Bizim kitablar:






 


İMAM CƏ’FƏR SADİQ(Ə)-IN HƏYATI

“Tövhidi–Müfəzzəl” risaləsi
Qeyd etdik ki? imam Sadiq(ə) təbii elmlər sahəsində bir sıra elmi bəhslər aparmış? bu günkü alimləri heyrətə gətirən üstüörtülü sirləri açmışdır. Bu məsələnin ən aşkar nümunəsi (Cabiri yetişdirməsindən əlavə) Tövhidi–Müfəzzəldir. İmam Sadiq(ə) onu dörd gün ərzində imla etmiş? Müfəzzəl ibn Ömər Kufi də onu qələmə alaraq nəticədə “Tövhidi–Müfəzzəl” adlı kitabı meydana gəlmişdir. Müfəzzəl özü bu kitabın müqəddiməsində deyir: “Bir gün axşamçağı peyğəmbərin məscidində oturub o həzrətin əzəməti və Allahın ona əta etdiyi şərəf? fəzilət və s. barədə fikirləşirdim. Bu vaxt Zənadiqə firqəsindən olan ibn Əbül-Əvca məscidə daxil olub bir yerdə oturdu. Mən onun söhbətini eşidirdim. Dostlarından biri də gəlib onun yanında oturduqdan sonra bu iki nəfər İslam peyğəmbəri barədə nə isə danışmağa başladılar. İbn Əbül-Əvca dedi: “Ağlım adında heyran qalmış? işlərində çaş-baş olmuş Mühəmməd(s)-in adından əl çək? onun gətirdikləri barədə söhbət et.” Sonra onlar Allah-taala barədə söhbət etməyə başladılar. Söhbətlərinin nəticəsi belə oldu ki? heç bu dünyanın yaradanı yoxdur? hər şey öz-özünə təbiətdə yaranmışdır. Həmişə belə olub? belə də olacaq.”
Müfəzzəl sonra əlavə edib deyir: “Bu axmaq və əsassız sözləri Allah rəhmətindən uzaq düşmüş bu şəxsdən eşitdikdə hirsimdən dayana bilməyib dedim: “Ey Allahın düşməni! Kafir olmusan? Səni ən gözəl surətdə yaratmış? müxtəlif hallardan çıxarıb nəhayət bu həddə yetirən Allahı inkar edirsən? Əgər özünə nəzər salıb bir az fikirləşsən? Allahın nişanələrini elə öz vücudunda müşahidə edərsən. Görərsən ki? Onun elm və hikmət nişanələri sənin öz vücudunda cəmlənmişdir.”
İbn Əbül-Əvca dedi: “Ay kişi? əgər sən mütəkəllimlərdənsənsə (əqaid elmindən xəbərdar olub bəhs və münazirədə mahirsənsə)? səninlə onların dilində danışım? əgər bizi məğlub etsən? sənə tabe olacağıq. Yox? əgər onlardan deyilsənsə? səninlə söhbət etməyin faydası yoxdur. Əgər Cə’fər ibn Mühəmməd Sadiq(ə)-ın dostlarındansansa? heç onun özü bizimlə bu cür söhbət etmir. O? bizim bu sözlərimizi səndən də çox eşidib? ancaq bizi acılamayıb və bizimlə söhbətdə ədəb-ərkanı qoruyub saxlayıb. O? səbirli? təmkinli və ağıllı adamdır? heç vaxt qəzəb onu üstələyə bilmir. Bizim sözlərimizi dinləyir? ürəyimizdə nə varsa deyirik? elə bilirik ki? ona qalib gəlmişik? o isə çox az söhbətlə hüccəti bizə tamamlayır. Belə ki? daha ona cavab verə bilmirik. Əgər sən də onun tərəfdarlarındansansa? onda ona layiq şəkildə bizimlə söhbət et.”
