Bizim kitablar:






 


İMAM MUSEYİ-KAZİM(Ə)IN HƏYATI

İmam Kazim(ə)-ın həyatı barədə qısa mə’lumat
O həzrətin adı Musa? ləqəbi Kazim? anası Həmidə adlı çox fəzilətli bir qadın? atası isə altıncı imam həzrət Sadiq(ə) olmuşdur. İmam Kazim(ə) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva’ adlı bir yerd dünyaya gəlmiş? hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur.

İmam Kazim(ə)-ın müasiri olmuş xəlifələr
Hicrətin yüz qırx səkkizinci ilində imam Sadiq(ə) şəhid olduqdan sonra imam Kazim(ə)-ın imamlıq dövrü başlamışdır. O həzrət imam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun müasiri olmuşdur:
Mənsur Dəvaniqi (137-158 h.q)
Məhdi adı ilə tanınmış Mühəmməd. (158-169)
Hadi (169-170)
Harun (170-193)
İmam Sadiq(ə) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin kuliminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki? öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirdi. O? bu işdə təkcə şiələri deyil? eləcə də onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki? Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər inqilabının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.1
İmam Kazim(ə) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) mübahisəsiz xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdir. Mənsur (Mədinə hakimi olan) Mühəmməd ibn Süleymandan imam Sadiq(ə)-ın vəfat xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki? əgər Cə’fər ibn Mühəmməd (imam Sadiq(ə) ) öz yerinə bir nəfər canişin tə’yib edibsə? onu çağırtdır və boynunu vur. Çox çəkmədi ki? Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: “Cə’fər ibn Mühəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini tə’yin etmişdir. O beş nəfər bunlardır:
Dövrün xəlifəsi – Mənsur Dəvaniqi
(Mədinə hakimi və məktubu yazanın özü) Mühəmməd ibn Süleyman
Abdullah ibn Cə’fər ibn Mühəmməd (imam Kazim(ə)-ın böyük qardaşı)
Musa ibn Cə’fər (imam Kazim(ə) )
Həmidə (imam Sadiq(ə)-ın həyat yoldaşı)”
Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki? bunlardan hansını çağırıb boynunu vurdurum?
Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki? bunları öldürmək olmaz.
İmam Sadiq(ə)-ın bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki imam Sadiq(ə) özündən sonrakı imamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış? lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci imamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.

Cə’fəri məktəbinin hamisi
O dövrün vəziyyətinə nəzər saldıqda mə’lum olur ki? Mənsur hökumətinin əvvəlcədən üzərində nəzarəti olan hər hansı bir qəti iş və proqramı həyata keçirmək məsləhət olmamışdır. Buna görə də imam Kazim(ə) atasının tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin imam Sadiq(ə)-ın təşkil verdiyi elm ocağından kiçik) yaradıb tanınmış elm və fəzilət şəxsiyyətlərini yetişdirməyə başlayır.
Seyyid ibn Tavus yazır: “İmam Kazim(ə)-ın xüsusi dostlarından böyük bir qismi və həmçinin Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o həzrətin ətrafına yığışır? onun dürəfşan kəlamlarını? suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər.1”
Seyyid Əmir Əli yazır: “Hicrətin yüz qırx səkkizinci ilində imam Sadiq(ə) Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı? əksinə o həzrətin canişini – oğlu imam Kazim(ə)-ın rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu.2 ”
Musa ibn Cə’fər (imam Kazim(ə) ) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki? o həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər.
Sünni məzhəbinin görkəmli hədisçisi və alimi ibn Həcər Heytəmi yazır: “Museyi-Kazim(ə) atasının elm və biliyini irs aparmış? atasının fəzilət və kamalına malik olmuşdur. O? (cahil və nadan insanlarla) fövqəl’adə güzəşt və səbrlə davrandığına görə Kazim1 ləqəbini almış? onun dövründə heç kim İlahi maarif və bilik baxımından ona çatmamışdır.2 ”

