| |
ƏMİRƏL-MÖ’MİNİN ƏLİ İBN ƏBUTALİB(Ə)-IN HƏYATI
3-Hicrətdən Peyğəmbər(s)-in vəfatınadək Əli(ə) peyğəmbərin qardaşı İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır.Peyğəmbər(s) müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) yaratmaq və onu genişləndirmək üçün çox sə’ylər etmişdir. O cümlədən? Peyğəmbər(s) Yəsribə2 gəldikdən sonra mühacirlər (hicrət etmiş müsəlmanlar) və ənsar (Peyğəmbərin Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də bir gün müsəlmanların arasında ayağa qalxıb buyurdu: «Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun.» Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə onların arasındakı mehribançılıq daha da artdı. Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olur. Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra Əli(ə) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbər(s)-in hüzuruna gəlib buyurdu: «Məni heç kimlə qardaş etmədin.» Peyğəmbər(s) buyurdu: «Sən hər iki dünyada mənim qardaşımsan!3.» Sonra özü ilə Əli(ə) arasında qardaşlıq siğəsi oxudu.4 Bu məsələ Əli(ə)-ın fəzilət və əzəmətinin nə dərəcədə olduğunu göstərməklə yanaşı həm də Əli(ə)-ın peyğəmbərə nə qədər yaxın olduğunu göstərir.
Əli(ə) döyüş meydanlarında Əli(ə)-ın həyatı Peyğəmbər(s)-in hicrətindən o həzrətin vəfatına qədər çoxlu hadisələrlə? xüsusən döyüş meydanlarında göstərdiyi hünər və şücaətlərlə doludur. Peyğəmbər(s) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) peyğəmbərin özü komandanlıq etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında Əli(ə) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə Əli(ə) iştirak etməmişdir. Onda da Peyğəmbər(s)in əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər peyğəmbərin olmamasından istifadə edib Mədinədə çevriliş edə bilərdilər. Buna görə də Peyğəmbər(s) Əli(ə)-ı Mədinədə saxlamışdı ki? münafiqlərin çevrilişinin qarşısını alsın. Bu müharibələrin hamısı haqqında danışmaq bu kitabın tutumundan xaric olduğu üçün təkcə Əli(ə)-ın peyğəmbər dövründəki dörd əsas müharibədə göstərdiyi hünər və şücaətlərdən söhbət edəcəyik. Əli(ə) Bədr döyüşündə Hamıya mə’lumdur ki? Bədr döyüşü müsəlmanlarla müşriklər arasında baş vermiş ilk döyüşdür. Bu döyüş ilk döyüş olduğundan iki tərəf arasında bir imtahan rolunu oynayırdı və bu döyüşdə hər hansı tərəfin qalib gəlməsi çox mühüm idi. Bədr döyüşü hicrətin ikinci ilində baş vermişdir. Hicrətin ikinci ili Peyğəmbər(s)-ə xəbər çatır ki? Qüreyşin ticarət karvanı İslamın köhnə düşməni olan Əbu Süfyanın başçılığı ilə Şamdan Məkkəyə qayıtmaq istəyir. Əvvəldə dediyimiz kimi Şama gedən ticarət yolu Mədinənin kənarından keçirdi. Peyğəmbər(s) mühacir və ənsardan təşkil olunmuş üç yüz on üç nəfərlik bir ordu götürüb Qüreyşin karvanını ələ keçirtmək məqsədilə Bədr məntəqəsinə yola düşdü. Peyğəmbər(s)-in bu hərəkətdən məqsədi müşriklərə əsas ticarət yolunun müsəlmanların əlində olduğunu çatdırmaq idi. Əgər müşriklər İslamı yaymaqda müsəlmanlara mane olsalar? müsəlmanları rahat buraxmasalar? müsəlmanlar da onların əsas ticarət yolunu kəsəcəklər. Müsəlmanların hərəkətindən xəbər tutan Əbu Süfyan karvanın yolunu dəyişib Qırmızı dənizin kənarı ilə hərəkət edib Mədinədən uzaqlaşdı. Bir nümayəndə göndərib müşrikləri vəziyyətdən xəbərdar edərək Məkkə əhlindən müsəlmanlarla vuruşmaq üçün kömək istədi. Əbu Süfyanın başçılığı ilə doqquz yüz əlli nəfərdən min nəfərə qədər cəngavər müşrik