| |
9.
ət-Tovbə (Tövbə)
surəsi (Mədinədə nazil olmuşdur, 129 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Allahdan və Onun Peyğəmbərindən
saziş bağladığımız müşriklərə
(onlarla olan əhdlərinin pozulması, əlaqələrin
kəsilməsi barədə) bir xəbərdarlıq!
2. (Ey müşriklər!) Yer üzündə
dörd ay sərbəst gəzib dolaşın və bilin ki,
siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından
qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri
(dünyada və axirətdə) rüsvay edəcəkdir!
3. Allahdan və Onun Peyğəmbərindən
böyük həcc günü (zülhiccə ayında vacib,
fərz olan həcc; qurban bayramı və ya Ərəfə
günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin
müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər
(küfrdən və şirkdən) tövbə etsəniz,
bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz
döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb
canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!)
Kafir olanları şiddətli bir əzabla müjdələ!
4. Müqavilə bağlandıqdan
sonra sizə qarşi bir naqislik etməmiş (onun şərtlərini
pozmamış) və sizin əleyhinizə heç kəsə
yardım göstərməmiş müşriklər istisnadır.
Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək)
vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri
(əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!
5. Haram aylar (onlara möhlət verilmiş
zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl
ayları) çıxınca müşrikləri harada görsəniz,
öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə)
edin və bütün yollarını - keçidlərini tutun.
Lakin əgər tövbə etsələr, namaz qılıb
zəkat versələr, onları sərbəst buraxın (işiniz
olmasın). Həqiqətən, Allah bağışlayandır,
rəhm edəndir!
6. Əgər (basqına uğrayan)
müşriklərdən biri səndən aman istəsə,
ona aman ver ki, Allah kəlamını (Qur誕nı) dinləsin.
Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin
olduğu (müşriklərin yaşadığı) yerə
çatdır. Çünki onlar (haqqı) bilməyən bir
tayfadır!
7. Məscidülhəramın yanında
(Hüdeybiyyədə) müqavilə bağladığınız
kəslər (Bəni-Zəmirə və Kinanə qəbilələri)
istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri
yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün
davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün
dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən,
əhdi pozmaqdan çəkinənləri) sevər!
8. Necə ola bilər ki, onlar sizə
qalib gəlsələr, nə bir anda, nə də bir əhdə
əməl edərlər? Onlar ürələri istəmədikləri
halda, sözdə sizi razı salmağa çalışarlar.
Onların əksəriyyəti (Allaha asi olan, itaətdən
çıxan, əhdi pozan) fasiqlərdir!
9. Onlar (müşriklər və ya
onlara yardım edən yəhudilər) Allahın ayələrini
ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan
döndərdilər (islamı qəbul etməyə mane oldular).
Həqiqətən, onların gördükləri iş necə
də pisdir!
10. Onlar bir mö知in barəsində
nə bir anda, nə də bir əhdə əməl edərlər.
Onlar (günah etməklə) həddi aşanlardır!
11. Əgər tövbə etsələr,
namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır.
Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün
belə ətraflı izah edirik!
12. Əgər əhd bağladıqdan
sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir
etsələr, (sözlərinin üstündə durmayan) küfr
başçıları ilə vuruşun. Onların həqiqətdə
andları (əhdləri) yoxdur (onlar üçün heç
bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə,
(bu yaramaz işlərdən) əl çəkələr!
13. (Ey mö知inlər!) Məgər
siz andlarınızı (əhdlərini) pozan, Peyğəmbəri
(öz yurdundan) çıxardıb qovmaq niyyətində olan,
üstəlik sizinlə döyüşə də birinci başlayan
bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan
qorxursunuz? Əgər (həqiqi) mö知inlərsinizsə, bilin
ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!
14. Onlarla vuruşun ki, Allah sizin əlinizlə
onlara əzab versin, onları rüsvay etsin, sizə onların
üzərində qələbə çaldırıb mö知inlərin
ürəklərini fərəhləndirsin.
15. Və onların (müşriklərin
əlindən əziyyət çəkən müsəlmanların)
qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi
kəsin tövbəsini qəbul edər. Allah (hər şeyi)
biləndir, hikmət sahibidir!
16. Yoxsa elə güman edirsiniz ki,
Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən
və mö知inlərdən başqasını özlərinə
dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız?
Allah nə etdiklərinizdən xəbərdardır!
17. Müşriklər küfr etdikləri
barədə öz-özlərinə şahid olduqları halda,
Allahın məscidlərini tə知ir etmək onlara layiq olmaz.
Onların əməlləri puça çıxmışdır.
Onlar Cəhənnəmdə (atəşdə əbədi
qalacaqlar!)
