| |
TÖVHİD
Allah axtarışı.
Nə üçün dünyanı yaradan
haqqında fikirləşir və axtarış
aparırıq?
Biz insanların hamısının qəlbində
(elmə məhəbbət) və varlıq
aləmini tanımaq istəyi vardır
Bütün insanlar bilmək istəyirlər
ki, öz kəhkaşanları ilə birgə
ucsuz-bucaqsız asiman, öz gözəllikləri
ilə geniş yer kürəsi, cürbəcür
məxluqlar, gözəl quşlar, müxtəlif
balıqlar, dənizlər, dağlar, güllər,
çiçəklər, göyə ucalmış
müxtəlif ağaclar və s. özü-özünə
yaranmışdır, yoxsa bu rəsmlər
mahir bir rəssamın əli ilə hazırlanmışdır?
Bundan əlavə, insanlar ücün hər
şeydən əvvəl aşağıdakı
üç sual irəli çıxır:
Haradan gəlmişik? Haradayıq? Hara gedəcəyik?
Əgər biz bu üç suala cavab verə
bilsək, görün, nə qədər
xoşbəxt olarıq? Yəni, biz bu sualların
cavabını tapmaqla həyatımızın
haradan başlayıb, haraya gedəcəyini
biləcəyik.
Hal-hazırda bizim vəzifəmiz nədir?
Bizim axtarıcı ruhumuz bizə belə
deyir:
Bu sualların cavabını bilmək ücün
gərək səbr edək.(Bir qədər
gözləyək).
Bəzən baş verən avtomabil qəzasında
görürsən ki, bir nəfər yaralanaraq
huşunu itirir. Onu müalicə etmək
ücün xəstəxanaya aparırlar.
Halı bir az özünə gəldikdə
ətrafındakılardan soruşduğu
ilk sual bu olur: «Bura haradır? Nə üçün
məni bura gətirmisiniz? Nə vaxt buradan
çıxacağam?» Bunlardan məlum olur
ki, insan bu cür sualların qarşısında
sakit qala bilməz.
Deməli, bizi Allahı axtarıb, onu tanımağa
vadar edən ilk şey öz axtarıcı
ruhumuzdur.
2.Şükr etmə duyğusu
Təsəvvür edin ki, sizi gözəl
bir qonaqlığa dəvət ediblər.
Məclisdə qonaqlar üçün hər
ey hazırlanmışdır. Siz bu qonaqlığa
öz böyük qardaşınızın
vasitəçiliyi ilə getdiyinizə görə,
sözsüz ki, ev sahibini yaxşı tanımırsınız
və bu ürəkaçan qonaqlığa
daxil olduqda sizin ilk fikriniz ev sahibini tanıyıb,
ona təşəkkür etməkdir.
Biz (insanlar) də yaranışın geniş
süfrəsinə baxıb müxtəlif
nemətləri öz ixtiyarımızda
gördükdə özümüzdən
asılı olmayaraq bu qədər neməti
bizə verən varlığı tanımaq
istəyirik.
Bilmək istəyirik ki, görən gözləri,
eşidən qulaqları, lazımı qədər
ağlı və düşüncəni
kim vermiş, pak nemətləri bu geniş
süfrəyə kim düzmüşdür?
Kim onları xəlq etmişdir?
Düzdür, Onun bizim təşəkkürümüzə
heç bir ehtiyacı yoxdur. Lakin təşəkkür
etməyincə özümüzdə narahatçılıq
və çatışmamazlıq hiss edirik.Bunun
özü insanların Allahı axtarıb,
onu tanımağı üçün bir
səbəbdir.
3. İsanların Allahı tanıma
ilə bağlı olan xeyir və ziyanları.
Təsəvvür edin ki, bir səfərdərsiniz.
Səfər zamanı dörd yol ayrıcına
çatırsınız. Hamı deyir ki,
bu dörd yol ayrıcında dayanmayın
orada böyük təhlükələr
vardır. Lakin bir dəstə deyir: Ən
yaxşı yol günçıxana tərəf
gedən yoldur. Başqa bir dəstə deyir:
Ən yaxşı yol günbatana tərəf
gedən yoldur. Üçüncü dəstə
bu iki dəstədən fərqli olaraq sizi
ücüncü yolla getməyə dəvət
edir.Hamısı da öz göstərdiyi
yolun yaxşı və salamat yol olduğunu,
səadət və xoşbəxtliyin məhz
bu yolda olduğunu bildirir.
Belə bir halda insan bu yollar barədə
mütaliə edib axtarış aparmadan onlardan
birini seçə bilərmi? Yaxud dörd
yol ayrıcında durub, yolların heç
biri ilə getməmək qərarına
gələrmi? Yəqin ki, xeyr.
