Bizim kitablar:






 


İMAM RİZA(Ə)-IN HƏYATI

İmam Riza(ə)-ın həyatı barədə qısa mə’lumat
İmam Əli ibn Musa hicrətin yüz qırx səkkizinci ili Zilqə’də ayının on birində anadan olmuşdur.1 Anası Tuktəm adlı fəzilətli bir qadın olmuş? imam Riza(ə) anadan olduqdan sonra imam Kazim(ə) o xanıma Tahirə adı vermişdir.2
İmam Əli ibn Musa(ə)-ın künyəsi Əbülhəsən? ləqəbi Riza olmuşdur. İmam Riza(ə) atası imam Kazim(ə) (hicrətin yüz səksən üçüncü ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşındaykən imamətə çatmışdır.

İmam Riza(ə)-ın müasiri olmuş xəlifələr
İmam Riza(ə) imam olduğu iyirmi ilin onunu Harun ər-Rəşidlə? beş ilini Məhəmməd Əminlə? son beş ilini isə Abdullah əl-Mə’munla həmzaman olmuşdur.
İmam Riza(ə) Mə’munun hakimiyyətə gəlişinə qədər öz doğma vətəni müqəddəs Mədinə şəhərində yaşayırdı. Mə’mun hakimiyyətə gəldikdən sonra o həzrəti Xorasana çağırtdırır. Nəhayət o həzrət hicrətin iki yüz üçüncü ilinin Səfər ayında (əlli beş yaşında olarkən) şəhadətə qovuşur və elə Xorasanda da (Məşhəd şəhərində) dəfn olunur.3

İmam Riza(ə) Harunun dövründə
Hicrətin yüz səksən üçüncü ili imam Kazim(ə) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra imam Riza(ə) imam olduğu müddətin on ilini Harunla bir dövrdə yaşamışdır. Bu müddət Harunun özbaşınalıq? azğınlıq mühiti olması ilə yanaşı həm də imam Riza(ə)-ın nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olur. Çünki Harun bu müddət ərzində o həzrətə toxunmamış və imam Riza(ə) açıq şəkildə fəaliyyət aparmışdır. Buna görə də o həzrətin yetirdiyi şagirdlər? İslami elmlər ocağında tə’lim etdiyi Qur’an həqiqətləri? İslam maarifi də məhz bu dövrə təsadüf edir. Harunun təzyiqləri azaldaraq imam Riza(ə)-ı nisbətən azad buraxmasının səbəbi bəlkə də onun imam Kazim(ə)ın qətlindən yaranan nigarançılığıdır. Harun bu böyük cinayətin üstünü örtməyə çalışsa da məsələnin üstü açılır və camaatda ona qarşı böyük nifrət hissi oyanır. Buna görə də Harun bir təhər özünə bəraət qazandırmaq istəyirdi. Onun imam Kazim(ə)ın pak cənazəsini zalımların əlindən alıb böyük hörmətlə dəfn edən əmisi Süleyman ibn Əbu Cə’fərə yazdığı “Allah Sindi ibn Şahikə lə’nət eləsin? o? bu işi mənim icazəm olmadan görmüşdür”1 məzmunlu məktubu da bu məsələni bir daha sübut edir. Bu məsələni təsdiq edən başqa bir fakt da Harunla Yəhya ibn Xalid Bərməkinin imam Kazim(ə) barədəki söhbətidir. (Hələ əvvəllərdən imam Kazim(ə)-dan Haruna şikayət etmiş) Yəhya Haruna dedi: “Musa ibn Cə’fərdən (imam Kazim(ə)-dan) sonra onun oğlu yerinə keçərək imamət iddiası edir. (Məqsədi bu idi ki? demək istəyirdi yaxşı olar indidən xəlifənin mə’murları onu nəzarət altına alsınlar).” (Hələ imam Kazim(ə)-ın şəhadətini unutmayan və hələ də onun aqibətindən nigarançılıq çəkən) Harun dedi: “Atasının başına gətirdiyimiz bəs deyil? İstəyirsən ki? bir dəfəlik qılınc götürüb bütün Ələviləri (Əlinin nəslindən olanları) qırım?2” Harunun qəzəbi sarayda olanları sakitləşdirib icazə vermədi ki? bir də kimsə imam Riza(ə)-ın ardınca pis-pis sözlər danışsın.
İmam Riza(ə) Harunun xəlifə olduğu müddətdə yaranmış bu fürsətdən istifadə edib öz imamətini aşkar edir və bu barədə ata-babalarından fərqli olaraq heç də təqiyyə etmirdi. Hətta o həzrətin bə’zi dostları onu bu işindən çəkindirir? İmam(ə) sə onları arxayın edib buyururdu ki? Harundan ona heç bir xətər toxunmayacaq.
Səfvan ibn Yəhya deyir: “İmam Kazim(ə) vəfat edib imam Riza(ə) imamət məqamına yetişdikdən sonra o həzrətə deyildi: “Siz çox məs’uliyyətli bir işi aşkar edirsiniz? biz bu (zalımı (Harunu) ) sizin üçün çox təhlükəli sanırıq.” İmam Riza(ə) buyurdu: “O? nə qədər çalışsa da mənə bir şey edə bilməyəcək.”3 Həmçinin Məhəmməd ibn Sənan rəvayət edib deyir ki? Harun xəlifə olduğu vaxt imam Riza(ə)-a dedim: “Harunun qılıncından hələ də qan damdığı halda siz imamət məqamınızı aşkar edərək atanızın yerinə keçmisiniz.” İmam Riza(ə) buyurdu: “Peyğəmbərin sözü mənə qüvvə verib cür’ətləndirir. O həzrət buyurmuşdur: “Əgər Əbu Cəhl mənim başımdan bir tük əskik edərsə? onda mən heç peyğəmbər deyiləm.” Mən də sizə deyirəm ki? əgər Harun mənim başımdan bir tük əskik edərsə? onda mən də heç imam deyiləm.”1