18. Allahın məscidlərini yalnız
Allaha və qiyamət gününə iman gətirən, namaz
qılıb zəkat verən və Allahdan başqa heç kəsdən
qorxmayanlar tə知ir edə bilərlər (yalnız bu qəbildən
olan şəxslərin əməlləri Allah dərgahında
qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən
ola bilərlər!
19. (Ey müşriklər!) Məgər
siz hacılara su verməyi və Məscidülhəramı
tə知ir etməyi Allaha və qiyamət gününə iman
gətirib Allah yolunda cihad edənlərdə eynimi tutursunuz?
Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru
yola yönəltməz!
20. İman gətirib hicrət edənləri,
Allah yolunda malları və canları ilə vuruşanları
Allah yanında ən yüksək dərəcələr gözləyir.
Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır).
21. Rəbbi onları Özündən
bir mərhəmət (bağışlanma), razılıq və
içərisində onlar üçün tükənməz
ne知ətlər olan cənnətlərlə müjdələr.
22. Onlar orada əbədi qalacaqlar.
Böyük mükafat, həqiqətən, Allah yanındadır!
23. Ey iman gətirənlər! Əgər
atalarınız və qardaşlarınız küfrü imandan
üstün tuturlarsa, onları özünüzə dost bilməyin.
Sizdən onları dost tutanlar özlərinə zülm etmiş
olarlar.
24. (Ya Rəsulum!) De: "Əgər atalarınız,
oğullarınız, qardaşlarınız, övrətləriniz,
qəbiləniz (qohumlarınız), qazandığınız
mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn
məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən
və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri
(əzabı) gəlincəyə qədər gözləyin.
Allah fasiqləri doğru yola yönəltməz!
25. Allah sizə bir çox yerlərdə,
həmçinin Hüneyn (vuruşu) günündə kömək
etdi. O gün çox olmağınız xoşunuza gəlsə
də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer
üzü genişliyinə baxmayaraq sizə dar gəldi), sonra
dönüb qaçdınız.
26. Sonra da Allah Öz Peyğəmbərinə
və mö知inlərə arxayınlıq nazil etdi, (köməyinizə
mələklərdən ibarət) görmədiyiniz əsgərlər
endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin
cəzasıdır!
27. Bundan (bu əzabdan) sonra Allah yenə
də istədiyinin tövbəsini qəbul edər. Allah bağışlayandır,
rəhm edəndir!
28. Ey iman gətirənlər! Müşriklər
(batinləri xəbis, e稚iqadları puç və iyrənc olduğuna,
su başına çıxdıqdan sonra yuyunmadıqlarına,
dəstəmaz almadıqlarına və cənabət qüslü
etmədiklərinə görə), doğrudan da, murdardırlar.
Özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən)
sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər
yoxsulluqdan (ehtiyacdan) qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə,
öz ne知ətindən (verib) sizi mütləq dövlətli
edəcəkdir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
29. Kitab əhlindən Allaha və
qiyamət gününə iman gətirməyən, Allahın
və Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən
və haqq dini (islamı) qəbul etməyənlərlə
zəlil vəziyyətə düşüb öz əlləri
ilə cizyə verincəyə qədər vuruşun.
30. Yəhudilər: "Üzeyr Allahın
oğludur", xaçpərəstlər də: "Məsih (İsa)
Allahın oğludur", - dedilər. Onların ağzında gəzən
bu (boş) sözlər daha öncə küfr edənlərin
("mələklər Allahın qızlarıdır" - deyənlərin)
sözlərinə bənzəyir. Allah onları öldürsün!
(Allah onlara lə地ət eləsin!) Necə də (yalana uyub
haqdan) döndərilirlər!
31. Onlar Allahı qoyub alimlərini
və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə
tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq
bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa
heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir.
Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi
yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları
bütlərdən uzaqdır!)
32. Onlar Allahın nurunu (dəlillərini,
islam dinini, Qur誕nı) ağızları (batil sözləri)
ilə söndürmək istəyirlər. Allah isə kafirlərin
xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq
istər.
33. Müşriklərin xoşuna gəlməsə
də, onu (islamı) bütün dinlərin fövqündə
(bütün dinlərdən üstün) etmək üçün
Öz Peyğəmbərini doğru yolla və haqq dinlə
göndərən Odur!
34. Ey iman gətirənlər! (Yəhudi)
alimlərindən və (xaçpərəst) rahiblərindən
çoxu insanların mallarını haqsızlıqla yeyir və
(onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!)
Qızıl-gümüş yığıb onu Allah yolunda
xərcləməyənləri şiddətli bir əzabla
müjdələ!
35. O gün (qiyamət günü)
yığdıqları qızıl-gümüş cəhənnəm
atəşində qızdırılıb alınlarına,
böyürlərinə və kürəklərinə dağ
basılacaq (və onlara): "Bu sizin özünüz üçün
yığıb saxladığınız mallardır. Yığdığınız
mal-dövlətin (əzabını, acısını) dadın!"
