| |
İMAM MÜHƏMMƏD BAQİR(Ə)-IN HƏYATI
Bir müəllimin tə’sir şüası Burada belə bir sual irəli çıxır ki? Ömər ibn Əbdüləzizin bu işdən (həzrət Əli(ə)-ı söyməyi qadağan etməkdən) məqsədi nə olmuş və nəyə görə Əməvi xəlifələri arasında məhz o bu işə əl atmışdır? Sualın cavabı budur ki? Ömər ibn Əbdüləzizin uşaqlıq illərində zahirən iki kiçik hadisə onun ümumi fikirlərini tə’sir altına almış və fikir yolunu dəyişmişdir. Onun hakimiyyət dövründəki bu böyük iş əslində oradan nəş’ələnmişdir. Birinci hadisə Ömər ibn Əbdüləzizin Übeydullah adlı Allahı tanıyan? agah və imanlı bir kişinin yanında dərs öyrəndiyi vaxt baş vermişdir. Bir gün Ömər Bəni-Üməyyədən olan öz tay-tuşları ilə birlikdə oynayırdı. Uşaqlar oynaya-oynaya öz adət-ən’ənələrinə sadiq qalıb kiçik bir bəhanə taparaq Əli(ə)-ı lə’nətləyirdilər. Ömər də onlara qoşulub həzrət Əli(ə)-ı söyürdü. Elə bu vaxt onun müəllimi uşaqların yanından keçərkən eşitdi ki? o da digər uşaqlar kimi Əli(ə)ı söyür. Ağıllı müəllim heç bir söz deməyib məscidə getdi. Dərs vaxtı çatanda Ömər də məscidə getdi. Müəllim onu görcək namaz qılmağa başladı. Ömər bir qədər oturub gözlədi ki? müəllim namazı qurtarsın. Ancaq müəllim namazı həmişəkindən bir az çox uzatdı. Azyaşlı şagird başa düşdü ki? müəllim ondan inciyib və namaz bir bəhanədir. Müəllim namazı qurtardıqdan sonra qəzəb dolu baxışla ona baxıb dedi: “Haradan bilirsən ki? Allah Bədr döyüşündə və Hüdeybiyyə sülhündə iştirak edənlərdən razı qaldıqdan sonra onlara qəzəb etmiş və onlar lə’nətə layiq olmuşlar?” Ömər: “Bu barədə mən bir şey eşitməmişəm.” Bəs nəyə görə Əli(ə)-ı lə’nətləyirsən? Tutduğum işdən üzr istəyir? Allah dərgahına tövbə edib söz verirəm ki? bir də belə iş görməyəcəyəm. Müəllimin məntiqli və tə’sirli sözləri öz işini gördü və Ömər ibn Əbdüləzizə çox böyük tə’sir bağışladı. Ömər o gündən e’tibarən söz verdi ki? bir daha Əli(ə) üçün nalayiq sözlər deməyəcək. Ancaq o? küçə və bazarda? uşaqlarla oynayanda eşidirdi ki? camaat çəkinmədən Əli(ə)-ı lə’nətləyir. İkinci hadisə Öməri öz sözünün üstündə daha da möhkəmlətdi.
