Bizim kitablar:






 


İMAM ZEYNÜL-ABİDİN(Ə)IN HƏYATI

İmam Səccad(ə)-ın həyatı barədə qısa mə’lumat
İmam Səccad(ə) şiələrin üçüncü imamı həzrət Hüseyn ibn Əli(ə)-ın oğludur. Anası Şəhrəbanu1 olmuş? ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad(ə) hicrətin otuz səkkizinci ilində2 dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası Əli(ə)-ın hakimiyyət illərini görmüş? ondan sonra isə on il əmisi həzrət Həsən(ə)-ın imamət dövrünü dərk etmişdir. İmam Həsən(ə) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili imam Həsən(ə)-ın şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan imam Hüseyn(ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin Məhərrəm ayında inqilab və atasının şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə? sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o? müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O? bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi. Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd? ya da doxsan beşinci ili şəhadətə qovuşdu. Bəqi qəbiristanlığında əmisi İmam Həsən(ə)-ın qəbrinin kənarında dəfn olunmuşdur.

İmam Səccad(ə) ilə müasir olmuş xəlifələr
İmam Səccad(ə) öz imamət dövründə aşağıda adları çəkilmiş xəlifələrlə müasir olmuşdur:
1-Yezid ibn Müaviyə (61-64 h.q) 3
2-Abdullah ibn Zübeyr (61-73 h.q) 4
3-Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı)
4-Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı)
5-Əbdülməlik ibn Mərvan (65-86 h.q)
6-Vəlid ibn Əbdülməlik (86-96 h.q)

İmamın xəstəliyi İlahi bir məsləhət idi
Təəssüflə qeyd etməliyik ki? xəbərsiz camaatın əksəriyyəti dördüncü imamı həmişə xəstə kimi yad edir və bununla da camaatın fikrində o həzrət çox zəif? əldən düşmüş? saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki əslində heç də belə olmamışdır. Çünki dördüncü imam ancaq Kərbəlada? özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il digər imamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz ki? o həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki? İmam(ə) bu vasitə ilə cihad vəzifəsindən azad olmuş?1 müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq imamət xətti davam etmişdir. Əgər imam Səccad(ə) xəstələnməsəydi? gərək cihadda iştirak edəydi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar və beləliklə də imamət nuru birdəfəlik sönmüş olardı. Səbt ibn əl-Cuzi yazır: “Əli ibn Hüseyn(ə) (imam Səccad) xəstə olduğu üçün öldürülmədi.”2
Məhəmməd ibn Sə’d yazır: “Əli ibn Hüseyn(ə)ın o gün (Aşura günü) atası ilə olan zaman iyirmi üç? ya iyirmi dörd yaşı var idi. Onun o vaxt azyaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdırlar. O? həmən gün xəstə olmuş? buna görə də döyüşdə iştirak edə bilməmişdir.”3 Məhəmməd ibn Sə’d həmçinin qeyd edir ki? Şimr imam Hüseyn(ə)-ı öldürdükdən sonra imam Səccad(ə)-ın üstünə gəldi. O? xəstələnib yataqda yatmış idi. Şimr dedi: “Bunu öldürün.” Onun yanındakılardan biri dedi: “Subhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?” Bu zaman Ömər ibn Sə’d gəlib dedi: “Qadınlar və bu xəstə ilə işiniz olmasın.”4
Şeyx Müfid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən rəvayət edib deyir: “(Aşura günü) Əli ibn Hüseynin çadırına yetişdik. O? bərk xəstə idi və yataqda yatmışdı. Şimr bir neçə nəfərlə onun yanına gəldi. Yanındakılar Şimrə dedilər: “Bu xəstəni öldürmürsən?” Mən dedim: “Subhanəllah! Uşaqları da öldürürsünüz? Bu ki, bir uşaqdır? özü də xəstəlik onu əldən salıb.” O qədər bu cür sözlərdən dedim ki? axır onları onu öldürmək fikrindən yayındırdım. Bu vaxt Ömər ibn Sə’d gəldi. Qadınlar onun üstünə qışqırıb ağladılar. O? öz adamlarına dedi: “Heç biriniz bu qadınların evlərinə (çadırlarına) girməyin və bu cavanla işiniz olmasın.”1
Qeyd olunduğu kimi dördüncü imamın sağ qalmasına səbəb olan xəstəlik İlahi bir məsləhət olmuşdur. Bu? onun düşmən qarşısında heç də ruhiyyə zəifliyi və gücsüzlüyü demək deyil.