Əksinə, ağıl və şüur
belə hökm edir ki, insan tez bu yollar barədə
axtarış aparıb, deyilən sözlərin
hamısına diqqət etsin. Hansı yolun
düzgün olduğunu bildikdə onu qəbul
etsin. Xatircəmliklə o yolu seçərək
irəli getsin.
Bu dünyadakı vəziyyət də eyni
ilə bu cürdür. Müxtəlif əqidə,
məzhəb və dinlər hər biri insanı
özünə dəvət edir. Bizim taleyimizin,
xoşbəxtlik və bədbəxtliyimizin,
irəliləyib yaxud geriləməyimizin
bu yola (seçdiyimiz yola) bağlılığı
olduğundan məcbur oluruq ki, bu yollar barədə
diqqətlə mütaliə edək. Bizi
təkamül və səadətə çatdıra
bilən yolu seçək, bizi bədbəxtlik
və fəsada tərəf yönəldən
yoldan uzaq olaq.
Bu məsələ də insanları dünyanın
yaradanı barədə mütaliə və
axtarışlar aparmağa vadar edən səbəblərdən
biridir.
Qur`ani- Məcid bu barədə buyurur: «(Ya
Peyğəmbər!) Mənim sözümü
(öyüd- nəsihəti) dinləyib,
onun ən gözəlinə uyan bəndələrimə
(Cənnəti) müjdə ver…» (Zumər,
18).
Allahı tanımanın insan həyatında
rolu
Allahı tanımaq insan həyatına aşağıdakı
təsirləri göstərir:
I. Allahı tanıma və elmin inkişafı.
Təsəvvür edin sizin, bir dostunuz səfərdən
gəlib. Sizin üçün bir kitab hədiyyə
gətirmişdir. Deyir ki, bu, çox gözəl
bir kitabdır. Kitabın gözəlliyinin
səbəbini soruşduqda deyir ki, bunun müəllifi
çox diqqətli, mahir, təcrübəli,
bilikli və öz ixtisasında usta bir şəxsiyyətdir.
Şübhəsiz ki, belə bir kitabı
siz üzündən oxuyub keçməyəcəksiniz.
Əksinə, onun bütün ifadə, cümlə,
hətta kəlmələrinə diqqət
edəcəksiniz. Bir cümləsini başa
düşmədikdə neçə saat,
bəlkə də neçə gün ona
vaxt sərf edəcəksiniz. O vaxta qədər
ki, o cümlənin məna və məfhumunu
başa düşəsiniz.(Bunun səbəbi
nədir?). Səbəbi də budur ki, o kitabın
müəllifi adi şəxs deyil. Əksinə,
o müəllif böyük bir alimdir. Hər
kəlməsində belə hikmətlər
vardır.
Ancaq sizə desələr ki, bu kitabın
üzü, cildi qəşəng olsa da,
müəllifi savadsız bir bir insandır,
yəqin ki, o kitabı təkcə üzündən
oxuyub keçəcəksiniz. Başa düşmədiyiniz
yerdə də «Bu da müəllifin savadsızlığı
üzündəndir» deyəcəksiniz. İnsanın
bu cür kitabın üzərində vaxt
sərf etməsi heyfdir.
Bu dünya da böyük bir kitaba bənzəyir.
Onda olan hər bir məxluqat bir kəlmə,
yaxud bir cümlə təşkil edir.Mömin
bir şəxsin nəzərində bu dünyada
olan bütün məxluqatın hamısı
hikmət üzündəndir. Mömin olan
şəxs Allahı tanımağın
sayəsində xüsusi və fövqəladə
bir diqqətlə dünya məxluqatının
hikmət və sirrini öyrənməyə
çalışır. (Məhz bu məsələ
elmin inkişafında böyük rol oynayır.)
Səbəbi də budur ki, mömin şəxs
bilir ki, bu məxluqatı yaradanın tükənməz
elm və qüdrəti vardır. Buna görə
də bu hikmət, sirr və fəlsəfəni
tapmaq üçün daha dəqiq və daha
güclü mütaliələr edir, axtarışlar
aparır.
Materialist bir şəxs isə bu barədə
heç bir mütaliə etmir. Çünki
o, bunları yaradanı şüursuz təbiət
bilir. Bəzi materialist alimlərin elm kəşf
edənlər sırasına qoşulmasının
səbəbi budur ki, onlar Allahı qəbul
edir lakin bu Allahı təbiət adlandırırlar
(və təbiətin Allah olduğunu iddia
edirlər). Bunun səbəbi isə, materialistlərin
təbiət üçün nizam-intizam,
hesab və proqram iddia etməsidir.
Qısa sözlə desək, Allahı tanımaq
(və Ona pərəstiş etmək) elmin
inkişafına səbəb olur.
2.Allahı tanıma, çalışmaq və
ümid.
İnsan öz həyatında çətinliklərlə
üzləşdikdə, qapılar hər
tərəfdən onun üzünə bağlandığı
zaman çətinliklərin müqabilində
tənhalıq və zəiflik hiss etdikdə
Allaha olan iman onun köməyinə tələsərək
ona arxa və kömək olur.
