Bizim kitablar:






 


İMAM HƏSƏN MÜCTƏBA(Ə)-IN HƏYATI

2 – İmam Həsən(ə)-ın Bəni-Üməyyə ilə
kəskin mübarizələri
İmam Həsən(ə) haqqı bəyan etməkdə və İslam əsaslarını qorumaqda əsla səhlənkarlıq etməzdi. O? Müaviyənin qeyri-İslami hərəkətlərini açıq-aşkar tənqid edir və Müaviyənin? ümumiyyətlə bütün Bəni-Üməyyənin nankor və çirkin sabiqələrini qorxmadan açıb söyləyirdi.
İmam Həsən(ə)-ın Müaviyə və onun əlaltıları ilə? o cümlədən Əmr As? Ütbə ibn Süfyan? Vəlid ibn Ütbə? Müğeyrə ibn Şü’bə və Mərvan ibn Həkəm kimilərlə apardığı kəskin mübahisələri bu iddianın şahididir.1
İmam Həsən(ə) hətta sülh bağladıqdan və Müaviyənin qüdrəti bir az artdıqdan? mövqeyi bir az da gücləndikdən sonra Müaviyə Kufəyə gələndən sonra İmam(ə) mənbərə çıxıb sülh bağlamasının səbəblərini söyləyərək Əli(ə)-ın ailəsinin üstünlüklərini (fəzilətlərini) bəyan etdi və sonra hər iki dəstənin (həm öz dəstəsinin? həm də Müaviyənin dəstəsinin) qarşısında Müaviyənin zəif cəhətlərinə işarə edib onun idarə etdiyi hökuməti aşkara tənqid etdi.2
Əli(ə)-ın şəhadətindən və imam Həsən(ə)-ın Müaviyə ilə sülh bağlamasından sonra xəvaric (Əli(ə)-ın üstünə qiyam çəkib Nəhrəvan döyüşündə məğlub olanlar) bütün qüvvələrini Müaviyənin əleyhinə səfərbər etdilər. Kufədə Müaviyəyə xəbər çatdı ki? Hövsəreyi-Əsədi-xəvaric başçılarından biri onun əleyhinə qiyam qaldırıb öz ətrafına ordu toplamışdır. Müaviyə öz mövqeyini qoruyub saxlamaq və imam Həsən(ə)-ın ona tabe olduğunu sübut etmək üçün Mədinəyə getməkdə olan İmam(ə)-a xəbər göndərdi ki? Hövsərənin qiyamını yatırıb sonra öz yoluna davam etsin. İmam Həsən(ə) ona cavab göndərdi ki? mən müsəlmanların qanının tökülməməsinə görə səndən əl çəkdim (səninlə sülh bağladım). Bu o demək deyil ki? mən sən deyənə qulaq asıb başqaları ilə vuruşam. Əgər vuruşmalı olsam? hamıdan qabaq birinci səninlə vuruşaram. Çünki? səninlə mübarizə etmək xəvariclə vuruşmaqdan daha vacibdir.3
İmam(ə)-ın bu cümlələrində mübarizə ruhu açıq-aşkar hiss olunur. Xüsusən imamın əzəmətlə Müaviyəyə dediyi «səndən əl çəkdim» ifadəsi bu mə’nanı vurğulayır.