İmam Səccad(ə) o çətin və acınacaqlı əsirlik müddətində əsirlərin ümid və pənah yeri olmaqla yanaşı həm də düşmənə qarşı şücaət və vüqarla hərəkət edirdi. İmam(ə)-ın Kufə və Şam şəhərlərindəki mətin və kəskin çıxışları bu məsələni bir daha təsdiq edir. Belə ki? əsirləri Kufəyə gətirdikdən sonra Übeydullah ibn Ziyadın məclisində onunla imam Səccad(ə) arasında gedən kəskin söz-söhbətdən Übeydullah ibn Ziyad bərk qəzəblənib imamın qətlinə əmr verərkən imam Səccad(ə) ona buyurdu: “Məni öldürməklə hədələyirsən? Bilmirsən ki? ölmək bizim üçün adi bir iş? şəhadət bizim üçün şərəf və fəzilətdir?”2

Kərbəla inqilabının carçısı
Qeyd etdiyimiz kimi imam Səccad(ə) Kərbəla faciəsində iştirak etmiş? atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və imam Hüseyn(ə)-ın qızılqanlı şəhadətinin carçısı olmuş? öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur.
Əməvi hökumətinin Müaviyyənin dövründən e’tibarən peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki? əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar? İslam düşmənləri və hökumət nümayəndələri imam Hüseyn(ə)-ın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq imam Səccad(ə)-ın və eləcə də digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki? bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) imam Hüseyn(ə)ın düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.
İmam Səccad(ə)-ın təbliğati mübarizələrini imam Hüseyn(ə)-ın həyatı bölməsində geniş şəkildə izah etdiyimiz üçün burada yalnız bu qədərlə kifayətlənirik.

Diktatura mühiti
İslam peyğəmbərinin vəfatından sonra imamət silsiləsinin dörd dövrə bölünməsinə əsasən (bu dörd dövrü həzrət Əli(ə)-ın həyatı bölməsində izah etdik), imam Səccad(ə)-ın həyatı dördüncü dövrə təsadüf edir. Yə’ni? silahlı mübarizə yolu ilə qələbədən naümid olmaq? Peyğəmbər ailəsinin vasitəsilə misilsiz fəaliyyətlər? bu məqsədə çatmaq üçün mədəniyyət və münasib insani qüvvələr tərbiyə etmək yolu üçün zəmin yaratmaq? əsl İslami fikirləri bəyan etmək? mö’vhumat və bid’ətləri üzə çıxarmaq.
Bu məsələ haqqında qısa mə’lumat verək.
