Bizim kitablar:






 


İMAM MUSEYİ-KAZİM(Ə)IN HƏYATI

Eyş-işrət məclisləri
Hadi atasının hakimiyyəti dövründə qardaşı Harunla birgə bə’zi xanəndələri müsəlmanların beytül-malı hesabına təşkil etdiyi eyş-işrət məclislərinə çağırtdırıb şərab içmək? kef çəkib əylənməklə məşğul olurdular. O? bu işdə o qədər ifrata varmışdı ki? bə’zi vaxtlar atası Məhdi buna dözə bilməyib Hadinin xoşladığı xanəndələri danlayırdı.1 Hətta bir dəfə o dövrün məşhur xanəndəsi İbrahim Muselini Hadinin məclisində iştirak etməkdən çəkindirmiş? Hadi israr etdikdə İbrahimi tutub həbs etdirmişdi.2 Atasının hakimiyyəti dövründə bə’zi vaxtlar pis hərəkətlərinə görə atasının müxalifətçiliyi ilə üzləşən Hadi hakimiyyətə gəldikdən sonra açıq-aşkar əyyaşlıq edir? müsəlmanların ümumi beytül-malını gecələr eyş-işrət məclislərinə sərf etməyə başlayır. Tarixçilərin dediyinə görə Hadi İbrahim Muselini saraya də’vət edərək saatlarla onun mahnılarına qulaq asırdı. Hadi İbrahimi çox istədiyindən ona həddən artıq pul? mal-dövlət vermişdi. Hətta bir dəfə İbrahim xəlifədən yüz əlli min dinar pul almışdı. İbrahimin oğlu deyirdi: “Əgər Hadi bundan çox yaşasaydı? biz evimizin divarlarını da qızıl-gümüşdən düzəltdirərdik.”3 Bir gün İbrahim Museli Hadi üçün bir neçə mahnı oxuyub onu bərk həyəcanlandırdı. Hadi onu alqışlayıb mahnını bir neçə dəfə təkrar etməsini istədi. Məclis qurtardıqdan sonra Hadi xidmətçilərdən birinə dedi ki? İbrahimi beytül-malın xəzinəsinə aparsın? o? (müsəlmanların ümumi malından) nə qədər istəsə? götürsün? əgər bütün beytül-malı götürmək istəsə də onu azad buraxsın.
İbrahim deyir ki? mən beytül-malın xəzinəsinə girib yalnız əlli min dinar pul götürdüm.”4
Hadinin bu cür hərəkətlərindən mə’lum idi ki? o? ağır məs’uliyyəti olan İslam cəmiyyətini idarə etməyin öhdəsindən gəlməyəcək. Məhz buna görə də onun hakimiyyəti dövründə əvvəl-əvvəl bir az sakit olan və bütün vilayətləri mərkəz hökumətinə tabe olan İslam məmləkəti Hadinin alçaq və şəriətdən kənar hərəkətləri nəticəsində əxlaqsızlıq? pozğunluqlara mə’ruz qalır və nəhayət hər tərəfdən ümumi e’tiraz sədaları ucalmağa başlayır. Düzdür? bu e’tirazlara bir çox amillər səbəb olmuşdu? lakin camaatın e’tirazına səbəb olan ən əsas amil Hadinin Bəni-Haşim və Əli(ə)-ın övladlarına qarşı ciddi təzyiqi idi. O? elə hakimiyyətə gəldiyi ilk çağlardan Bəni-Haşimdən olanları ciddi təzyiqlərə mə’ruz qoyub atası Məhdinin dövründən onlar üçün beytül-maldan ayrılmış hüququ kəsdi? onları tə’qib edərək onlarda bərk qorxu yaratmış və əmr vermişdi ki? onları harada tutsalar Bağdada göndərsinlər.1

