| |
1.
əl-Fatihə (Kitabı açan) surəsi
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Mərhəmətli, rəhmli Allahın
adı ilə! .
2. Həmd (şükür və tə’rif)
olsun Allaha (və ya: Həmd məxsusdur Allaha)
- aləmlərin Rəbbinə,
3. (Bu dünyada hamıya) mərhəmətli,
(axirətdə isə ancaq mö’minlərə)
rəhmli olana,
4. Haqq-Hesab (qiyamət) gününün
sahibinə!
5. Biz yalnız Sənə ibadət edirik
və yalnız Səndən kömək
diləyirik!
6. Bizi doğru (düz) yola yönəlt!
7. Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə
düçar olmuşların və (haqdan)
azmışların (yoluna) yox!

|