Faciəli Aşura hadisəsi (tez bir zamanda) şiə məzhəbinə ağır zərbə vurdu. Bu hadisənin xəbərinin yayılması ilə İslam dövlətinin hər tərəfində? xüsusən İraq və Hicazda şiə məclislərində ümumi bir qorxu hökm sürürdü. Çünki mə’lum oldu ki? (İslam aləmində hamı tərəfindən əzəmətlə? e’tibarla və müqəddəs bir şəxs kimi tanınan) peyğəmbər balasını öldürüb Əhli-beyt qız-gəlinini və arvad-uşaqlarını əsir almaqla öz hakimiyyətini qoruyub saxlayan Yezid hakimiyyət dayaqlarını möhkəmlətmək üçün heç bir cinayətdən çəkinməz. Kufə və Mədinədə artıq öz əsərlərini büruzə verən qorxu və vəhşət (hicrətin altımış üçüncü ilində Zil-həccə ayında baş vermiş) “Hirrə faciəsi” və Mədinə camaatının Yezidin ordusu tərəfindən amansızcasına qırılması ilə daha da şiddətləndi? Peyğəmbər ailəsinin nüfuz etdiyi yerlərdə? xüsusilə Hicazda Mədinəyə? İraqda isə Kufəyə möhkəm represiya hakim kəsildi. Bəni-Üməyyənin düşmənləri olan imamların dostları zəifləyib süstləşdilər? öz təşəkküllərini itirdilər. İmam Səccad(ə) bu acınacaqlı vəziyyətə işarə edərək buyurur: “Bütün Məkkə və Mədinədə bizi sevən iyirmi nəfər yoxdur”1 Görkəmli tarixçi Məs’udi yazır: “Əli ibn Hüseyn(ə) (imam Səccad) imaməti gizli və təqiyyə şəklində və çox çətin bir vaxtda öhdəsinə götürmüşdü.”2 İmam Sadiq(ə) bu dəhşətli və acınacaqlı vəziyyəti təsvir edərək buyurur: “Camaatın üç nəfər istisna olmaqla hamısı Hüseyn ibn Əli(ə)-dan sonra (onun şəhadətindən sonra) döndü: (Peyğəmbər ailəsinin ətrafından uzaqlaşdılar): Əbu Xalid Kabili? Yəhya ibn Ummut-təvil və Cübeyr ibn Mut’im.”3 Sonra bir neçə nəfər onlara qoşuldu və sayları artdı. Yəhya ibn Ummut-təvil Mədinədə Peyğəmbər məscidinə gedib camaata xitab edərək deyərdi: “Biz sizinlə (yolunuzla) müxalifik? bizimlə sizin aranızda aşkar və əbədi düşmənçilik və kin-küdurət var...”4
Deyilməsə də mə’lumdur ki? o cür şəraitdə belə bir açıq-aşkar mövqedə durmaq yalnız acınacaqlı nəticələrə sinə gərən Yəhya ibn Ummut-təvil kimi şəxslərdən mümkündür. Məhz buna görə də Həccac ibn Yusif Yəhyanın həzrət Əli(ə)-ın dostu olmasına görə əl-ayağını kəsdirmiş? sonra da onu şəhadətə yetirmişdir.5
Onuncu əsrin ortalarının görkəmli və qabaqcıl hədisçi alimlərindən? həm də imam Cavad(ə)? imam Hadi(ə) və imam Həsən Əskəri(ə)-ın şagirdlərindən olan Fəzl ibn Şazan deyir: “İmam Səccad(ə)-ın imamət dövrünün əvvəllərində yalnız beş nəfər ona itaət edirdi: Səid ibn Cübeyr? Səid ibn Müsəyyib? Məhəmməd ibn Cübeyr ibn Mut’im? Yəhya ibn Ummut-təvil və Əbu Xalid Kabili.”6

Əbdülməlikin çirkin hakimiyyəti
İmam Səccad(ə)-ın imamət dövrü İslam tarixində hakimiyyət dövrlərinin ən çirkinlərindən biri olan bir dövrlə həmzaman olmuşdur. Düzdür? o həzrətdən qabaq da İslam dövləti zalım və azğın hakimlərin oyuncağına çevrilmişdi? ancaq dördüncü imamın dövrü ötən dövrlərlə bununla fərqlənirdi ki? o dövrün hakimləri İslam qayda-qanunlarından açıq-aşkar boyun qaçırır? onları ayaq altına alır və heç kim də bir zərrə olsun belə e’tiraz edə bilmirdi.