Mən qəmli halda məsciddən çıxdım. İslam və müsəlmanların bu cür kafirlərə və onların Allahı inkar etmələri barədəki şəkk-şübhələrinə mübtəla olması barədə fikirləşirdim. Ağam imam Sadiq(ə)ın hüzuruna gəldim. İmam məni qəmgin və fikirli görüb soruşdu: “Sənə nə olub?” Mən o kafirlərin sözlərini İmam(ə)-a dedim. İmam(ə) buyurdu: “Sənin üçün Allahın dünyanın – heyvanların? yırtıcıların? həşəratların? quşların? ümumiyyətlə hər hansı bir canlının? istər insan olsun? istər heyvan? istərsə də bitki-meyvəli ağaclar? meyvəsiz ağaclar? yeyilməli bitkilər? yeyilməyən bitkilərin yaradılmasında olan hikmətini açıqlayacağam. Qoy ibrət götürənlər ondan ibrət götürsün? mö’minlər onunla öz mə’rifətlərini artırsınlar? kafir və inadkarlar ona heyran qalsınlar. Sabah səhər bizə gəl...”
Bu söhbətdən sonra Müfəzzəl dörd gün ardıcıl olaraq imam Sadiq(ə)-ın hüzuruna getdi. İmam Sadiq(ə) insanın yaranışı? yaranışın əvvəli? zahiri və batini qüvvələr? insanın fitri sifətləri? insanın bədən üzvləri? müxtəlif növ heyvanların yaranışı və eləcə də yer-göyün yaranması? bəla və təbii fəlakətlərin fəlsəfəsi və bir çox başqa məsələlər barədə söhbət etdi? Müfəzzəl də onları qeydə aldı.1

İmam Sadiq(ə) məktəbinin genişliyi
İmam Sadiq(ə) o dövrün bütün ideoloji və əqidəvi qurumları ilə üzləşmiş? İslam və şiəçiliyin mövqeyini onlar üçün aşkar edərək İslam dünya görüşünün onlardan üstün olduğunu sübuta yetirmişdir.
İmam Sadiq(ə)-ın əzəmətli elmindən təkcə şiələr deyil? eləcə də sünni məzhəbinin nümayəndələri də faydalanırdılar. Sünni məzhəbinin tanınmış rəhbərləri bilavasitə? ya da hər hansı bir vasitə ilə o həzrətin şagirdləri olmuşlar. Bu rəhbərlərin önündə Əbu Hənifə durur. O? iki il imam Sadiq(ə)-ın şagirdi olmuşdur. Əbu Hənifə bu iki ili öz elminin bünövrəsi kimi qeyd edərək deyir: “Əgər o iki il olmasaydı? No’man (Əbu Hənifə) həlak olardı.”2
İmam Sadiq(ə)-ın şagirdləri Kufə? Bəsrə? Vasit? Hicaz və digər müxtəlif şəhərlərdən? həmçinin Bəni–Əsəd? Məxariq? Teyy? Süleym? Qətəfan? Əzd? Xüzaə? Xəs’əm? Bəni-Zəbbə? Qüreyş? xüsusilə də Bəni-Haris ibn Əbdülmüttəlib və Bəni-Həsən qəbilələrindən olmuşlar.3
İmam Sadiq(ə) məktəbinin genişliyi haqqında bu yetər ki? imam Rza(ə)-ın şagirdlərindən olan (və neçə il imam Sadiq(ə)-dan sonra yaşayan)? böyük hədisçilərdən biri olmuş Həsən ibn Əli ibn Ziyad Vəşşa’ deyir: “Kufə məscidində hamı Cə’fər ibn Mühəmməd(ə)-dan hədis söyləyən doqquz yüz hədis müəllimi gördüm.”4
İbn Həcər Əsqəlaninin dediyinə görə Şö’bə? Süfyani Suri? Süfyan ibn Üyeynə? Malik? ibn Cərih? Əbu Hənifə? Musa ibn Əbu Hənifə? Vəhib ibn Xalid? Qəttan? Əbu Asim və bu kimi bir çox digər fəqih və hədisçilər imam Sadiq(ə)-dan hədis söyləmişlər.5 Şafei yazır: “Onun (imam Sadiq(ə)-ın) tövhid və digər sahələrdə qiymətli kəlamları var. Onun şagirdi olmuş Cabir ibn Həyyan beş yüz hissədən ibarət olan min vərəqli bir kitab yazmışdır.”1
