İmam Baqir(ə)-ın həyatı barədə qısa mə’lumat İmam Baqir(ə) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası imam Zeynül-abidin(ə)-ın vəfatı vaxtı (hicrətin doxsan altıncı ilində) otuz doqquz yaşı var idi. Adı Mühəmməd? künyəsi Əbu Cə’fər? ləqəbləri Baqir? Baqirül-ülum olmuşdur. Anası imam Həsən(ə)-ın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də imam Baqir(ə) həm ata? həm də ana tərəfdən həzrət Əli(ə) və xanım Zəhra(s.ə)-nın nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir(ə) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş? məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O həzrətin imamət dövrü on səkkiz il olmuşdur.
İmam Baqir(ə)-ın müasiri olmuş xəlifələr Aşağıda adları çəkilmiş xəlifələr İmam Baqir(ə)-ın öz imaməti dövründə onun müasiri olmuşlar: Vəlid ibn Əbdülməlik (86-96 h.q) Süleyman ibn Əbdülməlik (96-99 h.q) Ömər ibn Əbdüləziz (99-101 h.q) Yezid ibn Əbdülməlik (101-105 h.q) Hişam ibn Əbdülməlik (105-125 h.q) Bu xəlifələrin hamısı Ömər ibn Əbdüləziz istisna olmaqla (o? nisbətən ədalətli və Peyğəmbər ailəsinə mehriban idi) zalım olmuş? zülm və haqsızlıqda heç də ata-babalarından geri qalmamış? xüsusən də imam Baqir(ə)-a çox zülm etmişlər.
Elmi inqilabın banisi İmam Mühəmməd Baqir(ə) öz imaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı? elmi çətinlikləri həll etdi və sonradan oğlu imam Cə’fər Sadiq(ə)-ın imaməti dövründə tə’sis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilab həyata keçirtdi. İmam Baqir(ə) elm? zöhd (təqva)? fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş? onun böyük elmi və əxlaqi məqamı dostun da? düşmənin də tə’rifinə çevrilmişdi. O həzrətdən İslami hökmlər? təfsir? İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki? o vaxtadək imam Həsən(ə)? imam Hüseyn(ə)-ın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.1 O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də peyğəmbər səhabələrindən sağ qalanlar o həzrətdən istifadə edirdilər. Cabir ibn Yezid Cü’fi? Kisan Sicistani?2 həmçinin İbn Mübarək? Zühri? Uzan? Əbu Hənifə? Malik? Şafei? Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o həzrətin elmi əsərlərindən bəhrələnmiş? onun buyurduqlarını gah bilavasitə? gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş. Sünni məzhəbinin ən mö’təbər müəlliflərindən hesab edilən Təbəri? Bəlazəri? Səlami? Xətib Bağdadi? Əbu Nəim İsfahani? eləcə də ən mö’təbər qaynaqlarından olan Müvəttəi-Malik? Sünəni-Əbu Davud? Müsnədi-Əbu Hənifə? Müsnədi-Mərvəzi? Təfsiri-Nəqqaş? Təfsiri-Zəməxşəri? (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar imam Baqir(ə)-ın mə’nalı sözləri ilə doludur və onların hər yerində “Mühəmməd ibn Əli (imam Baqir(ə)) buyurmuşdur” yaxud “Mühəmməd Baqir(ə) buyurmuşdur” ifadəsi gözə dəyir.3 Şiə kitabları da müxtəlif sahələrdə imam Baqir(ə)-ın rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər.