İmam Səccad(ə)-ın imamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Tarixçilər Əbdülməliki zirək? ehtiyatlı? qabaqgörən? ədib (ədəbiyyatla məşğul olan)? iste’dadlı və alim kimi qələmə vermişlər.1 Əl-Fəxri kitabının müəllifi deyir: “Əbdülməlik ağıllı? düşüncəli? alim? fəzilətli? ədib? iste’dadlı? çox zülmkar? çox heybətli? dahi siyasətçi və gözəl tədbirli bir şəxs olmuşdur.”2
Hinduşah yazır: “O? ağıllı? fəzilətli? fəsahətli? fiqh? hədis? şe’r elmlərini yaxşı bilən və gözəl tədbir sahibi olmuşdur.”3
Əbdülməlik hakimiyyət başına gəlməzdən qabaq Mədinə şəhərinin fəqihlərindən (şəriət elminin alimlərindən) biri sayılırdı.4 O? zahidlik? ibadət və dindarlıqla məşhur olmuşdu. Öz vaxtını məsciddə ibadət etməklə keçirərdi. Belə ki? ona “məscidin göyərçini” ləqəbini vermişdilər.5 Deyirlər ki? Əbdülməlik atası Mərvan öldükdən sonra hakimiyyətə yetişərkən Qur’an oxuyurdu. Bu xəbəri eşitcək Qur’anı bağlayıb dedi: “Daha mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur.”6 Əbdülməlik doğurdan da Qur’andan ayrıldı. Qüdrətə qürrələnməsi nəticəsində öz şəxsiyyətini elə dəyişdirdi ki? tarixçilər onun çirkin hökumətini acı xatirələr tək yad edirlər.
Süyuti və ibn Əsir yazırlar: “İslam tarixində Əbdülməlik əhdini danan və xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü)? camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr be-mə’rufun qarşısını alan ilk şəxs olmuşdur.7
Əbdülməlik Məkkədə Abdullah ibn Zübeyri məğlub etdikdən iki il sonra (hicrətin yetmiş beşinci ilində) həcc səfəri zamanı Mədinəyə gəlmiş və camaata xitab edərək demişdi: “Mən nə rüsvay olmuş (Osman)? nə də səhlənkar xəlifə (Yezid) deyiləm. Mən bu camaatla qılıncdan başqa heç bir şeylə rəftar etmərəm. Siz bizdən Allah adamlarının? təqvalı şəxslərin işini istədiyiniz halda özünüz heç də onlar kimi rəftar etmirsiniz (bizi təqvalı olmağa çağırırsınız? ancaq özünüz ona əməl etmirsiniz). And olsun Allaha bundan belə kim məni təqvalı olmağa çağırsa? boynunu vuracağam.”1
Sonuncu cümləni deməsinin səbəbi o idi ki? vaiz və imam cümələr (cümə namazını qılan şəxslər) öz söhbətlərini “təqvalı olun” ifadəsi ilə başlayırdılar.2
Özünü peyğəmbərin canişi e’lan edib peyğəmbər şəhərində? özü də peyğəmbərin müqəddəs məzarı kənarında bu cür sözlər deməklə onun sünnəsinə hücum edən xəlifənin ucqar şəhərlərdəki valilərində gör nə oyunlardan çıxırdılar?
