Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri Nurus-səqəleyn”, 1-ci cild, səh. 4.)
2-“Bəqərə” və “Ali-İmran” surələri: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Bəqərə” və “Ali-İmran” surələrini oxusa, qiyamət günündə bu iki surə iki bulud parçası kimi ona kölgə salar.” ( Yenə orada, 1-ci cild, səh. 309.)
“Bəqərə” surəsində yerləşən ən fəzilətli ayə – “Ayətəl-kürsü” haqqında göstəriş verilmişdir ki, hər gün onu yetmiş dəfə oxuyun. Əgər səhralıqda olsanız, bir dairə xətt çəkdikdən sonra dəstəmazlı halda, dairənin içində üzü qibləyə oturub onu oxusanız, hacətlərinizin qəbul olunması üçün çox faydalıdır.
3-“Nisa” surəsi: Əmirəl-möminin Əli (ə) buyurmuşdur: “Hər kəs “Nisa” surəsini hər cümə günü oxusa, qəbir əzabından amanda qalar.” ( Yenə orada, 1-ci cild, səh. 429.)
4-“Maidə” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs “Maidə” surəsini hər cümə axşamı oxuyarsa, zülm imanına qalib gəlməz və heç vaxt Allaha şərik qoşanlardan olmaz.” (“Vəsailuş-şiə”, 2-ci cild, səh. 288.)
5-“Ənam” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Ənam” surəsi birdəfəyə nazil olmuşdur. Yetmiş min mələk onu Allahın yetmiş böyük adı olduğu halda, Peyğəmbərə gətirmişlər. Əgər camaat onun oxunuşunun nə qədər fəzilət və savaba malik olduğunu bilsəydilər, onu oxumağı heç vaxt tərk etməzdilər.”
İmam Rza (ə) buyurmuşdur: “Hər kəs bu surəni oxusa, yetmiş min mələk onun üçün qiyamət gününədək təsbih deyərlər.” ( “Biharul-ənvar”, 89-cu cild, səh. 274, hədis: 1.)
İmam Baqir (ə) buyurmuşdur: “Əgər bir şəxsin vasitəsilə həlak olacağından qorxsan, “Ənam” surəsini oxu ki, sənə heç bir zərər yetirə bilməz.”
6-“Əraf” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Əraf” surəsini hər ayda bir dəfə oxusa, qiyamət günü Allah-taalanın buyurduğu qorxu və qüssəsi olmayan, hər cümə günü oxusa isə, qiyamət hesabı asan tutulan şəxslərdən olacaqdır.” ( “Təfsiri Əyyaşi”, 2-ci cild, səh. 2.)
7-“Ənfal” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Ənfal” və “Tövbə” surələrini hər ay oxusa, Şeytan ona yaxınlaşa bilməz və Əmirəl-möminin Əli (ə)-ın şiələrindən olar.”
8-“Hud” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs hər cümə günü “Hud” surəsini oxusa, Allah-taala qiyamət günü onu peyğəmbərlər cərgəsində gətirəcək və günahlarını bağışlayacaq.” ( “Biharul-ənvar”, 89-cu cild, səh. 278.)
9-“Yusif” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Yusif” surəsini hər gün və ya hər gecə bir dəfə oxusa, Allah-taala qiyamət günü onu Yusif (ə)-ın gözəlliyində gətirəcək, camaat üçün olan çətinlik onun üçün olmayacaq və onun (behiştdəki) qonşuları Allahın saleh bəndələrindən olacaqdır.” ( “Təfsiri Əyyaşi”, 2-ci cild, səh. 166.)
10-“İbrahim” və “Hicr” surələri: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “İbrahim” və “Hicr” surələrini cümə gününün namazının iki rükətində oxusa, heç vaxt fəqirliyə və dəliliyə tutulmaz.”
