Bizim kitablar:






 

İSLAMIN ƏZİZ PEYĞƏMBƏRİ VƏ ONUN PAK DAVAMÇILARININ RAMAZAN AYI VƏ ORUC HAQQINDAKI KƏLAMLARI

Ramazan ayına 3 gün qalmış Peyğəmbər(s) Bilala buyürdu ki, camaatın yığışması üçün azan versin. Peyğəmbər(s) minbərə çıxdı və Allaha dua etdikdən sonra dedi: -Camaat! Allahımız sizi bu xüsusi aya tapşırdı. Bütün ayların sultanı olan ay yaxınlaşır. Bu ayda elə bir gecə var ki, 1000 aydan yaxşıdır. Bu ayda cəhənnəm qapıları bağlanar, behişt qapıları acılar.

İmam Baqir(ə)-ın nəql etdiyinə görə Peyğəmbər(s) belə buyurmuşdur: -Ey camaat, ramazan ayının hilalı doğarkən şeytanlar qeybə çəkilir. Səmanın behişt qapıları açılır, cəhənnəm qapıları isə bağlanır. İftar vaxtı azad olmaq üçün edilən dua qəbul olur. Bu vaxt Allah onları oddan azad edir. Hər gecə 1 mələk uca səslə: -«Mərhəmət istəyən varmı?» deyir.

Sonra mələk əlavə edərək «İlahi hamı mərhəmət istəyir. Onların mükafatını lütf et. Hər kəs ki, xəsislik və paxıllıq edir, onu məhv et» deyir. Şəvval ayına kimi möminlərin qapısını döyürlər ki, sabah mükafat günüdür, mükafatınızı götürün. Sonra İmam Sadiq(ə) da buyurur: -And olsun canımız əlində olana ki, o, dinar və dirhəmdən ibarət olan mükafat deyil.

İmam Sadiq(ə) Peyğəmbər(s)-dən nəql edib buyurur: «Oruc tutan öz yatağında olsa da ibadət halındadır, bir şərtlə ki, müsəlmanlıqdan uzaqlaşmaya.»

İmam Sadiq (ə) buyurmuşdur: -İmam Səccad (ə) oruc tutmuşdu və əmr etmişdi ki, qoyun kəsib qazanlara doldursunlar. İftar vaxtı qazanlara yaxınlaşdı və elə ki, yeməyin iyi ona çatdi, əmr verdi kasaları gətirsinlər. Və hamı üçün yemək göndərdi. Özü isə iftarını xürma və çörək ilə açdı.

İmam Baqir (ə) səhabəsi Sədrə buyurdu: -Ey Sədr, bilirsən bu gecələr nə gecələrdir? Sədr dedi: Atam-anam sənə fəda olsun, ramazan ayının gecələridir.

-Hər gecə İsmayılın (ərəb əsiri) övladlarından 10 köləni azad edə bilərsənmi?

-Atam-anam sənə fəda olsun, belə bir işi yerinə yetirmək üçün pulum yoxdur. İmam kölələrin sayını birə qədər azaltdı və Sədr hər dəfə üzr istəyib dedi ki, bacarmaram, qurban olum. İmam buyurdu: Hər axşam bir nəfər müsəlmana da iftar verə bilməzsən?

-10 nəfərə verə bilərəm.

-Müsəlman qardaşlarına iftar vermək, İsmayıl övladlarını azad etmək deməkdir.

İmam Sadiq (ə) buyurmuşdur: Oruc tutanların yuxusu ibadət, nəfəs çəkmələri şükr deməkdir.