Mədinəyə tərəf yola düşdü. Ramazan ayının (hicrətin ikinci ilində) on yeddisində müsəlmanlarla müşriklər Bədr quyuları kənarında üz-üzə gəldilər. Müşriklər üç dəfə müsəlmanlardan artıq idilər. Döyüş başlayanda Qüreyşin ən güclü qəhrəmanlarından üçü–Ütbə (Əbu Süfyanın qaynatası? Hindənin atası)? Şeybə (Ütbənin böyük qardaşı) və Vəlid (Ütbənin oğlu) meydana çıxıb döyüşçü tələb etdilər. Bu zaman ənsardan üç nəfər irəli çıxıb özlərini tanıtdıraraq onlarla vuruşmaq istədilər. Qüreyş pəhləvanları onlarla vuruşmağa razı olmayıb qışqırdılar. Ey Mühəmməd! Bizimlə vuruşmağa bizim öz qohumlarımızdan? bizim şə’nimizə layiq olan adamları göndər!» Bu zaman Peyğəmbər(s) Übeydə ibn Haris ibn Əbdül Müttəlibə? Həmzə ibn Əbdül Müttəlibə və Əli ibn Əbutalibə əmr verdi ki? meydana çıxıb o üç nəfərlə vuruşsunlar. Onlar meydanın ortasına gəlib özlərini tanıtdırdılar. Müşriklər (Ütbə?Şeybə və Vəlid) onların üçünü də qəbul edib dedilər ki? bəli? siz bizim şə’nimizə layiqsiniz. Beləliklə Həmzə Şeybə ilə? Übeydə Ütbə ilə və döyüşçülərin ən cavanı olan Əli(ə) Müaviyənin dayısı (Əbu Süfyanın qayını? Hindənin qardaşı və Ütbənin oğlu) Vəlidlə vuruşmalı oldu. Təkbətək döyüş başlandı. Əli və Həmzə tez bir zamanda öz rəqiblərini öldürdülər. Ancaq Übeydə ilə Ütbə hələ də vuruşurdular. Heç biri digərini məğlub edə bilmirdi. Buna görə də rəqiblərini öldürmüş Əli(ə) və Həmzə Übeydənin köməyinə çatıb Ütbəni də öldürdülər.1 Əli(ə) (xəlifə olduğu dövrdə və Müaviyənin ona düşmən kəsildiyi bir vaxtda) Müaviyəyə yazdığı məktubların birində bu hadisəyə işarə edərək buyurur: «Bədr döyüşündə baban Ütbəni? dayın Vəlidi və qardaşın Hənzələni öldürdüyüm qılınc indi də məndədir.»2 İslamın üç böyük qəhrəmanlarının təkbətək döyüşdə qalib gəlmələri müşriklərin ordu başçılarının ruhiyyəsini tamamilə zəiflətdi. Bundan sonra ümumi döyüş başlandı. Ancaq bunun da bir xeyri olmadı. Müşriklər məğlub oldu və yetmiş nəfər əsir düşdü... Bu döyüşdə ölən müşriklərin yarıdan çoxu Əli(ə)-ın qılıncı ilə qətlə yetirildi. Mərhum Şeyx Müfid Bədr döyüşündə ölənlərin otuz altısının Əli(ə) tərəfindən öldürüldüyünü qeyd etmiş və onların hamısının adını çəkmişdir. O yazır ki? «şiə və sünni hədis söyləyənləri hamı yekdilliklə qeyd etmişlər ki? bunları (otuz altı nəfəri) Əli(ə) təkbaşına öldürmüşdür.Yalnız bir neçə nəfərin qatili barədə mübahisə var. Bir neçə nəfərin qətlində isə Əli(ə) başqaları ilə şərik olmuşdur.»1 Əli(ə)-ın Ühüd döyüşündəki misilsiz şücaəti Qüreyş müşriklərinin ruhiyyəsi Bədr döyüşündəki məğlubiyyət nəticəsində çox zəiflədi. Buna görə də onlar qərara gəldilər ki? bu məğlubiyyətin əvəzini çıxmaq və ölənlərin intiqamını almaq üçün sayca çoxlu və qüvvətli bir ordu ilə Mədinyə hücum etsinlər. Peyğəmbər(s)-in kəşfiyyat dəstəsi Qüreyşin bu fikrini Peyğəmbər(s)-ə çatdırdı. Peyğəmbər(s) nizami bir şura təşkil verdi. Şuradakıların bir çoxu belə bir təklif irəli sürdülər ki? müsəlmanlar müşriklərlə vuruşmaq üçün Mədinədən kənara çıxsınlar. Peyğəmbər(s) min nəfərlik ordu ilə Mədinənin şimalında yerləşən Ühüd dağına tərəf hərəkət etdi. Yolun yarısında İslam ordusundan məşhur münafiq Abdullah ibn Übeyyin üç yüz tərəfdarı onun sözü ilə Mədinəyə qayıtdı. Beləliklə? İslam ordusunda cəmi yeddi yüz nəfər döyüşçü qaldı. Hicrətin üçüncü ili Şəvval ayının yeddisi səhər çağı iki qoşun Ühüd dağının ətəyində bir-biri ilə üz-üzə gəldi. Peyğəmbər(s) döyüş başlamazdan qabaq bütün məntəqəni