İmam Kazim(ə)-ın dövründə xilafətin
gördüyü çirkin işlər
1–Məhdi Abbasi
Çirkin nəticələri İslam məmləkətinin hər yerinə ziyan vurmuş Mənsurun xəlifəlik dövrü onun ölümü ilə başa çatır? camaat iyirmi iki il əzab-əziyyətə qatlaşdıqdan sonra rahat nəfəs almağa başlayır.
Mənsur öldükdən sonra onun Məhdi adı ilə tanınmış oğlu Mühəmməd hakimiyyət başına gəlir. Məhdi ilk xəlifəlik çağlarında camaatın gur alqışları ilə üzləşdi. Çünki o? hakmiyyətə gəldiyi ilk vaxtda “Yaşıl bağ”da camaatın qarşısında ümumi əfv etmə (aministiya) qərarı çıxarıb bütün siyasi məhbusları (istər Bəni-Haşimdən olsun? istərsə də qeyri Bəni-Haşimdən) azad etdi? camaatın əzab-əziyyətinə? qırğınına son qoydu? atası Mənsurun camaatdan müsadirə etdiyi daşınan və daşınmaz əmlakı öz sahiblərinə qaytardı və beytül-maldan olan gəlirin əksəriyyətini camaat arasında bölüşdürdü.3
Görkəmli tarixçi Məs’udinin yazdığına əsasən Mənsurun camaatdan zorla topladığı əmlakın dəyəri altı yüz milyon dirhəm? dörd yüz milyon dinar idi. Bu məbləğ Mənsurun xəlifə olduğu müddətdə yığdığı torpaq vergisi və kəndlilərdən aldığı vergidən əlavə idi. Yığılan bu əmlak Mənsurun əmrinə əsasən “məzlumların beytül-malı” adı ilə xüsusi yerdə saxlanıldığından və hər əmlakın üstündə onun sahibinin adı yazıldığından Məhdi onların hamısını ayırıb öz sahiblərinə? ya da onların varislərinə qaytardı.1
Məhdinin belə bir addım atmasından məqsəd bəlkə də bu olmuşdur ki? hakimiyyət başına gələrkən Ələvilərin (Əli(ə)-ın nəslindən olanların) təcavüzkar hakimlərə qarşı etdikləri e’tirazların qarşısını alıb nisbi sakitlik yaratsın. Bir sözlə, bu azadlıq? əmniyyət və iqtisadi rifah cəmiyyətdəki müxtəlif dəstələrin razılığına səbəb olaraq ictimai və iqtisadi həyatda yeni bir mərhələ açır. Təbii ki? əgər bu iş beləcə davam etsəydi? bir çox parlaq nəticələr verərdi? ancaq təəssüflər olsun ki? çox çəkmədi proqram dəyişdi? yeni xəlifə özünün həqiqi simasını göstərdi? beləliklə də ötən xəlifələrin İslama zidd olan hərəkətləri yenidən icra olunmağa başladı.