İmam Sadiq(ə) öz şagirdlərinin hər birini onun iste’dadına uyğun olan sahədə yetişdirir? nəticədə şagirdlərinin hər biri hədis? təfsir? əqaid və bu kimi elmlərin biri və ya ikisində mütəxəssisə çevrilirdi. Bə’zi vaxtlar imam Sadiq(ə) onunla elmi bəhs və münazirə etmək istəyən şəxslərə bildirirdi ki? onun həmin sahədə mütəxəssis olmuş tələbəsi ilə bəhs etsin. Hişam ibn Salim deyir: “Bir gün imam Sadiq(ə)-ın bir neçə dostu ilə birlikdə o həzrətin yanında oturmuşduq. Bu vaxt Şam şəhərindən olan bir kişi icazə istəyib məclisə daxil oldu. İmam ona əyləşmək üçün yer göstərdi. Sonra ondan soruşdu: “Nə istəyirsən?” Şam şəhərindən olan kişi dedi: “Eşitmişəm ki? siz camaatın bütün suallarına cavab verib çətinliklərini həll edirsiniz? mən də gəlmişəm sizinlə elmi bəhs edəm.” İmam Sadiq(ə) buyurdu: “Hansı mövzuda bəhs etmək istəyirsən?” Şam şəhərindən olan kişi dedi: “Qur’anın qiraəti barədə.” İmam Sadiq(ə) üzünü Həmrana tutub buyurdu: “Həmran? bu kişinin cavabı sənin öhdənədir.” Şamdan olan kişi dedi: “Mən Həmranla yox? məhz Sizinlə bəhs etmək istəyirəm.” İmam Sadiq(ə) buyurdu: “Əgər Həmranı məğlub etsən? elə bil ki? məni məğlub etmisən.” Şam şəhərindən olan kişi çarəsiz qalıb Həmranla bəhsə başladı. Nə dedisə? Həmrandan qəti və qaneedici cavab eşitdi. Belə ki? nəhayət bəhs etməkdən əl çəkdi? möhkəm yoruldu.
İmam Sadiq(ə) buyurdu: “Həmranın səviyyəsi necədir?”
Şamlı kişi: “Doğrusu? Həmran çox mahirdir? nə soruşdumsa? layiqincə cavab verdi. İndi istəyirəm sizinlə lüğət və ərəb ədəbiyyatı barədə bəhs edəm.”
İmam Sadiq(ə) üzünü Əban ibn Təğlibə tutub buyurdu: “Onunla bəhs et!”
Əban ibn Təğlib onun bütün suallarına cavab verib onu susdurdu.
Şam şəhərindən olan kişi dedi: “İstəyirəm fiqh (şəriət elmi) sahəsində sizinlə bəhs edəm.”
İmam Sadiq(ə) Zürarəyə buyurdu: “Onunla bəhs et!”
Zürarə onunla bəhs edib qısa bir zamanda onu məğlub etdi.
Şamdan olan kişi dedi: “İstəyirəm əqaid barəsində sizinlə bəhs edəm.”
İmam Sadiq(ə) Mö’min ibn Tağa buyurdu ki? onunla bəhs etsin. Çox çəkmədi ki? Mö’min ibn Taq da onu məğlub etdi.
Daha sonra Şam şəhərindən olan kişi insanın xeyir və ya şər işi tərk edə bilməsi? yaxud bilməməsi? tövhid və imamət barədə bəhs etmək istədikdə imam Sadiq(ə) ardıcıl olaraq Həmzeyi-Təyyar? Hişam ibn Salim və Hişam ibn Həkəmə buyurdu ki? onunla bəhs etsinlər. Bu üç nəfərin üçü də Şam şəhərindən olan kişini qət’i və əsaslı sübutlarla məğlub etdilər.
Bu həyəcanlı hadisəni müşahidə etməklə sevincdən imam Sadiq(ə)-ın dodaqlarına şirin bir təbəssüm qonmuşdu.1

İmam Sadiq(ə)-ın münazirələri
Bundan öncə qeyd etdik ki? imam Sadiq(ə)-ın yaşadığı dövr fikir və düşüncə mübarizəsi? müxtəlif məzhəb və firqələrin meydana gəldiyi dövr olmuşdur. İslam maarif və mədəniyyətinin yunan alim və filosofların fikir və rə’yləri ilə mübarizəsi nəticəsində bir sıra şübhələr meydana çıxmışdı. Buna görə də imam Sadiq(ə) İslam və şiə əsaslarını tanıtdırmaq məqsədi ilə bu məzhəblərin başçı və tərəfdarları ilə çoxsaylı və həyəcanlı münazirələr edirdi. Bu münazirələrlə o? bu məzhəblərin əqidəsinin puç? İslam əqidəsinin isə üstün olduğunu kəskin və məntiqli sübutlarla isbat edirdi.