nəzərdən keçirdi. Peyğəmbərin nəzərini dağın başında olan yol özünə cəlb etdi. Peyğəmbər(s) fikirləşdi ki? kafirlər döyüşün qızğın vaxtında oradan keçib müsəlmanlara arxadan zərbə endirə bilərlər. Bu təhlükənin qarşısını almaq məqsədilə Peyğəmbər(s) Abdullah ibn Cübeyr adlı şəxsi əlli nəfər oxatanla həmin yolu nəzarət altına almağa göndərdi. Peyğəmbər(s) ona dönə-dönə tapşırdı ki? əsla oranı boş qoymasınlar. Hətta əgər müsəlmanlar qalib də gəlsələr onlar oradan uzaqlaşmasınlar. Digər tərəfdən o vaxtın döyüşlərində bayraqdar (bayrağı əlində tutan) çox böyük əhəmiyyət daşıyırdı. Buna görə də bayraq həmişə şücaətli və qüvvətli şəxsə verilirdi.Bayraqdarın ayaq üstə olması və bayrağın daima uca qalması döyüşçülərin ruhiyyəsini artırırdı. Eləcə də əksinə? bayraqdarın ölməsi və bayrağın yerə düşməsi döyüşçülərin ruhiyyəsini zəiflədirdi. Buna görə də döyüşçülərin ruhiyyəsini artırmaq üçün döyüşdən qabaq neçə nəfər bayraqdar tə’yin olunurdu. (Əgər biri öldü o biri bayrağı tuturdu. Əgər o da ölərdisə üçüncü? dördüncü... şəxs bayrağı tutardı.) Ühüd döyüşündə Qüreyş bu qaydaya əməl edib ən şücaətli tayfa olan «Bəni–Əbdüddar» qəbiləsindən bir neçə bayraqdar tə’yin etdi. Ancaq döyüş başlanan kimi onların bayraqdarları bir-birinin ardınca Əli(ə)-ın qılıncı ilə həlak olurdu. Beləliklə də müşriklərin bayrağı yerə düşür və qoşun qaçmağa üz tuturdu. İmam Sadiq(ə) bu barədə buyurmuşdur: «Ühüd döyüşündə müşriklərin doqquz bayraqdarı olmuş və onların doqquzu da Əli(ə)-ın qılıncı ilə qətlə yetirilmişdir.»1 Həmçinin ibn Əsir yazır:«Qüreyşin bayraqdarlarını həlak edən Əli(ə) idi.»2 Mərhum Şeyx Səduq rəvayət edir ki? Əli(ə) Ömərin ölümündən sonra xəlifə tə’yin etmək üçün təşkil olunmuş altı nəfərlik şurada öz rəqiblərinə meydan oxuyaraq bu məsələyə toxunub buyurmuşdur: «Sizi and verirəm Allaha? deyin görüm burada (bu altı nəfərin arasında) Ühüd döyüşündə Bəni–Əbdüddar qəbiləsinin doqquz nəfər bayraqdarını məndən başqa öldürən varmı?» Daha sonra İmam(ə) əlavə edib buyurdu: «Bu doqquz nəfər bayraqdarın ölümündən sonra Bəni–Əbdüddar qəbiləsinin iri bədənli Sə’vəb adlı nökəri meydana çıxdı? ağzı köpüklənmiş? gözləri qanla dolmuş halda deyirdi ki? ağalarımın qisasını almaq üçün Mühəmməd(s)-dən başqa heç kimi öldürməyəcəyəm. Siz onu görcək qorxub hərəniz bir kənara çəkildiniz. Ancaq mən onun döyüşünə getdim. Bizim aramızda iki tərəfli vuruş oldu. Mən ona? o da mənə zərbələr endirirdi. Nəhayət? mən ona elə bir zərbə endirdim ki? o? kəmərdən aşağı iki hissəyə bölündü.» Şura üzvləri hamı yekdilliklə Əli(ə)-ın dediklərini təsdiqlədilər.3 Qüreyş ordusu zəiflədi? bayraqdarları bir-birinin ardınca yerə sərildilər. Dağın başındakı yolu qoruyan oxatanlar bunu görüb qənimət ələ keçirtmək üçün yerlərini boşaldıb aşağı enmək istədilər. Onların başçısı Abdullah Peyğəmbər(s)in tapşırığını bir daha onlara xatırlatdı.Ancaq onlar Abdullahın sözünə heç bir məhəl qoymayıb qırx nəfərdən çoxu qənimət ələ keçirtmək üçün dağdan aşağı endi. Abdullah isə on nəfərdən az oxatanla dağın başında qaldı. Bu hadisəni müşahidə edən Xalid ibn Vəlid müsəlmanların dağın başındakı yolu gözdən buraxdıqlarını dərhal görüb bir dəstə ilə ora hücum edərək orada qalan beş-on nəfər oxatanı öldürdü və arxadan müsəlmanlara hücum etdi. Bunu görən Əmrə binti Əlqəmə adlı Qüreyşin müşrik qadınlarından biri Qüreyşin ayaq altına düşmüş bayrağını qaldıraraq döyüşçülərin ruhiyyəsini