| |
İMAM CƏ’FƏR SADİQ(Ə)-IN HƏYATI
İmam Sadiq(ə)-ın həyatı barədə qısa mə’lumat Altıncı imamın adı Cə’fər? künyəsi Əbu-Abdullah? ləqəbi Sadiq? atası imam Baqir(ə)? anası isə Ümmü-Fərvə olmuşdur. İmam Sadiq(ə) hicrətin səksən üçüncü ilində Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş? hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.
İmam Sadiq(ə)-ın müasiri olmuş xəlifələr İmam Sadiq(ə) hicrətin yüz on dördüncü ilində imamətə yetişmişdir. O həzrətin imamət dövrü hicrətin yüz otuz ikinci ilində başa çatmış Əməvilər hakimiyyətinin sonları və Abbasilər sülaləsinin əvvəllərinə təsadüf edir. İmam Sadiq(ə) adları aşağıda çəkilən Əməvi xəlifələrini müasiri olmuşdur: Hişam ibn Əbdülməlik (105-125 h.q) Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q) Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q) İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü) Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q) Abbasi xəlifələrindən isə aşağıdakıların müasiri olmuşdur: Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q) Əbu-Cə’fər (Mənsur Dəvaniqi) (137-158 h.q)
İmam Sadiq(ə)-ın elm səviyyəsi İmam Sadiq(ə)-ın elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ həm şiə? həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür? onun elm sahəsində üstün olduğunu tə’rifləyirlər. Hənəfi firqəsinin məşhur banisi Əbu-Hənifə deyirdi: “Mən Cə’fər ibn Mühəmməd(ə)-dan (imam Sadiqdən) savadlı şəxs görməmişəm.”1 O həmçinin deyirdi: “Mənsur (Dəvaniqi) Cə’fər ibn Mühəmməd(ə)-ı hüzuruna çağıran zaman məni çağırıb dedi: “Camaat Cə’fər ibn Mühəmmədin vurğunu olmuşdur? onu məhkum etmək üçün bir sıra çətin məsələləri nəzərində tut.” Mən qırx dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki? Cə’fər ibn Mühəmməd(ə) (imam Sadiq) onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki? heç Mənsuru görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü ona (imam Sadiq(ə)-a) tutub dedi: “Bu? Əbu-Hənifədir.” O cavab verdi ki? tanıyıram. Sonra Mənsur üzünü mənə tutub dedi: “Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (imam Sadiq(ə)) ilə müzakirəyə qoy.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni soruşurdumsa dərhal cavab verirdi ki? sizin bu məsələ barədə əqidəniz filan? Mədinə əhalisinin əqidəsi filan? bizim əqidəmiz də filandır. Bə’zi məsələlərdə bizimlə həmfikir olur? bə’zilərində Mədinə əhalisi ilə? bə’zilərində isə fikri tamam başqa olurdu. Bu minvalla düz qırx məsələ soruşdum, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə imam Sadiq(ə)-a işarə edərək dedi: “O? insanların ən alimi? onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah adamdır.”1 Maliki məzhəbinin banisi Malik deyirdi: “Bir müddət Cə’fər ibn Mühəmməd(ə)-ın yanına gəlib-gedirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı? ya oruc tuturdu? ya da Qur’an oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim.2 Elm? ibadət və təqvada Cə’fər ibn Mühəmməd(ə)-dan üstün bir şəxsi nə bir göz görmüş? nə bir qulaq eşitmiş? nə də heç kimin fikrinə belə gəlməmişdir.”3 Şeyx Müfid yazır: “O həzrətdən o qədər elm söylənilib ki? artıq bütün camaatın yanında məşhur olmuş? onun səs-sədası hər tərəfə yayılmış? onun nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir.”4 