Əbdülməlik özünün uzunmüddətli hakimiyyəti dövründə o qədər zülm və haqsızlıq etdi ki? onun qəlbində iman nuru tamamilə söndü. O? bir gün özü bu məsələyə toxunaraq Səid ibn Müsəyyibə dedi: “Elə olmuşam ki? yaxşı iş görəndə sevinmirəm? pis iş görəndə də narahat olmuram.” Səid ibn Müsəyyib dedi: “Sənin qəlbin tamamilə ölmüşdür.”3
Əbdülməlik çox vaxt Ummud-dərda adlı bir qadınla söhbət edərdi. Bir gün Ummud-dərda ona dedi: “Ey Əmirəl-mö’minin! Eşitmişəm ibadət və razi-niyazdan sonra şərab içmisən?” Əbdülməlik cavab verdi: “Təkcə şərab yox hətta camaatın qanını da içmişəm.4
Bir günlər Yezidin (Abdullah ibn Zübeyri təslim etmək üçün) Məkkəyə ordu göndərməsinə nifrət edən və bu işdən Allaha pənah aparan Əbdülməlik hakimiyyət başına gəldikdən sonra nə təkcə özü bu işi davam etdirdi? hətta Həccac kimi qaniçən bir şəxsi bu işi yerinə yetirmək üçün tə’yin etdi və o da Məscidül həram və Kə’bəni (Abdullah ibn Zübeyr qaçıb orada gizlənmişdi) mancanaq ilə daşa basdı.5

Zalım valilər
İslam məmləkətinin hər bir yerində Əbdülməlikin nümayəndələri də ona baxıb camaatla zülm və ədavətlə rəftar edirdilər. Ölkənin hər bir yerində haqsızlıq və vəhşət hökm sürürdü. Məs’udi yazır: “Əbdülməlik qantökən adam idi. Onun tə’yin etdiyi valilər–İraq hakimi Həccac? Xorasan hakimi Muhlib və Mədinə hakimi Hişam ibn İsmayıl da onun özü kimi rəhmsiz və qantökən idilər.”1
Mədinə hakimi Hişam ibn İsmayıl camaatı o qədər təzyiqlərə mə’ruz qoymuş və peyğəmbər ailəsinə o qədər əziyyət vermişdi ki? Əbdülməlikin oğlu Vəlid atasının ölümündən sonra hakimiyyətə gəldikdə məcbur olub onu işdən çıxartdı.2
Bunların hamısından pisi Həccac olmuşdur. Onun İslam tarixində törətdiyi cinayətlər hamıya mə’lumdur. Əbdülməlik Abdullah ibn Zübeyri Həccacın vasitəsilə məğlubiyyətə uğratdıqdan sonra Həccacı iki illik Hicaza (Məkkə? Mədinə və Taifə) vali tə’yin etdi.3
Həccac Mədinədə Cabir ibn Abdullah Ənsari? Ənəs ibn Malik? Səhl ibn Saidi kimi bir sıra səhabələri rüsvay etmək üçün onların boynuna damğa vurdu. Bu işdə bəhanəsi də o idi ki? bunlar Osmanın qatilləridirlər!4 Həccac Mədinədən çıxıb gedərkən belə dedi: “Allaha şükr edirəm ki? məni bu çirkin şəhərdən qırağa aparır. Bu şəhər bütün şəhərlərdən çirkindir. Buranın əhalisi Əmirəl-mö’mininə qarşı münasibətdə çox hiyləgər? həyasız və tənbəldir. Əgər Əmirəl-mö’mininin sifarişi olmasaydı? bu şəhəri yerlə yeksan edərdim. Bu şəhərdə peyğəmbər mənbəri adlanan bir parça çubuqdan və peyğəmbər qəbri adlanan bir qədər çürümüş sümükdən başqa heç nə yoxdur.5

Həccac İraqda
Həccac Məkkə və Mədinəni öz nəzarəti altına aldıqdan sonra Əbdülməlik başa düşdü ki? iraqlıları öz yerlərində oturda bilən və onları özünə tabe edə biləcək şəxs ancaq Həccacdır. Buna görə də hicrətin yetmiş beşinci ilində İraq valiliyini (Kufə və Bəsrəni) onun öhdəsinə qoydu. Həccac Kufəyə gəldiyi andan heç də xəlifə tərəfindən tə’yin olunmuş vali kimi deyil? üz-gözünü örtmüş halda məscidə daxil olub camaatın arasından keçərək mənbərə qalxdı və uzun