11-“Taha” surəsi: Onu ruzinin artması və işlərin sahmana düşməsi üçün sübh azanından sonra gün çıxana qədər oxumaq faydalıdır. İmam Sadiq (ə) buyurmuşdur: “Taha surəsini oxumağı tərk etməyin, çünki Allah-taala onu və onu oxuyanı sevir. Hər kəs onu oxumağa müdavimət etsə, Allah-taala qiyamət günü əməl dəftərini onun sağ əlinə verər və onun İslamda olan əməllərindən ağır hesab çəkməz, həmçinin o, razı olanadək ona (Öz nemətlərini) əta edər.” ( “Təfsiru Cəvamiul-came”, 2-ci cild, səh. 413.)
12-“Həcc” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Həcc” surəsini hər üç gündən bir oxusa, həmin ildə ona həcc qismət olar və əgər həcc səfərində ölsə, behiştə daxil olar.”
13-“Yasin” surəsi: Hər gün üzü qibləyə oturub, onu oxuduqdan sonra yüz dəfə salavat deməyin savabı çoxdur.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qabiristanlığa daxil olarkən “Yasin” surəsini oxusa, o gün qəbiristan əhlindən (əzab) azalar və oxuyan şəxs üçün qəbiristanda olan hər bir qəbrin müqabilində çoxlu savab verilər.” ( “Məcməül-bəyan”, 8-ci cild, səh. 646.)
14-“Zümər” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Zümər” surəsini oxusa, Allah-taala ona dünya və axirət şərəfini verər və onu mal-dövlətsiz və qohum-əqrəbasız halda, başıuca edər.” (“Müstədrəkül-vəsail”, 4-cü cild, səh. 347.)
15-“Fussilət” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Fussilət” surəsini oxusa, qiyamət günü göz işlədikcə nur və sevinc görəcək, dünyada isə başqalarının tərif və qibtəsi ilə yaşayacaqdır.” (“Vəsailuş-şiə”, 2-ci cild, səh. 891.)
16-“Duxan” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs vacib və müstəhəb namazlarda “Duxan” surəsini oxusa, Allah-taala qiyamət günü onu amanda olanlardan qərar və ona Öz ərşinin kölgəsində yer verəcək, ondan asan hesab çəkərək əməl dəftərini sağ əlinə verəcəkdir.” (“Əl-burhanu fi təfsiril-Quran”, 7-ci cild, səh. 155.)
17-“Zariyat”, “Şərh” və “Təlaq” surələri: Bu surələri hər gün bir dəfə ruzinin artması, gündəlik xərcin əldə edilməsi və güman etmədiyi yerdən ruzinin yetişməsi üçün oxumaq faydalıdır.
18-“Ər-rəhman” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Ər-rəhman” surəsini oxumağı tərk etməyin, həqiqətən bu surə münafiqlərin qəlbində yer tutmaz. Hər kəs bu surəni həmişə namazda oxusa, qiyamət günündə şəfaət edər.”
19-“Vaqiə” surəsi: Hər gecə işa namazından sonra və ya yatmazdan qabaq bir dəfə oxumaq faydalıdır.
İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs işa namazından sonra “Vaqiə” surəsini oxusa, heç vaxt fəqir və camaata möhtac olmaz.” (“Nurus-səqəleyn”, 5-ci cild, səh. 203.)
20-“Təlaq” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Təlaq” surəsini oxusa, Allahın Rəsulunun davranışı əsasında vəfat edər.” (“Müstədrəkül-vəsail”, 4-cü cild, səh. 352.)