Allaha imanı olan şəxslər hec vaxt
özlərini tənha və zəif hiss
etmir, məyus olmurlar. Çünki onlar Allahın
qüdrətinin hər şeydən üstün
və çətinliklərin onun əlində
asan olduğunu bilirlər. Onlar Allaha, Onun
lütf- mərhəmətinə, köməyinə
və himayəsinə ümid bağlamaqla
çətinliklərə qarşı mübərizəyə
qalxır və bütün qüvvələrindən
istifadə edirlər. Ona ümid bağlamaqla
çətinlikləri arxada qoyur, onlara qalib
gəlirlər. Doğrudan da Allaha imanlı
olmaq insanlar uçün böyük bir arxadır.
Ona imanlı olmaq insanı səbrli və
dözümlü edir. Ona iman bağlamaq
ümid çırağını həmişə
ürəklərdə saxlayır.
Məhz bu səbəbdən mömin insanlar
heç vaxt özlərinə qəsd etmirlər.
Özünə qəsd etməyin səbəbi
yalnız məğlub, ümidsiz və məyus
olmaqdır. Mömin insanlar isə, heç
vaxt məğlub və məyus olmurlar.
3. Allahı tanıma və məsuliyyət
hissi
Bəzi həkimlər vardır ki, onlara
kasıb və imkansız bir xəstə
müraciət etdikdə müalicə üçün
pul almamaqdan əlavə, onlara dərman almaq
üçün öz ciblərindən pul
da verirlər. Əgər xəstəlikləri
bir qədər ciddi olarsa, səhərə
qədər onun kasıb evində xəstənin
başı üstə dururlar. Bu cür
həkimlər Allaha inanan və mömin
şəxslərdir. Eyni zamanda bir qism həkimlər
də vardır ki, pul almamış xəstəyə
yaxın durmurlar. Bunlar imansız, ya da imanı
zəif olan insanlardır.
İnsanın imanı olarsa, öz işində(hər
hansı bir iş olursa, olsun) məsuliyyət
hiss edəcəkdir. Öz vəzifəsini
yaxşı biləcəkdir. Vəzifəsini
yaxşı yerinə yetirəcəkdir,
öz işində güzəştə
gedəcəkdir. Öz daxilində əməllərini
izləyən mənəvi bir keşikçi
hiss edəcəkdir.
İmansız insanlar isə xüdbin, özünüsevər
və təhlükəli insanlardır. Özləri
üçün hec bir məsuliyyət hiss
etmirlər. Başqalarına zülm edib,
onların haqqını tapdalamaq bu cür
insanlar üçün cox sadədir. Belə
insanlar yaxşı və xeyirxah işlər
görməyə çox az razı olurlar.
3.Allahı tanımaq və rahatlıq.
Psixoloqların araşdırmalarından
məlum olur ki, ruhi xəstəliyə məruz
qalma hazırki dövrdə əvvəlki
vaxtlardan daha çoxdur. Bunun səbəbini
belə izah edirlər ki, bu xəstəliyə
düçar olmağın səbəblərindən
biri nigarançılıq hissi keçirməkdir.
Gələcək hadisələrin, ölümün,
müharibənin, kasıbçılığın,
məğlubiyyətin və s. nigarançılığı
insanı ruhi xəstəliyə düçar
edir.
Bunun müaliəcəsində isə əlavə
edirlər:
Bu nigarançılıq aradan qaldıran
amillərdən biri də Allaha iman bağlamaqdır.
Allaha iman bağlamaq nigarançılığı
dəf edir.
Mehriban, ruzi verən, bəndələrinin
vəziyyətindən hər zaman agah olan
və bəndələri ona üz tutan zaman
onlara kömək edən Allah imanlı insanları
bu çətinliklərdən də rahat
və azad edir.
Məhz bu səbəbdən həqiqi möminlər
özlərini həmişə rahat hiss
edirlər. Heç bir nigarançılıq
onlara qalib gələ bilmir. Bütün
işləri Allah xatirinədir. Buna görə
də, bir ziyan gördükdə əvəzini
Allahdan istəyirlər. Hətta müharibə
meydanlarında təbəssüm və sevinc
hiss olunur. Qurani- Məcid bu barədə
belə buyurur:
« Əlləziynə amənu və ləm
yəlbisu imanəhum bizulmin ulaikə ləhumul
əmn.» « İman gətirib imanlarını
zülmlə (günahla) qatışdırmayanlar
əmin- amanlıqdadırlar.» (Ənam, 82).
İki əmin və xatircəm yolla Allahı
tanıma
Allahı tanıma barədə qədim
zamanlardan indiyədək müxtəlif kitablar
yazılmış, alimlər və qeyriləri
arasında çoxlu bəhs və söhbətlər
olmuşdur.
