| |
İMAM ZEYNÜL-ABİDİN(Ə)IN HƏYATI
Diktatura və qırğın dalğası Görkəmli tarixçi Məs’udi yazır: “Həccac iyirmi il vali oldu. Bu müddət ərzində onun cəlladlarının qılıncı ilə? yaxud işkəncə altında öldürülənlərin sayı yüz iyirmi min nəfər idi. Əlbəttə, bu ədəd Həccaca qarşı vuruşub ölənlərdən başqa idi. Həccac ölən zaman onun məşhur zindanında (onun adı gələndə bədənlərə titrətmə düşürdü) əlli min kişi? otuz min qadın var idi. Bu qadınların on altı mini çılpaq vəziyyətdə idi. Həccac kişi və qadınları bir yerdə həbsə alırdı. Onun zindanları tavansız olduğundan məhbuslar yayın istisindən? qışın soyuğu və qar-yağışından bərk əziyyət çəkirdilər.3
Vəlid ibn Əbdülməlikin müsbət və mənfi cəhətləri Əbdülməlikin ölümündən sonra onun oğlu Vəlid hakimiyyət başına gəldi. Bə’zi tarixçilər onu müsbət qələmə vermiş və onu atası Əbdülməlik? babası Mərvan və bir çoxlarından üstün tutmuşlar. Çünki Ömər ibn Əbdüləzizdən başqa Əməvi xəlifələrindən heç biri öz hakimiyyəti dövründə onun qədər hamı üçün xeyirli olan işlər görməmişdi. Vəlid öz hakimiyyəti dövründə məscidlər və müqəddəs yerlər tikdirməkdə? onları artırmaqda? tə’mir etməkdə böyük addımlar atmış öz valilərini bu işə cəlb etmişdi. Tarixçilər deyirlər: “Vəlid Dəməşqin cami məscidini tikdirdi? peyğəmbər məscidini və eləcə də Əqsa məscidini (Beytül-müqəddəsi) genişləndirdi. Onun əmrilə hansı şəhərdə namaz qılmaq üçün yer yox idisə? orada məscid tikildi. O? İslam dövlətini qorumaq məqsədi ilə sərhədlərdə müxtəlif qalalar tikdirdi? müxtəlif əlaqə yolları çəkdirdi? ölkənin müxtəlif yerlərində su quyuları qazdırdı? məktəb (mədrəsə) və xəstəxanalar saldırdı? sədəqə və dağınıq (pərakəndə) köməklikləri ləğv edib əlillər? xəstələr və ehtiyacı olanlar üçün müəyyən maaş tə’yin etdi. O? kor? əldən düşmüş və cüzam xəstəliyinə tutulmuşlar üçün istirahət yerləri tikdirdi? onlara yetişmək üçün həkim və xidmətçilər tə’yin etdi? onların yemək və istirahətlərinə yaxşı baxılmasını əmr etdi. O? həmçinin yetim və sahibsiz uşaqları tərbiyələndirmək üçün uşaq evləri tikdirdi. Çox vaxtlar özü şəhər və bazara çıxır? qiymətlərin endirilib? yaxud qaldırılmasına şəxsənnəzarət edirdi.1
Vəlidin çirkin işləri Vəlidin həyatı və hakimiyyəti dövründəki müsbət cəhətlərlə yanaşı onun bir sıra mənfi? zəif cəhətləri və açıq-aşkar pozğunluqları vardır ki? bunları onun həyatında qeyd etmədən keçmək olmaz. Tarixçilərin dediyinə görə Vəlid çox zalım şəxs olmuşdur. Ata-anası onu uşaqlıqda ərköyün böyütmüş? buna görə də o? ədəbsiz və insani dəyərlərdən uzaq olan bir adam olmuşdur.2 Vəlid ərəb dilinin qrammatika və ədəbiyyatından xəbərsiz idi. Ömrünün axırına qədər ərəb qrammatikasının qaydalarına riayət edə bilmədi. Danışarkən qrammatik cəhətdən çox kobud səhvlər buraxırdı. Bir gün atasının məclisində bir dəstə adamın hüzurunda bir nəfər ərəblə söhbət edərkən çox asan bir cümləni səhv dedi. Atası onu danlayıb dedi: “Ərəblərin dilini bilməyən şəxs onlara hakim ola bilməz.” Vəlid bu hadisədən sonra bir neçə ərəb dilçisi ilə birlikdə bir otağa girib altı ay orada qaldı. Bu müddətdə o? ərəb qrammatikasını öyrənməyə başladı. Ancaq altı aydan sonra birinci günündən də savadsız vəziyyətdə qırağa çıxdı.3 Vəlidin elmin inkişafına diqqət yetirməsinin səbəblərindən biri də bəlkə də onun özünün elmdən məhrum olması olmuş və bu yolla öz zəif cəhətini ört-basdır etmək istəyirmiş.