İmam Baqir(ə) alimlər baxımından İmam Baqir(ə)-ın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki? o həzrət “Baqirül-ülum” (elm qapılarını açan? elmi müşkülatı həll edən) ləqəbi almışdı. İbn Həcər Heytəmi yazır: “Mühəmməd Baqir(ə) maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş? əhkam və hikmətlərin həqiqətlərini? elmin incəliklərini bəyan etmişdi ki? bu məsələ bəsirət sahibi olmayan? ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də onu elmləri yarıb özündə cəmləşdirən? elm bayrağını ucaldan adlandırmışlar.”4 İmam Baqir(ə)-ın dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Abdullah ibn Əta deyir: “Mən İslam alimlərini heç bir məclisdə Mühəmməd ibn Əli(ə)-ın məclisindəki qədər elmi cəhətdən kiçik və aşağı səviyyədə görmədim. Elm və şəriət hökmlərində bütün aləmdə tanınan Həkəm ibn Üteybəni Mühəmməd Baqir(ə)-ın hüzurunda yüksəkrütbəli müəllim qarşısında diz çöküb əyləşən? onun şəxsiyyət və sözlərinə heyran qalan bir uşaq (şagird) kimi gördüm.”1 İmam Baqir(ə) öz sözlərində adətən Qur’an ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: “Dediyim hər hansı məsələni məndən soruşsanız ki? bu? Qur’anın harasındadır? mən o məsələyə aid olan ayəni sizə göstərərəm.”2
İmam Baqir(ə) məktəbinin şagirdləri İmam Baqir(ə) fiqh? hədis? təfsir və sair İslami elmlər sahəsində seçilmiş şagirdlər yetirmişdir. Onların hər biri böyük elmi şəxsiyyət hesab olunurdu. Mühəmməd ibn Müslim? Zürarə ibn Ə’yün? Əbu Bəsir? Büreyd ibn Müaviyə Əcli? Cabir ibn Yezid? Həmran ibn Ə’yun? Hişam ibn Salim kimi dahi şəxsiyyətlər imam Baqir(ə)-ın yetirmələri olmuşlar. İmam Sadiq(ə) buyurardı: “Bizim məktəbi və atamın hədislərini dörd nəfər dirçəltdi. O dörd nəfər Zürarə? Əbu Bəsir? Mühəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Əcli olmuşdur. Əgər bunlar olmasaydı? bir nəfər din tə’limatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş? qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar.”3 İmam Baqir(ə)-ın şagirdləri öz dövrlərinin fəqih və hədisçilərinin başbilənləri olmuş? elmi mübarizə meydanında qeyri–şiə fəqih və qazılarından üstün idilər.
Elmləri fəth edən? bilik qapılarını açan İmam Baqir(ə)-ın parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri İslam peyğəmbərinin uzaqgörənliyini çin çıxartdı. Peyğəmbər(s)-in uzaqgörənliyini ehtiva edən bu hədisin ravisi (rəvayətçisi) İslamın ilkin çağlarının görkəmli şəxsiyyətlərindən biri olan Cabir ibn Abdullah Ənsaridir. İslam peyğəmbərinin dostlarından olan və o həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: “Bir gün Peyğəmbər(s) mənə buyurdu: “Məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki? onun adı mənim adıma? özü də mənə oxşayacaq. O? elm qapılarını camaatın üzünə açacaq.” İslam peyğəmbəri bunu deyəndə hələ imam Baqir(ə) dünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. Dördüncü