müddət sakit oturdu. Səs-küy qalxdı ki? bu kimdir? Bir nəfər dedi: “Gəlin onu daşqalaq edək”. Camaat dedi: “Yox? qoyun görək nə deyir?” Elə ki hər tərəf sakitləşdi Həccac üzünü açaraq söhbətə belə başladı: “Ey Kufə camaatı! Mən dərilmək vaxtı yetişmiş meyvələrə bənzər və bədəndən ayrılmaları labüd olan başlar görürəm. Mən bu işi mütləq yerinə yetirəcəyəm. Əmmamə ilə saqqalar arasında parıldayan qanlar görürəm.” Sonra öz dəhşətli sözlərinə davam edib camaatı elə qorxutdu ki? bir kişinin onu daşqalaq etmək üçün əlində tutduğu daş parçası ixtiyarsız olaraq yerə düşdü.1
Həccacın Bəsrəyə girişi də eynilə Kufəyə girişi kimi oldu. İbn Qüteybə Dinvəri onun Bəsrəyə girişini belə izah edir: “Həccac iki min nəfərlik Şam ordusu və onların tərəfdarlarından əlavə dörd min nəfərlik ordu ilə Bəsrəyə tərəf yollandı. Bəsrəyə girərkən onların iki min nəfərini özü ilə götürdü və belə qərara gəldi ki? cümə günü namaz vaxtı şəhərə daxil olsun. O? ətrafdakılara əmr etdi ki? məscidi mühasirəyə alsınlar? məscidin on səkkiz qapısının hər birinin ağzında yüz nəfər durub qılınclarını paltarların altında gizlətsinlər. Sonra da onlara dedi: Elə ki məsciddə səs-küy qalxdı və kimsə məsciddən kənara çıxmaq istədi? elə bir iş görün ki? başları bədənlərindən tez qırağa çıxsın.
Mə’murlar qapıların ağzında dayanıb gözləməyə başladılar. Həccacı qılınclarını paltarların altında gizlətmiş yüz nəfər önündə? yüz nəfər də arxasında müşayiət edərək məscidə gətirdi. Onun özü də qılıncını paltarının altında gizlətmişdi. Həccac gözətçilərinə dedi: “Məscidə girəndən sonra mən camaat üçün söhbət edəcəyəm. Onlar məni daşa basacaqlar. Elə ki gördünüz mən əmmaməmi götürüb dizimin üstünə qoydum? qılınclarınızı qınından çıxarıb onları qılıncdan keçirin.”
Bu plan əsasında namaz vaxtı çatan kimi Həccac mənbərə qalxıb söhbət əsnasında belə dedi: “... Əmirəl-mö’minin (Əbdülməlik) məni sizin şəhərə vali və beytül-malı sizin aranızda bölmək üçün göndərib. Mənə əmr edib ki? məzlumların köməyinə çatam? zalımların cəzasını verəm? yaxşı iş görənləri alqışlayıb? pis iş görənləri cəzalandıram. Xəlifə məni bura vali tə’yin edəndə mənə iki qılınc verdi? Biri rəhmət və mərhəmət qılıncı? digəri isə əzab və cəza qılıncı. Mərhəmət qılıncı yolda əlimdən düşdü? ancaq əzab qılıncı indi də əlimdədir...”
Camaat mənbərin aşağısından Həccacı daşlamağa başladı. Bu zaman Həccac əmmaməsini başından götürüb dizinin üstünə qoydu. Gözətçilər dərhal camaatın üstünə düşdülər. Vəziyyətin belə olduğunu görən camaat məsciddən qaçmağa başladı. Ancaq kim məsciddən qırağa çıxırdı başı bədənindən ayrılırdı. Beləliklə qaçanları geri qayıtmağa məcbur etdilər? sonrada onları məsciddə qırdılar. İş o yerə çatdı ki? qan məscidin qapısına? hətta bazara qədər axıb gəlmişdi.»1 Bununla da Həccac İraqın hər bir yerində öz qorxulu hakimiyyətini yaratdı. O? bir çox təqvalı və günahsız insanları qırdı. O? ürəklərdə elə bir qorxu yaratdı ki? bu qorxu nə təkcə İraqı? habelə Xuzistanı2 və bütün Şərqi bürüdü.