Qanlı Fəxx faciəsi
Bu təzyiqlər Bəni-Haşimin cəsur və igid kişilərini qəzəbləndirib onları zalım Abbasi hökumətinin aramsız və sərt yürüşlərinə qarşı müqavimət göstərmək məcburiyyətində qoyur. Bu özbaşnalığa cavab olaraq yavaş-yavaş Abbasi hökumətinə qarşı imam Həsən(ə)-ın nəvələrindən olan Fəxx sahibi2 (Fəxx şəhidi) Hüseynin rəhbərliyi altında inqilab şö’ləsi alovlanmağa başlayır. Bu inqilab hələ başlamamış və yalnız həcc mövsümü vaxtı başlayacaqdı. Ancaq Mədinə şəhərinin valisinin ağır təzyiqləri bu inqilabın daha tez başlamasına səbəb oldu. Peyğəmbər sülaləsinin müxaliflərindən olan Mədinə valisi xilafət mərkəzinə olan sədaqətini və öz vəzifəsini layiqincə yerinə yetirdiyini sübut etmək üçün hər gün Bəni-Haşimin adlı-sanlı şəxsiyyətlərini bir bəhanə ilə incidirdi. O cümlədən o? bu şəxsiyyətlərdən hər gün şəhərin hökumət binasına gəlib özlərini təqdim etmələrini tələb edir? bununla kifayətlənməyib onlardan birini digərinin gəlməsinə zamin edir və biri oraya gəlmədikdə onun yerinə zamin durmuş şəxsi incidirdi.3 Bir gün Mədinə valisi Fəxx şəhidi Hüseyn və Yəhya ibn Abdullahı Bəni-Haşim böyüklərindən birinin hökumət binasına gəlmədiyi üçün tutub əziyyət verərək girov götürür. Onun bu hərəkəti barıt anbarına vurulmuş od kimi alovlanıb Haşimilərin qəzəblənməsinə? bunun nəticəsində də onların inqilbaının vaxtından tez başlayıb Mədinədə döyüş yaratmasına səbəb oldu.
Fəxx şəhidi kimdir?
Qeyd etdiyimiz kimi bu hərəkata “Fəxx şəhidi” adı ilə tanınmış Hüseyn ibn Əli–imam Həsən(ə)-ın nəvəsi başçılıq edirdi. O? Bəni-Haşim tayfasının seçilmiş? fəzilətli? cəsur və hörmətli kişilərdən biri olub təqvalı? səxavətli və yüksəkməqamlı bir şəxs idi. Hüseyn ibn Əli yüksək insani sifətlər baxımından tanınmış və seçilmiş simalardan biri hesab olunurdu. O? öz yüksək insani sifətləri sayəsində “zövci-saleh” ləqəbi ilə tanınmış pak? təqvalı və fəzilətli ata-anadan dünyaya gəlmiş? fəzilət? təqva və hünər ailəsində tərbiyə almışdır. Onun atası? dayısı? babası? anasının əmisi və digər yaxın qohumları Mənsur Dəvaniqinin əmri ilə şəhadətə yetirilmiş? İslam düşmənləri ilə mübarizədə neçə-neçə oğlunu qurban vermiş bu böyük ailə əbədi və dərin qəm dəryasına qərq olmuşdu.1 Belə bir ailənin tərbiyəsini görmüş Hüseyn (Fəxx şəhidi) Mənsurun cəlladları tərəfindən qətlə yetirilmiş atasının və digər qohumlarının ölümünü heç vaxt unutmur? onların şəhadət xatirəsi onun Abbasilərə qarşı ziddiyyətlə dolu olan böyük və qorxmaz ruhunu bərk narahat edirdi. Ancaq vəziyyət və şəraiti münasib olmadığından o? zillətli sükuta məcbur idi.
Hadi Abbasinin? xüsusən də Mədinə hakiminin özbaşınalıqları ürəyi dağlanmış Hüseynin səbr kasasını doldurmuş? onu Hadinin hökumətinə qarşı inqilab etmək astanasına gətirib çıxarmışdı.