Böyük bir e’tiraf İkinci hadisə belə olmuşdur: Ömərin atası Əbdüləziz Şam hökuməti tərəfindən Mədinə şəhərinin valisi seçilmişdi. O? cümə günləri həmişə olduğu kimi cümə namazının xütbəsində Əli(ə)-ı lə’nətləyir və xütbəni o həzrəti lə’nətləməklə qurtarırdı. Bir gün oğlu Ömər ona dedi: “Ata? sən xütbə oxuyarkən hansı məsələyə başlayırsansa? onun barəsində ətraflı söhbət edir? öz fəsahət və bəlağətinlə həmin məsələnin öhdəsindən gəlirsən? ancaq elə ki növbə Əli(ə)-ı lə’nətləməyə yetişir? dilin bir az dolaşır. Bunun səbəbi nədir?” Atası dedi: “Oğlum? sən bu işə fikir vermisən?” Ömər: “Bəli? ata.” Atası: “Oğlum? bizim ətrafımıza yığışıb mənbərimizin kənarında oturan bu camaat mənim Əli(ə)-ın fəzilətləri barədə bildiyimi bilsələr? bizim ətrafımızdan dağılıb Əli(ə)-ın övladlarının ardınca gedəcəklər.” Müəlliminin sözləri hələ də qulağında səslənən Ömər elə ki bu e’tirafı öz atasından eşitdi? başdan-ayağa dəyişib özünə söz verdi ki? əgər bir gün hakimiyyətə gələrsə? bu bid’əti aradan götürəcək. Buna görə də hicrətin doxsan doqquzuncu ilində hakimiyyətə gəlcək öz keçmiş arzusunu həyata keçirtdi və bir bəyannamə dərc etdirərək əmr verdi ki? bundan sonra mənbərlərdə Əli(ə)-ı lə’nətləməyin əvəzinə “həqiqətən Allah (Qur’anda insanlara) ədalətli olmağı? yaxşılıq etməyi? qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar? zina etməyi? pis işlər görməyi və zülm etməyi isə qadağan edər. (Allah) sizə? bəlkə? düşünüb ibrət alasınız deyə? belə öyüd-nəsihət verir.”1 ayəsi oxunulsun. Bu iş camaat tərəfindən xoş ruhiyyə ilə qarşılandı və şairlər bu işi mədh etdilər.2
Fədəyin xanım Zəhra(s.ə)-nın övladlarına qaytarılması Peyğəmbər ailəsindən zülmün götürülməsi məqsədilə Ömər ibn Əbdüləzizin gördüyü böyük və əsaslı tədbirlərdən biri də Fədəyin peyğəmbər qızı xanım Zəhra(s.ə)-nın övladlarına qaytarması olmuşdur. Fədəyin İslam tarixində çox acı və uzun bir macərası vardır. Bu kitabda ondan bəhs etməyə imkan olmadığından qısaca olaraq onun tarixi faktlarını qeyd edirik. Peyğəmbər(s) Fədəyi öz sağlığında qızı xanım Zəhra(s.ə)-ya bağışlamış? Peyğəmbər(s) vəfat etdikdən sonra isə Əbu Bəkr onu güclə xanım Zəhra(s.ə)-dan alıb beytül-malın torpaqları sırasına qatmışdır. O vaxtdan sonra xəlifələr bu bağı bir-birinə ötürmüş və nəhayət Müaviyə öz hakimiyyəti dövründə onu Mərvana? Mərvan da öz oğlu Əbdüləzizə bağışlamışdır. Əbdüləziz öldükdən sonra Fədək Ömər ibn Əbdüləzizə çatır. Ömər ibn Əbdüləziz onu xanım Zəhra(s.ə)-nın övladlarına qaytarıb deyir: “Fədək onlarındır və Bəni-Üməyyənin onda heç bir haqqı yoxdur. Ancaq təəssüflər olsun ki? Ömər öldükdən sonra Yezid ibn Əbdülməlik hakimiyyətə gəlib Fədəyi xanım Zəhra(s.ə)-nın övladlarından alıb Bəni-Üməyyə nümayəndələrinin tiyulu qərar verir.1 Şeyx Səduq “əl-Xisal” kitabında nəql edir ki? Ömər ibn Əbdüləziz Mədinəyə səfəri zamanı İmam Baqir(ə)-la görüşüb Fədəyi o həzrətə qaytardı.2 İmam Baqir(ə) sanki Ömər ibn Əbdüləzizin peyğəmbər ailəsindən bə’zi zülmləri götürməsini nəzərə alıb buyurmuşdur: “Ömər ibn Əbdüləziz Bəni-Üməyyənin ən nəcib adamıdır.”3 Ömər ibn Əbdüləziz iki il hakimiyyətdə olmuş və deyilənə görə Bəni-Üməyyə nümayəndələri onu zəhərləyərək öldürmüşlər.4