3 – İslamda sülhün qaydası
Nəzərə almaq lazımdır ki? İslam dinində müharibə və cihad haqqında ümumi bir qanun yoxdur. İslam dini müəyyən şəraitdə müsəlmanlara kafirlərə qarşı vuruşmağı əmr etdiyi kimi bə’zi vaxtlarda da vuruşmağın bir nəticə verməyəcəyini görüb işi sülhlə həll etməyi əmr edir.
Biz İslam Peyğəmbəri(s)-in həyatında bu iki halın hər ikisini müşahidə edirik. İslam peyğəmbəri Bədr? Ühüd? Xəndək və Hüneyndə döyüşürdüsə? digər şəraitdə qələbəni qeyri-mümkün görüb kafirlərlə sülh bağlayır və müvəqqəti olaraq döyüşdən əl çəkirdi. Bu yolla İslamın inkişafına şərait yaradırdı.
Peyğəmbər(s)-in Bəni-Zəmrə və Bəni-Əşcə’ eləcə də (Məkkə əhalisi ilə) Hüdeybiyyə sülhü bağlaması buna bir nümunədir.1
Buna əsasən İslam Peyğəmbəri(s) o günlər bə’ziləri üçün mə’lum olmayan ali məsləhətlərə görə düşmənlə müvəqqəti sülh bağladı? imam Həsən(ə) da Allah tərəfindən dini rəhbər seçildiyi üçün hadisənin bütün cəhətlərindən başqalarından daha xəbərdar idi. Buna görə də özünəməxsus uzaqgörənliyi ilə İslam cəmiyyətinin xeyrini sülhdə görüb sülh bağlayır.
Bu mövzu (imam Həsən(ə)-ın sülhü) pis mə’nada başa düşülməməlidir. Əksinə? o həzrətin elədiyi hərəkət eynilə Peyğəmbər(s)-in (Hüdeybiyyə sülhündə) elədiyi hərəkət kimi nəzərə alınmalıdır.
İndi isə imam Həsən(ə)-ın sülhünün səbəblərini və onun tarixi əhəmiyyətini yaxşı anlamaq üçün tarixi səhifələməli və bu məsələni əsas tarixi faktlara istinad edərək araşdırmalıyıq.
Qısa olaraq deməliyik ki? əslində imam Həsən(ə) öz istəyi ilə sülh etmədi? əksinə? o sülh etməyə məcbur oldu. Yə’ni? vəziyyətin və şəraitin yaxşı olmaması və bir çox digər səbəblər üzündən elə bir vəziyyət yarandı ki? sülh etmək imam Həsən(ə) üçün zəruri bir məsələyə çevrildi. İmam Həsən(ə) sülh etməkdən başqa bir çarə görmədi. Belə ki? kim o həzrətin yerində olub həmin şəraitdə olsaydı? sülhdən başqa çarəsi olmazdı. Çünki İslam hökumətinin həm xarici şəraiti? həm də İraqın daxili vəziyyəti və imamın ordusu döyüşə hazır deyildi. İndi isə bu məsələləri ayrı-ayrılıqda araşdıraq.

Xarici siyasət nöqteyi-nəzərindən
O vaxtkı xarici siyasət nöqteyi-nəzərindən müsəlmanların bir-biri ilə vuruşması İslam aləminə heç bir fayda verməyəcəkdi. Çünki İslamdan güclü zərbələr alan Şərqi Roma imperiyası bu məğlubiyyətlərin əvəzini çıxmaq və özünü İslam nüfuzundan azad etmək üçün münasib bir fürsət axtarırdı. İmam Həsən(ə)-ın Müaviyə ilə vuruşmaq istədiyini eşidən Roma imperiyasının başçıları belə fikirləşdilər ki? öz məqsədlərini həyata keçirmək üçün ən yaxşı fürsətdir. Buna görə də müsəlmanlardan əvəz çıxmaq? böyük bir ordu ilə İslam ölkəsinə hücum etmək qərarına gəldilər. Belə bir vaxtda vəzifəsi İslamın əsasını qorumaq olan imam Həsən(ə) kimi bir şəxsiyyət bu təhlükəni İslam ölkəsindən dəf etmək üçün ruhu sıxıntılı və düşüncəsiz insanların tə’nələri ilə nəticələnməsinə baxmayaraq sülhü qəbul etməkdən başqa bir yol seçə bilərdimi?
Görkəmli tarixçi Yə’qubi yazır: «Müaviyə (İmam Həsən(ə)-la sülh bağlayıb) Şama qayıdandan sonra ona xəbər çatdı ki? Roma imperatoru İslam ölkəsinə hücum etmək məqsədilə böyük və nizamlı bir ordu ilə Romadan çıxmışdır. Müaviyənin belə böyük bir ordu ilə üzləşməyə imkanı olmadığından onlarla sülh bağlayıb yüz min dinar Şərqi Roma imperatoruna verməli oldu.»1 Bu tarixi sənəd göstərir ki? iki müsəlman dəstənin bir-biri ilə döyüşmək istədiyi bir vaxtda onların müştərək düşməni-Roma imperiyası bu fürsətdən istifadə edib onlara hücum etməyə hazırlaşmışdı. Təbii ki? belə bir vəziyyət də İslam ölkəsini çox ciddi bir təhlükə ilə üzləşdirirdi. Əgər belə bir vaxtda imam Həsən(ə) qoşun çəkib Müaviyə ilə vuruşsaydı? bu döyüşdə nə İmam Həsən(ə) qalib gələcəkdi? nə də Müaviyə. Əksinə? bu döyüşdə qalib gələn tərəf Şərqi Roma imperiyası olacaqdı. Ancaq bu təhlükə imamın uzaqgörənliyi? tədbir və güzəştə getməsi nəticəsində dəf oldu. İmam Baqir(ə) imam Həsən(ə)ın sülhünə irad tutan bir nəfərə buyurdu ki? əgər imam Həsən(ə) sülh etməsəydi? İslamı böyük təhlükə gözləyirdi.2