- (deyiləcəkdir!)
36. Həqiqətən, Allah yanında
ayların sayı göyləri və yeri yaratdığı
gündən bəri Allahın Kitabında on ikidir. Onların
dördü (rəcəb, zülqə壇ə, zülhiccə
və məhərrəm) haram aylardır. Bu, doğru dindir
(İbrahim və İsmailin gətirdikləri dinin doğru
hesabı və hökmüdür). Ona görə də həmin
aylarda özünüzə zülm etməyin. Müşriklərin
hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla
vuruşun və bilin ki, Allah müttəqilərlədir!
37. Həqiqətən, (haram ayları)
gecikdirmək (məsələn, rəcəbi şə鍛ana
və ya zülqə壇ə, zülhiccə və məhərrəmi
gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü
artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar.
Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək,
Allahın haram buyurduğunu halal etmək məqsədilə
onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları
gecikdirmək, yerlərini dəyişdirmək və qəməri
ilə daha bir ay əlavə etməklə haram olan bir ayı
bə築ən halal, halal olan bir ayı da bə築ən haram hesab
edərlər). Pis əməlləri onlara gözəl görünmüşdür.
Allah kafir qövmü doğru yola yönəltməz!
38. Ey iman gətirənlər! Sizə
nə oldu ki, "Allah yolunda döyüşə çıxın!"
- deyildikdə yerə yapışıb qaldınız. Yoxsa
axirətdən vaz keçib dünya həyatına razı oldunuz?
Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə)
yalnız cüz段 bir şeydir!
39. Əgər (sizə əmr olunan
bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli
bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz
edər (yerinizə başqa bir tayfa gətirər). Siz isə
Ona (döyüşə çıxmamağınızla Allaha
və Peyğəmbərinə) heç bir zərər verə
bilməzsiniz. Allah hər şeyə qadirdir!
40. (Ey mö知inlər!) Əgər
siz ona (Peyğəmbərə) kömək etməsəniz,
Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər
onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi)
olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu
və öz dostuna (Əbu Bəkrə): "Qəm yemə, Allah
bizimlədir!"-dediyi zaman (göstərmişdi). O vaxt Allah ona
bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz
(mələklərdən ibarət) əsgərlərlə
müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı.
Yalnız Allahın sözü (kəlmeyi-şəhadət)
ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!
41. (Ey mö知inlər!) Ağırlı-yüngüllü
(qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz,
dövlətli-kasıb) hamınız cihada çıxıb
malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz
bu sizin üçün nə qədər xeyirlidir!
42. Əgər o (də致ət olunduqları
yürüş), asan əldə edilən mənfəət
(dünya malı, yaxud qənimət) və orta (mənzilli)
bir səfər olsaydı, onlar mütləq sənin ardınca
gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə
(Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar:
"Əgər gücümüz çatsaydı, biz də sizinlə
bərabər səfərə çıxardıq",- deyə
Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə)
özlərini həlak edirlər. Allah isə onların yalançı
olduqlarını bilir.
43. Allah səni bağışlasın!
(Allah səni əfv etdi). Doğru danışanlar sənə
bəlli olmadan, yalançıları tanımadan əvvəl
nə üçün onlara (cihadda iştirak etməməyə)
izin verdin?
44. Allaha və axirət gününə
iman gətirənlər malları və canları ilə cihad
etmək barəsində səndən izin istəməzlər
(o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyandır!
45. Səndən (cihada çıxmamaq
üçün) izin istəyənlər ancaq Allaha, axirət
gününə iman gətirməyənlər və ürəkləri
şəkk-şübhəyə düşənlərdir.
Onlar öz şübhələrində tərəddüd
edib durarlar.
46. Əgər onlar (münafiqlər
cihada) çıxmaq istəsəydilər, ona hazırlıq
görərdilər. Lakin onların davranışı Allaha
xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına)
mane oldu. Onlara: "(Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar
və uşaqlarla bərabər) siz də oturun!" - deyildi.
47. Əgər (münafiqlər) sizinlə
birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə
pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq
üçün aranıza soxulardılar. İçinizdə
onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır!
48. Onlar əvvəl də (Ühüd
döyüşündə) fitnə törətmək istəmiş
və sənin üçün bir para işləri alt-üst
etmişdilər. Nəhayət, onlar istəmədikləri
halda, haqq gəldi və Allahın əmri zahir oldu.
49. Onlardan (münafiqlərdən):
"Mənə (döyüşə getməməyə) izin ver,
məni fitnəyə salma!"- deyənlər də var. Bilin ki,
onlar (özləri) fitnəyə düşmüşlər.
Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!
50. Sənə bir yaxşılıq
(zəfər, qənimət) nəsib olsa, onların halı
pis olar. Sənə bir müsibət üz versə: "Biz tədbirimizi
qabaqcadan görmüşük!" deyər və sevincək halda
dönüb gedərlər.