Hər dəstə bu həqiqətə
nail olmaq üçün özünə
müxtəlif yol seçmişdir. Lakin bu
yolların ən yaxşısı və
insanları bu həqiqətə çatdıran
aşağıdakı iki yoldur.
1.Daxili (batini) yol (ən yaxşı yol).
2.Xarici yol (ən aydın yol).
Birinci qismdə insan öz vücudunun daxil
və batininə baş vuraraq tövhid nidasını
öz daxilindən eşidir.
İkinci qismdə isə insan geniş aləmi
seyr edərək Allah nişanələrini
bütün məxluqatda müşahidə
edir. Bu iki yol barədə uzun bəhslər
olmuşdur. Biz isə bu iki yolu qısa surətdə
oxucuların nəzərinə catdırırq.
Daxili (batini) yol
Aşağıdakı məsələlərə
yaxşı diqqət edin:
A)Alimlər deyirlər: Təbəqə
və irqindən asılı olmayaraq istədiyiniz
hər hansı bir insanı nəzərinizdə
tutun. Əgər onu azad və müstəqil
buraxsalar və heç bir təlim keçməsələr,
hətta möminlər və materilistlərin
nəzəriyyəsindən də ona heç
nə deməsələr, o şəxs öz-
özünə təbiətdən (maddi
dünyadan) üstün olan və bütün
dünyaya hakim olan bir varlığa inanacaqdır.
O, öz ürəyinin guşələrindən
incə, məhəbbətlə dolu, eyni
zamanda möhkəm bir nida (haqq nidası)
hiss edəcəkdir. Həmin səs və
nida onu «Allah» adlandırdığımız
böyük elm və qüdrət mənbəyinə
dəvət edir. Bu nida insanların pak və
fitri nidasıdır.
B)Mümkündür ki, maddi dünyanın
və yaşayışın zinətləri
o şəxsi özünə cəlb etsin
və müvvəqqəti olaraq bu nidanı
eşitməkdən qafil olsun. Lakin, elə
ki, təbii fəlakətlər (sel, zəlzələ,
tufan, havada təyyarə ilə uçarkən
havanın dəyişməsi və s.) ona
üz verir, elə ki, əli hər tərəfdən
üzülür və heç bir ümid
yeri qalmır, o zaman həmin nida onun daxilində
qüvvətlənir. Hiss edir ki, batinində
bir qüdrət və varlıq onu özünə
dəvət edir. Bu qüdrət bütün
qüdrətlərdən üstündür.
Bu qüdrətin vasitəsi ilə bütün
çətinliklər asan olaraq aradan qaldıralacaqdır.
Çox az insan tapılar ki, çətinliklərlə
üzləşdikdə Allahı yadına
salmasın. Özündən asılı
olmayaraq Allah onun fikrinə gələcək.
Bununla da məlum olur ki, həm o bizə,
həm də biz ona həddən artıq
yaxınıq. O, bizim can və ruhumuzdadır.
Düzdür, bu haqq nidası həmişə
insanlarda səslənir, lakin çətinliklər
zamanı daha da qüvvətlənir.
V) Tarix bizə göstərir ki, iqtidarda
olan, günlərini rahatlıqla kecirən
və Allahın adını dilə gətirməkdən
belə imtina edənlər iqtidarları
əldən gedən zaman onun ətəyindən
yapışır və haqq nidasını
aydıncasına eşidirlər.
Tarix bizə göstərir ki, Firon suda qərq
olan zaman fəryad edərək deyir: «İndi
etiraf edirəm ki, Musanın (ə) allahından
başqa məbud yoxdur.» ( Yunis,90). İnsan
həyatında böyük rol oynayan və
Fironun gəlir mənbəyinə çevrilmiş
su (Nil cayı) indi onun ölüm hökmünü
icra edir. Firon bu cür vəziyyətdə
bir necə kiçik ləpənin əlində
aciz qalıb əli hər yerdən üzülmüşdür.
Bu nida onun fitrətindən səslənən
bir nidadır. Təkcə Firon yox, bəlkə
də bütün insanlar belə çıxılmaz
vəziyyətdə bu nidanı eşidir
və Allaha pənah gətirirlər.
Q)Siz özünüz nə vaxt qəlbinizə
nəzər salsanız, görəcəksiniz
ki, ürəyinizdə həmişə
bir nur parlayır və sizi Allaha tərəf
dəvət edir. Ola bilər, siz dəfələrlə
çıxılmaz vəziyyətə düşmüsünüz
və əliniz hər yerdən üzülmüşdür.
O vaxt mütləq sizin fikrinizə gəlib
ki, bu dünyada yenilməz bir qüdrət
var. Yalnız o qüdrət məni bu çətinlikdən
qurtara bilər. Bu zaman siz həmin qüdrətə
ümid və eşq bağlayaraq öz məyusluğunuzu
yaddan çıxarmısınız. Bu yol
Allahı tanımaq üçün ən
yaxın olan yoldur. Bu yolun sayəsində
hər bir insan Allahı tanıya bilər.