Əmin və Mə’mun – təfavütlər? təzadlar
Harun özü hakimiyyətdə olarkən (anası Zibeydə olan) Məhəmməd Əmini öz vəliəhdi seçib camaatdan onun üçün bey’ət alır? (anası iranlı qızı olan) Abdullah əl-Mə’munu isə özünün ikinci vəliəhdi tə’yin edir. Hicrətin yüz doxsan üçüncü ilində Haruna xəbər verirlər ki? Xorasan əyalətinin şəhərlərində camaat qiyam etmiş? ordu başçıları nə qədər çalışsalar da qiyamı yatıra bilməmişlər. Harun öz vəzir-vəkili? müşavirləri ilə məsləhətləşdikdən sonra bu qərara gəlir ki? özü şəxsən qiyam qaldırılmış məntəqəyə gedib xilafət ordusunu qiyamı yatırmaq üçün xorasanlıların canına salsın. Bu məqsədlə oğlu Əmini Bağdadda öz yerində saxlayıb Xorasana vali tə’yin etdiyi oğlu Mə’munu isə özü ilə qiyam məntəqəsinə aparır.
Harun qiyamı yatırda bilir və necə deyərlər səs-küyün qarşısını alır? ancaq bir daha xilafətin mərkəzi olan Bağdada qayıda bilmir. Hicrətin yüz doxsan üçüncü ili Cəmadil-uxra (Cəmadis-saniyə) ayının üçündə (Məşhəd şəhərinin yaxınlığındakı) Tus şəhərində vəfat edir və iki qardaşı rəqabət səhnəsində yalqız buraxır.2