51. De: "Allahın bizim üçün
(lövhi-məhfuzda) yazdığından başqa bizə heç
bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə
də mö知inlər yalnız Allaha təvəkkül etsinlər!"
52. De: "Biz Allahın Özü tərəfindən
və ya bizim əlimizlə sizi əzaba düçar etməsini
gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı
işdən (zəfər çalmaqdan və şəhid olmaqdan)
birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də
sizinlə birlikdə gözləməkdəyik"!
53. (Münafiqlərə) de: "İstər
könül xoşluğu ilə, istər zorla (mallarınızı)
xərcləyin. Onsuz da (Allah dərgahında) sizdən qəbul
olunmayacaq. Çünki siz fasiq bir tayfasınız.
54. Onların xərclədiklərinin
qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini
inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri
və istəməyə-istəməyə xərcləmələridir.
55. (Ya Peyğəmbərim! Münafiqlərin)
nə malları, nə də oğul-uşağı səni
təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə
dünyada əzab vermək, kafir olduqları halda, canlarını
almaq istər.
56. (Münafiqlər) sizdən olmaya-olmaya
mütləq sizdən olduqları barədə Allaha and içərlər.
Lakin onlar (əslində sizin onları öldürmənizdən
ehtiyat edən, buna görə də zahirən özlərini
müsəlman kimi göstərən) qorxaq bir zümrədir.
57. Əgər onlar bir sığınacaq
və ya (gizlənmək üçün) mağara, yaxud girməyə
bir deşik (yer) tapsaydılar, tələsik ora üz tutardılar.
58. Onlardan (münafiqlərdən)
sədəqələr (onların bölünməsi) barəsində
sənə eyib tutanlar da var. Əgər (sədəqədən)
onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal
qəzəblənərlər.
59. Kaş münafiqlər Allahın
və Peyğəmbərinin onlara verdiklərindən razı
qalıb: "Allah bizə kifayətdir. Allah bizə Öz ne知ətindən
bəxş edəcək, Peyğəmbəri də (sədəqədən).
Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!"
- deyəydilər!
60. Sədəqələr (zəkatlar)
Allah tərəfindən müəyyən edilmiş bir fərz
(vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından
əl açıb dilənməyən) minskinlərə, zəkatı
yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa)
isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil
mö知in olmayanlara), azad ediləcək kölələrə
(və ya boynuna kəffarə düşüb verə bilməyənlərə),
həmçınin (borcu ödəməyə imkanı olmayan)
borclulara, Allah yolunda cihad edənlərə və yolçulara
(pulu qurtardığı üçün yolda qalan, vətəninə
qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah
(hər şeyi) biləndir, hikmət sahibidir!
61. (Münafiqlər içində)
Peyğəmbəri incidib: "O (hamını dinləyən,
hər sözü eşidib inanan) bir qulaqdır",- deyənlər
də var. De: "O qulaq sizin üçün bir ne知ətdir. Allaha
da inanır, mö知inlərə də. O sizdən iman gətirənlər
üçün rəhmətdir. Allahın Rəsuluna əzab
verənləri isə şiddətli bir əzab gözləyir!"
62. (Ey mö知inlər!) Onlar sizin razılığınızı
qazanmaq üçün (münafiq olmadıqları barədə)
Allaha and içirlər. Əgər onlar mö知indirlərsə,
(bilsinlər ki) Allahın və Onun Peyğəmbərinin razılığını
qazanmaq daha vacibdir!
63. Məgər bilmirlərmi ki, Allaha
və Onun Peyğəmbərinə qarşı çıxanı
içində əbədi qalacağı cəhənnəm
atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır.
64. Münafiqlər ürəklərində
olanları xəbər verəcək bir surənin nazil edilməsindən
çəkinirlər. De: "Siz istehza etməyinizdə olun. Allah
qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!"
65. (Ya Rəsulum!) Onlardan (Təbuk
döyüşünə gedərkən səni lağa qoyan
münafiqlərdən nə üçün belə etdiklərini)
soruşsan: "Biz ancaq söhbət edib zarafatlaşırdıq
(əylənirdik)",- deyə cavab verərlər. De: "Allaha, Onun
ayələrinə və Peyğəmbərinə istehzamı
edirsiniz?!
66. (Əbəs yerə) üzr istəməyin.
Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü
biruzə verməklə, Allahın əmrlərini unutmaqla)
artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə
görə) bağışlasaq da, digər qismini günahkar
olduğu üçün əzaba düçar edəcəyik!
67. Münafiq kişilərlə münafiq
qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər.
Onlar (insanlara) pis işlər görməyi əmr edər,
yaxşı işləri qadağan edərlər. Hələ
əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı
unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər
(Allahın itaətindən çıxmış) fasiqlərdir!