Bir sual
Ola bilər, siz müəllifi belə bir
sual qarşısında qoyasınız:
Biz mühitin və ata- ananın təlim
tərbiyəsindən aldığımız
təsirin nəticəsində bu fikrə
gəlib Allahın dərgahına üz
tuturuq. Deməli, bu bizim öz daxilimizdən
olan yol deyil. Bunu yuxarıda deyilənlərə
necə uyğunlaşdıraq?
Doğrudan da, sizin belə bir sual verməyə
haqqınız var. Bu sualın cavabını
gələn dərsdə verəcəyik
(inşaallah).
Quran bu barədə buyurur:
«Fəiza rəkibu fil fulki dəəvullahə
muxlisinə ləhuddinə fələmma
nəccahum iləl- bərra iza hum yuşrikun.»
Müşriklər gəmiyə mindikləri
zaman (dəryada batacaqlarından qorxub, dində
ixlas sahibi olan möminlər kimi) yalnız
Allaha dua edərlər. Allah onları sağ-salamat
quruya çıxaran kimi yenə də (Ona)
şərik qoşarlar.» (Ənkəbut,
65).
Mühüm bir sual-cavab.
Sual
Ötən həftə dedik ki, insan öz
batinində həmişə tövhid sədasını
eşidir. Xüsusən, çətinliklərlə
üzləşdikdə bu səda daha da
artır. İnsan özündən asılı
olmayaraq Allahı yadına salır. Onun tükənməz
lütf və mərhəmətindən
kömək istəyir.
Burada ola bilər, bir fikir qarşıya çıxsın:
daxildən gələn və fitrət nidası
adlanan bu səda təbliğat və təlimlər
əsasında irəli gəlir. Mühit,
məktəb, mədrəsə, ata və
ananın təlim və tərbiyəsi sayəsində
bu iş (çətinliklər zamanı Allahın
dərgahına pənah aparmaq) insanlar üçün
bir növ adət olmuşdur. Deməli, bu
nida insanın öz batinindən səslənən
nida deyil.
Cavab:
Bu sualın cavabı kiçik bir müqəddimə
ilə aydın olur.
Adət və ənənələr əsli
və əsası olmayan və dəyişib
aradan gedən şeylərdir. Yəni, biz
tarix boyu bütün bəşəriyyətin
riayət etdiyi həyata bir adət tapa bilmərik.
Bu gün dəb olan adət, ola bilər,
sabah dəyişilsin. Buna görə də
ola bilər, eyni zamanda bir millətin adəti
başqa bir millət üçün dəb
olmasın.
Əgər bütün bəşəriyyət
hər zaman (istisna olmayaraq) bir işi icra
edirsə, deməli, bu, fitri bir işdir,
heç də adət və ənənə
deyildir.
Məsələn, ananın öz balası
ilə olan əlaqəsi və ana məhəbbəti
mümkün deyil ki, kor-koranə, fanatika
və adət üzündən olsun. Çünki
hec bir zaman, hər hansı bir millətdən
olan ana balasına qarşı laqeydlik etməz.
Əksinə onu sevər, qayğısına
qalar və s.
Ola bilər, bir ana ruhi narahatçılıq
üzündən özünü məhv
etsin, yaxud cahiliyyət dövründəki
kimi bir ata səhv və yanlış təbliğat
əsasında öz qızını diri-diri
torpağa basdırsn. Lakin bunlar çox nadir
hallarda baş verən və tez bir zamanda
itib, aradan gedən istisna hallardır.
Bu müqəddiməni nəzərə
almaqla indiki və keçmiş insanlar arasında
Allaha pərəstiş etmək məsələsinə
nəzər salaq:
(Bu dərs bir qədər qarışıq
olduğuna görə, bir qədər yaxşı
diqqət edin.)
1.Tarixçi və sosioloqların dediyinə
görə, insanlar heç vaxt məzhəb
və dinsiz qalmamışlar. Bəşəriyyət
hər zaman dinə və məzhəbə
(hər hansı məzhəb olursa, olsun
) inanıb, ona iman gətirmişdir. Bunun
özü sübut edir ki, Allaha pərəstiş
insanların ruh və fitrətində vardır.
Ona pərəstiş təlqin, adət və
fanatika üzündən olsaydı, həmişəlik
və əbədi olmazdı.
Əlimizdə olan dəlil və sübutlar
göstərir ki, tarixəqədərki
dövrdə yaşamış insanların
da özlərinə məxsus məzhəbləri
olmuşdur. (Tarixəqədərki dedikdə
yazı və xəttin hələ ortaya
çıxmadığı dövr nəzərdə
tutulur. Bu o vaxtdır ki, insanlar öz tarixlərini
indiki və gələcək nəsillərə
çatdıra bilməmişlər).
