| |
İMAM RİZA(Ə)-IN HƏYATI
Nə üçün Mə’mun hakimiyyəti imam Riza(ə)-a vermək istəyirdi? Mə’munun imam Riza(ə)-ı Xorasana də’vət etməsi Mə’mun əvvəlcə imam Riza(ə)-ı də’vət etdi ki? Əli(ə)-ın nəslinin adlı-sanlı şəxslərini də götürüb hörmətlə xilafət mərkəzinə gəlsin.1 İmam Riza(ə) Mə’munun də’vətini qəbul etmədi. Lakin Mə’mun çox tə’kid etdikdən? imam Riza(ə) ilə onun arasında çoxlu məktublaşmalar olduqdan sonra nəhayət o həzrət Əli(ə)-ın nəslindən olan bir dəstə adlı-sanlı şəxslərlə birlikdə Mərv istiqamətində hərəkət etdi.2 Mə’mun imam Riza(ə)-ın karvanını gətirmək vəzifəsinə tə’yin olunmuş Cüludiyə? digər bir rəvayətə görə isə Rəca ibn Əbu-Zəhhana tapşırmışdı ki? karvandakılara? xüsusən də imam Riza(ə)-a lazımi hörməti etsin. Ancaq imam Riza(ə) camaatı xəbərdar etsin deyə qəsdən bu səfərdən narazı qaldığını bildirirdi. Mədinədən çıxmaq istərkən qohum-əqrəbasını yığıb onlardan onun halına ağlamasını istəyərkən buyurmuşdur: “Mən bir daha öz ailəmə tərəf qayıtmayacağam.”3 Sonra Peyğəmbər(s)-lə vidalaşmaq məqsədilə o həzrətin məscidinə daxil oldu. İmam neçə dəfə vidalaşsa da yenə Peyğəmbər(s)-in qəbrinə tərəf qayıdıb uca səslə ağladı. Müxəvvil Sistani yazır: “Bu zaman o həzrətin yanına gəlib salam verərək səfərinin uğurlu olmasını dilədim. O buyurdu: “Mənə yaxşı-yaxşı bax? cəddim (Peyğəmbərin) yanından uzaqlaşıb qürbətdə öləcək və Harunun yanında dəfn olunacağam.”4 İmam Riza(ə)-ın karvanının Mədinədən Mərvə gəldiyi yol (Mə’munun göstərişinə əsasən) Bəsrə? Əhvaz və Fars şəhərlərindən keçirdi. Ola bilər Mə’mun ona görə bu yolu seçmişdi ki? karvan şiələrin mərkəzi olan Cəbəl (İranın dağlıq hissəsindən Həmədan və Qəzvinə qədərki ərazisi)? Kufə? Kirmanşah və Qum şəhərindən keçməsin. 5
Karvanın paytaxta gəlişi İmam Riza(ə)-ın hərəkət etdiyi karvan Şəvval ayının onu Mərv şəhərinə çatır. Şəhərdən neçə fərsəx1 kənarda Mə’mun? Fəzl ibn Səhl və Bəni-Abbasdan olan digər nümayəndələr İmam(ə)-ın pişavazına çıxaraq böyük ehtiramla karvanı şəhərə daxil edirlər. Mə’munun əmrinə əsasən rifah və asayiş üçün lazım olan hər cür şərait İmam(ə)-ın ixtiyarına qoyulur. Yol yorğunluğunun çıxması məqsədilə bir neçə gün davam edən istirahətdən sonra imam Riza(ə) ilə Mə’mun arasında müzakirələr başlayır və Mə’mun hakimiyyəti qəbul etməyi imam Riza(ə)-a təklif edir. İmam Riza(ə) bu təklifi ciddi şəkildə imtina edir. Fəzl ibn Səhl heyrətlə deyir: “Xəlifəlik məqamını o günkü kimi heç vaxt dəyərsiz və ləyaqətsiz görmədim. Mə’mun hakimiyyəti Əli ibn Musa ər-Rza(ə)-a təklif edir? o isə hakimiyyəti qəbul etmirdi.”2 İmam Riza(ə)-ın imtina edəcəyini bəlkə də qabaqcadan təxmin etmiş Mə’mun dedi: “İndi ki belədir? onda vəliəhdliyi qəbul et.” İmam Riza(ə) buyurdu: “Məni bunda da üzürlü hesab et.” Mə’mun bu dəfə İmam(ə)ı üzürlü hesab etməyib hirsli halda bu cümləni dedi: “Ömər ibn Xəttab vəfat