Daxili siyasət nöqteyi-nəzərindən
Hamıya mə’lumdur ki? hər hansı bir rəhbər və ya başçı döyüş meydanında düşmənə qalib gəlmək istəyirsə? gərək güclü və hazırlıqlı orduya malik olsun. Lakin belə bir orduya malik olmadan döyüşə girmək biabırçı məğlubiyyətdən başqa heç bir nəticə verməyəcək. İmam Həsən(ə)-ın sülhünün səbəblərini daxili siyasət nöqteyi-nəzərindən araşdırdıqda gözə çarpan əsas səbəb məhz belə bir ordunun olmamasıdır. Çünki İraq camaatının? xüsusilə də Kufə əhalisinin imam Həsən(ə)-ın dövründə nə ruhən döyüşə hazırlıqı var idi? nə də ordu təşəkkül tapa bilmişdi.

Döyüş yorğunluğu
Cəməl? Siffeyn və Nəhrəvan döyüşləri? həmçinin Əbu Musa Əş’əri ilə Əmr As arasındakı danışıqlardan sonra İraq? Hicaz və Yəməndə baş verən və bir çox tələfatlarla nəticələnən Əli(ə)ın və Müaviyənin qoşunları arasındakı qırğınlar Əli(ə)-ın dostlarının əksəriyyətində yorğunluq əmələ gətirmiş? onlar daha döyüşməmək? sülh etmək fikrinə düşmüşdülər. Çünki onlar Əli(ə)-ın beş illik hakimiyyəti dövründə başdan-başa müharibələrdə olmuşdular. Digər tərəfdən də onların döyüşü heç də yadelli işğalçılara qarşı deyil? əksinə? dünən onlarla qardaş olub bu gün Müaviyənin ordusuna qatılmış adamlarla olmuşdur.1
İraq camaatı bəhanələr gətirməklə Şam ordusunun Hicaz? Yəmən və İraqda törətdikləri vəhşiliklərinə qarşı vuruşmaq üçün ordunu göndərməkdə tənbəllik edib? başlarının dinc olması ilə əslində döyüşdən yorulduqlarını bildirirdi. İraq camaatının Əli(ə)-ın yenidən qüvvə toplayıb Siffeyn döyüşünə də’vətini gec qəbul etməsi bu yorğunluğa açıq-aşkar bir nümunədir.2
Doktor Taha Hüseyn Əbu Musa Əş’əri ilə Əmr As arasındakı danışıqlardan və Siffeyn döyüşünün sonundakı vəziyyətin gərginləşməsini qeyd etdikdən sonra yazır: «Sonra Əli(ə) Şama hücum etmək qərarına gəldi. Lakin ordusundakı münafiqlər –Kufəyə qayıdıb işlərimizi səliqə-sahmana salaq? ondan sonra bir az da çox qoşunla düşmənin üstünə hücum edərik– dedilər. Əli(ə) onlarla birgə Kufəyə gəldi və bir daha döyüşə getmədi. Çünki ordusunda olanların hər biri öz evinə dağılışıb şəxsi işlərilə məşğul olmağa başladılar. Döyüşmək üçün o qədər səhlənkarlıq edib süstləşdilər ki? Əli(ə) artıq onlara qarşı naümid oldu. Əli(ə) daima onları cihada də’vət