artırdı.Bundan sonra döyüşün gedişatı tamamilə dəyişdi. Müsəlmanların nizami sıraları bir-birinə dəydi. Səflər bir-birindən ayrıldı. Döyşçülərin baş komandanla əlaqəsi kəsildi. Beləliklə? müsəlmanlar məğlubiyyətə uğradılar. İslam mücahidlərinin təxminən yetmiş nəfəri? o cümlədən Həmzə ibn Əbdül Müttəlib (Peyğəmbər(s)in əziz əmisi) və İslam ordusunun bayraqdarlarından biri Müs’əb ibn Ümeyr şəhid oldular. Digər tərəfdən döyüş meydanında müşriklər Peyğəmbər(s)-in öldürülməsi şayiəsini yaymaqla müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətdilər. Bir tərəfdən Peyğəmbər(s)-in ölüm şayiəsi? digər tərəfdən isə müşriklərin yenidən hücuma keçməsi müsəlmanların əksəriyyətinin döyüş meydanından qaçmasına səbəb oldu. Döyüş meydanında Peyğəmbər(s)-in kənarında tək-tük adam qalmışdı. İslamın həssas və böhranlı anları gəlib çatmışdı. Burada Həzrət Əli(ə)-ın rolu mə’lum oldu. Çünki Əli(ə) misilsiz şücaət və rəşadətlə Peyğəmbər(s)-in kənarında vuruşur və İslamın müqəddəs və ulu rəhbəri həzrət Mühəmməd(s)-i müşriklərin amansız və ardıcıl hücumlarından qoruyurdu. İbn Əsir öz kitabında yazır: «Peyğəmbər(s) hücum etmək məqsədində olan bir dəstə müşriki görüb Əli(ə)-a əmr etdi ki? onlara hücum etsin. Əli(ə) Peyğəmbər(s)-in əmrilə onlara hücum etdi? bir neçəsini öldürərək onları bir-birindən ayırdı. Sonra Peyğəmbər(s) başqa bir dəstə görüb yenə Əli(ə)-a onlara hücum etməyi əmr etdi. Əli(ə) da onların bir neçəsini öldürərək onları bir-birinin ətrafından dağıtdı. Bu zaman vəhy mələyi Peyğəmbər(s)-ə nazil olub dedi: “Əli(ə) son dərəcə şücaət göstərir.” Peyğəmbər(s) ona buyurdu: “O məndən? mən də ondanam.” Bu vaxt göydən belə bir səs eşidildi: «La seyfə illa Zulfiqar və la fəta illa Əli.» (Zülfiqardan başqa heç bir qılınc və Əlidən başqa heç bir cavan yoxdur.)1» İbn Əbil Hədid yazır: «Elə ki? Peyğəmbər(s)-in səhabələrinin çoxu qaçmağa başladı? müşriklər peyğəmbərə hücumlarını artırdılar. Bəni–Kənanə qəbiləsindən bir dəstə? Bəni–Əbd Mənat dəstəsindən də digər bir dəstə Peyğəmbər(s)-ə tərəf hücum etdilər. Onların arasında dörd adlı-sanlı pəhləvan gözə dəyirdi. Peyğəmbər(s) Əli(ə)-a əmr etdi ki? bunların hücumunun qarşısını alsın. Əli(ə) piyada vuruşurdu. Əlli nəfərdən ibarət olan bu dəstəyə hücum edib onları bir-birindən ayırdı. Onlar bir neçə dəfə birləşib Peyğəmbər(s)-ə hücum etmək istəsələr də ancaq Əli(ə)-ın müqavimətini qıra bilmədilər. Bu hücumlarda yuxarıda qeyd etdiyimiz dörd pəhləvan və tarixdə adları mə’lum olmayan digər on nəfər Əli(ə)-ın qılıncı ilə yerə sərildilər. Cəbrail Peyğəmbərə dedi: “Əli(ə) doğrudan da sənə çox kömək edir. Mələklər bu cavanın sənə etdiyi köməkdən (göstərdiyi şücaətdən) heyran qalmışlar.” Peyğəmbər(s) Cəbrailə buyurdu: “Nəyə görə də belə olmasın? O məndən? mən də ondanam.” Cəbrail dedi: “Mən də sizdənəm.” Həmin gün asimandan belə bir səs eşidilirdi: «La seyfə illa Zulfiqar və la fəta illa Əli.» (Zülfiqardan başqa heç bir qılınc və Əli(ə)-dan başqa heç bir cavan yoxdur.) Bu cümlə dəfələrlə təkrar edilirdi. Səs eşidilir? ancaq deyən görünmürdü. Peyğəmbər(s)-dən soruşdular ki? bunu deyən kimdir? Cavab verdi ki? Cəbrail.»1 Əli(ə) «Əhzab»2 (Xəndək) döyüşündə Əhzab döyüşü adından da mə’lum olduğu kimi İslamın müxtəlif düşmənlərinin əl-ələ verib təzəcə çiçəklənmiş İslamı aradan aparmaq istədikləri döyüşdür. Bə’zi tarixçilər bu döyüşdə iştirak edən kafirlərin sayının on mindən çox olduğunu