68. Allah münafiq kişilərə,
münafiq qadınlara və kafirlərə içində əbədi
qalacaqları cəhənnəm odu və壇 etmişdir. (Atəş,
əzab) onlara kifayətdir. Allah onlara lə地ət elədi
(mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!
69. (Ey münafiqlər!) Siz özünüzdən
əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha qüvvətli
(möhkəm), mal-dövlət, övlad baxımından daha
artıq idilər. Onlar (dünyadakı) qismətlərindən
həzz alıb bəhrələndilər. Siz də özünüzdən
əvvəlkilər kimi (dünyadakı) qismətinizdən
ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi
(yalan bataqlığına) yuvarlandınız. Onların əməlləri
dünyada da, axirətdə də puça çıxmışdır.
Onlar özlərinə zərər eləyənlərdir!
70. Məgər onlara özlərindən
əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün,
Mədyən əhalisinin və Mö稚əfikilərin (şəhərləri
alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib
çatmadımı? Peyğəmbərləri onlara aşkar
mö団üzələrlə gəlmişdilər. Allah onlara
zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər.
71. Mö知in kişilərlə mö知in
qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara)
yaxşı işlər görməyi əmr edər, pis işləri
yasaq edər, namaz qılıb zəkat verər, Allaha və
Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə
ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz
qüvvət sahibi, hikmət sahibidir!
72. Allah mö知in kişilərə
və qadınlara (ağacları) altından çaylar axan cənnətlər
və Ədn cənnətlərində gözəl məskənlər
və壇 buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan
olan bir razılıq isə (bunların hamısından) daha
böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!
73. Ya Peyğəmbər! Kafirlərə
və münafiqlərə qarşı vuruş! (Kafirləri
qılıncla, münafiqləri isə dəlil-sübutla,
sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni
Cəhənnəmdir. Ora nə pis yerdir!
74. (Münafiqlər) Allaha and içirlər
ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər.
(And olsun ki) onlar küfr sözünü demiş, islamı
(zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq
ola bilmədikləri bir işə (Təbuk döyüşündən
qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları
sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə
və mö知inlərə qarşı) kin-küdurət bəsləmələrinin
səbəbi yalnız Allahın və Peyğəmbərinin
Öz ne知ətləri ilə onları varlandırmasıdır.
Bununla belə, əgər (ikiüzlülüklərindən
və digər yaramaz əməllərindən) tövbə
etsələr, onlar üçün xeyirli olar. Yox, əgər
(imandan) üz döndərsələr, Allah onları dünyada
və axirətdə şiddətli bir əzaba mübtəla
edər. Yer üzündə onların nə bir dostu, nə
də bir imdada yetəni var!
75. (Münafiqlərin) bə築isi də
Allahla belə əhd etmişdir: "Əgər Allah bizə Öz
ne知ətindən (mal-dövlət) bəxş etsə, biz mütləq
sədəqə (həmin malın zəkatını) verəcək
və sözsüz ki, əməlisalehlərdən olacağıq".
76. (Allah) Öz ne知ətindən onlara
(istədiklərini) ehsan buyurduqda xəsislik etdilər və
(əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər.
Onlar elə zatən dönükdürlər!
77. (Allaha) verdikləri və壇ə
xilaf çıxdıqlarına, yalan danışdıqlarına
görə Allah da onların ürəyinə qarşılaşacaqları
günə (qiyamət gününə) qədər (davam edəcək)
nifaq saldı.
78. Məgər (o münafiqlər)
bilmirdilər ki, Allah onların (ürəklərindəki)
sirlərini də bilir, gizli danışıqlarını da.
Və Allah qeybləri (gizli şeyləri) çox gözəl
biləndir?!
79. Könüllü surətdə
(bollu) sədəqə verən mö知inlərə tə地ə
edənləri və güc-bəla ilə əllərinə
düşəni təsəddüq edən kəsləri məsxərəyə
qoyanları Allah Özü məsxərəyə qoyacaqdır.
Onlar şiddətli bir əzaba düçar olacaqlar!
80. (Ya Peyğəmbərim!) Onlar (o
münafiqlər) üçün istər bağışlanma
dilə, istər diləmə; onlar üçün yetmiş
dəfə bağışlanma diləsəndə, yenə
Allah onları bağışlamayacaq. Bu onların Allahı
və Onun Peyğəmbərini inkar etmələrinə görədir.
Allah fasiq tayfanı doğru yola yönəltməz!
81. (Təbuk döyüşündə
iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın
Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına
sevindilər, Allah yolunda malları və canları ilə cihad
etmək istəmədilər və (mö知inlərə): "Bu
istidə döyüşə çıxmayın!" - dedilər.
(Ya Peyğəmbərim!) De: "Cəhənnəm odu daha istidir!"
Kaş biləydilər!
82. Qazandıqlarının (qazandıqları
günahların) cəzası (əvəzi) olaraq az gülüb
çox ağlasınlar!