edir? də’vətini dəfələrlə təkrar edirdi? ancaq onlar imamın də’vətini nə eşidir? nə də qəbul edirdilər. Hətta iş o yerə çatmışdı ki? Əli(ə) bir gün xütbələrinin birində buyurdu: «Öz asiliyinizlə mənim əmrimdən çıxdınız. Hətta iş o yerə çatdı ki? Qüreyş dedi: «Əbutalibin oğlu şücaətli kişidir? ancaq döyüşməkdən xəbəri yoxdur. Allah babalarına rəhmət eləsin? kim döyüşməyi məndən yaxşı bilir?»
Əli(ə) şəhadətə yetişdikdən sonra onun yerinə imam Həsən(ə) hakimiyyətə gəldikdə bu məsələ daha da qabarıq surətdə aşkar oldu. Xüsus ilə İmam(ə) Kufə camaatını Şam ordusuna qarşı vuruşmağa də’vət edəndə onlar İmam(ə)-ın də’vətini çox gec qəbul etdilər.
Müaviyənin ordusunun Kufəyə tərəf hərəkət etməsi xəbəri imam Həsən(ə)-a yetişdikdə İmam camaatı məscidə yığdı. Xütbəyə başlayıb Müaviyənin ordusunun səfərbər olmasını camaata çatdırdıqdan sonra camaatı Allah yolunda cihada və batilin tərəfdarlarına qarşı vuruşmağa də’vət etdi. İmam(ə) bildirdi ki? səbirli olmaq? fədakarlıq etmək və çətinliklərə dözmək lazımdır. İmam Həsən(ə) camaatın ruhiyyəsindən xəbərdar olduğundan onların bu də’vətə qarşı müsbət cavab verməməsindən nigaran idi. Elə belə də oldu. İmam(ə) camaatı döyüşə də’vət etdiyi xütbəni qurtardıqdan sonra hamı sükut etdi? imamın sözlərini təsdiq edən bir nəfər də tapılmadı. Bu hadisə o qədər təəssüflənməli və acınacaqlı idi ki? məclisdə hazır olan Əli(ə)-ın şücaətli səhabələrindən biri camaatı bu səhlənkarlıqlarına görə möhkəm danladı və onları yalançı qəhrəmanlar? qorxaq və şücaətsiz insanlar kimi qələmə verdi. Onları imamla birgə Şam ordusuna qarşı vuruşa çağırdı.1 Bu tarixi sənəd İraq camaatının döyüşdən nə qədər yorulduqlarını? onlardakı mübarizə və döyüş ruhiyyəsinin ölməsini çox yaxşı bəyan edir.Onlar döyüşməyə hazır deyildilər. Nəhayət imam Həsən(ə)-ın yaxın səhabələrindən bir neçəsi camaatı səfərbər etmək məqsədilə çıxışlar etdi. Bundan sonra imam Həsən(ə) kiçik bir ordu ilə Kufədən çıxdı və şəhərin yaxınlığında Nüxeylə adlı bir yerdə düşərgə saldı. İmam(ə)-ın ordusu təzə qüvvələrin gəlib onlara birləşməsi məqsədilə on gün Nüxeylədə qaldı. Nəhayət dörd min nəfər İmamın başına toplaşdı. Buna görə də İmam(ə) məcbur olub güclü ordu toplamaq məqsədi ilə Kufəyə qayıtdı.1