bildirmişlər. İslam ordusu isə cəmi üç min nəfər idi. Bu döyüşün rəhbərliyini öhdələrinə götürmüş Qüreyş başçıları öz ordularının say çoxluğunu və əllərində olan çoxlu döyüş avadanlıqlarını nəzərə alaraq belə güman edirdilər ki? bu döyüşlə onlar müsəlmanları tamamilə məhv edəcək və Mühəmməd(s)i aradan götürməklə onun və silahdaşlarının əlindən bir dəfəlik yaxa qurtaracaqlar. Kafirlərin hərəkət xəbəri Peyğəmbər(s)-ə çatdırıldıqda Peyğəmbər(s) nizami şura təşkil verdi. Bu şurada Salman Farsi belə təklif etdi ki? Mədinənin kənarında xəndək qazıb kafirlərin şəhərə girməsinə mane olsunlar. İrəli sürülən bu təklif hamı tərəfindən razılıqla qarşılandı. Bir neçə gün müddətində müsəlmanların göstərdiyi işgüzarlıq nəticəsində xəndək hazır oldu. Xəndəyin eni elə idi ki? düşmən atlıları onu keçə bilməzdilər. Dərinliyi də elə idi ki? onun içinə düşən asanlıqla qırağa çıxa bilməzdi. Kafirlər yəhudilərin köməyi ilə gəlib şəhərin kənarına çıxdılar. Onlar güman edirdilər ki? əvvəlki (Bədr və Ühüd döyüşlərində olduğu) kimi yenə müsəlmanlarla Mədinə şəhərinin kənarında üzləşəcəklər. Ancaq onlar bu dəfə şəhərin kənarında müsəlmanlardan əsər-əlamət görməyib Mədinəyə tərəf irəliləməyə başladılar. Şəhərə çatanda şəhər kənarında qazılmış enli və dərin xəndək onları təəccübləndirdi. Çünki onlar o vaxta qədər ərəb müharibələrində xəndəkdən istifadə etməyi görməmişdilər. Məcbur olub xəndəyin kənarından Mədinə şəhərini mühasirəyə aldılar. Bə’zi rəvayətlərə görə Mədinə şəhəri bir ay mühasirədə qaldı. Qüreyş əsgərləri nə vaxt xəndəyi keçmək fikrinə düşürdülərsə müsəlmanların xəndəkdə qoyduqları yaxın fasiləli gözətçilərlə üzləşməli olurdular. Müsəlmanlar ox və daş atmaqla onların ehtimal olunan bütün hücumlarının qarşısını alırdılar. Hər iki tərəfin ox atması gecə-gündüz davam edirdi. Ancaq tərəflərin heç biri digərinə üstün gələ bilmirdi. Digər tərəfdən Mədinənin belə bir ordunun mühasirəsində qalması müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətmişdi. Üstəlik Mədinənin daxilində yaşayan yəhudilərin? Bəni–Qüreyzə tayfasının əhdinə vəfasız çıxması və kafirlər xəndəyi aşdıqdan sonra düşmən ordusuna birləşərək arxadan müsəlmanlara hücum edəcəyi planı mə’lum olduqdan sonra müsəlmanların ruhiyyəsi daha da zəiflədi.
Həssas və böhranlı günlər Qur’ani-Məcid müsəlmanların bu mühasirədəki çətin və böhranlı vəziyyətini «Əhzab» surəsində çox gözəl şəkildə bəyan etmişdir: «Ey iman gətirənlər! (Xəndək? yaxud Əhzab vuruşunda Qüreyş?Qətəfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne’mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü. O zaman onlar üstünüzə həm yuxarı? həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Mö’minlər Allahın Öz və’dinə doğru olduğuna inanır? münafiqlər və e’tiqadı zəif olanlar isə Mühəmməd(s)-in bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər). Məhz onda (Xəndək vuruşunda) mö’minlər imtahana çəkilmiş (kimin həqiqi mö’min? kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar. O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: «Allah və Onun peyğəmbəri bizə yalan və’d etmişdir.(Biz zəfər çala bilməyəcəyik)» –deyirdilər. O zaman onlardan biri: «Ey Yəsrib (Mədinə) əhli! (Burada) sizin üçün duracaq bir yer yoxdur? (evinizə) qayıdın!»