edərkən altı nəfərdən ibarət şura tə’yin etdi. Şuranın üzvlərindən biri də əmirəl-mö’minin Əli(ə) idi. Ömər həm də vəsiyyət etmişdi ki? kim müxalifətçilik edərsə? boynu vurulsun... İndi sən də mənim təklifimi qəbul etməlisən. Çünki mən bundan başqa çarə görmürəm.”3 Mə’mun əslində bu sözlərlə İmam(ə)-ı hədələyirdi. Sonra daha açıq şəkildə İmam(ə)-ı təhdid edib dedi: “Sən həmişə mənim fikrimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən amanda görürsən. And olsun Allaha ki? əgər vəliəhdlikdən imtina etsən? səni güclə onu qəbul etməyə məcbur edəcəyəm. Əgər onda da qəbul etməsən? səni öldürəcəyəm.”4 İmam Riza(ə) məcbur olub Mə’munun təklifini qəbul edərək buyurur: “Mən vəliəhdliyi bu şərtlə qəbul edərəm ki? ölkə işlərində bir dənə hökm verməyim? hakimiyyət orqanlarında hakim tə’yin edib çıxartmaq? hökm və fətva vermək kimi işlərə qarışmayım.”
Həyata keçirilməyən vəli’əhdlik məqamı Mərv şəhərinin əhalisi hicrətin iki yüz birinci ilinin Ramazan ayının orucunu tutmağa hazırlaşdığı ərəfədə imam Riza(ə)-ın vəliəhd seçilməsi xəbəri yayılmağa başlayır. Əhali bu xəbəri heyrət dolu sevinclə qarşılayır. Ramazan ayının yeddisi həftənin birinci günü Mə’mun öz dəstxətti ilə vəliəhd tə’yin edilməsi məsələsini yazır? onun arxasında da imam Riza(ə) başdan-başa işarə və eyham ilə dolu olan bir müqəddimə qeyd etdikdən sonra vəliəhd seçilməsinə razılıq verməsi barədə öz imzasını çəkir. İmam onu da qeyd edir ki? bu iş heç vaxt baş tutmayacaq (həyata keçməyəcək). Sonra də həmin sənədin kənarından Yəhya ibn Əksəm? Abdullah ibn Tahir? Fəzl ibn Səhl kimi ölkə və ordu başçıları bu məsələdə şahid duraraq onu təsdiqlədilər.1 Ramazan ayının onuncu günü cümə axşamı təntənəli şəkildə təşkil olunmuş məclisdə camaat imam Riza(ə)-a bey’ət etdi. Beləliklə, o həzrət xəlifənin vəliəhdlik kürsüsünə əyləşdi. Xəlifənin əmrilə İmam(ə)-a tərəf bey’ət əli uzadan ilk şəxs Mə’munun öz oğlu Abbas olmuş? onun ardınca isə baş vəzir Fəzl ibn Səhl? saray müftisi Yəhya ibn Əksəm? ordu başçısı Abdullah ibn Tahir? daha sonra isə hamılıqla məclisdə iştirak edən bütün Bəni-Abbas ə’yan-əşrafı o həzrətə bey’ət etdilər.2 İmam Riza(ə)-ın vəliəhd seçilməsi təbii ki? o həzrətin dostları üçün baş ucalığı idi. Lakin imam Riza(ə)-ın özü bu hadisədən çox narahat və qəmgin idi. O həzrət bir kişinin həddən artıq çox sevindiyini gördükdə onu öz yanına çağırıb buyurdu: “Bu işə bel bağlayıb sevinmə? çünki baş tutmayacaq.”3