Hədis yazmağın qadağan edilməsi Peyğəmbər(s)-in vəfatından sonra İslam cəmiyyətində ortaya çıxmış azğınlıqların ardınca çox təəssüfləndirici başqa bir hadisə meydana gəlmiş? onun acınacaqlı və ziyanverici nəticələri uzun müddət İslam aləminə zərbə vurmuşdur. O hadisə hədis söyləmək? yazmaq və toplamağın qadağan edilməsi olmuşdur. Peyğəmbər(s)-in hədis və buyurduqlarının Qur’andan sonra ikinci yerdə durduğuna? asimani kitabdan (Qur’andan) sonra İslam mədəniyyətinin ən böyük mənbəyi sayılmasına və ümumiyyətlə bu iki şeyin (Qur’anla hədisin) bir-birindən ayrılmasının qeyri-mümkün olmasına baxmayaraq birinci və ikinci xəlifə hədis yazıb toplamağın əleyhinə çıxıb puç və əsassız bəhanələrlə? həqiqətdə isə siyasi məqsədlərlə müsəlmanlara hədis yazıb söyləməyi qadağan etdilər. Əbu Bəkr dedi: “Allah peyğəmbərindən heç bir şey söyləməyin. Əgər sizlərdən bir nəfər bir məsələ barədə sual etsə? ona deyin ki, Allahın kitabı (Qur’an) bizim və sizin aranızdadır? onun halalını halal? haramını haram sayın.”5 İkinci xəlifə Peyğəmbər(s)-in hədislərinin yazılmasına qadağa qoymaq məqsədilə İslam dövlətinin bütün ərazilərinə bir bəyannamə nəşr etdirərək yazdı: “Kim Peyğəmbər(s)-dən bir hədis belə yazıbsa? onu məhv etsin.”1 Ömər təkcə bu bəyannamə ilə kifayətlənməyib Peyğəmbər(s)in bütün səhabələrinə və həmçinin bütün hədis əzbər bilənlərə ciddi xəbərdarlıq etdi ki? hədis söyləmək və yazmaqdan çəkinsinlər. Peyğəmbər(s)-in tanınmış səhabələrindən olan Qərzə ibn Kə’b deyir: “Ömər bizi İraqa göndərərkən özü də bizimlə bir az yol gəlib dedi: “Bilirsiniz sizi nəyə görə yola salıram?” Dedik ki? yəqin Peyğəmbər(s)-in səhabələri olduğumuz üçün xəlifə bu əziyyətə qatlaşır. Dedi: “Sizin hörmətinizdən əlavə, ona görə sizi şəxsən yola salıram ki, sizə bir məsələni tövsiyə edəm, sizinlə piyada gəlib sizi ötürməyim xatirinə onu yerinə yetirəsiniz.” Sonra əlavə edib dedi: “Siz elə bir yerə gedirsiniz ki? oranın əhalisi öz məscid və məclislərini Qur’an zümzüməsi ilə doldurmuşlar. Mənim sizə tövsiyəm budur ki? onlarla işiniz olmasın və camaatın başını hədislə qatıb onları Qur’andan ayırmayın. Camaat üçün Qur’anı ona hədis qatmadan oxuyun? Peyğəmbər(s)-dən çox az hədis söyləyin. Biz də bu işdə sizinlə həmkarlıq edəcəyik.” Qərzə göndərildiyi yerə çatanda ona dedilər ki, bizim üçün hədis söylə. O isə cavab verdi ki, xəlifə hədis söyləməyi bizə qadağan etmişdir.2 Ömər öz xəlifəlik dövründə belə qərara gəldi ki? Peyğəmbər(s)-in hədislərini yazsın. Sonra cəmiyyət arasında bu məsələnin (hədis yazmağın) azad olmasını göstərmək məqsədilə bu söhbəti camaatla araya qoydu. Bir ay fikirləşdikdən sonra həll yolu tapıb camaata dedi: “Keçmiş ümmətləri yadıma saldım? onlar bə’zi kitabları yazıb toplayaraq onlara çox diqqət etdiklərinə görə öz asimani kitablarından uzaq düşdülər. Buna görə də mən Allah kitabını (Qur’anı) heç bir şeylə qarışdırmaram.”3 Xəlifə təkcə bu işin qarşısını almaq üçün fərman verməklə kifayətlənmir? eyni zamanda hədis söyləyən şəxsi möhkəmcə cəzalandırırdı. Belə ki? bir gün o üçü də İslamın ilkin çağlarının böyük şəxsiyyətlərindən olan ibn Məs’ud? Əbu Dərda və Əbuzərə demişdir: “Nədir peyğəmbərdən söylədiyiniz bu hədislər?” Sonra onları tutub həbs etmiş? o üç nəfər Ömər ölənə qədər həbsdə qalmışdır.1 Bu cür cəzalandırmalar üzündən digər müsəlmanlar da hədis yazıb söyləməyə cür’ət etmədilər.