Fəsad və əyyaşlıq mərkəzi
Məhdi xəlifə olduğu ilk vaxtlarda daşürəkli və düşüncəsiz Mənsurun saraya cəlb etdiyi? sarayda əsasən eyş-işrət işlərinə baxan pozğun ünsürlərin saraya girməsinə yol vermir? eyş-işrətə yaxın düşmürdü? ancaq bir il keçdikdən sonra tutduğu mövqeyi dəyişib eyş-işrət məclisləri təşkil edir? pozğun ünsürlərə xüsusi qayğı göstərməyə başlayır. Xeyirxah? ağıllı və xoş niyyətli olan adamlar Məhdiyə bu işin pis və acınacaqlı sonuclarla nəticələnəcəyini desələr də bu? onda heç bir tə’sir bağışlamır. Məhdi onların cavabında deyir: “İnsanın o vaxtı xoşdur ki? kef-damağla keçsin? lədim adamlarsız həyat mənə şirin gəlmir.”2 O? bu işə o qədər ifratla yanaşırdı ki? hətta öz ağıllı və fəzilətli vəziri Yə’qub ibn Davudun nəsihətlərinə belə qulaq asmırdı. Dövlət işlərində Yə’qubun sözlərindən bir addım da kənara çıxmayıb onun dediklərini yüz faiz dəqiqliklə yerinə yetirən Məhdi eyş-işrətdən söz düşdükdə Yə’qubun məntiqi və qərəzsiz deyilən sözlərinə qulaq asmırdı.
Xilafət sarayının və eləcə də xəlifənin pozğunçuluq? eyş-işrətlə gün keçirməsindən ciddi narahat olan Yə’qub Məhdinin ətrafındakılarının “İslam hökuməti” sarayında və xəlifənin hüzurunda kef məclisləri təşkil etmələrini müşahidə etdikdə deyirdi: “Bu işlərdən ötrü məni vəzir tə’yin edib buraya qoymusan? Gündə beş dəfə cami məscidində (mərkəz məscidində) camaat namazı qıldıqdan sonra şərab süfrəsinin başında oturmağın düzgündürmü?” Müsəlmanların beytül-malı hesabına kef məclisləri keçirməyə adət etmiş pozğun? lədim adamlar Yə’qubun bu sözlərinə istehza edib Məhdini badə qaldırmağa cəlb edir bə’zi vaxtlar şe’rlə deyirdilər ki? Yə’qubun sözlərini qulaq ardına vur və gözəl şərabla kefini kökəlt.1
Məhdinin belə mövqe tutması İslam cəmiyyətində pozğunluq və əxlaqsızlığın artmasına səbəb olur? Bəşşar kimi şairlərin kef haqqında dedikləri ədəb pərdəsini qırmış şe’r və qəzəlləri ağızdan-ağıza gəzir və iffət? paklıq xırmanına od vurub yandırırdı. Bunun nəticəsində də hər tərəfdən qeyrətli insanların e’tiraz sədaları ucalmağa başlayır.2
Başı öz kefinə qarışan xəlifə camaatın vəziyyətindən tamam xəbərsiz oldu. Bunun nəticəsində də fəsad? rüşvətxorluq baş alıb getdi? vergi müffəttişləri camaatı həddən artıq sıxışdırmağa başladılar. Xəlifənin özü də camaatı sıxışdırmağa başlayır? ilk dəfə olaraq Bağdad bazarlarına vergi qoyur.3 Əkinçilərin vəziyyəti olduqca ağırlaşır və çətinlik hamını hiddətə gətirir.4

Həzrət Əli(ə)-ın nəslindən olanlara qarşı
həddən artıq təzyiqlər
Məhdinin rəftarı atası Mənsurdan müxtəlif cəhətlərə görə fərqlənirdi. Ancaq onların hər ikisinin müştərək bir cəhəti var idi ki? o da hər ikisinin Ələvilərə (Əli(ə)-ın nəslindən olanlara) qarşı həddən artıq təzyiq göstərməsi idi. Məhdi də Mənsur kimi Bəni-Haşimə qarşı olunan təzyiqlərdə əlindən gələni əsirgəmir? hətta bə’zi vaxtlar onları Mənsurdan da çox təzyiqlərə mə’ruz qoyurdu. Əli(ə)-ın övladlarını hər an öz hökuməti üçün təhlükə hesab edən Məhdi onların başçılığı olunan hər hansı bir e’tirazın qarşısını almağa çılışırdı. O? şiəçiliyə yönəlmə və Ələvi rəhbərləri ilə həmkarlıq etməyə qarşı ciddi mübarizə aparırdı. Tarixçilər yazırlar: “Qasim ibn Məcaşi’ Təmimi ölərkən bir vəsiyyətnamə yazıb xəlifəyə izmalatdırmaq üçün Məhdinin yanına göndərir. Məhdi vəsiyyətnaməni oxumağa başlayır. Elə ki Qasimin Allahın təkliyinə və İslam Peyğəmbərinin peyğəmbərliyinə e’tirafından sonra Əli(ə)-ı İmam və Peyğəmbərin canişini kimi tanıması cümləsinə çatır? vəsiyyətnaməni yerə tullayıb onu axıra qədər oxumur.1