Mə’munun siyasi çətinlikləri Mə’munun dövründəki siyasi vəziyyət və şəraiti nəzərdən keçirdikdə mə’lum olur ki? o? bir sıra siyasi çətinliklərlə üzləşməli olmuş və bu çıxılmaz vəziyyətlərdən üzü ağ çıxmaq üçün çarə axtarırmış. Nəhayət Mə’mun bu vəziyyətdən çıxmaq üçün bir neçəcəhətli bir siyasət irəli sürür ki? bu da məhz imam Riza(ə)-ı vəliəhd seçməkdən ibarət olmuşdur. İndi Mə’munun üzləşdiyi siyasi çətinlikləri oxucuların nəzərinə çatdırırıq. 1-Abbasilərin Mə’mundan narazılığı Tarixçilərin hamının bir nəfər kimi Mə’munun ümumiyyətlə Əmindən qat-qat üstün və xəlifəliyə daha layiq olmasını qeyd etmələrinə baxmayaraq Bəni-Abbas nümayəndələri onunla müxalif idilər. Qeyd etdiyimiz kimi Harunun özü də bu iki qardaş arasındakı açıq-aşkar təfavütə diqqət yetirmiş və Abbasilərin Mə’munla müxalifətçilik edəcəyindən gileylənirdi. Ola bilsin Abbasilərin Mə’mundan narazı olmalarının səbəbi bu olub ki? onlar görürdü Mə’munun qardaşı Əmin əsl Abbasi nümayəndəsidir. Çünki atası Harun? anası da Zibeydə olmuş? Zibeydə özü də bir Haşimi və Mənsur Dəvaniqinin nəvəsi? eyni zamanda Abbasilərin ən şərəfli qadını olmuşdur. Əmin Harun ər-Rəşidin süd qardaşı və sarayının ən nüfuzlu şəxsiyyəti sayılan Fəzl ibn Yəhya Bərməkinin qucağında böyümüş? Fəzl ibn Rəbi’ isə onun qəyyumu olmuşdur. Hansı ki? onun babası xəlifə Osmanın azad etdiyi qul olmuş və Fəzlin Abbasilərə olan məhəbbətində kimsə şəkk etmirdi. Mə’mun isə əvvəla Cə’fər ibn Yəhya Bərməkinin qucağında böyümüş? Cə’fərin isə nüfuzu qardaşı Fəzldən qat-qat aşağı olmuşdur. İnkicisi də onun qəyyumu heç də Abbasilərin ürəyincə deyildi. Çünki Abbasilər onu Ələvilərə meyilli olmaqda müttəhim edirdilər. Üstəlik Mə’munun qəyyumu ilə Əminin qəyyumu Fəzl ibn Rəbi’ arasında son dərəcə kin-küdurət hakim idi. O? sonradan Mə’munun baş vəzir vəzifəsinə tə’yin etdiyi iranlı Fəzl ibn Səhl olmuşdur. Abbasilər iranlılardan qorxur və onların əlindən artıq boğaza yığılmışdılar. Buna görə də tez saraydakı bütün iranlıları (farsları) türk və başqa millətlərlə əvəz etdilər. 2-Əminin daha üstün mövqeyi Əminin hakimiyyətini möhkəmlətmək üçün fəaliyyət göstərən e’tibar edə biləcək çoxsaylı dost və dayaqları var idi. Bunlar onun dayıları? Fəzl ibn Yəhya Bərməki? bərməkilərin əksəriyyəti? anası Zibeydə? üstəlik ərəblər idilər. Bunların Harun ər-Rəşidi öz tə’siri altına alaraq ölkənin siyasi idarəçiliyində mühüm rol oynayan nüfuzlu şəxslər olmasını nəzərə aldıqda? artıq təbii məsələdir ki? Harun onların qarşısında aciz qalıb nəticədə onların göstərişinə uyğun olaraq vəliəhdlik məqamına kiçik oğlu Əmini seçməli? böyük oğlu Mə’munu isə Əmindən sonrakı vəliəhd tə’yin etməlidir. Əminin birinci vəliəhd olmasında bəlkə də (dayısı) İsa ibn Cə’fərin yüksək mövqeydə durması? eləcə də Bəni-Abbasın nəsil təəssübkeşliyi əsas rol oynamışdır. Əlbəttə, bu məsələdə əsas rol oynayan Zibeydə olmuşdur ki? o da öz növbəsində məsələni oğlu Əminin xeyrinə başa çatdırmışdı. Bundan əlavə ərəblər arasındakı nəsil təəssübkeşliyi də çox güman ki? Harunun Əmini Mə’mundan üstün tutmasında öz işini görmüşdü. Tarixçilərdən bə’ziləri bu məsələyə aşağıdakı ifadə ilə toxunmuşlar: “Hicrətin yüz yetmiş altıncı ilində Harun ər-Rəşid Mə’munun qardaşı Əmindən sonra vəliəhd olacağı