Əvəzi çıxılmaz bir ziyan Bu məhdudiyyətlər bais oldu ki? Peyğəmbər(s)-in şərəfli hədisləri hədis əzbərləmiş adamların sinələrində qalsın. Beləliklə də müsəlmanlar bu böyük İslami mədəniyyət mənbəyindən uzun müddət mərhum oldular. İş o yerə çatmışdı ki? Şə’bi deyirdi: “Bir il Ömərin oğlu ilə bir yerdə oldum? ondan nümunə üçün də olsa bir peyğəmbər hədisi eşitmədim.”2 Saib ibn Yezid deyir: “Mədinədən Məkkəyədək Sə’d ibn Maliklə yol yoldaşı oldum? o? səfər boyunca Peyğəmbər(s)-dən bir dənə də olsun hədis söyləmədi.”3 Bu qadağa cəmiyyətə o qədər pis tə’sir bağışladı ki? Peyğəmbər(s)-in əmri ilə onun hədislərini yazan Abdullah ibn Ömər xəlifənin nəşr etdirdiyi bəyannamədən sonra öz kitabını (hədis kitabını) elə gizlətdi ki? indi hədis kitablarında onun kitabının heç adı da çəkilmir. Deməsək də mə’lumdur ki? bu qadağa nəticəsində İslama dəyən zərbə aradan qaldırıla bilməz. Çünki peyğəmbər hədislərinin yazılması yüz ilə yaxın müddətə kimi tərk olunmuş? o mə’nalı sözlər müsəlmanlar arasında müzakirə olunmamışdır. Bunların hamısından pisi isə bə’zi yalançı şəxslərin bu fürsətdən istifadə edib öz dövrlərinin xəlifələrinin xeyrinə yalançı hədislər qoşmaları olmuşdur. Çünki hədisin sənədi təkcə əzbərləmək və adamlardan eşitməyə inhisarlaşırsa? təbii ki? hər bir insan hər cür iddia edə bilər. (Öz iddiasını hədis şəklində söyləyə bilər.) Ona görə ki? nə bir kitab var idi? nə bir dəftər? nə də bir hesabat. Mə’lumdur ki? belə bir şəraitdə də onlarla Əbu Hüreyrələr4 meydana gəlib qeyri-şər’i məqsədlər üçün özlərini doğru hədisçi kimi qələmə verəcəklər. Bu vəziyyət hicrətin birinci yüzilliyinə kimi? yə’ni Ömər ibn Əbdüləzizin hakimiyyəti (99-101 h.q) dövrünədək davam etmişdir. Ömər ibn Əbdüləziz təqdirəlayiq bir addım ataraq bu acınacaqlı bid’əti aradan götürməklə camaatı hədis söyləmək? yazmaq və toplamağa şövqləndirdi. O? alim və hədisçiləri bu işə cəlb etmək məqsədilə bir bəyannamə dərc etdirdi. Bəyannamədə deyilirdi: “Peyğəmbər(s)-in hədislərini toplayaraq onları yazın. Çünki mən qorxuram alim və hədisçilərin dünyadan getməsi ilə o həzrətin elm çırağı sönə.”1 Buxarinin dediyinə görə Ömər ibn Əbdüləziz yuxarıda qeyd etdiyimiz məzmunda digər bir bəyannamə də Mədinədəki nümayəndəsi Əbu Bəkr ibn Həzəmə yazdı.2 Ancaq bu hələ işin əvvəli idi və bir əsr geri düşməyin əvəzini çıxmaq? peyğəmbər hədislərini dirçəltmək? yaddaşlarda qalıb böyük? ya kiçik təhriflərlə qarışan hədisləri yazmaq üçün çox vaxt lazım idi. Ömər ibn Əbdüləzizin hakimiyyəti uzun sürmədiyindən bu iş çox da sür’ətlə irəliləmədi. Çünki ondan sonra Yezid ibn Əbdülməlik və Hişam ibn Əbdülməlik ardıcıl olaraq hakimiyyətə gəlmiş və onların hökumətində olmayan təkcə şey