imamın dövrü yetişdi. Bir gün Cabir Mədinənin küçələrinin birindən keçəndə gözü həzrət Baqir(ə)-a sataşdı. Gördü ki? Peyğəmbər(s)-in buyurduğu bütün nişanələr onda var. Soruşdu: “Adın nədir?” Həzrət Baqir(ə) buyurdu: “Adım Mühəmməd ibn Əli ibn Hüseyn(ə)-dır.” Cabir onun alnından öpüb buyurdu: “Cəddin Peyğəmbər(s) mənim vasitəmlə sənə salam göndərdi.” Cabir o gündən e’tibarən İslam peyğəmbərinin hörmətini qorumaq və imam Baqir(ə)-ın əzəmətini göstərmək məqsədilə gündə iki dəfə o həzrətin görüşünə gedərdi. Cabir peyğəmbər məscidində camaatın arasında oturub (imam Baqir(ə)-ın işlərində irad tutan bə’zi şəxslərin cavabında) Peyğəmbər(s)-in uzaqgörənliyini rəvayət edirdi.1
Bir incəlik Burada qeyd etməliyik ki? Cabirin imam Baqir(ə) ilə görüşü və Peyğəmbər(s)-in salamını imama çatdırması Ricali-Kəşşi? Kəşfül-ğümmə? Əmaliyi-Səduq? Əmaliyi-Şeyx Tusi? İxtisasi-Müfid və bu kimi kitablarda müxtəlif rəvayətlər və bir-birinə oxşar məzmunlarla qeyd olunmuşdur. Bu rəvayətlər iki cəhətdən bir-birinə zidd nəzərə yetişir: Bu rəvayətlərin bir qisminin mə’nasından belə başa düşülür ki? Cabir imam Baqir(ə)-ı Mədinə küçələrinin birində görmüş? ikinci qismi rəvayətlərin mə’nasından belə başa düşülür ki? Cabir imam Baqir(ə)-ı imam Zeynül-abidin(ə)-ın (atasının) evində görmüş? üçüncü qisim rəvayətlərdən isə belə başa düşülür ki? imam Baqir(ə) özü Cabirin yanına getmiş? Cabir də onu orada tanımışdır. 2) Bu rəvayətlərin bə’zisində deyilir ki? Cabir həmin vaxt kor olmuş? bə’zilərində isə deyilir ki? Cabir diqqətlə imam Baqir(ə)-ı nəzərdən keçirdi. Təbii ki? bu məsələ Cabirin kor olması ilə heç də uyğun gəlmir. Birinci ziddiyyətin cavabında deməliyik ki? bir az diqqət etsək? bu rəvayətlər arasında heç bir ziddiyyət olmadığını görərik. Çünki bə’zi faktlar göstərir ki? Cabirin peyğəmbər ailəsi ilə xüsusi əlaqə və məhəbbəti olduğundan Peyğəmbər(s)-in uzaqgörənlik və imam Baqir(ə) üçün göndərdiyi salamı dəfələrlə təkrar edir? bu yolla da imam Baqir(ə)-ın məqamının və əzəmətinin yaxşı aydın olmasını istəyirdi. Belə olduqda bu məsələnin bir neçə dəfə müxtəlif yerlərdə təkrar olunmasının nə eybi var? İkinci ziddiyyətin cavabı isə budur ki? Cabirin imam Baqir(ə)-ı görüb onu diqqətlə nəzərdən keçirməsindən söhbət edən rəvayətlər ola bilsin onun kor olmazdan qabaqkı vaxtına aiddir. Belə ki? Şeyx Müfid imam Baqir(ə)-dan rəvayət edir: “Cabir ibn Abdullah Ənsarinin yanına gedib ona salam verdim. Salamımın cavabını alıb soruşdu: “Kimsən?” Bu hadisə onun gözləri tutulandan sonra olmuşdur.1 Bu rəvayətə bənzər digər birisini də Səbt ibn əl-Cuzi nəql etmişdir.2
İctimai-siyasi durum Qeyd etdik ki? imam Baqir(ə) beş Əməvi xəlifəsinin müasiri olmuşdur. İndi isə imam Baqir(ə)-ın hansı ictimai-siyasi şəraitdə yaşadığını bilmək üçün o həzrətin müasirləri olmuş xəlifələrin idarə sistemindəki xüsusiyyətlərini izah edirik.