İmam Sadiq(ə)-ın müxtəlif münazirələri arasından nümunə üçün o həzrətin Hənəfi məzhəbinin banisi Əbu Hənifə ilə münazirəsini hörmətli oxucuların nəzərinə çatdırırıq.
Bir gün Əbu Hənifə imam Sadiq(ə) ilə görüşmək məqsədilə onun evinə gəlib görüş üçün icazə istədi. İmam Sadiq(ə) icazə vermədi.
Əbu Hənifə deyir: “Bir qədər qapının ağzında gözlədim. Bu vaxt bir neçə kufəli şəxs gəlib İmam(ə)-la görüşmək üçün icazə istədi. İmam onlara icazə verdi. Mən də onlarla birlikdə içəri girdim. Onun hüzuruna yetişdikdə dedim: “Yaxşı olar ki? siz Kufəyə bir nümayəndə göndərib oranın əhalisini peyğəmbərin səhabələrinə nalayiq sözlər deməkdən çəkindirəsiniz. Orada on min nəfərdən çox adam peyğəmbərin dostları üçün nalayiq sözlər deyir.” İmam Sadiq(ə) buyurdu: “Camaat mən deyəni qəbul etmir.”
Əbu Hənifə: “Siz Allah peyğəmbərinin nəvəsi olduğunuz bir halda? necə ola bilər camaat sizin sözünüzü qəbul etməsin?”
İmam Sadiq(ə): “Mənim sözümə qulaq asmayanlardan biri də elə sən özünsən. Məgər mənim icazəm olmadan evə daxil olmamısan? mənim icazəm olmadan oturmamısan və mən icazə verməmiş sözə başlamamısan?”
Sonra əlavə edib buyurdu: “Eşitdiyimə görə sən müqayisə əsasında hökm verirsən!”
Bəli.
Vay olsun sənə! Müqayisə əsasında hökm verən ilk şəxs (məxluq) Şeytan olmuşdur. Allah ona “Adəmə səcdə et” -deyə buyurduqda o cavab verdi ki: “mən səcdə etmirəm? çünki mən ondan daha yaxşıyam. Sən məni oddan? onu isə palçıqdan yaratdın.”
(Sonra imam Sadiq(ə) şəriətdə müqayisənin batil olduğunu isbat etmək üçün bununla zidd olan bir neçə şəriət hökmü qeyd edərək buyurdu:)
Səncə bir nəfəri nahaqdan öldürməyin günahı ağırdır? yoxsa zinanın?
Bir nəfəri nahaqdan öldürməyin.
(Əgər müqayisə olunan hökmə əməl etmək olarsa) bəs nə üçün qətl hadisəsini isbat etmək üçün iki? zinanı isbat etmək üçün isə dörd şahid lazımdır? İslamın bu qanunu müqayisə ilə uyğun gəlirmi?
Xeyr.
Sidik daha çox murdardır? yoxsa məni?
Sidik.
Bəs nəyə görə birincidə (sidikdə) Allah-taala insanlara dəstəmaz almağı? ikincidə (mənidə) isə qüsl almağı əmr edir? Bu hökm müqayisə ilə uyğundur?
Xeyr.
Namaz daha çox əhəmiyyətlidir? yoxsa oruc?
Namaz.
Bəs nəyə görə heyz (aybaşı) halı görmüş qadına namazın qəzası vacib deyil? ancaq orucun qəzası vacibdir? Bu hökm müqayisə ilə uyğun gəlir?
Xeyr.
Qadın daha çox zəifdir? yoxsa kişi?
Qadın.
Bəs nə üçün kişinin irs payı qadının irs payının iki bərabəri qədərdir? (Əgər qadın zəifdirsə? onda qoy o daha çox irs aparsın.) Bu hökm müqayisə ilə uyğun gəlirmi?
