| |
66.
ət-Təhrim (Qadağan)
surəsi (Mədinədə nazil olmuşdur, 12 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ya Peyğəmbər! Zövcələrinin
(səndən) razı qalmasını diləyərək Allahın
sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə
özünə haram (qadağan) edirsən? Allah bağışlayandır,
rəhm edəndir!
2. Həqiqətən, Allah (halal bir
şeyi özünüzə haram etmək barəsində içdiyiniz)
andlarınızı (kəffarə verməklə) geri götürməyi
vacib (qanuni) etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O (hər
şeyi) biləndir, hikmət sahibidir!
3. Bir zaman Peyğəmbər öz
zövcələrindən birinə (Həfsəyə) gizli
bir söz (bir daha Zeynəb bint Cəhşin, yaxud Mariyeyi-Qibtiyyənin
yanına getməyəcəyini) demişdi. (Həfsə) bu
sözü (digər zövcələrdən biri olan Aişəyə)
xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə)
əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə)
bildirmiş, (alicənablığı üzündən) bir
qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər)
əhvalatı (Həfsəyə) bildirdikdə o: "Bunu sənə
kim xəbər verdi?" - deyə soruşmuş, o da: "Bunu mənə
(hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah)
xəbər verdi!" - deyə cavab vermişdi.
4. (Ey Həfsə, ey Aişə!)
Əgər ikiniz də (bu hərəkətinizə görə)
Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki
(Peyğəmbərə əziyyət verməklə, ona xoş
getməyən bir hərəkət etməklə) qəlbləriniz
(onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha)
meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı
bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə
çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri
isə Cəbrail, əməlisaleh mö知inlər və bundan
sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və
yardımçıları Allah, Cəbrail, əməlisaleh mö知inlərdir.
Bunlardan sonra da mələklər onun yardımçısıdır).
5. Əgər o sizi boşasa, ola bilsin
ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı
zövcələr - müsəlman, mö知in, itaətkar, tövbəkar,
ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar
versin!
6. Ey iman gətirənlər! Özünüzü
və əhli-əyalınızı elə bir oddan qoruyun ki,
onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş
bütlər), xidmətçiləri isə Allahın onlara
verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə
yetirən daş qəlbli (heç kəsə zərrəcə
rəhm etməyən) və çox sərt təbiətli mələklərdir
(zəbanilərdir).
7. (Kafirlər cəhənnəm oduna
atıldıqları zaman onlara belə deyiləcəkdir: )
"Ey kafir olanlar! Bu gün heç bir üzrxahlıq etməyin.
Siz ancaq (dünyada) törətdiyiniz əməllərin cəzasını
çəkəcəksiniz!"
8. Ey iman gətirənlər! Allaha
səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə)
tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın
üstünü örtsün və sizi (ağacları) altından
çaylar axan cənnətlərə daxil etsin. O gün Allah
Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri
xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü
üstündə onlara yol göstərmək üçün)
önlərindən və sağ tərəflərindən
axıb şö値ə saçarkən onlar belə deyəcəklər:
"Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla.
Həqiqətən, Sən hər şeyə qadirsən!"
9. Ya Peyğəmbər! Kafirlərə
qarşı (qılıncla), münafiqlərə qarşı
(sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların
məskəni Cəhənnəmdir. Ora necə də pis sığınacaqdır!
10. Allah kafirlərə Nuhun övrəti
ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan
iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə
xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın
əzabından) heç vəchlə qurtara bilmədilər.
Onlara: "(Başqa) girənlərlə birlikdə siz ikiniz də
Cəhənnəmə girin!" - deyildi.
11. Allah iman gətirənlərə
isə Fir弛nun zövcəsini (Asiyə bint Məzahimi) misal
çəkdi. O zaman o: "Ey Rəbbim! Mənim üçün
Öz dərgahında - Cənnətdə bir ev tik. Məni
Fir弛ndan və onun əməlindən qurtar. Məni zalım
qövmdən xilas et!" - demişdi.
12. (Allah mö知in qadınlara) həmçinin
namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın
qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail
vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan
(Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm
Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini),
kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən
oldu.

|