Müxtəlif ünsürlü cəmiyyət
Yuxarıda deyilənlərdən əlavə o dövrün İraq camaatı mütəşəkkil və vahid deyildi. Əksinə? cəmiyyət müxtəlif ünsürlü və bir-biri ilə zidd olan dəstələrdən təşkil olunmuşdu. Belə ki? bə’zi vaxtlar bu dəstələr bir-biri ilə heç cür yola gedə bilmirdilər. Bir dəstə çox təhlükəli olan Əməvilər sülaləsinin tərəfdarı? digər bir dəstə həm Əməvilərlə? həm də İmam Həsən(ə)-la vuruşmağı özlərinə vacib bilən xəvaric dəstəsi? başqa bir dəstə müxtəlif yerlərdən gəlib İraqda məskunlaşmış və sayı iyirmi min nəfərə çatan qeyri-ərəb müsəlmanlar? başqa bir dəstə də əqidəsi sabit olmayan? imam Həsən(ə)-la Müaviyənin hansı birinin üstün olmasında şəkk edən insanlardan ibarət idi. O dövrün İraq və Kufə əhalisi bu dəstələrdən təşkil olunmuşdu. Bunlardan fərqli olaraq digər bir dəstə də Əli(ə)-ın həqiqi dostları idi.2

Pərakəndə ordu
Əhali arasındakı bu dəstələr təbii ki? imam Həsən(ə)-ın ordusunda da yayılmış? ordunu pərakəndə hala gətirib çıxarmışdı. Buna görə də xarici düşmənlərə qarşı mübarizədə belə bir orduya arxalanmaq heç cür mümkün deyildi.
Şiə məzhəbinin böyük ustadı mərhum Şeyx Müfid və başqa tarixçilər imam Həsən(ə)-ın ordusundakı bu təhlükə barədə belə yazırlar: «İraq əhalisi çox gec və süstlüklə imam Həsən(ə)-ın ordusuna qoşuldu. İmam Həsən(ə)-ın təşkil verdiyi qoşun aşağıdakı dəstələrdən ibarət idi:
1)– Əli(ə)-ın şiə və tərəfdarları.
2)– Xəvaric. (Onlar Müaviyə ilə döyüşmək üçün bütün yollara əl atmışdılar. Onların imam Həsən(ə)-ın dəstəsinə qoşulması Müaviyə ilə düşmənçiliklərinə görə idi.)
3)– Dünyapərəst və faydagüdən şəxslər. Bunlar da özlərinə maddi mənfəət əldə etmək üçün imam Həsən(ə)-ın ordusuna qoşulmuşdular.
4)–İkiürəkli və şəkk edən insanlar. Onların nəzərincə imam Həsən(ə) kimi böyük bir şəxsiyyətin Müaviyədən elə də bir üstünlüyü yox idi.
5)– Nəhayət? din xatirinə yox? əksinə? qəbilə düşmənçiliyinə görə və sadəcə olaraq öz qəbilə başçılarından itaət edib mübarizəyə qoşulanlar.1
Beləliklə də imam Həsən(ə)-ın ordusu Müaviyə kimi bir düşmənə qarşı mübarizədə lazımi təşəkkülü tapmamış və pərakəndə olmuşdur.
Canlı sənəd
O dövrün İraq əhalisinin pərakəndəliyini və camaatın döyüşə qarşı süstlüyünü əslində heç kim imam Həsən(ə)-ın özündən yaxşı bəyan edə bilməz. İmam Həsən(ə) ordusunun irəlilədiyi son məntəqə olan Mədaində çox geniş və ruhlandırıcı bir çıxış etdi. O? sözlərinin əsnasında buyurdu: «Bizi Şam əhlinə qarşı (Müaviyənin ordusuna qarşı) mübarizədən heç bir şəkk-şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bu gün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı anlaşma sizdən uzaqlaşmış? öz müqavimətinizi itirmiş və indi də giley-güzar edirsiniz. Siffeyn döyüşünə gedəndə dininizin mənfəətini dünya mənfəətinizə üstün tutdunuz? lakin indi isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz kimiyik? ancaq siz bizə qarşı keçmişdə olduğunuz kimi vəfadar deyilsiniz. Sizlərdən bə’ziləri Siffeyn döyüşündə? bə’ziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını? yaxınlarını itirmişdir. Birinci dəstə öz ölülərinə ağlayır? ikinci dəstə isə ölülərinin qan bahasını istəyir. Qalanları da bizim əmrlərimizdən boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq? bizim izzət və böyük məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yolunda ölməyə hazırsınızsa? deyin? onda mübarizəyə qalxaq və onun bu təklifinə qılıncla cavab verək. Yox? əgər sağ qalmaq istəyirsinizsə? deyin? onda bu təklifi qəbul edib sizin razılığınızı tə’min edək.»
İmam(ə)-ın sözləri bu yerə çatanda hamı bir ağızdan biz yaşamaq istəyirik? biz sağ qalmaq istəyirik.2– deyə qışqırdı.
Döyüş ruhiyyəsindən məhrum olmuş belə bir ordu ilə imam Həsən(ə) Müaviyəyə qarşı necə mübarizəyə girişə bilərdi? Müxtəlif ünsürlü dəstələrdən təşkil olunmuş və kiçik bir qəflət nəticəsində özləri xətər törədə bilən bir ordu ilə qələbəmi əldə etmək olar? Fərz edək ki? imam Həsən(ə) deyil? Müaviyə belə bir qoşuna başçılıq edir? o İmam(ə)-ın gördüyü bu? işdən (sülhdən) başqa bir iş görə bilərdimi?
Bəli? bu səbəblər yığışıb İslam cəmiyyətini qəti təhlükənin iki addımlığına çatdırdı və çox acınacaqlı hadisələr əmələ gətirdi. İndi bunun şərhini sizin nəzərinizə çatdırırıq.