-bərəkət və hikmətdə heç bir surə çatmır. Xeyir-bərəkət və hikmət sözlərdə olsaydı Fatihə ən üstün surə olmazdı. Çünki 2-ci surə olan Bəqərə surəsi Fatihə surəsindən 40 dəfə böyükdür. Bundan başqa ümumiyyətlə Quranın qorunması insanlara vacib edilib. Bütün dünya müsəlmanları namazı ərəb dilində qılmalıdırlar ki, hamının Quranın əsrlərlə qorunub saxlanılmasında əlləri, zəhmətləri və xidmətləri olsun. Kim Quranın tərcüməsini oxuyursa deməli Quranın özünü oxumur. Quranı başqa dillərdə oxumaqla yalnız İslam dini haqqında ümumi məlumata mailk olmaq olar…
6)– Hişam ibn Salim bir gün imam Cəfər Sadiq əleyhissalamdan namazın rüku və səcdəsində Allahı təsbih etmək barədə soruşdu. İmam Cəfər Sadiq əleyhissalam buyurdu: Rükuda “subhanə rabbiyəl azimi və bihəmdih” və səcdədə isə “subhanə rabbiyəl ə’la və bihəmdih” de. Təsbihləri 1 defə demək vacib, 3 dəfə demək isə müstəhəbdir. ( Əl-istibsar 1-ci cild 323-cü səhifə)
Bu hədisdə İmam açıq şəkildə zikrləri ərəb dilində deməyə tapşırır. Əgər ərəb dilindən başqa dildə deyilməsi mümkün olsaydı İmam elə bir cümlə deyərdi ki, onun başqa dildə rəhat bir tərcüməsi olsun. Onu da deyək ki, “sübhanƏllah” sözünün tam mənada tərcüməsi barədə alimlər arasında yekdil rəy yoxdur.
7)– Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: “Mən necə namaz qılıramsa siz də elə namaz qılın.” (Ər-risalətus sədiyyə 104-cü səhifə)
Əgər “namazı mənim kimi qılın” cümləsindən məqsəd yalnız namazın hərəkətləri olsaydı həzrət Peyğəmbər(s) bunu izah edərdi. Hədisin mütləq şəkildə, yəni qeydsiz olaraq deyilməsi namazın bütün hissələrinin həzrət Peyğəmbər(s) kimi qılınmasının vacib olduğunu göstərir