Əlbəttə, bunu da bilirik ki, ibtidai
dövrün insanları Allahı təbiətdən
üstun bir varlıq kimi tanımadıqları
üçün, onu təbii məxluqatın
arasında axtarırdılar, təbii məxluqatdan
özlərinə bütlər düzəldib
onlara sitayiş edirdilər. Lakin insan fikir
və düşüncəsinin inkişafı
sayəsində haqqı (həqiqi məbudu,
Allahı) taparaq bütlərdən əl
çəkdi, Allahın təbiət aləmindən
üstün qüdrəti ilə tanış
oldu.
2.Böyük və tanınmış pisixoloqlardan
bir qismi açıq-aşkar deyir ki, insan
ruhunun dörd əsas hissi var.
A)Bilik hissi. Bu hiss insanı elmə sövq
edir. İnsanın ruhu bu hiss vasitəsi ilə
bilik təşnəsi olur, məcbur qalaraq
elmin ardınca gedir. İstər bu elmin maddi
faydası olsun, istərsə də olmasın.
B)Yaxşılıq və xeyirxahlıq hissi.
Bu hiss insanın dünyada yaxşı və
əxlaqi işlər görməsinə
səbəb olur.
V)Gözəllik və hünər hissi.
Bu hissin vasitəsi ilə şer, ədəbiyyat
və hünər (öz həqiqi mənalarında)
qüvvəyə minir.
Q)Məzhəb və din hissi. Bu hiss insanı
Allahı tanıyıb onun fərmanlarına
əməl etməyə dəvət edir.
Deməli, məzhəb hissi insan ruhunun ən
əsas dörd hissəsindən biridir. Yəni,
heç vaxt bu hiss insandan ayrılmayıb
və bundan belə də ayrılmayacaq.
Gələn dərsimizdə deyəcəyik
ki, materialist və müşriklərin də
bir çoxu bir növ Allahın vücudunu
etiraf etmişlər. Düzdür, onun adını
çəkməkdən imtina edir və ona
təbiət deyir, yada başqa adlar qoyurlar.
Lakin həmin təbiət üçün
Allahın sifətlərinə bənzər
sifətlər iddia edirlər. Məsələn,
onlar deyirlər ki, təbiət insanda iki
böyrək yaratmışdır. Səbəbini
də belə izah edirlər: Təbiət
bilmişdir ki, ola bilər, bu böyrək
onun işini görməlidir.
Heç bu mövzu şüursuz təbiətlə
uyğun gəlirmi? Yoxsa, bu iş elm və
qüdrəti sonsuz olan Allahın işidir?
Baxmayaraq ki, onlar onu təbiət adlandırırlar.
Bu bəhsdə dediyimizə əsasən
belə nəticəyə gəlirik ki,
Allaha eşq və məhəbbət həmişə
olub və olacaq;
Allaha iman və etiqad bəsləmək insanın
ruh və canını isindirən həmişəlik
bir şölədir.
Allahı tanımaq üçün uzağa
getmək lazım deyil. Öz batin və
daxilimizə baş vuraraq ona olan iman və
etiqadı orada tapa bilərik.
Qurani-Məcid bu barədə belə buyurur:
«Vənəhnu əqrabu iləyhi min həblil
vərid.» «Biz insana şah damarından da
yaxınıq.» (Qaf, 16)
Ötən dərsdə dedik ki, dildə
Allahı inkar edənlərin özləri
də ruhən Allaha iman bağlamışlar.
Şübhəsiz, müvəffəqiyyət
və qələbələr insanlarda (xüsusən
çıxarı olmayan insanlarda) qürur
və təkəbbür əmələ
gətirir. Bu qürur insanın hər şeyi
unutmasına səbəb olur. Hətta, iş
o yerə çatır ki, insan öz fitrətində
olanları da unudur. Lakin vəziyyət dəyişdikdə,
çətinliklər insana üz verdikdə
qürur pərdələri aradan qalxır,
tövhid- Allaha pərəstiş nişanələri
aşkar olur. Tarix bu cür nümunələrlə
doludur. Aşağıdakı əhvalat
bu nümunələrdən biridir.
Bir vəzir var idi. Bu vəzir çox qüdrətli
idi. Heç kim onunla rəqabət apara bilmirdi.
Bir gün həmin vəzir ruhani və dini
alimlərin yığışdığı
bir məclisə girib dedi: Siz nə vaxta
qədər «bu dünyanın bir Allahı
var» deyəcəksiniz? Mən onun yoxluğuna
min dəlil gətirərərəm.
Alimlər bilirdilər ki, bu vəzir bürhan,
məntiq, dəlil və sübut əhli
deyil və heç bir haqq sözü qəbul
etmir. Buna görə də onun sözü
qarşısında mənalı və təhqiredici
bir sükuta daldılar.
Bu hadisədən bir müddət keçdi.