83. Əgər (Təbuk döyüşündən
sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan
münafiqlərdən) bir dəstənin yanına qaytarsa və
onlar səndən (döyüşə çıxmaq üçün)
izin istəsələr, de: "Mənimlə əsla (cihada) çıxmayacaq,
mənimlə birlikdə heç vaxt heç bir düşmənə
qarşı döyüşməyəcəksiniz. Çünki
əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi
də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə
(evdə) oturun!"
84. Onlardan (münafiqlərdən)
ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin
başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini
dandılar və fasiq olaraq öldülər.
85. Onların nə mal-dövləti,
nə də oğul-uşağı səni heyrətə salmasın.
Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab
vermək və kafir olduqları halda, canlarının (çətinliklə)
çıxmasını istər.
86. "Allaha iman gətirin, Onun Peyğəmbəri
ilə birlikdə vuruşun!" - deyən bir surə nazil edildiyi
zaman aralarında sərvət sahibi olanlar səndən izin
istəyib: "Qoy biz də (döyüşə çıxmayıb
evdə) oturanlarla bir yerdə qalaq!" - deyərlər.
87. Onlar arxada qalanlarla (qadınlar,
uşaqlar və xəstələrlə) bir yerdə qalmağı
özlərinə rəva bildilər. Onların ürəkləri
möhürlənmişdir, buna görə də (Allahın
öyüd-nəsihətini, cihadın savabını, ondan
boyun qaçırmağın rəzalətini) anlamazlar.
88. Lakin Peyğəmbər və onunla
birlikdə olan mö知inlər malları və canları ilə
cihad etdilər (vuruşdular). Bütün ne知ətlər məhz
onlarındır, nicat tapanlar da məhz onlardır!
89. Allah onlar üçün əbədi
qalacaqları, (ağacları) altından çaylar axan cənnətlət
hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!
90. Bədəvilərdən (Təbuk
döyüşünə getməmək üçün) izin
almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə
yalan söyləyənlər isə (üzr belə istəməyib
evlərində) oturdular. Onlardan kafir olanlara şiddətli bir
əzab üz verəcəkdir.
91. Allaha və Onun Peyğəmbərinə
sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə,
acizlərə (qocalara və anadan gəlmə zəiflərə),
xəstələtə və (cihad yolunda) sərf etməyə
bir şey tapa bilməyənlərə (cihadda öz xərcini
tə知in etməyə qadir olmayanlara döyüşə getməməkdə)
heç bir günah yoxdur. Yaxşı işlər görənləri
də (üzrlü səbəbə görə evdə qaldıqda)
məzəmmət etməyə heç bir əsas (lüzum)
yoxdur. Allah bağışlayandır, rəhm edəndir!
92. (Döyüşə getməyə
minikdən ötrü) yanına gəldikdə: "Sizin minməyiniz
üçün bir heyvan tapmıram",- deyərkən (cihad yolunda)
sərf etməyə bir şey tapa bilmədikləri üçün
kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə
heç bir günah yoxdur!
93. Ancaq varlı olduqları halda (döyüşə
getməmək üçün) səndən izin istəyənlər
məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib)
arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa
razı oldular. Allah onların ürəklərini (qazandıqları
günaha görə) möhürləmişdir. Buna görə
də onlar (başlarına gələcək müsibəti)
bilməzlər!
94. (Döyüşdən geri dönüb)
yanlarına qayıtdığınız zaman onlar sizdən
üzr istəyərlər. (Onlara) belə de: "(Əbəs
yerə) üzr istəməyin, onsuzda sizə inanmayacağıq.
Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan
belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri
də". Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna
qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi
xəbər verəcəkdir!
95. Yanlarına qayıtdığınız
zaman onlardan vaz keçməniz (onları məzəmmət etməməniz)
üçün (yalandan) Allaha and içəcəklər. Siz
də onlardan vaz keçin! (Qoyun qiyamət günü əzabı
daha şiddətli olacaq küfr və nifaqlarında davam etsinlər!)
Çünki onlar murdardırlar və qazandıqlarının
(qazandıqları günahların) cəzası olaraq düşəcəkləri
yer də Cəhənnəmdir!
96. Onlardan razı olasınız deyə,
qarşınızda (Allaha) and içəcəklər. Siz onlardan
razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!
97. Bədəvilər küfr və
nifaq baxımından daha pis (qəliz) və Allahın öz
Peyğəmbərinə nazil etdiyi hökmləri (cahillikləri
üzündən) bilməməyə (başa düşməməyə)
daha layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət
sahibidir!
98. Bədəvilər içərisində
elələri vardır ki, (Allah yolunda) xərclədiklərini
ziyan sayar və (bundan xilas olmaq üçün) başınıza
bəlalar (münasibətlər) gəlməsini gözləyərlər.