-demişdi. Başqa bir dəstə isə: «Evlərimiz açıqdır (kimsəsizdir? oğru girməsindən qorxuruq)»-deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izn istəyirdi. Həqiqətdə isə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər. Əgər (Mədinənin) hər tərəfindən üstlərinə yüyürülüb (cumulub) onlardan fitnə törətmək (imandan dönmək? yenidən müşrikliyə qayıtmaq) istənilsəydi? sözsüz ki? dərhal onu edər və bunda (bu işdə) azacıq da olsa yubanmazdılar.» (Əhzab – 9-14) Ancaq müsəlmanların bu çətinliyinə baxmayaraq xəndək kafirlərin hücumunun qarşısını alırdı və onlar (kafirlər) vəziyyətin bu cür davam etməsinə davam gətirə bilmirdilər. Çünki hava üzü soyuğa gedirdi və digər tərəfdən də kafirlərin özləri və heyvanları üçün gətirdikləri yemək qurtarmaq üzrə idi. Onlar Bədr? Ühüd kimi kiçik müddətli döyüş üçün tədarük hazırlamışdılar. Ancaq mühasirə uzun çəkdiyindən və müsəlmanların müqavimətini uzun müddət qıra bilmədiklərindən yeməkləri yavaş-yavaş qurtarır və az qalırdı ki? vuruşmaq fikrindən daşınıb geri qayıtsınlar. Ruhiyyələri get-gedə zəifləyirdi. Nəhayət ordu başçıları belə qərara gəlirlər ki?cəsur və şücaətli pəhləvanlar nəyin bahasına olursa–olsun birtəhər xəndəyi aşıb o tərəfə keçsinlər. Bəlkə bununla müsəlmanların müqavimətini qıra bilələr. Beləliklə? kafirlərin qəhrəmanlarından beşi atlarını xəndəyin kənarında oynadaraq xəndəyin ensiz hissəsindən o biri tərəfə atılırlar. Xəndəyi aşdıqdan sonra təkbətək döyüşmək üçün rəqib istədilər. Bu pəhləvanlardan biri ərəblərin ən qüdrətli? ən şücaətli cəngavəri olan Əmr ibn Əbdəvüd idi. Ərəblər onu min döyüşçüyə bərabər sanırdılar. O? Yəlyəl adlı bir yerdə bir orduya təkbaşına qalib gəldiyi üçün onu «Yəlyəl atlısı» (Yəlyəl qəhrəmanı) adlandırmışdılar. O? Bədr döyüşündə yaralandığı üçün Ühüd döyüşündə iştirak edə bilməmişdi. İndi Xəndək vuruşuna gəlmişdi ki? öz şücaətini göstərsin. Əmr ibn Əbdəvüd xəndəyi aşdıqdan sonra vuruşmağa rəqib tələb etdi. Onunla vuruşmağa heç kimin çıxmadığını görüb bir az ürəkləndi və müsəlmanların əqidələrinə istehza (rişxənd) məqsədilə toxunub dedi: «Siz ki? deyirsiniz sizin ölülər Cənnətə? bizimkilər isə Cəhənnəmə gedir? onda sizdən biri gəlsin mən onu Cənnətə göndərim? ya da o məni Cəhənnəmə göndərsin.» Sonra bir az rəcəz (nizami şe’r) oxuyub dedi: «Sizin aranızdan bir rəqib tələb etmək üçün o qədər qışqırıb «mənimlə vuruşan varmı?» dedim ki? səsim tutuldu.» Əmrin qışqırığı müsəlmanların ürəyinə elə qorxu salmışdı ki? yerlərində quruyub qalmışdılar və tərpənməyə belə cür’ət etmirdilər. Hər dəfə Əmr qışqırıb rəqib istədikdə yalnız Əli(ə) ayağa qalxıb Peyğəmbər(s)-dən vuruşmaq üçün izn istəyirdi. Ancaq Peyğəmbər(s) ona izn vermirdi. Əli(ə) üç dəfə ayağa qalxdı? lakin Peyğəmbər(s) razılıq vermədi. Əli(ə) bir daha icazə istədikdə Peyğəmbər(s) Əli(ə)-a buyurdu: «Əli! Bu Əmr ibn Əbdəvüddür!» Əli(ə) da dedi ki? ya Rəsuləllah? mən də Əliyəm!1 Nəhayət Peyğəmbər(s) Əli(ə)-a izn verdi. Peyğəmbər(s) öz qılıncını Əli(ə)-a verib öz əmmaməsini onun başına bağlayaraq onun üçün dua etdi. Əli(ə) meydana gedərkən Peyğəmbər(s) buyurdu: «İndi bütün İslam bütün şirklə (müşrikliklə) üz-üzə gəlir.»2 Bu hədisdən asanlıqla mə’lum olur ki? bu iki nəfərdən birinin digərinə qalib gəlməsi imanın şirkə? yaxud da şirkin imana qalib gəlməsidir. Başqa sözlə desək? bu döyüş çox həlledici rol oynayırdı. Belə ki, İslamın, yaxud şirkin gələcək taleyi bu döyüşdən asılı idi. Əli(ə) piyada meydana yollandı. Əmrlə üz-üzə gəldikdə ona dedi: “Sən söz vermişdin ki? Qüreyş tayfasından bir kişi səndən üç şey istəsə? onun