İnqilabın məğlubiyyəti
Hüseyn inqilab edən qaldıran kimi Bəni-Haşim tayfasının və həmçinin Mədinə camaatının böyük əksəriyyəti ona bey’ət edib Hadinin qüvvələrinə qarşı mübarizə etməyə başladı. Hadinin Mədinədəki qoşununu geri oturtduqdan sonra bir neçə gün fasilə verib yeni qüvvə toplayaraq müsəlmanların həcc mövsümündə Məkkəyə yığışmasından istifadə edib bu şəhəri inqilabın mərkəzi qərar verərək mübarizəni daha da genişləndirmək məqsədilə Məkkəyə tərəf hərəkət etdi. Mədinədəki döyüşün və Hüseynin ordusunun Məkkəyə tərəf hərəkət etməsini Hadiyə çatdırdıqda o? onlara qarşı vuruşmaq üçün bir ordu göndərdi. Fəxx adlı yerdə iki ordu bir-biri ilə üzləşdilər və qızğın döyüş baş verdi. Döyüş zamanı Hüseyn və Bəni-Haşim tayfasının adlı-sanlı şəxslərindən bir neçəsi şəhid oldu. Ordusunun bir hissəsi dağıldı? bir hissəsi də əsir düşərək Bağdada gətirilib qətlə yetirildi.
Onları öldürməklə kifayətlənməyən cəlladlar cənazələri basdırmayıb başları bədənlərdən ayıraraq Hadinin hüzuruna göndərirlər. Bə’zi tarixçilərin dediyinə görə e’dam olunanların sayı yüz nəfərdən artıq idi.1
Fəxx şəhidinin məğlub edilməsi çox acı və kədərli bir faciə idi. Bu faciə bütün şiələrin? xüsusən də peyğəmbər ailəsinin qəlbini bərk yaraladı və yaddaşlarda bir daha Kərbəla faciəsini xatırlatdı.
Bu faciə o qədər ürəkağrıdıcı və fəlakətli idi ki? imam Cavad(ə) (imam Mühəmməd Təqi(ə) ) bu hadisədən neçə il keçdikdən sonra buyurmuşdur: “Kərbəla faciəsindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmamışdır.”2

Yeddinci imam və Fəxx şəhidi
Bu faciə heç də imam Kazim(ə)-la əlaqəsiz olmamışdır. Çünki imam Kazim(ə) bu mübarizənin yaranmasından təşəkkül tapana qədər nə təkcə ondan xəbərsiz olmamış? hətta Fəxx şəhidi Hüseynlə sıx əlaqədə olmuşdur. İmam Kazim(ə)-ın inqilabın məğlub ediləcəyini qabaqcadan bilməsinə baxmayaraq o? Hüseynin öz məqsədi uğrunda möhkəm durduğunu gördükdə ona buyurur: “Baxmayaraq ki sən şəhid olacaqsan? ancaq cihad və mübarizədə yenə möhkəm ol. Bunlar (xəlifə və onun ordusu) çox pis adamlardır. Zahirdə özlərini imanlı göstərir? həqiqətdə isə heç bir əqidə və imanları yoxdur. Bu yolda mən sənin əcr və savabını Allah-taaladan istəyirəm.”3