Bir gün vəzir müttəhim olaraq o
vaxtın iqtidarı tərəfindən
tutulub zindana salındı. O vaxt həmin
məclisdə olan alimlərdən biri özü-özünə
dedi ki, o vəzirin oyanmaq (qəflət yuxusundan
oyanmaq) vaxtı gəlib çatıb. Artıq
onun təkəbbür və qürur pərdələri
gözünün qarşısından çəkilib
və haqqı qəbul etməyə hazırdır.
Əgər onun yanına gedib nəsihət
versəm, mütləq ona təsir edəcək.
Fürsətdən istifadə edib zindana
gəldi. Onunla görüşmək icazəsi
alıb zindana girdi. Gördü ki, vəzir
bir otaqda tək başına gəzərək
fikir edir. Qulaq asıb gördü ki, dodağının
altında bir şer zümzümə edir.
Diqqətlə qulaq asdıqda gördü
ki, bu məzmunda şer oxuyur:
«Biz hamımız şirik, lakin bayraq üstə
çəkilmiş şir. Külək əsdikdə
hücum etməyə başlayırıq.
Hücum etmək istəyirik, lakin külək
əsmir. Qurban olaq heç vaxt gözə
görünməyən varlığa.»
Yəni, biz bayrağın üstə çəkilmiş
şirə bənzəyirik. (Bəzi ölkələrin
bayrağı üzərində bir şir
şəkli vardır. Şerdə də
buna işarə olunub). Külək əsdikdə
hərəkətə gəlirik və elə
bil ki, hücum etməyə hazırlaşırıq.
Həqiqətdə isə bizi hərəkətə
gətirən küləkdir. Bizim isə
öz gücümüz yoxdur. Nə qədər
hərəkətə gəlmək istəsək
də, külək əsməzsə, yerimizdə
qalacağıq. Bizi bu qüdrətə
malik edən Allah hər bir zaman bu qüdrəti
bizim əlimizdən ala bilər. Hamımızın
canı ona fəda olsun.
Alim baxıb gördü ki, belə bir vəziyyətdə
o nəinki təkcə Allahı qəbul
edib, hətta bəlkə böyük arif
və zahid şəxsə çevrilib.
Lakin buna baxmayaraq, vəzirin hal-əhvalını
soruşduqdan sonra ona dedi:-Yadınızdadırsa,
bir gün demişdiniz, Allahın olmamasına
min bir dəlil və sübut gətirərəm.
İndi mən gəlmişəm, sənin
min dəlil və sübutunu bir sübutla
rədd edim. Allah həmin varlıqdır
ki, sənin o əzəmətli qüdrətini
asanlıqla əlindən aldı. Vəzir
utanaraq başını aşağı
saldı, heç bir cavab vermədi. Çünki
öz səhvini anlamışdı. Artıq
öz batinində Allah və iman nuru hiss
edirdi.
Quran (bu barədə) Firon haqqında belə
buyurur: «Firon batacağı anda: «İsrail
oğullarının inandıqlarından
başqa tanrı olmadığına iman
gətirdim» dedi» (Yunus, 90).
Allahı tanımanın ikinci yolu
Xaricdən olan yol
(Zahiri yol)
Yaşadığımız dünyaya bir
balaca nəzər saldıqda görürük
ki, bu dünya qarışıq və proqramsız
qurulmayıb. Əksinə, bu dünyada olan
bütün məxluqatın hamısı
müəyyən bir proqram əsasında
dövr edirlər. Dünyadakı canlı
varlıqlar böyük bir orduya bənzəyir.
Bu ordu müxtəlif hissələrə
bölünmüşdür və hər
hissə məqsədyönlü hərəkət
edir.
Aşağıdakı məsələlər
bu barədə olan bütün şübhələri
aradan qaldıra bilər:
1.Bir şeyin vücuda gəlib sağ-salamat
qalması üçün şərait və
bir sıra qanunlar əl-ələ verməlidirlər.
Məsələn, bir ağacın əkilib
boya başa çatması üçün
torpaq, su, münasib hava və müəyyən
dərəcə hərarət, istilik lazımdır.
Bu şərait yarandıqda torpağa basdırılmış
toxum cücərib inkişaf edir. Beləliklə
də bir ağac əmələ gəlir.
Yuxarıda sadalanan şərtlər olmadan
ağacın cücərməsi qeyri-mümkündür.
Bu şərtlərin bir yerdə olması
üçün isə, ağıl, elm və
biliyə ehtiyac vardır.
2.Hər bir varlığın bir sıra
özünəməxsus keyfiyyətləri
vardır. Məsələn, su və odun
hər birinin özünəməxsus (suyun
rütubət, odun isə hərarət)
xüsusiyyətləri vardır. Bu xüsusiyətlər
həmişə onlarla bir yerdədir və
hər biri sabit bir qanun əsasında dövr
edir.
3.Canlı varlıqların bütün hissə
və üzvləri bir-biri ilə əlaqədardır.