Xəlifə Əminin məğlub olması
Harun Tus şəhərində vəfat etdikdən dərhal sonra camaat onun Bağdadda qalmış oğlu Əminə bey’ət edir. Onun xəlifə olmasından cəmi on səkkiz gün keçirdi ki? qardaşı Mə’munu vəliəhdlikdən çıxarıb öz oğlu Musanı vəliəhd seçmək fikrinə düşür. O? bu barədə öz vəzirləri ilə məsləhətləşsə də Mə’munun vəliəhdlikdən çıxarılmasını tə’kid edən Əli ibn İsa Mahandan başqa heç kəs bu fikirlə razılaşmır. Əmin isə axırda qardaşının vəliəhdlikdən çıxarılması barədə qərar verir. Mə’mun da öz növbəsində qardaşının bu hərəkətinə cavab olaraq onu xəlifəlik məqamından kənarlaşdırır. Aparılan bir sıra nizami mübarizələrdən sonra nəhayət hicrətin yüz doxsan səkkizinci ilində Əmin öldürülür.3 Beləliklə? ölkənin bütün işləri Mə’munun ixtiyarına keçir.
İmam Riza(ə)-ın xəlifə Əminin dövründəki
nisbi azadlığı
Xəlifə Əminin hakimiyyəti və Harunun ölümündən Mə’munun hakimiyyətə gəldiyi dövrə qədər imam Riza(ə) ilə dövlət mə’murları arasında heç bir toqquşma tarixdə gözə dəymir. Mə’lum məsələdir ki? Bəni-Abbas xəlifələri daxili ixtilaflara? Əminlə Mə’mun arasındakı münaqişələrə? Mə’munun vəliəhdlikdən çıxarılıb Əminin oğlu Musanın vəliəhd seçilməsi kimi çəkişmələrə mə’ruz qaldıqları kiçik bir müddətdə imam Riza(ə) və ümumiyyətlə, Əli(ə)-ın nəslindən olanlara əziyyət etməyə heç vaxt tapa bilməmişlər. Biz bu illəri (193-198 h.q) imam Riza(ə)-ın nisbi azadlıq və o həzrətin mədəniyyət təbliğləri aparması üçün yaxşı fürsət tapdığı bir dövr hesab edə bilərik.1

Mə’mun kimdir?
Mə’munun anası Məracil adlı xorasanlı bir kəniz olmuş? oğlunun anadan olmasından bir neçə gün sonra vəfat etmiş? beləliklə də Mə’mun anasız və yetim bir uşaq kimi saxlanılmışdır. Tarixçilər yazırlar ki? Mə’munun anası Harunun aşbazxanasında olan kənizlərin ən eybəcəri? ən çirkini olmuşdur. Bu məsələnin özü onun necə hamilə olmaq dastanını sübut edir.2
Mə’mun hicrətin yüz yetmişinci ilində – atası Harunun xəlifəlik məqamına çatdığı gün anadan olmuş? hicrətin iki yüz on səkkizinci ilində vəfat etmişdir. Atası Mə’munu tərbiyələndirmək üçün onu Cə’fər ibn Yəhya Bərməkiyə tapşırır. Ona Zür-riyasəteyn ləqəbi ilə məşhur olub sonralar Mə’munun öz vəziri olmuş Fəzl ibn Səhl adlı bir şəxs tərbiyə verir. Mə’mun ordunun ali baş kamandanlığına isə Tahir ibn Hüseyn Zül-yəmineyni tə’yin etmişdi.