AŞURA günü oruc tutmaq olarmı?!

Sual:
AŞURA günü oruc tutmaq olarmı?! Deyilənə görə hədislərdə İmamlardan da Aşura günü oruc tutulması barədə hədislər var.

 

Cavab:
Bu barədə geniş izah üçün vaxtın azlığını nəzərə alaraq “Əhli-beyt əqidəsinin müdafiəçisi” adı ilə tarixdə məşhur olan Əllamə Məclisinin araşdırmasının yekununu nəzərinizə çatdırıram.
400-dən artıq qiymətli kitabın, o cümlədən 110 cildlik “Biharul-ənvar” kitabının müəllifi olan  Əllamə Məhəmməd Baqir Məclisi “Üsuli-Kafi” kitabına şərh olaraq yazdığı “Miratuq uqul fi şərhi əxbaru Alir Rəsul” adlı 27 cildlik nəfis əsərinində yazır:

والأظهر عندي : أن الأخبار الواردة بفضل صومه محمولة على التقية
. وإنما المستحب الإمساك على وجه الحزن إلى العصر لا الصوم
كما رواه الشيخ في المصباح عن عبد الله بن سنان عن أبي عبد الله عليه السلام أنه
قال صمه من غير تبييت وأفطره من غير تشميت ولا تجعله يوم صوم كملا ،
وليكن إفطارك بعد ( 1 ) العصر بساعة على شربة من ماء ( 2 ) الخبر .
وبالجملة : الأحوط ترك صيامه مطلقا

“Aşura gününün orucu ilə əlaqədar araşdırmanın nəticəsi budur ki, Aşura günündə oruc tutulmasını deyən cəmi bir neçə hədis var, o hədislərin hamısı təqiyyə (qorxu) halında söylənilmişdir. (Təqiyyə həyatın təhlükədə olan zamanında soruşulan sözdə həqiqəti gizlətməkdir.) (Qalan bütün hədislərdə Aşura günü oruc tutmaq qadağan edilir)
Müstəhəbdir ki, hər bir insan Aşura günündə öz qəm-qüssəsini nümayiş etdirmək məqsədi ilə günortadan sonrayadək yemək-içməkdən çəkinsin. Necə ki, Şeyx Tusi “əl-Misbah” kitabında Abdullah ibn Sənandan nəql edir ki, İmam Cəfər Sadiq əleyhissalam buyurdu: “Əgər Aşura günü oruc tutsan heç bir niyyət etmə (yəni eləcə ac qal) və əgər yemək yesən də heç bir niyyət etmə (yeməyi də qəm-kədərlə ye). Həqiqi orucu tutma. Oruc tutmuş (niyyətsiz ac qalmış) olsan günortadan sonra yeməyini ye. Hətta bir az su işməklə olsa belə aclığını sındır.” və hədis davam edir.
Yekun budur ki, Aşura günü oruc tutmaq ümumiyyətlə (istər niyyətli, istər niyyətsiz) gərək tərk edilsin (tutulmasın). ”

Miratuq uqul fi şərhi əxbaru Alir Rəsul” 16-cı cild 361-ci hədis

 

Müctehidlərin hökmləri:
Bu Hökmlər “tözihul məsail” risalələrində Oruc hissəsində “haram və məkruh oruclar”fəslindədir.
Ayətullah Vəhid Xorasani: “Aşura günü vacib ehtiyata əsasən oruc tutmaq olmaz.”
Ayətullah Lənkərani: “Aşura günü oruc tutmaq bəyənilmir, lakin yaxşı olar ki, insan əsr vaxtına qədər yemək və içməkdən çəkinsin.”
Ayətullah Xamenei: “Aşura günü oruc tutmaq məkrhdur (bəyənilmir).”
Ayətullah Sistani: “Aşura gününün orucu məkruhdur” 1717-ci məsələ
Ayətullah Məkarim Şirazi: “Aşura gününün, habelə Ərəfə ya Qurban günü olmasında şəkk olan günün orucu məkruhdur.” 1469-cu məsələ

Fələstində daha bir ailənin yaşadığı çadır yandırıldı

İordan çayının qərb sahilində yəhudilər fələstinli ailəyə məxsus bir çadırı yandırıblar.

İslamAz.com xəbər verir ki, FaktXəbər-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, fələstinli Yusif Keabine açıqlamasında, yəhudilərin Ramallahın şərqindəki Ayn Samiyə bölgəsinə gələrək, yaşadıqları çadırı yandırdığını bildirib.

Yəhudilərin Dumada olduğu kimi ailəsini yandırmağı planlaşdırdığını bildirən Keabine, “Bizi evilərimizdən çıxarmaq istəyirlər. Hücumlara qarşı heç bir təhlükəsizlik tədbirimiz yoxdur”, – deyib.

 

Keabine yəhudilərin həmçinin bəzi yerlərə ibrani dilində şüarlar yazdığını da deyib.

Rejimin polis sözçüsü Lupa Əs-Samri tərəfindən verilən yazılı açıqlamada bildirilir ki, Ayn Samiyə ətrafındakı qayalıqlara ibrani dilində şüarlar yazılıb. Şüarlarda “intiqam” və “işğal” kimi ifadələr yer alıb.

Bu isə İsrailin Fələstinin ərazilərini işğal etdiyinə və yeni hücumların baş verəcəyinə işarədir.