Vəlid ibn Əbdülməlik Vəlid ibn Əbdülməlik imam Baqir(ə)-ın müasiri olmuş ilk xəlifədir. Onun xüsusiyyətləri barədə imam Səccad(ə)-ın həyatı bölməsində şərh verdiyimiz üçün burada təkcə bunu əlavə edib deyirik: Vəlidin hakimiyyət dövrü müsəlmanların kafirlərlə mübarizədə zəfər və qələbə dövrü olmuşdur. Onun hakimiyyəti dövründə xilafət ərazisi həm Şərqə? həm də Qərbə doğru genişləndi. Vəlid öz hakimiyyəti zamanı ölkədə hökm sürən asayiş nəticəsində özündən qabaqkı xəlifələrin dövründə ələ gəlmiş qələbələri davam etdirə bildi. Buna görə də onun hakimiyyət dairəsi Şərq və Qərb istiqamətlərində genişləndi? Hindistanın bir hissəsi? həmçinin Kabul? Kaşğar? Tus və bir çox digər böyük ərazilər geniş İslam ölkəsinə birləşdirildi. Onun zəfərləri İspaniyaya qədər gedib çatmış? İspan imperiyasının qoşunları Musa ibn Nüseyrin başçılığı altında idarə olunan İslam ordusu ilə mübarizədə məğlub olmuş və bu ölkə müsəlmanların əlinə keçmişdi.1
Süleyman ibn Əbdülməlik Süleyman ibn Əbdülməlikin hakimiyyət dövrü çox qısa olmuşdur. O? üç ildən çox hakimiyyətdə qalmamışdır.2 Süleyman hakimiyyətə gəldiyi ilk çağlarda özünü bir az mülayim aparmış? İraq həbsxanalarının qapılarını açdıraraq Həccac ibn Yusif tərəfindən həbsə alınmış minlərlə günahsız məhbusu azad etmiş? Yusif ibn Həccacın maliyyə işlərinə tə’yin etdiyi şəxsləri işdən uzaqlaşdırıb onun zalımcasına qurulmuş bir çox proqramlarını ləğv etmişdi.
İntiqam alovu Süleyman ibn Əbdülməlikin İraqın günahsız məhbuslarını azad etməsi ötüb-keçəri bir şey idi. O? sonradan özünün bu metodunu dəyişərək şəxsi hesablar və hissiyyatların tə’siri nəticəsində zülm və cinayətə əl atdı. Qəbilə təəssübkeşliyi məqsədilə Müzəri qəbiləsindən olanları təzyiqlərə mə’ruz qoyub onların rəqibləri olan Qəhtani qəbiləsini (Yəmən qəbilələrini) müdafiə edirdi.3 O? həmçinin tanınmış şəxsiyyətləri və ordu başçılarından bə’zilərini öldürdü? İspaniya zəfərinin iki cəsur qəhrəmanları Musa ibn Nüseyr və Tariq ibn Ziyada soyuq yanaşıb onları işdən qovdu.4 “İslamın siyasi tarixi” kitabının müəllifi yazır: “Süleyman ibn Əbdülməlik öz valiləri barədə xüsusi ölçülər götürürdü. Bə’zilərinə məhəbbətlə yanaşır? bə’zilərini isə aradan qaldırmaq üçün plan çəkirdi. Hindistan əmiri Mühəmməd ibn Qasim? Mavəraun-nəhrin əmiri Qüteybə ibn Müslim və İspaniya əmiri Musa ibn Nüseyr Süleymanın düşmənçilik etdiyi şəxslərdən olmuşlar.”5 Bu düşmənçiliklərin hamısı şəxsi və qəbilə məqsədləri nəticəsində əmələ gəlmişdi. Təəssüflər olsun ki? burada bu barədə çox söhbət etmək mümkün deyil. Hökumət sarayının özbaşınalığı və fəsad işləri Süleman ibn Əbdülməlik çox acgöz? qarınqulu? kefcil və gözəllikpərəst bir adam olmuşdur. O? bir neçə adi adamın yediyi qədər yemək yeyərdi. Onun üçün açılmış süfrələr həmişə