İslam və müsəlmanların qayğısına qalmaq idi. Bə’ziləri yazırlar: Ömər ibn Əbdüləzizin əmri ilə hədisləri toplayan ilk şəxs Mühəmməd ibn Müslim ibn Şəhab Zühri (Zührinin nəvəsi) olmuşdur.3 Nəzərə almaq lazımdır ki? düzdür? Ömər ibn Əbdüləzizin dövründən e’tibarən hədis söyləyib yazmaq azad buraxılmışdı? ancaq bir tərəfdən hədis yazılmasının qadağan olduğu dövrdə qoşulmuş yalançı hədislər (doğru) hədis topluları sırasına qoşulmuş? digər tərəfdən də rəsmi hədisçilər (dövlət hədisçiləri) və hakimiyyət tərəfdarları Əhli-beytin və onun şiələrinin xeyrinə nəticələnən hədisləri deməkdən boyun qaçırıb onları gizli saxlayırdılar.
Əsassız bəhanələr Burada belə bir sual irəli çıxır ki? hədis yazıb söyləməyin qadağan edilməsinin səbəbi nə olmuş və ikinci xəlifə hansı əsasa görə belə bir bəyannamə nəşr etdirmişdir? Halbuki? hamıya mə’lumdur ki? hədislər (peyğəmbər hədisləri) Qur’an ayələri kimi hüccət (sənəd) olub ona əməl etmək bütün müsəlmanların borcudur. Qur’an Peyğəmbər(s)in buyurduğu bütün məsələlər (istər Allahın buyurduğu olan Qur’an ayələri olsun? istərsə də sözləri o həzrətin özünün? lakin məfhumu vəhy aləminə aid olan buyurduqları) barədə buyurur: “O? (Mühəmməd peyğəmbər(s)) kefi istəyəni danışmır. Bu? ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.”1 Bundan da əlavə Allah-taala Peyğəmbər(s)-in buyruq və əmrlərini müsəlmanlara açıq-aşkar hüccət edərək buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə və nə əmr edirsə? onu götürün və ona itaət edin? nəyi qadağan edirsə? ondan əl çəkin.”2 Abdullah ibn Ömər Peyğəmbər(s)-dən rəvayət edir ki? o həzrət öz dodaqlarına işarə edərək buyurur: “Ey Ömərin oğlu! And olsun canım əlində olan Allaha? bu iki (dodağın) arasından haqdan başqa bir şey (söz) çıxmaz? nə deyirəm? yaz.”3 Peyğəmbər hədislərinin bu qədər əhəmiyyət kəsb etdiyi? mühüm və arxayın yollarla camaatın İslam həqiqəti ilə əlaqəsi sayıldığı bir halda ikinci xəlifənin peyğəmbər hədislərinin yazılmasının qadağan edilməsi məqsədilə “kim Peyğəmbər(s)-dən bir dənə də olsun hədis yazıbsa? onu məhv etsin” məzmunlu bəyannamə nəşr etdirib bütün İslami məntəqələrə göndərməsi düzgündürmü? Bu bəyannamə elm öyrənməyin daima tərəfdarı olan İslam ruhiyyəsi ilə uyğun gəlirmi? Bu sualın cavabında hökumət tərəfdarları əl-ayağa düşərək xəlifənin bu fərmanına özlərindən bir hikmət qoşmuş və iddia etmişlər ki? Əbu-Bəkr demişdir: “Peyğəmbər hədislərinin söylənilməsinin qarşısını almaqdan məqsəd budur ki? hədislər Qur’an ayələri ilə qarışmasın.”4 Bu bəhanə o qədər əsassızdır ki? heç ona cavab verməyə dəyməz. Çünki Peyğəmbər vəfat edən zaman artıq Qur’anın bütün surə və ayələri yazılmış? vəhy yazanlar və Qur’an əzbərləyənlər öz