Zalım hakimlər Vəlid zalım və pozğun adamları vali? hakim və əmir tə’yin edirdi. Bu adamlar müsəlmanları çox təzyiqlərə mə’ruz qoyurdular. Vəlidin valilərindən biri Həccac ibn Yusif idi. Vəlid atası Əbdülməlikin ölümündən sonra Həccacı öz vəzifəsində saxladı. O dövrdən e’tibarən Şam məntəqəsi Vəlidin öz nəzarəti altında idi. İraqda Həccac? Hicazda Osman ibn Həbarə? Misirdə Qürrə ibn Şüreyk valilik edirdilər. Adı çəkilən bu şəxslərin zülm etməkdə misli yox idi. Bir qədər ədalət və insaf tərəfdarı olan Ömər ibn Əbdüləziz (Vəlidin qardaşı oğlu) bu bir neçə nəfərin hakimiyyətinə işarə edərək deyir: “Yer üzü zülm ilə dolmuşdur. İlahi? camaatı bu müsibətdən qurtar!1” Sanki hakimlərin bu zülmkarlıqlarına və müsəlmanların bu məzlumiyyətinə və pənahsız qalmalarına işarə edərək İmam Səccad(ə) öz söhbəti əsnasında o dövrün camaatını altı dəstəyə bölmüşdür. Hakimləri şirə? müsəlmanları isə şir? canavar? tülkü? it və donuz arasında qalmış və ət? dəri və sümükləri şir tərəfindən parçalanan qoyunlara bənzətmişdir.2
Nə üçün imam Səccad(ə) inqilab etmədi? İndi ki imam Səccad(ə)-ın dövrünün siyasi aləmi bir az aydın oldu? o həzrətin nəyə görə inqilab etməməsini çox yaxşı başa düşmək olar. Cəmiyyət arasında hökm sürən qorxu? dikdatura və zalım Əməvi hökumətinin camaat üzərindəki güclü nüfuzu hər hansı bir hərəkat və silahlı mübarizəni məğlubiyyətə məhkum edirdi. Hətta kiçik hərəkatlar belə Əməvi casuslarının gözündən qaçmırdı. Necə ki? bir gün Əbdülməlikin Mədinədəki casusu ona xəbər verdi ki? Əli ibn Hüseyn(ə)-ın (imam Səccadın) bir kənizi var idi. O? kənizi azad etmiş? sonra isə onunla evlənmişdir. Əbdülməlik imam Səccad(ə)-a yazdığı məktubda bu işi İmam(ə) üçün nöqsan saymış və e’tiraz etmişdi ki? nəyə görə İmam özünə tay olan bir qüreyşli qadınla evlənməmişdir? İmam Səccad(ə) onun cavabında yazdı: “Peyğəmbərdən böyük və üstün bir şəxs yox idi. O? öz kənizi ilə evlənmişdi. Allah hər bir kiçikliyi İslamın sayəsində ucaldır və hər bir nöqsanı İslam vasitəsi ilə aradan qaldırır. Hər bir alçaq şəxs İslam sayəsində əzizlənir. Müsəlman olan heç bir şəxs alçaq deyil. Alçaqlıq ancaq cahiliyyət alçaqlığıdır.”1 Əbdülməlik bununla bildirmək istəyirdi ki? İmamın hər bir işi? hətta onun daxili və şəxsi işləri belə onun nəzarəti altındadır. Belə bir şəraitdə inqilab etmək necə mümkün ola bilər? Sanki imam Səccad(ə) bu acı və dözülməz şəraiti duymuş və öz duasında Allah dərgahına belə buyurmuşdur: “Nə çox düşmənlər vardır ki? düşmənçilik qılıncını mənə qarşı sivirmiş? qılıncının və nizəsinin ucunu mənə vurmaq üçün itiləmişlər. Məhvedici zəhərlərini mənə içirtmək üçün piyaləyə tökmüş? məni öz oxlarının hədəfi qərar vermiş və pusqu gözləri məni güdmək üçün yatmamışdır. Onlar hazırlaşmışlar ki? öz zərbələrini mənə vurub zəhərlərini mənə içirsinlər. İlahi? çətinliklər və ağır əziyyətlər müqabilində gücsüzlüyümü? mənimlə döyüşmək istəyənin müqabilində acizliyimi? mənimlə düşmənçilik edib məni tora salmaq üçün pusquda olanların çoxluğu qarşısındakı təkliyimi nəzərə alıb mənə kömək etməyə başladın və mənə qüvvət verdin.”2