təmtəraqlı olardı. O? lə’l-cəvahiratla bəzədilmiş? qıraqları zərli saplarla toxunulmuş qiymətli paltarlar geyər və bu işdə o qədər ifrata yol verərdi ki? qoymazdı hətta onun aşbazxana işçiləri onun yanına adi paltarda gedib-gəlsinlər. Onlar məcbur idilər ki? onun yanına gedəndə rəngli və üzərində ipək saplarla işlənilmiş paltarlar geysinlər. Hökumət sarayındakı bu gözəllikpərəstlik yavaş-yavaş digər şəhərlərə də gəlib çıxdı? Yəmən? Kufə və İskəndəriyyə şəhərlərində də camaat bu cür paltarlar geyməyə öyrəşdi.1
Ömər ibn Əbdüləziz (Süleymanın atası) Əbdülməlik ibn Mərvanın Süleymandan sonra onun vəliəhdinin Yezid ibn Əbdülməlik olması barədə vəsiyyət etməsinə baxmayaraq Süleyman xəstələnib ölümünün çatmasını bildikdə bir sıra səbəblər üzündən Ömər ibn Əbdüləzizi öz vəliəhdi tə’yin etdi. Süleymanın ölümündən sonra məsciddə Ömər ibn Əbdüləzizin xəlifə seçildiyi e’lan olunduqda camaat bunu çox təntənə ilə qarşılayıb ona bey’ət etdi.2 Ömər ibn Əbdüləziz camaatın narahatçılığını? Bəni-Üməyyənin hakimiyyətinə qarşı olan kin-küdurətini görüb öz işinə başlayan kimi kimsəsizlərə kömək etmək qərarına gəldi və mərkəzin əyalətlərdəki nümayəndələrinə belə bir məktub yazdı: “Camaat zülm? haqsızlıq və çətinliklərə mə’ruz qalmışdır. Allahın dini onların arasında əksinə icra olunmuşdur. Keçmiş zalım hakim və valilər icra etdikləri qanun və bid’ətlərlə haqqı? xeyir işləri və mülayim rəftarı çox az icra etmiş? camaatı boğaza yığmışlar. İndi ötənləri aradan qaldırmaq lazımdır? bu cür işlər bir daha təkrar olunmamalıdır. Bundan sonra kim həcc ziyarətinə getmək istəsə? gərək onun pulunu tez beytül-maldan ödəyəsiniz. Sizin mənimlə məsləhətləşmədən bir nəfəri cəzalandırmağa? birinin əlini kəsməyə? yaxud birini e’dam etməyə ixtiyarınız yoxdur.”3 Özbaşınalıq? fəsad və ayrıseçkiliyə qarşı mübarizə Ömər ibn Əbdüləziz bundan əlavə öz hökumətini təşkil etdikdən sonra hökumətin hesabında olan at və digər minik vasitələrini müzaidə yolu ilə satışa qoyub onların pulunu beytül-malın hesabına köçürtdü? öz arvadı-Əbdülməlikin qızı Fatiməyə əmr etdi ki? atası və qardaşının beytül-maldan ona bağışladığı qiymətli hədiyyələri və zinət əşyalarını beytül-mala qaytarsın. Əks təqdirdə onun evindən çıxsın. Fatimə ərinin əmrinə tabe olub beytül-maldan olan qiymətli hədiyyələr və zinət əşyalarını geri qaytardı.1 Ömər ibn Əbdüləziz nə təkcə öz arvadını ədalət qayda-qanunları ilə tanış etdi? hətta Süleyman ibn Əbdülməlikin bütün əmlakını satıb onun iyirmi dörd min dinar məbləğinə qədər pulunu beytül-malın hesabına qaytardı.2 İctimai islahat və özbaşınalığa qarşı mübarizəni öz evindən və xəlifənin ətrafına toplaşmış adamlardan başlayan Ömər ibn Əbdüləziz mübarizə dairəsini genişlədib Bəni-Üməyyə nümayəndələrini və əmisi oğlanlarını