Digər tərəfdən də Hadi Abbasi imam Kazim(ə)-ın peyğəmbər ailəsinin ən böyük şəxsiyyəti olmasına və Bəni-Haşimin digər şəxsiyyətlərinin onun məsləhətlərindən ilham aldığını bildiyi üçün Fəxx faciəsindən sonra bərk əsəbləşdi. Ona görə ki? onun fikrincə pərdə arxasında olsa da bə’zi cəhətlərdən bu əməliyyata imam Kazim(ə) başçılıq etmişdir. Buna görə də o həzrəti ölümlə hədələyib dedi: “And olsun Allaha? Hüseyn (Fəxx şəhidi) Musa ibn Cə’fər(ə)-dan göstəriş alaraq mənə qarşı mübarizəyə qalxıb ona itaət etmişdir. Çünki bu tayfanın (Bəni-Haşimin) başçı və imamı məhz Musa ibn Cə’fər(ə)-dır. Əgər mən onu sağ qoysam? Allah məni öldürsün.”1
Bu təhdidlərə imam Kazim(ə) soyuqqanlı yanaşsa da? peyğəmbər ailəsi? şiələr və o həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz çirkin məqsədini həyata keçirməmiş ömrü sona yetdi və onun ölüm xəbəri Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı.
3–Harun ər-Rəşid
Əsrlərlə İslam adı altında müsəlmanlara hakim kəsilmiş Əməvi və Abbasi xəlifələri öz hakimiyyət dayaqlarını möhkəmlətmək və camaat arasında nüfuzlarını artırmaq üçün qəlblərdə mə’nəvi nüfuz tapıb camaatın yanında e’timadlarını doğrutmaq fikrində idilər ki, bəlkə bu yolla müsəlmanlar onların hakimiyyətini sidq ürəkdən qəbul edib onlara itaət etməyi özlərinə şər’i bir vəzifə bilsinlər. Əqidə zor gücü ilə yaradılası? yaxud da aradan aparılası bir şey olmadığından onlar mə’nəvi nüfuz tapmaq üçün aldadıcı yollardan istifadə etmək məcburiyyətində qalmışdılar. Bu sahədə Abbasilərin zahiri nöqteyi-nəzərdən bəxtləri gətirmiş və əllərində bir bəhanələri var idi ki? bu da onları Əməvilərdən tamamilə fərqləndirirdi. O da onların İslam peyğəmbəri ilə olan qohumluq əlaqələri idi. İslam peyğəmbərinin əmisinin (Abbas ibn Əbdülmüttəlibin) nəslindən olan Bəni-Abbas sülaləsi Peyğəmbər(s)-ə nisbət olan qohumluqlarından təbliğ cəhətində istifadə edib özlərini xəlifəlik məqamının varisi hesab edirdilər. Buna baxmayaraq onların bu qədər apardığı təbliğat şiə məzhəbinin pak imamları qarşısında çox tə’sirsiz idi. Çünki əvvəla xəlifəlik məsələsində varis olmaq məsələsi nəzərə alınmır? ən əsas şey rəhbər və xəlifənin öz səlahiyyəti? paklığı və əzəmətidir. İkincisi də lap xəlifəlik mövzusunda varis olmaq nəzərə alınsa da yenə Əli(ə)-ın övladları hamıdan üstündürlər. Çünki onlar Peyğəmbər(s)-ə daha yaxın olublar. Həm şəxsi ləyaqətləri olan? həm də Peyğəmbərə daha yaxın olan şiənin mə’sum imamları həmişə camaatın nəzərində olmuş? camaat daima onlara hörmət etmişdir. Əməvi və Abbasi xəlifələrinin mə’nəvi nüfuz tapmaları üçün apardıqları sə’ylərə baxmayaraq tarix göstərmişdir ki? ümumi məhəbbətin ölçüsü həmişə imamların tərəfində olmuşdur.