İki çətin yolayrıcı Deyilənlərdən belə mə’lum olur ki? imam Səccad(ə) Aşura hadisəsindən sonra iki çətin yolayrıcına yetişmişdi. Ya gərək öz dostları arasında həyəcan və hissiyyat oyadıb (bunu imam Səccad(ə) çox asanlıqla yerinə yetirə bilərdi) çox qəti bir hərəkata əl atıb müxalifət bayrağı ucaldaraq inqilabi bir hadisə yaradaydı. Ancaq bu inqilabın davamlı və nəticəli olması üçün lazımi şəraitin olmaması məcbur edirdi ki? İmam(ə) mübarizədən çəkilsin və meydanı Bəni–Üməyyə üçün boşaltsın. Ya da gərək səthi hissiyyatı gözəl və ölçüb-biçilmiş tədbirlə cilovlasın. İlk növbədə öz böyük işinin müqəddiməsini hazırlasın? yolgöstərici bir fikir və həmçinin əsas işə başlamaq üçün yaxşı kadrlar (İslam həyatının işini təzələmək? İslam cəmiyyətini və İslam nizam-intizamını yenidən qurmaq kimi işləri) hazırlasın. Qısa bir vaxtda özünün və e’tibar etdiyi azsaylı dostlarının canını təhlükədən qorusun? düşmən qarşısında meydandan çəkilməsin. Nə qədər ki sağdır və Bəni–Üməyyə hakimiyyətinin axtarıcı və qorxu yaradan gözündən gizlindir bu cəbhədə (yaxşı insanlar tərbiyə etmək və yolgöstərən bir fikir öyrətmək cəbhəsində) amansız? ancaq gizli mübarizəyə məşğul olsun? sonra da şübhəsiz ki? məqsədə yaxın olan bu yolu davam etdirib özündən sonrakı imama çatdırsın. Mə’lumdur ki? birinci yol fədailər yoludur. Ancaq məsləki uğrunda mübarizə aparan bir rəhbər? özü də elə bir rəhbər ki? onun işinin tə’sir şüası nə təkcə öz dövrü ilə məhdudlaşır? hətta bütün tarixi əhatə edir? belə bir rəhbərin təkcə fədai olması kifayət etmir. O? eyni zamanda hövsələli? dözümlü? uzaqgörən? gələcəyi fikirləşən və tədbirli də olmalıdır. Bu şəraitin yığılıb toplanması ikinci yolu imam Səccad(ə) üçün labüd edir.1
Mədinə əhalisinin inqilabı İmam Səccad(ə)-ın Mədinə inqilabçılarına qoşulmamasını da məhz bu cəhətdən araşdırmalıyıq. Mədinə inqilabı hicrətin altımış üçüncü (ya da altımış ikinci) ilində baş verib. Bu inqilab tarixdə Hirrə faciəsi2 adı ilə tanınmışdır. Bu hadisə imam Hüseyn(ə)-ın şəhadətindən sonra müxtəlif yerlərdə Yezidin hakimiyyətinə qarşı camaatda nifrət oyanmasına səbəb oldu. Peyğəmbər ailəsinin? qohum-əqrəbasının? səhabə və tabelərin3 mərkəzi olan Mədinə şəhəri də cuşa gəlmişdi. Təkəbbür? nadanlıq və təcrübəsizlikdə Yeziddən heç də geri qalmayan Mədinə hakimi Osman ibn Məhəmməd ibn Əbu Süfyan Yezidin göstərişi ilə4 Mədinə şəhərinin böyüklərini əhali tərəfindən gənc xəlifə Yezidi yaxından görüb onun mərhəmətindən bəhrələnmək və Mədinəyə qayıtdıqdan sonra camaatı onun hökumətinə tabe olmağa çağırmaq üçün Dəməşqə göndərdi. Yezidin görüşünə gedən Osmanın nümayəndə hey’əti Münzir ibn Zübeyr ibn Əvam? Übeydullah ibn