Bizim kitablar:






 


ALLAHIN VARLIĞI

1 Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı? (İbrahim-10)

2 Məgər Allahın göydən yağış yağdırdığını? onu yer üzündəki bulaqlara axıtdığını? sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o (əkin) quruyar? sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən? bunda ağıl sahibləri üçün ibrətlər vardır! (Zümər-21)

3 Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?! (Mürsəlat-20)

4 Məgər sən bilmirsən ki? göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?! (Bəqərə-107)

5 İmam Əli(ə) buyurur: Allahın yaratdıqlarını görüb Allaha şəkk edən kəslərə təəccüb edirəm. (Nəhcül-Bəlağə – 121-ci hikmət)

6 İmam Əli (ə) buyurur: Özünü tanıyan Allahını da tanıyar. (1000 hədis)

7 İncildə Allah-təala buyurur:"Ey insan! Özünü tanı ki, Rəbbini tanıyasan".

8 “Kim özünü tanımasa, doğru yoldan uzaqlaşıb cəhalət və zəlalət vadisinə yuvarlanar"Qürərin fəslə görə mündəricatı: səh.387

9 Peyğəmbər(s)-dan buyurur: "Sizlərdən Allahı ən yaxşı tanıyan, özünü ən yaxşı tanıyandır".Əlcəvahirüs-sünniyyə (hindistan çapı 1302-ci il) səh.94