Qəlblərə hakim olmaq
Bu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hökumət dairəsinin bu qədər geniş və imkanlarının çox olmasına baxmayaraq qəlblərin hələ də imam Museyi-Kazim(ə)-la olmasını bilən Harun bu məsələdən çox narahat olur və o həzrətin mə’nəvi nüfuzunun azalması üçün gizli hiylələrini işə salmışdı. “Camaat öz xüms-zəkatını gizli şəkildə Musa ibn Cə’fər(ə)-a verir və bu hərəkəti ilə həqiqətdə onun xəlifə olduğunu rəsmiyyətlə tanımış? Abbasi hökumətini isə qeyri-qanuni hökumət bilir” xəbərinin hər gün Haruna çatdırılması onun üçün dözülməz idi. Elə buna görə də Harun bir dəfə imam Kazim(ə)-ı Kə’bənin kənarında gördükdə ona deyir: “Camaatın gizlicə bey’ət edib rəhbər bildikləri şəxs sənsən?” İmam Kazim(ə) buyurdu: “Mən camaatın qəlb və ruhuna hakiməm? sən isə onların quru bədənlərinə hakimsən.”1

Peyğəmbər övladı kimdir?
Yuxarıda qeyd etdik ki? Harun Peyğəmbər(s)-lə olan qohumluq əlaqəsinə açıq-aşkar e’timad edib yeri gəldikcə ondan istifadə edirdi. O? bir gün Mədinə şəhərinə gəlib Peyğəmbər(s) məzarının ziyarətinə gedir. Orada Qüreyş və digər qəbilələrdən çoxlu sayda adam toplaşmışdı. Harun Peyğəmbər(s)-in hərəminə çatdıqda üzünü o həzrətin müqəddəs məzarına tutub dedi: “Salam olsun sənə ey Allahın Peyğəmbəri! Salam olsun sənə ey əmi oğlu!” O, camaatın arasında Peyğəmbər(s)-lə əmioğlu olduğunu camaata eşitdirib bilərəkdən bununla fəxr edir və istəyirdi ki? qoy camaat xəlifənin Peyğəmbər(s)-lə əmioğlu olduğunu bilsin. Bu zaman camaatın arasında olan iam Kazim(ə) Harunun bu fikrini başa düşüb Peyğəmbər(s)-in qəbrinə yaxınlaşaraq uca səslə buyurur: “Salam olsun sənə ey Allahın Peyğəmbəri! Salam olsun sənə ey ata!” Harun bu sözdən bərk qəzəbləndi. Belə ki? rəngi dəyişib ixtiyarsız olaraq dedi: “Doğrudan da bu bir şərəfdir.”2
O? təkcə Peyğəmbər(s)-lə olan qohumluq əlaqəsini camaata çatdırmaqla kifayətlənmir? üstəlik imamların Peyğəmbər(s) övladı olmalarını da bir vasitə ilə inkar etmək istəyirdi. O? bir gün imam Kazim(ə)-a dedi: “Siz Əlinin övladları olduğunuz bir halda nəyə görə Peyğəmbər(s) övladı olduğunuzu iddia edirsiniz? Çünki hər bir şəxs ana babasına deyil? ata babasına nisbət verilir.” İmam Kazim(ə) onun cavabında aşağıdakı ayəni qiraət etdi: “Biz İshaqı və Yə’qubu ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu? Süleymanı? Əyyubu? Yusifi? Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq. Zəkəriyyanı? Yəhyanı? İsanı? İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi.”1 İmam Kazim(ə) sonra əlavə edib buyurdu: “Bu ayədə İsa(ə) keçmiş böyük peyğəmbərlərin övladlarından hesab olunub? halbuki onun atası olmamış və yalnız anası Məryəmin vasitəsilə peyğəmbərlərə qohumluq əlaqəsi çatır. Deməli? bu ayəyə əsasən qız tərəfdən olan uşaqlar da övlad sayılır. Biz də anamız Fatimənin vasitəsilə Peyğəmbər(s)-in övladları hesab oluruq.”2
Harunun belə məntiqi bir sübutun qarşısında sükut etməkdən başqa çarəsi yox idi.
İmam Kazim(ə)-ın Harunla buna bənzər başqa bir ətraflı mübahisəsində Harun o həzrətə deyir ki? nəyə görə sizi Əli(ə)-ın övladları yox? Peyğəmbər(s)-in övladları adlandırırlar? İmam Kazim(ə) onun cavabında buyurur: “Əgər Peyğəmbər(s) dirilib sənin qızınla evlənmək istəsə? qızını ona verərsənmi?” Harun dedi: “Nə təkcə qızımı verərəm? hələ üstəlik bu qohumluğu bütün ərəb və qeyri-ərəb arasında özümə böyük bir fəxr bilərəm.”
İmam Kazim(ə): “Ancaq bu məsələ mənə aid edilə bilməz. Nə Peyğəmbər mənim qızımı istəməz? nə də mən qızımı ona vermərəm.”
Harun: Nəyə görə?
İmam Kazim(ə): Çünki mən özüm onun nəslindənəm və bu evlənmə haramdır. Ancaq sən onun nəslindən deyilsən.
Harun: Afərin? tamamilə doğrudur.3


Bu saray kimindir?
Bir gün imam Kazim(ə) Harunun Bağdaddakı böyük və təm-təraqlı saraylarından birinə daxil olur. Öz qüdrət və hökumətinə uymuş Harun sarayını göstərərək təkəbbürlə soruşdu: “Bu saray kimindir?” Harunun bu cür deməkdən məqsədi qüdrət və imkanatını imama göstərmək idi. İmam Kazim(ə) Harunun bər-bəzəkli sarayına heç bir əhəmiyyət vermədən son dərəcə cəsarətlə buyurdu: “Bu ev fasiqlərin evidir. Hansı ki? Allah-taala onların haqqında buyurur: “Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə mö’cüzə görsələr? ona inanmazlar. Onlar haqq yolu görsələr? onu qəbul etməz? azğınlıq yolunu görsələr? onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olduqlarıdır.”1
Harun bu cavabdan bərk narahat olub öz qəzəbini güclə boğub qızarmış halda soruşdu: “Onda bu ev kimindir?” İmam Kazim(ə) buyurdu: “(Əgər həqiqəti bilmək istəyirsənsə) bu ev bizim şiələrimizindir? ancaq başqaları zorla onu qəsb edib sahibi olmuşlar.”
Harun: “Əgər bu ev şiələrindirsə? bəs onda nə üçün evin (əsl) sahibi onu tələb etmir?”
İmam Kazim(ə):“ Bu ev əsl sahibindən abadlıq dövründə alınmışdır? indi onun sahibi nə vaxt onu abad etmək iqtidarında olsa? onu yenidən geri alacaq.”