(Mö知inlərə arzu etdikləri) bəla (müsibət)
öz başlarına gəlsin! Allah (hər şeyi) eşidəndir,
biləndir!
99. Bədəvilər içərisində
elələri də vardır ki, Allaha, axirət gününə
inanır, xərclədiklərini Allaha yaxınlıq və
Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə
sayırlar. Bilin ki, bu onlar üçün (Allaha) yaxınlaşmağa
bir səbəbdir. Allah onları Öz mərhəmətinə
nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır,
rəhm edəndir!
100. (İslamı) ilk əvvəl
qəbul edib (bu işdə başqalarından) irəli düşən
mühacirlərə və ənsara, həmçinin yaxşı
işlər görməkdə onların ardınca gedən
kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan
razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları,
(ağacları) altından çaylar axan cənnətlər
hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!
101. Ətrafınızdakı bədəvilər
və Mədinə əhalisi içərisində ikiüzlülüyü
özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər
vardır. Sən onları tanımazsan, Biz isə onları
tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr
evində) əzab verəcəyik. Sonra (axirətdə) isə
ən böyük əzaba uğrayacaqlar.
102. (Münafiqlərin) bir qismi də
günahlarını e稚iraf etdi. Onlar (əvvəl etdikləri)
yaxşı bir əməllə (sonradan etdikləri) pis bir
əməli bir-birinə qarışdırmışlar. Ola
bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən,
Allah bağışlayandır, rəhm edəndir!
103. (Ya Rəsulum!) Onların mallarından
sədəqə (zəkat) al. Bununla onları (günahlarından)
təmizləmiş, pak etmiş (mallarına bərəkət
vermiş, əməllərinin savabını artırmış)
olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar
üçün bir arxayınçılıqdır (rahatlıqdır).
Allah (hər şeyi) eşidəndir, biləndir.
104. Məgər onlar bilmirlər ki,
Allah qullarından tövbə qəbul edər, sədəqə
(zəkat) alar və Allah tövbələri qəbul edəndir,
rəhmlidir?!
105. De: "(Ey insanlar, ey tövbəkarlar!
İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və
mö知inlər əməllərinizi görəcəklər.
Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız,
O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!"
106. (Bədəvilərdən və
Mədinə əhalisindən) döyüşə getməyənlərin
bir qisminin də işi Allaha qalıb. Allah ya onlara əzab verəcək,
ya da tövbələrini qəbul edəcək. Allah (hər
şeyi) biləndir, hikmət sahibidir!
107. (Quba məscidinə və müsəlmanlara)
zərər vurmar, küfr etmək, mö知inlər arasına
təfriqə salmaq məqsədilə, əvvəllər Allaha
və Onun Peyğəmbərinə qarşı müharibə
edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi
təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən
və: "Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik",-
deyə and içənlərin (münafiqlərin) , həqiqətən,
yalançı olmaları barədə Allah Özü şahidlik
edəcəkdir!
108. (Ya Rəsulum!) Orada heç vaxt
namaz qılma. İlk gündən binası təqva (Allahdan
qorxub pis əməllərdən çəkinmək) üzərində
qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada
paklanmağı sevən insanlar vardır. Allah pak olanları
(özlərini cismən təmizləyənləri, mə地əvi
qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları)
sevər!
109. Elə isə (məscid) binasını
Allah qorxusu və rizası üzərində quran kəs daha
yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin(uçurumun)
kənarında qurub onunla birlikdə cəhənnəm oduna
yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!
110. Onların qurduğu bina (məscid)
ürəkləri parça-parça olana (ölənə) qədər
qəlblərində bir şübhə (nigarançılıq
və nifaq mənbəyi) olaraq qalacaqdır. Allah (hər şeyi)
biləndir, hikmət sahibidir!
111. Allah, şübhəsiz ki, Allah
yolunda vuruşub öldürən və öldürülən
mö知inlərin canlarını və mallarını Tövratda,
İncildə və Qur誕nda haqq olaraq və壇 edilmiş Cənnət
müqabilində satın almışdır. Allahdan daha çox
əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə
görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!
112. (Onlar Allaha) tövbə, ibadət
və şükür-səna edənlər, oruc tutanlar (və
ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan
ayrılıb başqa yerlərə gedənlər), rüku
və səcdə edənlər (namaz qılanlar), yaxşı
işlər görməyi əmr edib pis işləri yasaq edənlər
və Allahın hədlərini (halal-haramı) qoruyanlardır.
(Ya Rəsulum!) Belə mö知inləri (Cənnətlə)
müjdələ!
113. Müşriklərin cəhənnəmlik
olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum
olsalar belə, Peyğəmbərə və iman gətirənlərə
onlar üçün bağışlanma diləmək yaraşmaz!
