Bizim kitablar:






 


İMAM HƏSƏN MÜCTƏBA(Ə)-IN HƏYATI

İmam Həsən(ə)-ın həyatı barədə qısa mə’lumat
Əli(ə)-ın Peyğəmbər(s)-in əziz qızı xanım Zəhra(s.ə) ilə evlənməsinin ilk meyvəsi? şiələrin ikinci imamı həzrət Həsən Müctəba(ə) hicrətin üçüncü ili Ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.1
İmam Həsən(ə) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən(ə) təxminən yeddi yaşında olarkən Peyğəmbər(s) dünyadan köçmüşdü. Peyğəmbər(s)-dən sonra təxminən otuz il atası Əli(ə)-la birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

Məzlumların köməkçisi
İslam dinində (İslam nöqteyi-nəzərindən) varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məs’uliyyət daşıyırlar. Dərin mə’nəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən varlılar kasıbların ehtiyaclarını mümkün qədər tə’min etməyə çalışmalıdırlar. İslam peyğəmbəri və dini rəhbərlər (imamlar) bu barədə nə təkcə sifarişlər etmiş? hətta hərə öz zamanında insansevərliyin və zəifpərvərliyin bir nümunəsi olmuşlar.
İkinci imam elm? təqva? zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi? məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O həzrətin vücudu dərdli ürəklərin? fağır və imkansızların pənahı? ehtiyacı olanların ümid yeri idi. Belə ki? bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi? İmam(ə) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bə’zi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam(ə) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə? utanmağa icazə verməzdi.
Süyuti öz kitabında yazır:«Həsən ibn Əli(ə) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O? alicənab? səbirli? vüqarlı? mətin? səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi.»1

İbrətamiz incəlik
İmam Həsən(ə) bə’zi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki? bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmam(ə)-ın bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki? İmam(ə) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin bu pulla əlinə sərmayə də sala bilərdi. İmam Həsən(ə) kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. Bu səbəbə görə də həzrət Həsən(ə) kasıba çoxlu pul verərdi.

Elm və fəzilət ailəsi
Bir gün Osman məscidin kənarında oturmuşdu. Kasıb bir kişi ondan kömək istədi. Osman çıxarıb ona bir dirhəm pul verdi. Kişi Osmana dedi: “Məni elə bir adamın yanına göndər ki? mənə bir az çox kömək etsin.” Osman məscidin bir küncündə əyləşmiş imam Həsən(ə) və Abdullah ibn Cə’fərə tərəf işarə edib kişiyə dedi ki? orada oturmuş cavanların yanına get və onlardan kömək istə. Kişi onların yanına gəlib kömək istədi. İmam Həsən(ə) buyurdu: Ancaq üç halda “başqalarından maddi kömək istəmək olar: Boynunda diyə (qan bahası) olub onu ödəyə bilmədikdə? külli miqdarda borclu olub qaytarmaq iqtidarında olmadıqda və ehtiyac içində olub əli heç bir yerə çatmadıqda. İndi bu üç şeyin hansı biri sənə üz vermişdir?” Kişi cavab verdi ki? mənə də məhz bu üç şeydən biri üz verib. İmam Həsən(ə) çıxarıb əlli dinar (bir dinar on dirhəmə bərabərdir) pul kişiyə verdi. Bunu görən imam Hüseyn(ə) da qırx doqquz dinar? daha sonra Abdullah ibn Cə’fər qırx səkkiz dinar kişiyə verdilər.
Kasıb kişi qayıdarkən Osmanın yanından keçirdi. Osman kişiyə dedi: “Nə oldu?” Kişi cavab verdi ki? səndən pul istədim verdin? ancaq heç soruşmadın pulu nəyə görə istəyirəm. Ancaq o üç nəfərin yanında gedəndə onlardan biri (imam Həsən(ə)) istəyimin səbəbini soruşdu. Mən də cavab verdim. Sonra onların hərəsi mənə bu qədər pul verdi.” Osman dedi: “Bu ailə elm? hikmət çeşməsi? fəzilət və yaxşılıq mənbəyidir. Onlar kimisini nə vaxt tapa bilərsən?1”
Misilsiz bəxşiş
İmam Həsən(ə) bütün qüdrətini yaxşı və Allah bəyənən yollarda sərf edir? Allah yolunda çoxlu miqdarda pul bəxşiş edirdi. Tarixçilər və alimlər o həzrətin şərəfli həyatı haqqında misilsiz bir bəxşiş qeyd etmişlər ki? bu da heç bir rəhbərin həyatında gözə dəymir. İmamın bu hərəkəti o həzrətin əliaçıqlığından əlavə onun dünyanın aldadıcı naz-ne’mətinə olan e’tinasızlığını da göstərir. Tarixçilər yazırlar: «İmam Həsən Müctəba(ə) ömründə iki dəfə bütün mal-dövlətini? üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.»2