möhkəm yaddaşları ilə onu əzbərləmiş? Qur’an ayələri elə müəyyən edilmişdi ki? bir nəfər ondan nə bir hərf azalda bilər? nə də bir hərf ona əlavə edə bilərdi. Belə olduğu halda hədis yazmaq Qur’ana bir xələl yetirərdimi? Bundan da əlavə Qur’an fəsahət-bəlağət? cazibədarlıq? cümlələrin (ayələrin) bir-birinə bağlanması cəhətindən o qədər yüksək səviyyədədir ki? heç bir söz və ya yazı ona çata bilməz. Hər hansı bir söz fəsahət və bəlağət cəhətdən nə qədər yüksək səviyyədə olursa olsun? yenə də Qur’an ayələrilə qarışdırıla bilməz. Əmirəl-mö’minin həzrət Əli(ə)-ın Nəhcül-bəlağədəki və eləcə də Peyğəmbərin öz xütbələri fəsahət və bəlağətin kuliminasiya nöqtəsindədir? ancaq bununla belə heç vaxt Qur’anla qarışdırıla bilməz. Həzrət Əli(ə)-ın öz xütbələri əsnasında qeyd etdiyi ayələr o həzrətin sözlərinin içində mirvari kimi parla yır? ərəb dili ilə tanış olan şəxs ilk baxışdan bu iki söz (Allahın sözü ilə? Əli(ə)-ın sözü) arasında fərq qoyur.
Siyasi məqsəd Əldə olan faktlar sübut edir ki? bu bəyannaməni nəşr etdirmək siyasi məqsəd daşımışdır. O da bu idi ki? bunun simasında o günlər həzrət Əli(ə)-a nəsib olmuş böyük bir üstünlük aradan aparılsın. Çünki həzrət Əli(ə) Peyğəmbərin sağlığında bə’zi kitablar yazaraq orada Peyğəmbərin hədislərini və o həzrətdən müxtəlif sahələr üzrə eşitdiyi həqiqətləri qeyd etmişdir.
Peyğəmbər(s) hədis yazmağı qadağan etmişdimi? Çox təəssüfləndirici haldır ki? bə’zi hədisçilər hədis yazmağın qadağan edilməsini Peyğəmbər(s)-ə nisbət verərək demişlər: Peyğəmbər(s) buyurmuşdur: “Mənim dediklərimin arasından Qur’andan başqa heç nə yazmayın? kim də Qur’andan başqa bir şey yazıbsa? onu məhv etsin.”1 Bə’zi faktlar bu məsələnin düzgün olmadığını sübut edir. Çünki əvvəla peyğəmbər məktəbinin seçilmiş şagirdi həzrət Əli(ə) o həzrətdən çoxlu sayda hədislər yazmış? onun əlyazmaları bir-bir imamlara yetişmişdir. Əgər Peyğəmbər(s) hədis yazmağı qadağan etsəydi? Əli(ə) əsla onun əmrinə qarşı çıxıb belə iş görməzdi. İkincisi də müxtəlif məsələlər – əhkam? vacib-haram? mürafiə və siyasi məsələlər barədə Peyğəmbər(s)-in öz dövründə bir çox yazılar yazılmış? hədisçi və tarix yazanlar da onların mətnini düzgün və qəti sənədlərlə qələmə almışlar. Bu yazıların (məktubların) çox hissəsi əsl İslama də’vət barədə yazılmış? əksəri isə İslami hökmlər-hədlər? mübahisələr? əhkam və vacibi məsələlər barədə qələmə alınmışdır. Buna əsasən necə inana bilərik ki? Peyğəmbər(s) bir tərəfdən Qur’andan başqa şeylərin yazılmasını qadağan edir? digər tərəfdən isə hal-hazırda iki yüz on altısı bütün xırdalıqlarına qədər bizim əlimizdə olan üç yüzə yaxın məktub (yazılı) gözü qarşısında yazılır? ancaq Peyğəmbər(s) onu qadağan etmir?

|