Əbu Əmr Məxzumi? və Abdullah ibn Hənzələ Qəsilül-məlaikə və Mədinənin bir neçə başqa adlı-sanlı adamlarından ibarət idi. Yezid nə islami ədəb-ərkana malik olmadığından və nədə heç olmasa özünün nümayəndə hey’ətinin yanında ədəbli göstərməyi və ona tövsiyə edən bir müşaviri olmadığından İslamın zahiri qayda-qanunlarına əməl etməyi nümayəndə hey’ətinin yanında da şərab içməklə? it oynatmaqla? eyş-işrətlə və cürbəcür çirkin işlərlə məşğul olmağa başladı. Ancaq nümayəndə hey’ətini öz sarayında çox təntənəli şəkildə qarşıladı? onlara çox hörmətlə yanaşdı və onların hər birinə müxtəlif hədiyyələr və qiyməti əlli yüz min dinara çatan bahalı xələtlər bağışladı. O? belə güman edirdi ki, nümayəndə hey’əti Dəməşqin yaşıl sarayında bu pulları və bu ziyafəti qəbul etməklə Mədinəyə qayıtdıqdan sonra onu tə’rifləyəcək. Ancaq bu görüş nəinki onun xeyrinə səbəb olmadı? hətta tamamilə əks tə’sir bağışladı. Nümayəndə hey’ətinin hamısı Münzir ibn Zübeyr istisna olmaqla (o? Bəsrəyə getdi) Mədinəyə qayıdıb camaatın hüzurunda dedi: “Biz elə bir şəxsin yanından gəlirik ki? onun dini yoxdur? şərab içir? musiqi dinləyir? it oynadır? gözəl səsli qadınlar və xanəndələr onun hüzurunda mahnı oxuyurlar. O? bir dəstə oğru və azğın adamlarla gecələr əyləncə ilə məşğul olur. İndi biz sizi şahid tuturuq ki? biz onu xəlifəlik məqamından kənarlaşdırırıq.” Hənzələnin oğlu dedi: “Mən elə bir şəxsin yanından qayıdıram ki? əgər heç kim də mənə kömək etməsə? mən özüm bu bir neçə oğlumu götürüb onunla vuruşmağa gedəcəyəm. O? mənə hədiyyə verib mənimlə hörmətlə rəftar etdi? ancaq mən onun hədiyyəsini yalnız ondan döyüşdə istifadə etmək üçün qəbul etdim.” Bu hadisədən sonra Mədinə camaatı Abdullah ibn Hənzələyə bey’ət edib Mədinə hakimini və eləcə də bütün Bəni–Üməyyə tərəfdarlarını şəhərdən qovdular. Bu xəbər Yezidə çatan kimi o? Bəni–Üməyyə hökumətinin yaxınlarından biri olan Müslim ibn Üqbə adlı yaşlı bir kişini Mədinə inqilabını yatırmaq üçün böyük bir ordu ilə Mədinəyə göndərərək ona dedi: “Onlara üç gün möhlət ver. Əgər təslim olmasalar? onlarla vuruş. Elə ki qalib gəldin? üç gün müddətində onların nəyi varsa-mal-dövlət? heyvanat? silah? yemək-içmək-hamısını əsgərlərin ixtiyarına burax. Şam ordusu Mədinəyə hücum etdi. İki tərəf arasında qanlı döyüş baş verdi. Nəhayət inqilabçılar məğlub oldular və inqilaba başçılıq edənlər öldürüldülər. Müslim üç gün müddətində əhalinin kütləvi soyqırımı və şəhəri qarət etmək əmrini verdi. Şam ordusu bu üç gün müddətində elə cinayətlər törətdi ki? qələm onları yazmaqdan həya edir. Müslimi törətdiyi bu cinayətlərə görə Müsrif1 adlandırdılar. Qırğın və qarət başa çatdıqdan sonra Müslim camaatdan Yezidin qulu kimi bey’ət aldı.2