haqda qərar çıxarır. Mə’mun yaş cəhətdən bir ay qardaşı Əmindən böyük idi. Ancaq Əmin Cə’fər qızı Zibeydədən? o (yəni? Zibeydə) isə Haşimi qadınlarından olmuşdur. Mə’mun isə Məracil adlı bir kənizdən olmuş? onun özü isə Mə’munu doğduqdan bir neçə gün sonra vəfat etmişdir. Mə’munun arxalandığı nə idi? Mə’munun atasının onu ikinci vəliəhd tə’yin etməsinə baxmayaraq bu? heç də Mə’munu gələcəkdə hakimiyyətə çatmağa arxayın etmirdi. Çünki o? nə vaxtsa qardaşı və digər Abbasi ə’yan-əşrafının və’dlərinə əməl etməyəcəklərindən qorxur və onların və’dlərinə sadiq qalacaqlarına arxayın deyildi. Belə olduğu halda Mə’mun öz mövqeyinin təhlükə qarşısında durduğunu görəndə başqalarına arxalana bilərdimi? Mə’mun hakimiyyətə necə çata bilər və hakimiyyətə çatdıqdan sonra onu necə qoruyub saxlaya bilər? Bunlar Mə’munun daima fikrində dolandırdığı suallar idi. O? son dərəcə diqqət? zirəklik və düşüncə ilə bu suallara cavab tapmalı? sonra isə həmin cavablara uyğun olaraq öz hərəkətini başlamalı idi. İndi isə Mə’munun müxtəlif dəstələr arasından hansına arxalana bilib intizarında olduğu (həm öz əleyhinə? həm də hökumətinə qarşı) təhlükələr zamanı əlbir ola biləcəyi dəstəni müəyyənləşdirmək üçün bu dəstələrin Mə’muna olan münasibətini araşdırırıq.
1-Ələvilərin Mə’muna olan münasibəti Mə’lum məsələdir ki? Ələvilər nə təkcə Mə’munun? eləcə də heç bir Abbasi xəlifəsinin hakimiyyətini qəbul etmirdilər. Çünki onların öz arasında hakimiyyətə gəlməyə daha layiqli olan şəxslər var idi. Bundan da əlavə Mə’munun mənsub olduğu sülalələyə (Bəni-Abbasa) Əli(ə)-ın övladları daha çox nifrət bəsləyirdilər. Çünki onlar Ələvilərə Bəni-Üməyyənin etdiyi zülmdən də çox əzab-əziyyət etmişdilər. Bəni-Abbasın Ələvilərin qanını necə axıtdığını? onların əmlakını necə qəsb etdiyini? yurd-yuvalarından necə didərgin saldığını? bir sözlə, daima onları müxtəlif növ əzab-əziyyətlərə mə’ruz qoyduğunu çox yaxşı bilirik. Mə’mun üçün isə bu çirkin ləkə kifayət idi ki? o? nübüvvət ağacının bütün qol-budaqlarını qırıb bir neçə imamın kökünü kəsmiş Harunun oğludur.
2-Ərəblərin Mə’muna və yaratdığı sistemə münasibəti Ərəblər də Mə’munun hakimiyyətinə boyun əymirdilər. Bu da onunla əlaqədar idi ki? öncə qeyd etdiyimiz kimi onun anası? tərbiyəçisi və qəyyumu-hamı qeyri-ərəb olmuşdur. Ərəblər isə əsassız təəssübkeşlikləri nəticəsində digər millətləri (Qur’an və Peyğəmbər(s)-buyurduğunun əksinə olaraq) öz nökərləri bilir? təbii ki? Mə’munun bu cür olması da ərəblərin bu təəssübkeşliyinə uyğun gəlmirdi. Xüsusən də iranlılar gözəl iste’dadları nəticəsində elmi və siyasi məqamları ələ keçirərək meydanı məğrur ərəblərə çox dar tutmuşdular. Belə olduğu halda isə mə’lumdur ki? ərəblər iranlılara və eləcə də onlarla əlaqə saxlayan hər hansı bir şəxsə düşmən kəsiləcəklər. Buna görə də ərəblər Mə’muna qarşı nifrət bəsləyirdilər.