114. İbrahimin öz atası üçün
bağışlanma diləməsi isə ancaq ona verdiyi bir
və壇ə görə idi. Atasının Allaha düşmən
olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı
(onunla bütün əlaqələrini kəsdi). Həqiqətən,
İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və
həlim xasiyyətli bir zat idi.
115. Allah bir tayfanı doğru yola
yönəltdikdən sonra qorxub çəkinməli olduqları
şeyləri özlərinə bildirmədən onları
(haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər şeyi
(olduğu kimi, layiqincə) biləndir!
116. Həqiqətən, göylərin
və yerin hökmü (mülkü) Allaha məxsusdur. Dirildən
də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız
və köməyə çatanınız yoxdur!
117. Allah (müsəlmanlardan) bir qismini
ürəyi (şəkk-şübhəyə düşüb
Peyğəmbərdən və cihaddan) dömək üzrə
ikən Peyğəmbərə, çətin saatda onun arxasında
gedən mühacirlərə və ənsara tövbə nəsib
etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları
bağışladı). Çünki O, həqiqətən,
onlara qarşı çox şəfqətli, çox rəhimlidir.
118. Həmçinin (Təbuk döyüşündən)
geri qalmış üç nəfərin də (tövbələrini
qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri
(qəm-qüssədən) təngə gəlib sıxılmışdı.
Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə
sığınmağın mümkün olduğunu başa
düşdülər. Şübhəsiz ki, Allah tövbələri
qəbul edəndir, rəhmlidir!
119. Ey iman gətirənlər! Allahdan
qorxun və (imanında, sözündə, işində) doğru
olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri
ilə birlikdə olun!)
120. Mədinəlilərə və
onların ətrafında olan bədəvilərə (döyüşdə)
Allahın Peyğəmbərindən geri qalmaq, ondan (ona üz
verən məşəqqətlərdən) özlərini
kənara çəkmək (belə çətinliklərin özlərinə
üz verməsini istəməmək, beləliklə də,
özlərini Peyğəmbərdən üstün tutmaq)
yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq
və aclıq üz verməz, kafirlərin qəzəbinə
səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən
elə bir bəla, müsibət görməzlər ki, bunların
müqabilində onlara yaxşı bir əməl yazılmamış
olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin
mükafatını zay etməz!
121. Onların sərf etdikləri elə
bir az-çox xərc, (cihad zamanı Peyğəmbərlə)
keçdikləri elə bir vadi olmaz ki, Allah (qiyamət günü)
əməllərinin qarşılığını daha gözəl
versin deyə, əvəzində onlara (savab) yazılmamış
olsun!
122. (Ehtiyac olmadıqda) mö知inlərin
hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır.
Barı, hər tayfadan bir dəstə (elm öyrənmək,
sonra da onuu dindaşlarına öyrətmək üçün)
qalsın ki, camaatı (döyüşdən) qayıtdığı
zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə,
onlar (əldə etdikləri biliklər sayəsində yaramaz
işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!
123. Ey iman gətirənlər! Yaxınlığınızda
olan kafirlərlə vuruşun. Qoy onlar sizdən (özlərinə
qarşı) sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!
124. Bir surə nazil edildiyi zaman onlardan
(münafiqlərdən): "Bu sizin hansınızın imanını
artırdı?" - deyənlər də var. Mö知inlərə
gəlincə, (hər bir surə) onların imanını artırar
və onlar (bu surələrin nazil olmasına) sevinərlər.
125. Qəlblərində mərəz
(şəkk-şübhə, nifaq) olanlara gəldikdə isə,
(hər bir surə) onların murdarlığı (küfrə,
nifaqı) üstünə bir murdarlıq da gətirər və
onlar kafir olaraq ölərlər!
126. Münafiqlər ildə bir-iki
dəfə bəlaya giriftar olduqlarını görmürlərmi?
Bununla belə, yenə tövbə edib ibrət almırlar!
127. (Münafiqlərin yaramaz işlərindən,
qəbahətlərindən xəbər verən) bir surə
nazil edildiyi zaman bir-birinə baxıb: "(Müsəlmanlardan)
sizi görən varmı?" - deyə soruşur, (görən
yoxdursa) dönüb aradan çıxırlar. Onlar (haqqı)
anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini
(imandan, xeyirdən) döndərmişdir!
128. (Ey ümmətim!) Sizə özünüzdən
bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə)
düşməyiniz ona ağır gəlir, o sizdən (sizin
iman gətirməyinizdən) ötrü təşnədir,
mö知inlərlə şəfqətli, mərhəmətlidir!
129. (Ya Peyğəmbərim!) Əgər
onlar (sənə iman gətirməkdən, əmrlərinə
itaət etməkdən) üz döndərsələr, de:
"Mənə təkcə Allah yetər. Ondan başqa heç
bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük
ərşin sahibidir! (O, bütün kainatın xaliqi və
ixtiyar sahibidir!)

|