Abdullah ibn Zübeyrin rolu Abdullah ibn Zübeyr zahirən islahedici və mal-dövlət düşgünü idi. O? hicrətin altımışıncı ili imam Hüseyn(ə) Məkkəyə gəlməzdən bir az qabaq Məkkəyə gəlib orada yaşamağa başlamışdı. Ancaq imam Hüseyn(ə) Məkkədə olan müddətdə o? meydandan çıxmış və camaatın nəzərindən uzaqlaşmışdı. imam Hüseyn(ə) şəhid olduqdan sonra meydan onun üçün boşaldı və Yezidə qarşı müxalifətçilik edib özünü xəlifə adlandırdı. Abdullahın Əli(ə)-ın ailəsi ilə arası bir o qədər də yaxşı deyildi. Onun Cəməl döyüşünü törətməkdə böyük rolu olmuşdur. O? Məkkədə olduğu müddətdə xütbələrin əvvəlində peyğəmbərə salam göndərməyi qadağan etmişdi. Bunun səbəbini ondan soruşduqda belə demişdi: “Peyğəmbərin bə’zi pis qohumları var. Peyğəmbərin adı gələn kimi onlar başlarını yuxarı tuturlar (təkəbbür edirlər).”3 Elə bu işlərinə görədə imam Səccad(ə) onun fitnə-fəsadından nigarançılıq keçirirdi.4 Bə’zi tarixçilərin yazdığına görə Mədinə camaatının inqilabında Abdullah ibn Zübeyrin böyük rolu olmuşdur. O? imam Hüseyn(ə)-ın şəhadətindən sonra iraqlıları danlayıb deyirdi ki? siz İmam(ə)-ı də’vət etdiniz? sonra isə ona kömək etmək etmədiniz. Abdullah Yezidi də bərk pisləyir? onu şərabxor? itbaz? azğın adlandırır və camaatı onu xəlifəlikdən salmağa çağırırdı.5Tarixçilər həmçinin qeyd edirlər ki? Mədinə hakimi və Bəni-Üməyyə tərəfdarlarının Mədinədən qovulması da Abdullahın razılığı ilə olmuşdur.6
Nə üçün imam Səccad(ə) Mədinə inqilabçıları ilə həmkarlıq etmədi? İndi isə imam Səccad(ə)-ın Mədinə inqilabçıları ilə həmkarlıq etməməsinin səbəblərini araşdıraq. İmam Səccad(ə)-ın inqilabçılarla həmkarlıq etməməsinin səbəblərini belə xülasə etmək olar: Vəziyyəti araşdırıb imam Hüseyn(ə)-ın şəhadətindən sonra meydana gəlmiş dəhşətli represiyanı nəzərə almaqla imam Səccad(ə) Mədinə inqilabının məğlubiyyətini təxmin etmişdi. İmam fikirləşirdi ki? əgər bu inqilaba qoşulsa? nə təkcə qalib gəlməyəcək? hətta özü və dostları da öldürüləcəklər. Axırda da heç bir nəticə olmadan şiənin qalan qüvvəsi də itib batacaq. Abdullah ibn Zübeyrin keçmiş fəaliyyətlərini və eləcə də onun inqilabçılar arasındakı nüfuzunu nəzərə almaqla başa düşmək olar ki? bu inqilab əsl şiə inqilabı ola bilməzdi. İmam Səccad(ə) istəmirdi ki? hakimiyyət arzusunda olan Abdullah ibn Zübeyr kimi bir şəxs onu qələbə üçün vasitə qərar versin. Yuxarıda qeyd etdik ki? inqilabçılar Abdullah ibn Hənzələni özlərinə rəhbər tə’yin etdilər. Bu işdə onlar İmamın rə’yini heç nəzərə almadılar. Düzdür? inqilabın başçıları yaxşı və pak adamlar idilər və onların Yezidin hakimiyyətinə qarşı çıxışları tamamilə düzgün idi? ancaq mə’lum olur ki? bu inqilab təmiz şiə inqilabı olmamışdır və qələbə çaldığı təqdirdə şiələrin xeyrinə nəticələnəcəyi mə’lum deyil. Sanki bu səbəbləri nəzərə alaraq imam Səccad(ə) əvvəldən inqilabçılara qoşulmadı. Bu məsələ bir tərəfdən? digər tərəfdən də Kərbəla hadisəsinin ümumi fikirlərdəki nəticəsinin Yezidə baha başa gəldiyi üçün o (Yezid)? Müslim ibn Üqbəyə tapşırdı ki? imam Səccad(ə) ilə heç bir işi olmasın.