Böyük bir aləm olan insan bədənini
buna bir nümunə gətirmək olar. İnsanda
bir xəstəlik və ya narahatçılıq
yarandıqda bütün bədən üzvləri
əziyyət çəkir. Bu sıx əlaqə
dünyada nizam və intizam proqramının
hakim olduğuna daha bir sübutdur.
4.Dünyaya bir az diqqətlə baxdıqda
məlum olur ki, bir məxluqun öz bədən
üzvləri ilə əlaqəsindən
əlavə müxtəlif məxluqların
da biri-biri ilə sıx əlaqələri
vardır. Məsələn, canlıların
yaşaması üçün günəş
işıq saçmalı, yağış
yağmalı, külək əsməlidir.
Bu işdə yer və yer mənbələrinin
də böyük rolu vardır. Bunların
hamısı dünyada müəyyən
bir nizam-intizamın dövr etdiyini göstərir.
Nizamla ağlın əlaqəsi.
Nizam-intizam olan yerdə ağıl, düşüncə,
hədəf və plan işlədilməsi
həqiqətini hamı öz vicdanı
qarşısında etiraf edir. Çünki
harada nizam-intizam varsa, orada elm və qüdrət
mənbəyi də var. Bu məsələnin
doğruluğu aşkardır və, sübuta
ehtiyacı yoxdur.
İnsan bilir ki, gözü görməyən
(istisnalardan başqa) və savadsız bir
insan makinada kiçik bir məqalə də
yaza bilməz. Eləcə də iki yaşlı
uşaq (istisnalardan başqa) qələmi
ağ kağız üstə o yan-bu yana
fırladaraq gözəl bir rəsm çəkə
bilməz.
Gözəl bir inşa və ya məqalə,
yaxud muzeydə gözəl bir tablo, rəsm
əsəri gördükdə dərhal
bilirik ki, onu savadlı, istedadlı bir şəxs
və ya mahir bir rəssam yazmış, yaxud
çəkmişdir. Hətta onu yazanı,
yaxud çəkəni görməsək
də, bu cür deyəcəyik.
Deməli, harada nizam-intizam əsasında
olan bir quruluş varsa, mütləq orada
ağıl və düşüncə də
var. Bu nizam-intizam nə qədər gözəl,
aydın, dəqiq, olarsa, onda istifadə olunmuş
ağıl və elm də buna uyğun olacaqdır.
Bəzən hər nizam-intizamlı quruluşun
mənbəyinin ağıl və elm olması
məsələsini isbat etmək ücün
ali riyaziyyatda işlədilən «ehtimallar
hesabı» mövzusundan istifadə edirlər.
Bu yolla edirlər ki, məsələn, savadsız
bir insan makinanın düymələrini
(necə gəldi) basmaqla təsadüfən
bir məqaləni yazmaq üçün ehtimallar
hesabına əsasən milyardlarla il sərf
etməlidir. Lakin heç yer kürəsinin
ömrü də buna kifayət etməz.
Qurani-Məcid Allahı zahiri yolla tanımaq
barədə buyurur: «Quranın haqq olduğu
müşriklərə bəlli olsun deyə,
biz öz qüdrət nişanələrimizi
həm xarici aləmdə (kainatda, göylərin
və yerin ətrafında), həm də
onların öz daxilində mütləq
göstərəcəyik. (Ya peyğəmbər!)
Məgər Rəbinin hər şeyə
şahid olması (sənin dediklərinin
doğru olmasına) kifayət deyilmi? (Fussilət,
53).
Yaranışda olan nizam-intizamdan nümunələr
Dünyada olan nizam-intizam, hədəf, məqsəd
və proqram hamıya aşkardır. İndi
isə bunlardan bir neçə nümunəni
sizlərə təqdim edirik.
Bu kitabda dünyadakı nizam-intizam barədə
çəkilmiş bir neçə kiçik
və böyük nümunəni oxucuların
nəzərinə çatdıracağıq.
Xoşbəxtlikdən, bu gün təbiət
elmlərinin inkişafı sayəsində
və təbiət incəliklərinin, eləcə
də insanın, heyvanın, bitkilərin,
kəhkaşanlar aləminin, hətta, kiçik
bir hüceyrənin sirlərinin kəşf
olunması ilə Allahı tanıma qapıları
insanların üzünə açılmışdır.
Hətta iş o yerə çatmışdır
ki, təbiət elmlərinə dair yazılmış
kitabları «tövhid» və «Allahı tanıma
kitabları» adlandırmaq olar. Bu kitablar insanlara
Allahın qüdrətinin əzəmət
və böyüklüyünü çatdırır.
Çünki bu kitablar dünya varlıqlarının
nizamına olan baxışdakı pərdəni
aradan götürür. Bu kitablar dünyanı
yaradan Allahın nə qədər alim və
qadir olduğunu çatdırır.

|