| |
56.
əl-Vaqiə (Vaqiə)
surəsi (Məkkədə nazil olmuşdur, 96 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Qiyamət vaqe olacağı (qopacağı)
vaxt
2. Onun vaqe olmasını heç kəs
təkzib edə (dana) bilməz!
3. O (kimini) alçaldacaq, (kimini də)
ucaldacaqdır.
4. Yer hərəkətə gəlib
şiddətlə titrədiyi,
5. Dağlar parça-parça olub ovxalandığı
6. Və toz kimi səpələndiyi
zaman
7. Siz (ey insanlar!) üç zümrəyə
ayrılacaqsınız:
8. Sağ tərəf sahibləri (əməl
dətərləri sağ əllərinə verilənlər).
Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)
9. Sol tərəf sahibləri (əməl
dətərləri sol əllərinə verilənlər).
Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!)
10. Və öndə olanlar. Onlar (dünyada
Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları
kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir
onlar!)
11. Onlar (Allah dərgahına, Allahın
lütfünə) yaxınlaşdırılmış kimsələrdir.
12. Onlar Nəim cənnətlərində
olacaqlar.
13. (Öndə olanların) çoxu
əvvəlkilərdən (keçmiş peyğəmbərlərin
ümmətlərindən),.
14. Biz azı da axırıncılardandır
(Muhəmməd əleyhissəlamın ümmətindəndir).
15. (Onlar qızıl-gümüş,
lə値-cavahiratla) bəzənmiş taxtlar üstündə
qərar tutacaq,
16. Onlara (o taxtlara) söykənib bir-biri
ilə qarşı-qarşıya əyləşəcəklər.
17. Onların dövrəsində həmişəcavan
xidmətçi oğlanlar dolanacaqlar;
18. (Cənnət bulağından axan)
məin (şərab) dolu piyalələr, kuzələr və
qədəhlərlə.
19. (Dünyadakı şərabdan
fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.
20. (O cavan xidmətçilər Cənnətdə
olanların) bəyənib seçdikləri meyvələr
21. Və istədikləri hər cür
quş əti ilə (onların dövrəsində fırlanacaqlar).
22. (Onlar üçün orada) iri (ahu)
gözlü, qəşəng hurilər də vardır.
23. (O hurilər rəng və gözəllikcə)
sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış)
incidirlər.
24. Onlar (bu ne知ətlərə dünyada)
etdikləri (yaxşı) əməllər müqabilində
nail olacaqlar.
25. Onlar orada (Cənnətdə) nə
boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.
26. Eşitdikləri söz ancaq "salam"
olacaqdır.
27. Sağ tərəf sahibləri!
(Əməl dəftərləri sağ əllərində
olanlar!) Kimdir o sağ tərəf sahibləri?
28. (Onlar) tikansız sidr ağacları,
29. Salxım-salxım sallanmış
möüz (banan) ağacları altında;
30. Çəkilməyən (daimi) kölgəliklərdə;
31. Axar su kənarında;
32. Bol meyvələr -
33. Tükənməz və qadağan
edilməyən (meyvələr) içində
34. Və (bir-birinin üstünə
yığılmış) hündür döşəklər
üstündə (yaxud yüksək əxlaq və qeyri-adi
gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!
35. Şübhəsiz ki, Biz onları
(huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan)
yaradacağıq!
36. Onları bakirə qızlar,
37. Ərlərini sevən, həmyaşıdlar
edəcəyik.
38. Sağ tərəf sahibləri
(əməl dəftəri sağ əllərinə verilənlər)
üçündür onlar!
39. (Onların) bir çoxu əvvəlkilərdən
(keçmiş peyğəmbərlərin ümmətlərindən),
40. Bir çoxu da axırıncılardandır
(bu ümmətdəndir).
41. Sol tərəf sahibləri! (Əməl
dəftərləri sol əllərinə verilənlər!)
Kimdir o sol tərəf sahibləri?
42. (Onlar) səmum yeli (qızmar atəş)
və qaynar su içində,
43. Qapqara duman kölgəsində
olacaqlar!
44. (O kölgə başqa kölgələrdən
fərqli olaraq) nə sərin, nə də xoşagələndir.
45. Onlar bundan əvvəl (dünyada)
naz-ne知ət içində idilər.
46. Özləri də böyük
günah içində (Allaha şərik qoşmaqla) israr edib
dururdular.
47. Və belə deyirdilər: "Əcaba,
biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan
sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?!
48. Yaxud bizdən əvvəl gəlib-getmiş
atalarımız da dirildiləcəklərmi?!"
49. (Ya Peyğəmbər!) De: "(Sizdən)
əvvəlkilər də, sonrakılar da,
50. Mə値um bir günün (qiyamət
gününün) müəyyən bir vaxtında mütləq
(məhşərə) cəm ediləcəklər.
51. Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı)
dananlar!
52. Şübhəsiz ki, zəqqum
ağacından (onun meyvəsindən) yeyəcəksiniz,
53. Qarınlarınızı onunla
dolduracaqsınız.
54. Üstündən də (sizə
bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.
55. Özü də onu susuzluq xəstəliyinə
tutulmuş (dəvə) kimi içəcəksiniz.
56. Bu onların haqq-hesab günündəki
ziyafətidir.
57. (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq.
Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi)
təsdiq etməzmisiniz?
58. Bəs (bətnlərə) axıtdığınız
nütfəyə nə deyirsiniz?
59. Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!
60. Sizin aranızda ölüm (kimin
nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən
etdik. Və Biz əsla aciz (önünə keçilməsi
mümkün olan) deyilik,
61. (Sizi yox edib) yerinizə sizin kimiləri
gətirməkdən (sizi başqaları ilə əvəz
etməkdən) və sizi özünüz də bilmədiyiniz
başqa bir şəkildə yaratmaqdan!
62. And olsun ki, siz ilk yaradılış
(dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi
yenidən diriltməyə qadir olduğumuz barədə) heç
düşünmürsünüz?!
63. Bəs əkdiyiniz (toxuma) nə
deyirsiniz?
64. Onu bitirən sizsiniz, yoxsa Biz?!
65. Əgər Biz istəsəydik,
onu bir saman çöpünə döndərər, siz də
mat-məətəl qalıb:
66. "Biz ziyana uğramış,
67. Bəlkə, (hələ ruzidən
də) məhrum olmuş kimsələrik!" (deyərdiniz).
68. Bəs içdiyiniz suya nə deyirsiniz?
69. Onu buluddan endirən sizsiniz, yoxsa
Biz?!
70. Əgər istəsəydik, onu
acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne知ətlərinə)
şükür etmirsiniz?
71. Bəs (yaş ağacdan) yandırdığınız
oda nə deyirsiniz?
72. Onun ağacını yaradan sizsiniz,
yoxsa Biz?
73. Biz onu (sizi cəhənnəm odu
ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada
olan müsafirlərin faydalanması üçün yaratdıq.
74. Belə olduqda (ya Peyğəmbər!)
sən ulu olan Rəbbinin adını müqəddəs tutub
zikr et!
75. Ulduzların (bürclərdəki)
mənzillərinə (yaxud doğub-batdığı yerlərə)
and olsun ki -
76. Kaş bunun nə qədər böyük
bir and olduğunu biləydiniz -
77. (Sizə oxunan) bu (kəlam) çox
qiymətli Qur誕ndır.
78. (O, Allah dərgahında) qorunub
saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud
lülələnib bükülmüş kağızlardadır).
79. Ona yalnız pak olanlar toxuna bilər!
80. (O) Aləmlərin Rəbbi tərəfindən
nazil edilmişdir.
81. İndi siz bu kəlamı yalan
sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)
82. Ruzinizə şükür etməli
olduğunuz halda, onu yalanmı hesab edirsiniz?
83. (Can) boğaza yetişdiyi (ölüm
gəlib çatdığı) zaman
84. Siz (ona) baxıb durursunuz (əlinizdən
heç bir şey gəlmir).
85. Biz ona sizdən daha yaxınıq,
amma siz (bunu) görmürsünüz!
86. Əgər sizdən (dediyiniz kimi,
qiyamət günü əməllərinizə görə)
haqq-hesab çəkilməyəcəksə,
87. Və əgər ("öləndən
sonra heç bir dirilmə, haqq-hesab yoxdur" sözünü) doğru
deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə)
qaytarasınız?!
88. Amma əgər (ölən kimsə
Allah dərgahına, Allahın lütf və mərhəmətinə)
yaxın olanlardandırsa,
89. (Onu) rəhmət, gözəl
ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim
cənnəti gözləyir!
90. Əgər o, sağ tərəf
sahiblərindəndirsə (əməl dəftəri sağ
əlinə verilənlərdəndirsə),
91. (Ona özü kimi olan yoldaşlarının
dili ilə: ) "Sağ tərəf sahiblərindən sənə
salam olsun!" (deyiləcəkdir).
92. Əgər (ölən kimsə
Allahın ayələrini, mö団üzələrini) yalan sayanlardan
və yoldan azanlardandırsa,
93. (Ona) qaynar su ziyafəti veriləcək
94. Və özü də Cəhənnəmə
atılacaqdır.
95. Şübhəsiz ki, bu, təkzibolunmaz
həqiqətdir!
96. Elə isə (ya Peyğəmbər!)
sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs
turub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı
ilə təsbih et!)

|