Qeyd edək ki, yəhudilər İordan çayının qərb sahilində davamlı şəkildə fələstinlilərə və evlərinə müxtəlif hücumlar həyata keçirir.

Məhz bu hücumlar nəticəsində iyul 31-də 18 aylıq körpə yanaraq dünyasını dəyişmiş, ata və 4 yaşlı digər uşaqları ağır yaralanmışdı. Ata Saad Devabişe müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdi.

İslamAz.com

Ay tutulacaq

Bu il sentyabrın 28-də Yer sakinləri Ay tutulmasını müşahidə edəcəklər. Baş verəcək bu təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsində sonuncudur.

İslamAz.com xəbər verir ki, Milli Elmlər Akademiyasının məlumatına əsasən, bu kosmik hadisə 2015-ci il üzrə Ayın Yer kürəsinə ən yaxın – 356 896 kilometr məsafədə yaxınlaşmasıyla, yəni bədirlənmiş Ayla üst-üstə düşəcək.

Bədirlənmiş Ay zamanı bu göy cismi Yer kürəsindən adi ölçüsü ilə müqayisədə daha böyuk və parlaq görünəcək. Bu hadisə ümumilikdə 3 saat 20 dəqiqə davam edəcək. Ayın tam fazası isə 1 saat 12 dəqiqə davam edəcək.

Tutulma bu il sentyabr 28-də Qrinviç vaxtı ilə 1:07-də başlanacaq, 4:27-də isə başa çatacaqdır.

Bu göy hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerikanın bəzi bölgələrində müşahidə ediləcək.

İslamAz.com

Nəqliyyat Nazirliyi sərnişin olaraq qeydiyyata alınacaq

Sərnişinlərin qeydinə qalan Nəqliyyat Nazirliyi belə olar – FOTO

İslamAz.com Faktxeber-ə istinadla verdiyi məlumata görə, yay fəslinin isti keçdiyi ölkələrdə ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün avtodayanacaqlarda kondisonerlər quraşdırılır. Bu tip dayanacaqlar əsasən Fars körfəzinin neftlə zəngin olan dövlətlərinin paytaxtlarında və iri şəhərlərində geniş yayılb.
İslamAz.com

İlahiyyatçı Ceyhun Cəfərovun şikayəti təmin edilməyib

 

Apellyasiya Məhkəməsində “Təkamül” Tərcümə Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Cəfərovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətinə baxılıb.

 

İslamAz.com xəbər verir ki, Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, ilahiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin direktoru Ceyhun Cəfərov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilir.

 

C. Cəfərov Həcc ziyarəti zamanı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.

 

Onu da qeyd edək ki, C. Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti  iyulun 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

Şəhid Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
“Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır:
Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə “Beşiktaş” gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.
2013-cü ilin mart ayında Türkiyənin ictimai kanalı TRT-də nümayiş olunan və “Sakarya Fırat” serialında Milli qəhrəmanımız şücaətindən bəhs edilmişdi.
Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Allahın qırx andı

