| |
ORUC TUTMAQ VƏ SƏBR
Səbr İslam aləmində çox bəyənilən xüsusiyyətlərdəndir. Hər bir müsəlman özünün fərdi və ictimai həyatında öz məqsədləri yolunda mübarizə edir, çətinliklə üzləşir. Səbr olmazsa, çətinliklərə qalib gəlmək, məqsədə nail olmaq asan iş deyil. Səbr dözüm, möhkəmlik gücünü artırır. Çətinlik və müsibətə dözməyən cəmiyyət heç bir düşməninə qalib gələ bilməz. Yalnız səbr və dözümlə zülmkara qarşı mübarizə aparmaq olar. Oruc tutmaq əsasən susuzluğun insanı taqətdən saldığı yayın isti günlərində nəzərə çarpacaq dərəcədə səbr və dözüm bəxş edir, iradəsini möhkəmləndirir. Qurani-Kərim səbri belə ifadə edir: -Səbr, oruc və namazdan ancaq xeyir görmək olar. Əziz Peyğəmbərimiz də ramazan ayını səbr ayı adlandırmışdır: Ramazan səbr ayıdır və səbrin mükafatı behiştdir.
İmam Sadiq (ə) orucluğun bu xüsusiyyətinə işarə edib buyurmuşdur: Bir kəsə qəmli hadisə üz verəndə Allahın buyurduğu kimi oruc tutur.

|