birini yerinə yetirəcəksən.” (Əli(ə) özü də Qüreyş tayfasından idi.) Əmr dedi: “Düzdür.” Əli: “Mənim birinci istəyim budur ki? İslam dinini qəbul edib müsəlman olasan.” Əmr: “Bundan keç.” Əli: “Gəl Mühəmməd(s)-lə döyüşmək fikrini başından at? çıx get. Əgər Mühəmməd(s)-in dedikləri düz olarsa? onda sən onun vasitəsilə dünyanın ən səadətli insanı olacaqsan? yox əgər onun dedikləri yalan olarsa? onda sən dava etmədən də öz istəyinə nail olmuş olarsan.” Əmr: “Xeyr? Qüreyş qadınları belə fikirləşməyəcəklər. (Onlar mənim səndən qorxub meydandan qaçdığımı zənn edəcəklər.) Mən nəzir etmişəm ki? Mühəmməd(s)-dən intiqamımı almayınca başıma yağ çəkməyəcəyəm.”1 Əli: “Elə isə onda atdan düş mənimlə vuruşaq.” Əmr: “Heç güman etməzdim ki? bir ərəb məndən belə istək diləsin. Mən istəmirəm sən mənim əlimlə qətlə yetiriləsən. Çünki atanla dostluq etmişəm. Qayıt get? sən hələ cavansan.” Əli: “Ancaq mən səni öldürmək istəyirəm.” Əmr həzrət Əli(ə)-ın bu sözündən qəzəblənib atdan yerə endi və qəzəbindən dərhal atın qıçlarını kəsdi. Əli(ə)-ın üstünə hücum etdi. Gərgin döyüş başladı. Hər iki cəngavər bir-birinə zərbələr endirirdilər. Əmr fürsət tapıb Əli(ə)-ın başına güclü bir zərbə endirdi. Həzrət Əli(ə) özünü müdafiə etmək üçün qalxanı başına tutdu. Lakin qalxan iki bölündü və Əli(ə)-ın başı yaralandı. Həzrət Əli(ə) da fürsətdən istifadə edib Əmrə güclü zərbə endirdi. Həmin zərbə nəticəsində Əmr yerə sərildi. Döyüş meydanında qalxmış toz-torpaq hər iki qoşuna öz döyüşçülərinin vuruşunu öz gözlərilə izləməyə mane olurdu. Birdən Əli (ə)-ın təkbir (Allahu əkbər) səsi göyə ucaldı. İslam ordusu sevincindən fəryad edirdi. Hamı bildi ki? Əli(ə) ərəblərin ən məşhur pəhləvanını öldürmüşdür.2 Əmrlə birgə xəndəkdən aşmış digər dörd pəhləvan meydanda durub Əli(ə)-la Əmrin mübarizəsinin nəticəsini gözləyirdilər. Elə ki? onlar Əmrin öldürüldüyünü gördülər? qaçmağa üz tutdular. Onlardan üçü xəndəyi aşıb öz ordularına qoşula bildi. Lakin onlardan biri – Nofəl adlı pəhləvan xəndəyi keçərkən yıxılıb xəndəyə düşdü. Əli(ə) xəndəyə qayıdıb onu da öldürdü. Əmrin ölməsi düşmənin ruhiyyəsinin zəifləməsinə səbəb oldu. Onlar artıq Mədinəyə hücum etmək fikrindən daşınıb naümid olaraq hər qəbilə öz yurduna dönmək fikrinə düşdü. Düşmənə sonuncu zərbəni Allah-taala güclü külək və tufanla endirdi. Düşmən naçar qalıb öz vətəninə dönməli oldu. İslam peyğəmbəri Əli(ə)-ın o gün göstərdiyi şücaət münasibətilə ona buyurdu: «Əgər sənin bu gün gördüyün işi ümmətimin bütün əməlləri ilə müqayisə etsələr? sənin gördüyün bu iş onlardan üstün olacaq. Çünki Əmrin ölümü ilə müşriklərin bütün evləri zillətlə? müsəlmanların bütün evləri isə izzətlə doldu.1 Sünni məzhəbinin görkəmli hədis söyləyəni Hakim Neyşaburi Peyğəmbər(s)-in bu ifadəsini aşağıdakı şəkildə qeyd etmişdir: «Ləmubarəzətu Əliyy ibn Əbitalib li Əmr ibn Əbdəvüd yəvməl xəndəqi əfzəlu min ə’mali umməti ila yəvmil qiyaməh.» «Xəndək döyüşündə Əli ibn Əbutalibin Əmr ibn Əbdəvüdlə mübarizəsi mənim ümmətimin qiyamətədək edəcəkləri əməllərin hamısından üstündür.»2 Bu sözün fəlsəfəsi mə’lumdur. O gün İslam və Qur’an nizami səhnədə məhv olmaq həddinə yetişmiş və özünün ən böhranlı anlarını yaşayırdı. Həmin gün öz misilsiz şücaətilə İslama nicat verib onun qiyamətədək yaşamasını karantiləyən və İslamı öz şücaətilə rişələndirən şəxs Əli ibn Əbutalib olmuşdur. Deməli? bütün ümmətin ibadəti onun sayəsində həyata keçir və bu yolda hamı Əli(ə)-a borcludur. Əli-Xeybər qalasının fatehi İslam Peyğəmbəri(s) hicrətin yeddinci ili belə qərara gəlir ki? Mədinənin kənarındakı Xeybər qalasının yəhudilərinə hücum etsin. Peyğəmbər(s)-in bu işə əl atmasının iki səbəbi var idi. 1)Xeybər qalası yenicə çiçəklənməkdə olan İslam hökuməti üçün fitnə-fəsad mərkəzinə çevrilmişdi. Bu qalanın yəhudiləri dəfələrlə İslam düşmənlərilə əl-ələ verib Mədinəyə hücum etmişdilər. Xüsusilə onların xəndək döyüşündə böyük rolu olmuşdur. 