1-“Vətturi”: “And olsun Tur dağına.” ( “Tur” surəsi, 1-ci ayə.)
2-“Və kitabin məstur”: “And olsun yazılmış kitaba (Qurana).” (“Tur” surəsi, 2-ci ayə.)
3-“Vəssəmai vət-tariq”: “And olsun göyə və gecə gələnə.” (“Tariq” surəsi, 1-ci ayə.)
4-“Vəssəmai zatil-büruc”: “And olsun bürclər sahibi olan göyə.” (“Büruc” surəsi, 1-ci ayə.)
5-Vəl-yovmil-məvud”: “And olsun vəd olunmuş günə.” (“Büruc” surəsi, 2-ci ayə.)
6-Vəlləyli və ma vəsəq”: “And olsun gecəyə və gecənin qoynuna aldıqlarına.” (“İnşiqaq” surəsi, 17-ci ayə.)
7-Vəl-qəməri izət-təsəq”: “And olsun bədirlənməkdə olan aya.” (“İnşiqaq” surəsi, 18-ci ayə.)
8-Fəla uqsimu bil-xunnəs”: “And içirəm gecə yanıb, gündüz sönən ulduzlara.” (“Təkvir” surəsi, 15-ci ayə.)
9-“Vəlləyli iza əsəs”: “And olsun qaralmaqda olan gecəyə.” (“Təkvir” surəsi, 17-ci ayə.)
10-“Vəvs-subhi iza tənəffəs”: “And olsun sökülməkdə olan dan yerinə.” (“Təkvir” surəsi, 18-ci ayə.)
11-“Vən-naziati ğərqa”: “And olsun (kafirlərin canını) çətinliklə alanlara (əzab mələklərinə).” (“Naziat” surəsi, 1-ci ayə.)
12-“Vən-naşitati nəşta”: “And olsun (möminlərin canını) rahatlıqla alanlara.” (“Naziat” surəsi, 2-ci ayə.)
13-“Vəs-sabihati səbha”: “And olsun (Allahın əmrlərini) sürətlə yerinə yetirənlərə.” (“Naziat” surəsi, 3-cü ayə.)
14-“Fəs-sabiqati səbqa”: “And olsun (bir-birini) ötən mələklərə.” (“Naziat” surəsi, 4-cü ayə.)
15-“Fəl-muddəbirati əmra”: “And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə).” (“Naziat” surəsi, 5-ci ayə.)
16-Vəl-mursəlati urfa”: “And olsun bir-birinin ardınca göndərilən elçilərə.” (“Mürsəlat” surəsi, 1-ci ayə.)
17-“La uqsimu biyovmil-qiyaməh”: “And içirəm qiyamət gününə.” (“Qiyamət” surəsi, 1-ci ayə.)
18-“Və la uqsimu bin-nəfsil-ləvvaməh”: “And içirəm özünü qınayan nəfsə.” (“Qiyamət” surəsi, 2-ci ayə.)
19-“Nun vəl-qələmi və ma yəsturun”: “Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına.” (“Qələm” surəsi, 1-ci ayə.)
20-“Vən-nəcmi iza həva”: “Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun.” (“Nəcm” surəsi, 1-ci ayə.)
21-“Vəl-bəytil-məmur”: “And olsun (mələklərin ibadət etdiyi) Beytül-məmura.” (“Tur” surəsi, 4-cü ayə.)
22-“Vəz-zariyati zərva”: “And olsun (toz-torpağı) sovurub dağıdan küləklərə.” (“Zariyat” surəsi, 1-ci ayə.)
23-“Fəl-hamilati viqra”: “And olsun yağış yüklü buludlara.” (“Zariyat” surəsi, 2-ci ayə.)
24-“Vəl-adiyati zəbha”: “And olsun (cihad zamanı) tövşüyə-tövşüyə) qacan atlara.” (“Adiyat” surəsi, 1-ci ayə.)
25-“Vəttini vəz-zəytun”: “And olsun əncirə və zeytuna.” (“Tin” surəsi, 1-ci ayə.)
26-“Və turi sinin”: “And olsun Tur dağına.” (“Tin” surəsi, 2-ci ayə.)
27-“Və hazəl-bələdil-əmin”: “And olsun bu təhlükəsiz, əmin-amanlıq şəhərə (Məkkəyə).” (“Tin” surəsi, 3-ci ayə.)
28-“Vəzzuha”: “And olsun günorta vaxtı aydınlıq günə.” (“Zuha” surəsi, 1-ci ayə.)
29-“Vəlləyli iza səca”: “And olsun sakitləşməkdə olan gecəyə.” (“Zuha” surəsi, 2-ci ayə.)
30-“Vəlləyli iza yəğşa”: “And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə.” (“Ləyl” surəsi, 1-ci ayə.)
31-“Vəşşəmsi və zuhaha”: “And olsun günəşə və onun işığına.” (“Şəms” surəsi, 1-ci ayə.)
32-“Vəl-qəməri iza təlaha”: “And olsun günəşin ardınca çıxan aya.” (“Şəms” surəsi, 2-ci ayə.)
33-“Vəssəmai və ma bənaha”: “And olsun göyə və onu yaradana.” (“Şəms” surəsi, 5-ci ayə.)
34-“Vəl-ərzi və ma təhaha”: “And olsun yerə və onu döşəyənə.” (“Şəms” surəsi, 6-ci ayə.)
35-“Və nəfsin və ma səvvaha”: “And olsun nəfsə və onu yaradana.” (“Şəms” surəsi, 7-ci ayə.)
36-“La uqsimu bihazəl-bələd”: “And içirəm bu şəhərə (Məkkəyə).” (“Bələd” surəsi, 1-ci ayə.)
37-“Və validin və ma vələd”: “And içirəm ataya və onun övladına.” (“Bələd” surəsi, 3-ci ayə.)
38-“Vəl-fəcr”: “And olsun dan yerinə.” (“Fəcr” surəsi, 1-ci ayə.)
39-“Və ləyalin əşr”: “And olsun on gecəyə (Zil-həccə ayının birinci on gecəsinə).” (“Fəcr” surəsi, 2-ci ayə.)
40-“Vəlləyli iza yəsr”: “And olsun keçib getməkdə olan gecəyə.” (“Fəcr” surəsi, 4-ci ayə.)