İbn Həcər Heytəmi yazır: “O həzrətdən o qədər elm söylənilmişdir ki? artıq bütün camaatın yanında məşhur olmuş? onun səs-sədası hər tərəfə yayılmış və fiqh və hədis aləminin böyük rəhbərlərindən olan Yəhya ibn Səid? İbn Cərih? Malik? Süfyan Suri? Süfyan ibn Üyeynə? Əbu-Hənifə? Şü’bə və Əyyub Sicistani kimi şəxslər ondan hədis söyləmişlər.1 Onuncu əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz deyir: “Cə’fər ibn Mühəmməd(ə) elə bir şəxsdir ki? onun elmi bütün dünyanı əhatə etmiş? deyilənlərə görə Əbu-Hənifə və eləcə də Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər.”2 Seyyid Əmir Əli Bəni Üməyyənin hakimiyyəti dövründə mövcud olmuş məzhəbi firqələr və fəlsəfi məktəblərə işarə edərək yazır: “Dini rə’y və fitvalar yalnız Əhli-beyt adamlarının yanında özünə fəlsəfi baxım almışdı. O dövrdə elmin yayılması bəhs və təhqiqat ruhiyyəsi yaratmış və bütün ictimai yerlərdə fəlsəfi söhbətlər əsas yer tutmuşdu. Böyük fəxrlə qeyd etməliyik ki? bu ideoloji hərəkatə Mədinədə çiçəklənmiş elm ocağı rəhbərlik edirdi. Bu elm ocağını Əli ibn Əbutalib(ə)-ın Sadiq ləqəbli nəvəsi tə’sis etmişdi. O? fəal təhqiqatçı? böyük mütəfəkkir və dövrün elmlərinə yaxşı bələd olan bir şəxs idi. O? İslamda əsl fəlsəfə üsullu məktəb tə’sis edən ilk şəxsiyyət olmuşdur. Onun elmi məclislərində təkcə sonralardan fiqhi məzhəb baniləri olmuş adamlar iştirak etmirdilər. Onlardan əlavə uzaq yerdən gəlmiş filosof və fəlsəfə elminin tələbələri də onun dərslərində iştirak edirdilər. Bəsrə fəlsəfə məktəbinin banisi Həsən Bəsri və Mö’təzilə məzhəbinin banisi Vasil ibn Əta da o həzrətin şagirdlərindən olmuş? onun elm mənbəyindən bəhrələnmişlər.»3 Məşhur tarixçi ibn Xəllikan yazır: “O? on iki imamlı şiələrin imamlarından biri? peyğəmbər ailəsinin böyük şəxsiyyətlərindən olmuşdur. Düzgünlük və doğru danışdığına görə onu Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki? daha bunu şərh etməyə ehtiyac yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi onun şagirdi olmuşdur. Cabir imam Sadiq(ə)-ın tə’limlərini ehtiva etmiş və beş yüz risalədən ibarət olan min vərəq həcmində bir kitab yazmışdır.4
İmam Sadiq(ə)-ın dövründəki siyasi? ictimai və mədəni vəziyyət İmamlar arasında imam Sadiq(ə)-ın dövrü özünəməxsus yer tutmuş və o dövrdəki siyasi-mədəni vəziyyət heç hansı bir imamın dövründə olmamışdır. Çünki həmin dövr Bəni-Üməyyə hakimiyyətinin zəiflədiyi? Bəni-Abbasın qüdrətinin isə artdığı bir dövr olmuşdur. Bu iki dəstə bu müddətdə bir-biri ilə mübarizədə olmuşdur. Hişam ibn Əbdülməlikin dövründən e’tibarən Abbasilərin siyasi təbliğatı başlamış? hicrətin yüz iyirmi doqquzuncu ilində bu təbliğat artıq silahlı və nizamlı mübarizəyə çevrilmiş? nəhayət yüz otuz ikinci ildə (h.q) Abbasilərin qələbəsi ilə nəticələnmişdir. Bu dövrdə Bəni-Üməyyə siyasi çətinliklər içərisində olduğundan daha imam Sadiq(ə) və şiələrə (imam Səccad(ə)-ın dövründə olduğu kimi) təzyiq göstərməyə fürsət tapmırdı. Abbasilər də hakimiyyətə gəlməzdən qabaq Peyğəmbər ailəsinin tərəfdarı və onların intiqamını almaq şüarı altında hərəkət etdikləri üçün onlar tərəfdən bir çətinlik törənmirdi. Bu cəhətdən də bu dövr imam Sadiq(ə)ın və şiələrin nisbi rahatlıq və azadlıq dövrü? onların elmi-mədəni fəaliyyətləri üçün çox yaxşı fürsət hesab olunurdu.