Xeyr.
Nə üçün on dirhəm oğurlamış şəxs barədə Allah onun əlinin kəsilməsini? ancaq bir nəfər digər birisinin əlini kəsərsə? beş yüz dirhəm diyə verməsini əmr etmişdir? Bu hökm müqayisə ilə uyğun gəlirmi?
Xeyr.
Eşitmişəm ki? sən “sonra da həmin gün (qiyamət günü) (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız”1 ayəsini belə təfsir edirsən: “Allah insanları yay fəslində yedikləri dadlı yeməklər və içdikləri sərin sular barədə sorğu-suala çəkəcək.”
Düzdür? mən bu ayəni bu cür təfsir etmişəm.
Əgər bir nəfər səni evinə qonaq aparıb qarşına dadlı yemək və sərin su qoya? sonra bu işinə görə sənə minnət qoyarsa? bu adam barəsində necə fikirləşərsən?
Deyərəm ki? xəsis adamdır.
Allah xəsisdirmi? (Yə’ni? bizə bəxş etdiyi yeməklər barədə bizi sorğu-suala çəkər?)
Əbu Hənifə: “Bəs Qur’anın “insanlar onlar barədə sorğu-sual olunacaqlar” dediyi ne’mətlərdən məqsəd nədir?”
İmam Sadiq(ə): “Ondan məqsəd biz Əhli-beyt(ə)-ın dostluğudur.”2

Əhkamın şiəliyə xas olan şəkildə bəyan olunması
İmam Sadiq(ə)-ın vasitəsilə böyük elm və fiqh ocağının tə’sis edilməsi mövzusunda o həzrətin həyatını araşdıranların əksəriyyəti üçün mə’lum olmayan cəhət bu işin siyasi və əks mövqe daşımasıdır. Bu hərəkətin siyasi cəhətlərinin aşkar olunması üçün ilk növbədə aşağıdakı məsələyə diqqət yetirməliyik.
İslamda xilafət sistemi digər ölkələrin hakimiyyət sistemi ilə ona görə fərqlənir ki? bu? təkcə siyasi təşkilat yox? eyni zamanda siyasi-məzhəbi bir təşkilatdır. İslami rəhbərə xəlifə adının ünvanlanması onu göstərir ki? o? siyasi rəhbərdən əlavə ilk növbədə peyğəmbər canişinidir? peyğəmbər isə din gətirmiş və əxlaq öyrədən bir şəxs olmuşdur. Deməli? İslamda xəlifə olmaq bu deməkdir ki? o? siyasi aləmdə vəzifə daşıması ilə yanaşı camaatın dini məzhəbi işlərinə də öhdəliyə götürmüşdür. Tam qəbul edilmiş bu məsələ ona gətirib çıxardı ki? ilk İslami xəlifələrdən sonra hakimiyyətə gələn dini mə’lumatı az olan? bə’zən də dini mə’lumatı sıfır səviyyəsində olan xəlifələr bu qərara gəldilər ki? bu çatışmazlığı onlara tabe olan din alimlərinin köməyi ilə aradan qaldırsınlar? yaltaq hədisçi? təfsirçi və fəqihləri öz saraylarına cəlb edərək hakimiyyət sistemini yenə də din və siyasət əsasında qursunlar. Bu cür şəxsləri saraya cəlb etməkdə xəlifələr üçün başqa bir məqsəd də o idi ki? onlar zalım və ədalətsiz xəlifələrin istəyinə əsasən şəriət hökmələrini günün məsləhəti bəhanəsi ilə asanlıqla dəyişib? xəlifələrin tamahı əsasında (avam camaat üçün fərq qoyulması mə’lum olmayan) hökmləri istənilən şəkildə ələ gətirsinlər.