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.
2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub, Allahdan bir hacət diləsə, Allah-taala o hacətin yerinə yetirməsini asanlaşdırar.” (“Əl-burhanu fi təfsiril-Quran”, 8-ci cild, səh. 126.)
3-“Cin” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni çox oxusa, dünyada cinlərin gözündən, sehrindən və şərrindən amanda qalar və behiştdə həzrət Peyğəmbəri-Əkrəm (s)-in dostlarından olar.”
4-“Müzzəmmil” surəsi: Ruzinin artması üçün qırx bir gün müddətində hər gün bir dəfə oxumaq faydalıdır.
5-“Nəbə” surəsi: Hər kəs hər gün sübh namazından sonra – bir ildən üç il müddətində – oxusa, Allah-taala ona həcc ziyarətini qismət edər. Həmçinin, hər gün əsr namazından sonra onu xəstənin şəfa tapması üçün oxumaq çox faydalıdır.
6-“Fəcr” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Bu surə imam Hüseyn (ə)-ın surəsidir. Hər kəs onu vacib və müstəhəb namazlarda oxusa, behiştdə imam Hüseyn (ə)-la birgə olar.”
7-“Bələd” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni oxuyub, ona əməl etsə, Allah-taala onu Peyğəmbər (s)-lə məhşur edər.” (“Müstədrəkül-vəsail”, 4-cü cild, səh. 358.)
8-“Şəms” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Şəms” surəsini oxusa, sanki üzərinə günəş və ay sacan hər bir şeyin sayı qədər sədəqə vermişşdir.” ( “Məcməül-bəyan”, 10-cu cild, səh. 752.)
9-“Ləyl” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Ləyl” surəsini oxusa, Allah-taala ona razı olanadək ruzi verər, onu çətinlikdən qurtarar və ona asanlıq əta edər.” (Yenə orada, səh. 757.)
10-“Zuha” surəsi: Hər gün, yaxud hər cümə gecəsi arada fasilə vermədən oxumağın çoxlu savabı vardır.
11-“Qədr” surəsi: Hər bir hacətin yerinə yetirilməsi üçün bir məclisdə (bir oturumda) üç yüz altmış dəfə, həccə getmək və ruzinin artması üçün iyirmi dörd saat ərzində min dəfə oxumaq faydalıdır.
İmam Baqir (ə) “Qədr” surəsinin oxunuşunun savabı haqqında buyurmuşdur: “Hər kəs “Qədr” surəsini uca səslə oxusa, Allah yolunda qılınc çəkən; hər kəs onu yavaş oxuyarsa, Allah yolunda öz qanına boyanmış kimi olar. Həmçinin, hər kəs onu on dəfə oxusa, onun min günahı bağışlanar.” (“Üsuli-kafi”, 4-cü cild, səh. 427, hədis: 6.)
12-“Zəlzələ” surəsi: İmam Rza (ə) buyurmuşdur: “Bu surəni dörd dəfə oxuyan şəxsə Quranın hamısını oxuyub qurtaran şəxsin savabı verilər.”
İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni oxusa, dünyada zəlzələ və ildırım kimi böyük bəlalara düçar olmaz.”
13-“Qariə” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs “Qariə” surəsini oxusa, Allah-taala bu dünyada onu Dəccalın fitnəsindən, qiyamətdə isə cəhənnəmin hərarətindən qoruyub saxlayar.” (“Nurus-səqəleyn”, 5-ci cild, səh. 658.)
14-“Təkasur” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Təkasur” surəsini yatanda oxusa, qəbir fitnəsindən amanda qalar.” (“Üsuli-kafi”, 4-cü cild, səh. 429, hədis: 14.)
15-“Əsr” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Əsr” surəsini ardıcıl oxusa, Allah-taala onun axır-aqibətini yaxşılıqla sona bitirər və haqq səhabələrindən olar. Əgər həmin surə xəzinəyə oxunsa, sahibi o xəzinəni acanadək, Allah-taala onu qoruyub saxlayar.” (“Əl-burhan fi təfsiril-Quran”, 8-ci cild, səh. 379.)
16-“Huməzə” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs vacib namazların birində “Huməzə” surəsini oxusa, Allah-taala yoxsulluğu ondan uzaqlaşdırar, ruzisini artırar və pis (faciəli) ölümü ondan uzaq edər.” (“Nurus-səqəleyn”, 5-ci cild, səh. 667.)
17-“Kövsər” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni vacib və müstəhəb namazlarda oxusa, Allah-taala onu “Kövsər” bulağından sirab edər. Belə şəxs “Tuba” ağacının altında Peyğəmbəri-Əkrəm (s)-lə birgə olar.”
18-“Kafirun” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni vacibi namazda oxusa, Allah-taala onu, atasını və anasını bağışlayar, dünyada başıuca edər.”
19-“İxlas” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “İxlas” surəsini bir dəfə oxusa, sanki Quranın üçdə birini, onu iki dəfə oxusa, sanki Quranın üçdə ikisini və onu üç dəfə oxusa, sanki bütün Quranı oxumuşdur.” (“Biharul-ənvar”, 89-cu cild, səh. 350, hədis: 18.)
20-“Fələq” və “Nas” surələri: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs vətr namazında “Fələq”, “Nas” və “İxlas” surələrini oxusa, ona belə deyilər: “Ey Allahın bəndəsi! Müjdə olsun sənə, həqiqətən Allah-taala (sənin) vətr namazını qəbul etmişdir.” (“Məcməül-bəyan”, 10-cu cild, səh. 864.)

Həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti

 

 İmam Əli (ə) buyurur: “Onlar (Əhli-beyt (ə) davamçıları) o kəslərdir ki, Allaha itaət məqamında kamil təslim olarlar”. (Tebyan/Deyerler)

Həqiqi Əhli-beyt (ə) davamçısının xüsusiyyəti belədir ki, o zaman Allahın əmr və qadağasına diqqət edər, onun qarşısında xalis təslim olar. Yəni, bilən kimi ki, Allah nələri sevir, səy göstərir ki, onu ən yaxşı şəkildə yerinə yetirsin. Bilən kimi ki, nələrdən xoşu gəlmir, onu tərk etməyə səy göstərir. Əhli-beyt (ə) davamçıları Allahın əmrləri qarşısında heç bir müqavimət göstərməzlər.

Bu insanlar ibadət məqamında təvazökar və mütidirlər. İbadət odur ki, qəsdi Allaha yaxınlaşmaq niyyəti ilə olsun. Bu niyyətlə edilən hər bir əməl – ibadətdir. Hətta yemək və içmək belə. Ona görə də ibadəti ancaq namaz və oruca aid etmək düzgün olmaz.

İmam Əli (ə) yuxarıdakı hədisdə Əhli-beyt (ə) davamçısının iki sifətini bəyan edir: biri budur ki, Allaha itaət məqamında o qədər təslimdirlər ki, özlərindən heç bir müqavimət göstərməzlər. O zaman ki, Allah deyər namaz qıl, zəkat ver – onlar düşünməzlər və Allahın əmrini yerinə yetirməkdə ləngiməzlər.

O biri də budur ki, Əhli-beyt (ə) davamçıları pərəstiş məqamında – namaz kimi ibadətlərdə – bu ibadətləri zahiri mərasim kimi yerinə yetirməzlər. Onun həqiqətinə nüfuz edərlər.

Ümid edirik ki, bizlər də həqiqi Əhli-beyt (ə) davamçısı ola bilərik.