Pənah gətirmişlərin aman yeri Bəni-Üməyyə və tərəfdarlarını Mədinədən qovarkən Mərvan imam Səccad(ə)-dan xahiş etdi ki? onun həyat yoldaşı və ailəsi İmamın evində qalsın. İmam Səccad(ə) öz mərhəməti ilə bu xahişi qəbul etdi. Buna görə də Mədinənin üç gün qarət altında qaldığı müddətdə imam Səccad(ə)-ın evi pənah gətirmişlər üçün yaxşı aman yeri olmuşdu. Dörd yüz qadın öz oğul-uşaqları ilə birlikdə İmamın evində qalmış? imam Səccad(ə) da çaxnaşma qurtarana qədər onları evində saxlamışdır. Müslim ibn Üqbə qarət başa çatdıqdan sonra imam Səccad(ə)-ı yanına də’vət etdi. İmam Səccad(ə) onun yanına gəldikdə Müslim onu öz yanında oturtmuş? onunla hörmətlə rəftar edərək? sonra da evə qayıtmasına razılıq vermişdir.1
İmam Səccad(ə)-ın dövrün zülm və fəsadlarına qarşı mübarizə üsulları Bəli? imam Səccad(ə) ikinci yolu seçməklə təbliği? tərbiyəvi və qeyri-müstəqil bir mübarizə silsiləsinə başladı. Hökumətin heç xəbəri də olmadan bir sıra fəaliyyətlər həyata keçirdi. Bu fəaliyyətlərin ən mühümlərini aşağıdakı bölmələrdə xülasə etmək olar:
1-Aşura xatirəsini əbədi saxlamaq İmam Hüseyn(ə)-ın və onun sadiq dostlarının şəhadəti ümumi fikirlərdə Bəni-Üməyyəyə baha başa gəldiyindən və bu işin şər’iliyini sual altına aldığından bu faciəni əbədi yaşatmaq üçün imam Səccad(ə) öz mənfi mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhə yoxdur ki? bu yandırıcı göz yaşlarının və ürək yandıran ağlamaqların bir məhəbbət kökü vardır. Çünki Kərbəla faciəsinin müsibəti o qədər böyük və ürəkağrıdan idi ki? o faciəni öz gözləri ilə görən şəxslər nə qədər ki sağ idilər? onu yaddan çıxarmazdılar. Ancaq şübhəsiz ki? imam Səccad(ə)ın bu hadisəyə münasibətinin bir siyasi tə’sir və nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması Əməvi hökumətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad(ə) su içmək istəyərkən gözü suya sataşdıqda gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda buyurardı: “(Yezidin adamları) suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda mən necə ağlamayım?” İmam Səccad(ə) buyurardı: “Fatimə(s)-nın balalarının ölümü yadıma düşərkən qəhər məni boğur.” Bir gün imam Səccad(ə)-ın xadimi deyir: “Sizin qəm-qüssəniz qurtarmaq bilmir?” İmam Səccad(ə) buyurdu: “Vay olsun sənə! On iki oğlundan biri itmiş Yə’qub peyğəmbər öz oğlunun ayrılığına o qədər ağladı ki? gözləri kor oldu? qəm-qüssənin çoxluğundan beli büküldü. Halbuki oğlu sağ idi. (Onu tapacağından hələ tam ümidini kəsməmişdi.) Ancaq mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın? qardaşımın? əmimin və on yeddi nəfər qohum-əqrəbamın öldürülməsini öz gözlərimlə gördüm. Bu halda heç mənim qəm-qüssəm qurtararmı?”1 Misirin adlı-sanlı adamlarından biri olan Səhl ibn Şüeyb deyir: “Bir gün imam Səccad(ə)-ın hüzuruna gedib dedim: “Kefiniz necədir?” Buyurdu: “Mən bilməzdim ki? Misirdən olan sizin kimi böyük bir şəxs mənim halımın necəliyini bilməsin? İndi ki bizim halımızı bilmirsən? sənin üçün izah edərəm: “Bizim öz tayfamız arasında vəziyyətimiz Bəni-İsrailin oğullarını öldürüb qızlarını diri saxlayan fir’onların arasındakı vəziyyətə bənzəyir. Bu gün bizim vəziyyətimiz o qədər ağır və çıxılmazdır ki? camaat mənbər başında oturub bizim əzizimizi söyərək düşmənlərimizlə dostluq edirlər.”

|