Xüsusi mədəni şərait Fikir və mədəniyyət cəhətdən də İmam Sadiq(ə)-ın dövrü mədəniyyət və fikir yüksəlişi dövrü olmuşdur. O dövrdə İslam cəmiyyəti içərisində misli görünməmiş bir elm həvəsi yaranmış və müxtəlif elmlər? istər Qur’an qiraəti? təfsir? hədis? fiqh və əqaid kimi İslami elmlər? istərsə də tibb? fəlsəfə? astronomiya? riyaziyyat və bu kimi digər dünyəvi elmlər meydana gəlmişdi. Belə ki? azca düşüncə mayası olan hər bir şəxs elm bazarına müraciət edirdi. Deməli?cavab verməsinə imamın labüd olduğu bir elm teşnəliyi yaranmışdı. Bu elmi yüksəlişə səbəb olan amilləri aşağıdakı şəkildə xülasə etmək olar: İslamda fikir və əqidə azadlığı. Düzdür? bu fikir azadlığında Abbasilərin də rolu olmuşdur? ancaq bu azadlığın bünövrəsi İslam tə’limlərində idi. Yə’ni? əgər Abbasilər də bunun qarşısını almaq istəsəydilər? bacarmayacaqdılar. O dövrün mühiti tamamilə bir İslami mühit olmuş və camaat məzhəbi fikirlərin tə’sir dairəsində olmuşdur. İslam peyğəmbərinin? eləcə də Qur’anın elm öyrənmək? elm barədə düşünmək haqqındakı alqışları bu elmi yüksəlişin meydana gəlməsində əsas amillərdən biri olmuşdur. İslamı yenicə qəbul etmiş qəbilələrin əksəriyyəti elm və fikir sabiqəsinə malik olan qəbilələr olmuşlar. Hətta bə’zi vaxtlar bu qəbilələr İran? Misir və Suriya qəbilələri kimi o dövr mədəniyyətinin mərkəzinin əhalisindən hesab olurdular. Onlar İslam tə’limatına dərindən yiyələnmək üçün təhqiq? tədqiqat və nəzər mübadiləsi ilə məşğul olurdular. Dini güzəşt? yaxud qeyri-müsəlmanlarla? xüsusən də kitab əhli ilə dinc-yanaşı qonşuluq. Müsəlmanlar kitab əhli ilə yola gedir və bunu heç də öz dini qayda-qanunlarına zidd bilmirdilər. O dövrdə kitab əhli əsasən alim və savadlı adamlar olmuşlar. Müsəlmanlar onlarla elmi əlaqələr yaradır? bu isə təbii ki? bəhs? təhqiqat və elmi münazirələr tələb edirdi.1
Məzhəb və firqələrin bir-biri ilə rəftarı İmam Sadiq(ə)-ın dövrü eyni zamanda düşüncə və fikirlərin bir-biri ilə mübadilə? məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. Müsəlmanların kitab əhlinin? eləcə də yunan alimlərinin əqidə və nəzərlərinə qarışıb qatışması nəticəsində müxtəlif növ çətinliklər irəli çıxmışdı. O dövrdə Mö’təzilə? Cəbriyyə? Mürciə? Qulat?2 Zənadiqə?3 Müşəbbihə? Mütəsəvvifə? Mücəssəmə? Tənasüxiyyə və bu kimi məzhəblər yaranmış və bunların hər biri öz əqidələrini yaymağa çalışmışlar. Bundan da əlavə İslami elmlərin hər birinin sahəsində o elmin alimləri arasında fikir müxtəlifliyi yaranırdı. Məsələn, Qur’an qiraəti? təfsir? hədis? fiqh və əqaid elmlərində qızğın mübahisələr yaranır? hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni himayə edirdi.
Böyük Cə’fəri məktəbi İmam Sadiq(ə) yaranmış əlverişli siyasi vəziyyəti və cəmiyyətin böyük ehtiyacını? həmçinin ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası İmam Baqir(ə)-ın elmi və mədəni inqilabının yolunu davam etdirdi? böyük elm ocağı? böyük məktəb tə’sis etdi? o dövrün dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hişam ibn Həkəm? Mühəmməd ibn Müslim? Əban ibn Təğlib? Hişam ibn Salim? Mö’min Taq? Müfəzzəl ibn Ömər? Cabir ibn Həyyan və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi.1 Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bə’ziləri böyük elmi əsərlər yazmış? çoxlu şagirdlər yetişdirmişlər. Misal üçün qeyd edə bilərik ki? Hişam ibn Həkəm otuz bir cild?2 Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində? istər dəqiq elmlər? istər təbiət elmləri? istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində iki yüz cilddən artıq3 kitab yazmış? məhz buna görə də “kimyanın atası” ləqəbini almışdır. Cabirin kitabları orta əsrlər dövründə Avropanın müxtəlif dillərinə tərcümə edilmişdir. Yazıçılar onun xatirəsini böyük əzəmətlə yad edirlər.

|