Qur’anda şərabın haram edilməsi
Məhdinin şiəçiliyə qarşı güclü mübarizəsinə dair başqa bir nümunə onun Mədinədə imam Kazim(ə) ilə söhbətidir. Məhdi xəlifə olduğu illərin birində Mədinə şəhərinə gəlib Peyğəmbər(s)-in qəbrini ziyarət etdikdən sonra imam Kazim(ə)-la görüşüb öz fikrində o həzrətin elmini yoxlamaq məqsədilə Qur’anda şərabın haram edilməsi məsələsini ortaya atıb soruşdu: “Şərab Qur’anda haram edilibmi?” Daha sonra əlavə edib dedi: “Camaatın əksəriyyəti şərabın Qur’anda qadağan olunmasını bilir? ancaq bu qadağanın mə’nasının haram olduğunu bilmir.”
İmam Kazim(ə) buyurdu: “Bəli? şərabın haram olması Qur’anda açıq-aşkar buyurulmuşdur.”
Qur’anın harasında?
Allahın (Peyğəmbərə xitab edərək) buyurduğu “de ki: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zina etmək? lüt gəzmək və s.)? hər cür günahı? haqsız zülmü... haram buyurmuşdur.”2 ” ayəsində.
İmam Kazim(ə) bu ayədə digər haram buyurulmuş şeylər barədə danışdıqdan sonra buyurdu: “Allahın bu ayədə haram buyurduğu “hər cür günah” ifadəsindən məqsədi şərabdır. Çünki Allah Özü başqa bir ayədə buyurur: “(Ya Mühəmməd!) Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah? həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətindən daha böyükdür.3 ” Ə’raf surəsində açıq-aşkar haram buyurulmuş “hər cür günah” ifadəsi Bəqərə surəsində şərab və qumara aid edilmişdir. Buna əsaslanıb deyirik ki? şərab Qur’anda açıq-aşkar haram buyurulmuş? qadağan olunmuşdur.” Məhdi imam Kazim(ə)-ın bu istinad və sübutuna heyran qalıb ixtiyarsız olaraq (orada olan) Əli ibn Yəqtinə dedi: “And olsun Allaha ki? bu? Haşimi fətvasıdır.” (Yə’ni bu? Bəni-Haşim tayfasından olan şəxsin fətvasıdır? bu cür fətvanı yalnız Bəni-Haşimdən olanlar deyə bilərlər.1) Əli ibn Yəqtin də öz növbəsində dedi: “Siz Peyğəmbər ailəsinə belə elm vermiş Allaha şükr olsun!”
Məhdi Əli ibn Yəqtinin bu cavabından narahat olub öz qəzəbini güclə boğduğu bir halda dedi: “Ey rafizi? düz deyirsən.2 ”

2–Hadi Abbasi
Hicrətin yüz altımış doqquzuncu ili İslam tarixi üçün böhranlı? qaranlıq? qeyri-sabit və qəmli bir il olmuşdur. Çünki həmin il Məhdi Abbasinin ölümündən sonra onun kefcil? xam və məğrur oğlu Hadi Abbasi hakimiyyətə gəlir. Onun hakimiyyət dövrü İslam cəmiyyəti üçün baha başa gələn acı hadisələr dövrü olmuşdur.
Hadinin atasının yerinə keçməsi heç də təzə məsələ deyildi. Çünki hələ uzun müddət ondan əvvəl İslam hökuməti zalım xəlifələr tərəfindən irsi rejimi (mütləq monarxiya) şəklinə düşərək Əməvi və Abbasi xəlifələri arasında fırlanmış? camaatın acı və məcburi sükutunu ardınca daşıyan hakimiyyətin bu yolla dəyişilməsi adi bir hala çevrilmişdi. Təkcə təzə olan bir məsələ müsəlmanların taleyinin Hadi kimi xam? səlahiyyətsiz və kefli bir gənc adama tapşırılması idi. O? hakimiyyət başına gələrkən hələ iyirmi beş yaşı tamam olmamış?3 çox-məs’uliyyətli xəlifəlik və İslam məmləkətinin idarəçilik məqamını ələ keçirməyə qətiyyən səlahiyyəti yox idi. O? şərabxor? dardüşüncəli? laqeyd bir gənc idi. Hakimiyyətə gəldikdən sonra da qabaqkı işlərini tərk etmədi. O? hətta xəlifəliyin zahiri qayda-qanunlarına da əməl etmirdi.4 Üstəlik daşürəkli? tərbiyəsiz? əzazil və nadürüst adam idi.5
Hadi Abbasilər sarayının pozğun mühitində tərbiyə almış və belə bir özünüsevər? zalım və mənəm-mənəm deyən rejimin südünü əmmişdi. Belə tərbiyə nəticəsində əgər xəlifəlik məqamı ona çatmasaydı? o da fikri-zikri ancaq kef ardınca olan? mənəm-mənəm deyən? lakin kütbeyin gənclərin sırasında olardı.