2)O zamanlar dünyanın ən böyük imperiyaları olan İran və Roma imperiyalarının bir-biri ilə uzun-uzadı müharibə etmələrinə baxmayaraq İslamın üçüncü imperiya kimi meydana çıxması onlar üçün dözülməz idi. Buna görə də Xeybər yəhudiləri bu iki imperiya ilə əl-ələ verib İslamın əleyhinə yürüşlər edə bilərdilər. Yaxud müşrikləri təzə müsəlmanların əleyhinə qızışdırıb döyüşdürdükləri kimi bu iki böyük imperiyanı da cavan İslama qarşı döyüşə qaldırardılar. Bu iki məsələ Peyğəmbər(s)-in min altı yüz nəfərlik bir ordu ilə Xeybər qalasına hücum etməsinə səbəb oldu. Xeybər qalaları böyük divarlara və çoxlu müdafiə qurğularına malik idi və yəhudilərin döyşçüləri onları möhkəm qoruyurdular. İslam ordusunun döyüşçülərinin şücaəti nəticəsində qalalar çətinliklə də olsa bir-birinin ardınca süqut edirdi. Lakin ən böyük və ən güclü pəhləvanların yığıldığı Qəmus qalası hələ də müqavimət göstərirdi. İslam mücahidləri nə qədər cəhd göstərsələr də o qalanın müqavimətini qıra bilmədilər. Peyğəmbər(s) möhkəm başağrı nəticəsində özü bilavasitə döyüş səhnəsində iştirak edə bilmir və orduya birbaşa başçılıq etmirdi. Buna görə də Peyğəmbər(s) hər gün bayrağı bir nəfərin əlinə verib qalanı fəth etməyi ona tapşırırdı. Ancaq onlar heç bir nəticə almadan geri dönürdülər. Bir gün Peyğəmbər(s) bayrağı Əbu Bəkrin əlinə? səhəri gün isə Ömərin əlinə verib onları qalaya tərəf göndərdi. Ancaq onlar heç bir qələbə qazanmadan geri döndülər. Vəziyyətin bu cür gedişinə Peyğəmbər(s) tab gətirə bilmirdi. İşin belə olduğunu görən Peyğəmbər(s) buyurdu: «Sabah bu bayrağı elə bir şəxsə verəcəyəm ki? Allah-taala o qalanı həmin şəxsin əli ilə fəth edəcək. Elə bir şəxs ki? Allahı və peyğəmbəri sevir? Allah və peyğəmbər də onu sevirlər.»1 O gecə Peyğəmbər(s)-in bütün səhabələri fikirləşirdilər ki? görəsən Peyğəmbər(s) bayrağı sabah kimə verəcək? Səhər olcaq səhabələr Peyğəmbər(s)-in çadırının qarşısında durub hamı ümid edirdi ki? Peyğəmbər(s) bayrağı ona verəcək. Bu zaman Peyğəmbər(s) buyurdu: «Əli haradadır?» Səhabələr cavab verdilər ki? gözü ağradığı üçün istirahət edir. Peyğəmbər(s) buyurdu: «Əlini bura gətirin!» Əli(ə) gəldikdə Peyğəmbər(s) onun gözünün sağalması üçün dua etdi. Peyğəmbər(s)-in duası nəticəsində Əli(ə)-ın gözü sağaldı. Sonra Peyğəmbər(s) bayrağı ona verdi. Əli(ə) dedi: “Ya Rəsuləllah! Onlarla İslamı qəbul edənə qədər vuruşacağam.” Peyğəmbər(s) buyurdu: “İndi ora get! Elə ki qalaya yetişdin əvvəl onları İslama də’vət et? onların Allah-taala qarşısında olan vəzifələrini (İslam dininə itaət etməyi) onlara xatırlat! And olsun Allaha ki? bir nəfərin sənin də’vətinlə müsəlman olmasının xeyri sənin qırmızı tüklü dəvələrə yiyələnməyindən üstündür.1” (Qırmızı tüklü dəvə ən qəşəng və ən baha dəvədir.) (Səhihi-Müslim c.7? səh121) Əli(ə) bu vəzifəni yerinə yetirmək üçün qalaya tərəf yollandı və o möhkəm və qüdrətli qalanı misli görünməmiş bir şücaətlə fəth etdi.

|