Vasitəli köməklik
İmam Həsən(ə)-ın şəxsiyyətinin böyük və ali olması bir nəfər imkansız şəxsin onun evindən əliboş geri qayıtmasına icazə vermirdi. İmamın birbaşa və bilavasitə kömək etməyə imkanı olmadıqda vasitəli şəkildə imkansızların ehtiyacını ödəməyə çalışardı. Müxtəlif yollarla tədbir görüb ehtiyacları ödəyər və müşkülatı həll edərdi.
Bir gün kasıb bir kişi İmam(ə)-ın yanına gəlib ondan kömək istədi. İş elə gətirmişdi ki? həmin vaxt imamın pulu yox idi. Digər tərəfdən də kasıb kişinin onun evindən əliboş geri qayıtması İmam(ə)-ı utandırırdı. Buna görə imam Həsən(ə) kişiyə buyurdu:
-Səni məqsədinə çatmaq üçün bir yerə göndərsəm razı olarsan?
Hara?
Bu gün xəlifənin qızı rəhmətə getmişdir? xəlifə qızına əza saxlayır? hələ heç kəs ona gəlib başsağlığı verməmişdir. Xəlifənin yanına get və sənə öyrədəcəyim ifadə ilə ona başsağlığı ver. Sən bu yolla öz məqsədinə nail olarsan.
Xəlifəyə necə başsağlığı verim?
Xəlifənin yanına gedib belə de: “Əlhəmdu lillahilləzi sətərəha biculusikə əla qəbriha və la hətəkəha biculusiha əla qəbrik.» İfadənin mə’nası belədir: “Həmd olsun Allaha ki? səni qızının qəbri üstündə oturmaqla onun həyasını saxladı və onu sənin qəbrin üstündə oturmaqla həyasını aparmadı.» Yə’ni qızın səndən qabaq dünyasını dəyişib torpaq altında yatmışdırsa? bu? atasının sayəsindədir. Yox əgər sən ondan tez ölsəydin? ola bilərdi ki? onun həyası getsin.
Kasıb kişi İmam(ə)-ın dediyi kimi də etdi.
Məhəbbətlə dolu olan xəlifənin qəlbində böyük tə’sir göstərdi və onun kədərini? qəm-qüssəsini azaltdı. Xəlifə əmr etdi ki? kişiyə bəxşiş versinlər. Sonra xəlifə kişidən soruşdu: “Bu sözləri sən özündən dedin? yoxsa səni bir öyrədən var?” Kişi cavab verdi ki? xeyr? bunları mənə Həsən ibn Əli(ə) öyrətmişdir. Xəlifə dedi: “Doğru deyirsən? o? fəsahətli və şirin sözlər mənbəyidir.”1

İmam Həsən(ə)-ın Müaviyə ilə bağladığı sülhün
səbəbləri haqqında araşdırmalar
İmam Həsən(ə)-ın həyatının ən əsas və ən mühüm hissəsi onun Müaviyə ilə sülh bağlaması və imamın məcburi şəkildə xilafətdən? eləcə də İslam hökumətindən kənarlaşmasıdır. İmam(ə)-ın həyatının bu hissəsi barədə çoxlu söhbətlər olmuş və hətta bu hissə diqqətsiz dostların və qərəzçi düşmənlərin səhvə yol verməsinə səbəb olmuşdur.
Bə’ziləri imam Həsən(ə)-ın həyatını və o günkü dövrün hissələrini mütaliə edərək belə suallar irəli sürürlər ki? nəyə görə imam Həsən(ə) Müaviyə ilə sülh etmişdir? Məgər Əli(ə)-ın şəhadətindən sonra o həzrətin şiələri və ardıcılları onun oğlu imam Həsən(ə)-a bey’ət etməmişdilər? Yaxşı olmazdımı ki? İmam Hüseyn(ə) qaldıran qiyamı imam Həsən(ə) elə əvvəlcədən qaldıraydı? Belə olduqda ya qalib gələrdi? ya da şəhadəti ilə Müaviyənin hökumətini laxladardı.
Bu suallara cavab verməzdən qabaq üç məsələyə diqqət yetirmək lazımdır.

1 – İmam Həsən(ə)-ın imamətindən
qabaqkı mübarizələri
Tarix şahiddir ki? imam Həsən(ə) çox şücaətli və dözümlü bir insan olmuşdur. Qorxu heç vaxt ona yol tapa bilməmişdir. O? İslamın inkişafı yolunda əlindən gələni əsirgəmirdi və daima Allah yolunda cihad etməyə hazır idi.
İmam Həsən(ə) Cəməl döyüşündə
İmam Həsən(ə) Cəməl döyüşündə atası ilə bərabər cəbhənin ön xəttində vuruşur və Əli(ə)-ın şücaətli və dilavər dostlarını ötərək düşmən ordusuna güclü hücumlar edirdi.1 Döyüş başlamazdan qabaq isə atasının əmri ilə Əmmar Yasir və Əli(ə)ın bir neçə digər dostları ilə birgə Kufə şəhərinə gəlib əhalini bu döyüşdə iştirak etməyə çağırmışdı.2
İmam həsən(ə) Kufəyə gələndə hələ Əbu Musa Əş’əri Kufənin Osman tərəfindən tə’yin edilmiş hökumət başçılarından biri kimi qalırdı. Əbu Musa Əş’əri bu vəzifəsindən istifadə edərək Əli(ə)-ın ədalət əsasında qurulmuş hökuməti ilə müxalifət edir və şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və o həzrətə arxa durmaqdan çəkindirirdi. Ancaq buna baxmayaraq İmam Həsən(ə) Kufədən doqquz min nəfərlik ordu yığıb Cəməl döyüşünə getmişdi.3

İmam Həsən(ə) Siffeyn döyüşündə
İmam Həsən(ə)-ın Siffeyn döyüşündə də ordunu səfərbər edib Əli(ə)-ın başçılığı altına salmaqda böyük rolu olmuşdur. O həzrət öz mətin və kəskin çıxışları ilə Kufə əhalisini Əli(ə)-ın ordusuna qoşularaq xainlər və İslam düşmənlərinə qarşı vuruşmağa də’vət edirdi.4
İmam Həsən(ə)-ın haqq yolunda fədailiyi o dərəcədə idi ki? Əli(ə) Siffeyn döyüşündə öz səhabələrinə deyirdi ki? onun və qardaşı Hüseyn(ə)ın mübarizə etməkdən qarşısını alın? məbada onların ölümü ilə Peyğəmbər(s)-in nəsili kəsilə.