Mə’munun xüsusiyyətləri
Mə’munun həyatı başdan-ayağa fəaliyyətlə dolu? hər hansı bir rifah? asayiş və əyləncədən uzaq olmuşdur. Onun həyatı Zibeydənin qucağında böyümüş qardaşı Əminin həyatının tam əksinə idi. Zibeydəni tanıyan hər hansı bir şəxs Əminin həyat tərzinin nə dərəcədə əyləncə və keflə keçdiyini asanlıqla anlaya bilər. Mə’mun heç də qardaşı kimi özünü bir o qədər də əsil-nəcabətli bilmirdi. Nə təkcə öz gələcəyinə arxayın deyildi? üstəlik çox yaxşı başa düşürdü ki? Abbasilər onun hakimiyyətinə tabe olmayacaqlar. Buna görə də özünü ona arxalana biləcək bir dayaqsız bilir? məhz bu səbəbdən qollarını çırmayıb gələcək işlər barədə planlar çəkməyə başlayır. Mə’mun öz gələcək işlərini durduğu mövqeyini anlayıb qardaşı Əminin bə’zi cəhətlərdə ondan üstün? özünün isə həmin cəhətlərdən məhrum olduğunu başa düşdükdən sonra tə’yin edə bildi. Əminin buraxdığı səhvlər eyni zamanda onun üçün ibrət dərsi oldu. Məsələn, Fəzl başı əyləncəyə qarışmış Əminin səhvlərini görüb Mə’muna deyirdi ki? sən özünü təqvalı? dindar? və əxlaqlı göstər. Mə’mun da Fəzl dediyi kimi edir? Əminin ciddi yanaşmadığı işlərə çox ciddiyyətlə yanaşırdı. Ümumiyyətlə, Mə’mun müxtəlif elm sahələrində şöhrətlənmiş və öz taylarından? hətta bütün Abbasi nümayəndələrindən üstün idi. Bə’ziləri deyirdilər ki? Abbasilər arasında Mə’mundan biliklisi yoxdur. İbn Nədim onun haqqında yazmışdır: “Mə’mun bütün xəlifələrlə müqayisədə fiqh və əqaid elmlərində alim idi.” Həmçinin həzrət Əli(ə)-dan rəvayətdir ki? bir gün o həzrət Bəni-Abbas sülaləsi haqqında danışarkən buyurmuşdur: “Onların yeddincisi (Mə’mun) hamısından bilikli olacaqdır.” Süyuti? ibn Təcri Bərdi və ibn Şakir Kətibi Mə’munu bu cür tə’rifləmişlər: “Mə’mun uzaqgörənlik? iradə? səbr? bilik? zirəklik? heybət? şücaət? şərafət və səxavət baxımından Bəni-Abbasın ən yaxşı şəxsi olmuşdur. Düzdür? o? bu xüsusiyyətlərin hamısını Qur’anı məxluq bilməsi ilə ləkələmişdi.” Mə’munun atası da onun qardaşı Əmindən üstün olduğunu vurğulayıb demişdi: “...Belə qərara gəlmişəm ki? vəliəhdlik məsələsində dəyişiklik edib onu elə bir şəxsə tapşırım ki? əxlaqını daha çox bəyənir? rəftarını xoşlayır? siyasətinə arxayın? zəiflik və süstlük baxımından ondan arxayınam. Bu da Abdullah əl-Mə’mundan başqa bir şəxs deyildir. Ancaq Bəni-Abbas öz nəfslərinin tələbinə əsasən Məhəmmədi (əl-Əmini) istəyir. Çünki o özü də nəfsani istəklərinin ardıncadır? əli israf cəhətdən açıqdır? onun qərarında qadın və kənizlərin də rolu var. Abdullahın (əl-Mə’munun) isə gözəl metodu? özünəməxsus rə’yi vardır və bu cür böyük bir vəzifəni mənimsəməyə e’tibarlı şəxsdir...”1

İmam Riza(ə) Mə’munun dövründə
Mə’munun hakimiyyətə gəlişi ilə imam Riza(ə)-ın həyatında yeni bir səhifə açılır. Elə bir səhifə ki? başdan-ayağa imam Riza(ə)-ın qəmli-qüssəli illərinə təsadüf edir.
Xəlifəlik məqamını qəsb edənlərin (istər Bəni-Üməyyədən olsun? istərsə də Bəni-Abbasdan) ən çox qorxduqları şəxslər Əli(ə)-ın övladları olmuşdur. Hansı ki? camaat (hamısı da olmasa böyük bir qismi) xəlifə olmağı onların haqqı bilir və üstəlik onları hər cür fəzilət sahibi bilirdi. Elə buna görə də Əli(ə) övladları daima işkəncələrə mə’ruz qalaraq xəlifələr tərəfindən əziyyət çəkir? axırda da onların əli ilə şəhid olurdular.
Mə’mun isə şiəliyə rəğbət bəsləyir? ətrafındakıların da əksəriyyəti iranlılar olduğundan həzrət Əli(ə)-ın övladlarına qarşı mehriban olub onlara xüsusi hörmət bəsləyirdilər. Bu səbəbdən Mə’mun öz ata-babası Harun və Mənsur kimi imamı həbs edib ona əziyyət verə bilmirdi. Buna görə də Mə’mun yeni bir metod fikirləşir. Düzdür? bu metod heç də sabiqəsiz olmamış və keçmiş xəlifələrin dövründə icra olunmuşdu? ancaq necə olsa da kənardan bir az yaxşı nəzərə çarpırdı. Ondan sonrakı xəlifələr də məhz bu metoddan istifadə etməyə başalayırlar. Mə’mun bu qərara gəlir ki? imam Riza(ə)-ı öz iqamətgahı yerləşən Mərv şəhərinə gətirib o həzrətlə mehribancasına rəftar etsin? onun elmi-ictimai mövqeyindən istifadə etməklə yanaşı bütün işlərini nəzarət altına alsın.