Ötən əsrlərin yazıçı və tarixçiləri insanı dəhşətə gətirən bir sıra qoşma yalançı hədislər və şəxsi fikir əsasında verilmiş təfsirlər qeyd etmişlər ki? onlarda siyasi qüvvələrin tə’siri açıq-aşkar hiss edilir. Eynilə bu iş Qur’anın təfsiri barədə də icra olunurdu. Qur’anın təfsirçinin öz şəxsi fikrinə əsasən təfsir olunması Allahın hökmünü camaatın gözündə dəyişib onu təfsirçinin öz istədiyi kimi (təbii ki? təfsirçinin istədiyi xəlifənin istəyi ilə uyğun gəlirdi) qələmə verə biləcək əsas işlərdən biri idi. Bu səbəbə görə elə İslamın lap ilkin çağlarından fiqh (şəriət elmi)? hədis və təfsir iki hissəyə bölünür. Birinci dəstə qəsbkar hökumət orqanlarına tabe olan dəstə olmuş və əksər hallarda həqiqəti hökumətin məsləhətinə qurban verərək dünya malına çatmaq üçün Allahın hökmünü təhrif etmişdir. İkinci dəstə isə doğru və düzgün İlahi hökmlərə heç hansı bir məsləhəti üstün tutmayan əsl İslami dəstə olmuşdur. Təbii ki? onlar hər an hakimiyyət və onun yaltaq fəqihləri ilə baş-başa gəlmiş və bu səbəbdən də çox vaxtlar qeyri-rəsmi şəkildə fəaliyyətdə olmuşlar.

İmam Sadiq(ə) məktəbinin hökumətə qarşı olan məfhumu
Yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq? asanlıqla başa düşərik ki? Cə’fəri fiqhi imam Sadiq(ə)-ın dövründəki rəsmi fəqihlərə qarşı təkcə sadə bir dini ixtilaf olmamış? eyni zamanda hökumətə qarşı iki məzmunu da özündə ehtiva etmişdir. Onların birincisi və eləcə də ən əsası hökumət orqanlarının lazımi dini mə’lumatlardan xəbərsiz olmasını və camaatın ideoloji cəhətdən idarə edə bilmədiklərini isbat etmək olmuşdur. Yə’ni? həqiqətdə onların xilafət kürsüsündə oturmağa layiq olmadıqları sübut olunmuşdur. İkincisi isə hökumətə bağlı olan fəqihlərin fiqhi məsələləri bəyan etmək və onların hakim dairələrin istəklərini nəzərə alaraq qeyri-İslami məsləhətləri əsasında qurduqları şəriətdə dinin təhrif olunmasını sübuta yetirmək idi. İmam Sadiq(ə) elm ocağını genişləndirib fiqh? İslam maarifi? Qur’an təfsirini hökumətə bağlı olan alimlərin dediyindən fərqli bəyan etməsi əməli olaraq hökumətə qarşı atılmış bir addım idi. O həzrət hamısı bir növ hökumətin əsas hissəsi sayılan rəsmi fiqh və məzhəbi təşkilatların səhvlərini üzə çıxarıb hökumət orqanının şəriətdən kənar olduğunu isbat edirdi.
İmam Sadiq(ə)-ın səhabələrinə buyurduğu tə’lim və müzakirələrində xəlifələrin dini elmlərdən xəbərsiz olduqları məsələsi? İslam nöqteyi-nəzərindən onların xəlifəliyə səlahiyyətləri olmadığı açıq-aşkar müşahidə olunur. Yə’ni? imam Sadiq(ə) öz fiqh və Qur’an dərslərinin ehtiva etdiyi hökumətə qarşıdurma məsələsini səhabələri arasında açıq-aşkar müzakirəyə qoyurdu. İmam Sadiq(ə)-dan olan hədisdə oxuyuruq: “Biz o kəslərik ki? Allah-taala bizə itaət etməyi camaata vacib buyurmuşdur. Halbuki? camaat elə bir şəxsə itaət edir ki? sabah onun cahilliyi ucbatından Allah dərgahında üzürlü sayılmayacaqlar.” Bu o deməkdir ki? camaat rəhbər və xəlifələrinin cahilliyi nəticəsində səhvə düçar olub Allahın yolundan başqa yola getdiklərinə görə üzürlü sayılıb deyə bilməzlər ki? biz öz seçimimizə görə səhv etməmişik. Bizi bu yola sürükləyən bizim cahil rəhbərlərimiz olmuşdur. Bu üzr əsla qəbul olunmayacaq çünki? bu cür rəhbərlərdən itaət etməyin özü səhv bir iş olub sonrakı səhvlərə bəhanə ola bilməz.