hesab ayağına çəkərək onlara əmr etdi ki? ələ keçirdikləri ümumi malları beytül-mala qaytarsınlar. O, tam qətiyyətlə Bəni-Üməyyə nümayəndələrinin camaatdan güclə aldıqları bütün mal-dövləti onlardan geri alıb əsl sahiblərinə qaytardı və Bəni-Üməyyənin əlini mümkün qədər camaatın yaxasından çəkdi.3 Bu məsələ Bəni-Üməyyə nümayəndələrinə çox pis tə’sir etdi və onlar Ömər ibn Əbdüləzizə qarşı zidd hərəkata başladılar. Bu məqsədlə Ömər ibn Əbdüləzizin qohumlarından bir neçəsi onunla görüşüb dedilər: “Qorxmursan ki? qəbilən yığışıb sənə qarşı qiyam qaldırar?” Ömər dedi: “Mən qiyamət hesabından başqa heç bir şeydən qorxmuram. (Məni qiyamla qorxudursunuz?)”4
Əli(ə)-ı söymək qadağandır! Qeyd etdiyimiz kimi Ömər ibn Əbdüləziz digər Əməvi xəlifələri ilə müqayisədə nisbətən ədalətli şəxs olmuşdur. Onun hakimiyyətinin Peyğəmbər(s)-in mə’sum canişinləri tərəfindən rəsmən tanınmadığı üçün onun da zalımlar cərgəsinə daxil olmasına baxmayaraq o? özündən qabaqkı xəlifələrin zülmlərinə qarşı çıxdı və hakimiyyətini xalqa xidmətdən kənara həsr etmədi. Bu xidmətlər arasında onun İslama? bəlkə də bəşəriyyət aləminə göstərdiyi? həyat və hakimiyyət dövrünün xüsusi parlağı olmuş xidməti Əmirəl-mö’minin həzrət Əli(ə)-ı söymək adətini aradan götürərək qadağan etməsidir. O? bu işi ilə altımış doqquz illik rişə atmış çirkin bir bid’əti aradan götürməklə şiə aləminə? bəlkə də bütün bəşəriyyət aləminə xidmət etmiş oldu. Bu bid’ət Müaviyənin qoyduğu çirkin miras idi. Həzrət Əli(ə)-ın şəhadətindən sonra (hicrətin qırxıncı ili) bütün mövqeyi ələ keçirən Müaviyə qərara gəldi ki? əks təbliğat və müxalif şüarlar vasitəsilə Əli(ə)-ı İslam aləminin “ən nankor” adamı kimi tanıtdırsın. O? bu məqsədini həyata keçirmək üçün bir tərəfdən Əli(ə)-ın dost və şiələrini təzyiqlərə mə’ruz qoyur qılınc gücü ilə Əli(ə)-ın fəzilətlərinin söylənilməsinin qarşısını alaraq bir hədis? hekayə və şe’r belə o həzrətin mədhi barədə deyilməsinə icazə vermir? digər tərəfdən də o həzrətin parlaq simasını əksinə göstərmək üçün Əməvi hökumətinin hədisçi və yaltaqlarını Əli(ə)-ın əleyhinə hədis quraşdırmağa məcbur edirdi. Bu yolla saysız hədislər söylənilib camaatın arasında yayıldı. Müaviyə bununla da kifayətlənməyib əmr etdi ki? bütün xilafət ərazisində cümə günləri mənbərə çıxıb xütbə oxuyarkən Əli(ə)-ı söymək də xütbəyə əlavə edilsin. Bu çirkin bid’ət icra olunaraq adət halını aldı. Ümumi fikirlərdə öz tə’sirini qoyaraq rişə atmış bir iş halına çevrildi. Belə ki? uşaqlar Əli(ə)-a qarşı kin-küdurətlə böyüdülər? böyüklər isə Əli(ə)-a qarşı zidd fikirlərlə dünyadan getdilər. Müaviyədən sonra digər Əməvi xəlifələri də bu adəti davam etdirmiş və bu iş Ömər ibn Əbdüləzizin hakimiyyətə yetişdiyi – təxminən hicrətin birinci yüzilliyinədək icra olunurdu.