3-Əmini öldürmək və arzuların boşa çıxması Əmini öldürmək zahirdə Mə’mun üçün nizami bir qələbə sayılsa da bu ölüm onun plan və məqsədinin əleyhinə yönəlmiş mənfi reaksiyalardan kənar olmamışdır. Mə’munun özünü xatircəm etmək üçün istifadə etdiyi metodlar xüsusilə bu reaksiyalara mə’ruz qaldı. O Əmini öldürmək əmrini Tahirə tapşırır? Əminin kəsilmiş başını onun hüzuruna gətirən şəxsə isə (şükr səcdəsi yerinə yetirdikdən sonra) bir milyon dirhəm pul bağışlayır. Sonra da əmr verir ki? qardaşının kəsilmiş başını bir çubuğa keçirib sarayın qarşısından assınlar? qoy məvacibini almağa gələn hər bir şəxs əvvəl onun başına lə’nət göndərib sonra pulunu alsın. Mə’mun bunlarla da kifayətlənməyib əmr edir ki? Əminin kəsilmiş başını Xorasanda gəzdirsinlər. Sonra onu İbrahim ibn Mehdinin yanına göndərərək onu danlayır ki? nəyə görə Əmin üçün əzadarlıq edirsən? Bu hadisələrdən sonra Abbasilərdən? ərəblərdən və hətta digər camaatdan nə gözləmək olardı? Onların Mə’muna münasibəti necə olardı? Ən azı bunu deyə bilərik ki? Mə’mun qardaşını öldürüb bu cür nifrətli hərəkətlər etməklə öz şöhrətini ləkələyir? camaatın e’timadından uzaqlaşaraq onların (istər ərəb? istərsə də qeyri-ərəb) nifrətini qazanırdı.
Çıxılmaz bir mövqe Deyilənlərdən əlavə Mə’munu hakimiyyətə gətirib çıxaran xorasanlılar da indi ondan üz döndərmiş? bu isə onun üçün böyük bir təhlükə yaratmışdı. Vəziyyətin belə olduğunu görən Ələvilər Mə’munla qardaşı arasında gedən mübarizəni fürsət bilib öz fəaliyyətlərini daha da genişləndirməyə? sıralarının sayını artırmağa başlayırlar. İndi Ələvilərin aşağıda qeyd etdiyimiz müxtəlif yerlərdə qaldırdığı qiyamları nəzərə almaqla Mə’munun düşdüyü çıxılmaz mövqeyi təsəvvür edə bilərsiniz.
Ələvilərin qiyamları Bir vaxtlar Mə’munun tərəfdarları sırasında olmuş Əbus-Səraya Kufədə qiyam qaldırır. Onun ordusu qarşılaşdığı hər hansı bir ordunu məğlub edir? hər hansı şəhərə çatırdısa? oranı ələ keçirirdi. Deyilənə görə Əbus-Sərayanın qiyam qaldırdığı gündən e’dam olunduğu günə qədərki on ay müddətində xəlifənin iki yüz min əsgəri öldürülmüşdür. Osmanın tərəfdarlarının mərkəzi olan Bəsrə şəhərində də Ələvilər himayə olunur? nəticədə Zeydün-nar qiyam qaldırır. Məkkə və Hicaz ətrafında Dibac ləqəbi ilə məşhur olub Əmirəl-mö’minin adlandırılan Məhəmməd ibn Cə’fər qiyam qaldırır. Yəməndə İbrahim ibn Musa ibn Cə’fər xəlifəyə qarşı qiyam qaldırır. Mədinədə Məhəmməd ibn Süleyman ibn Davud ibn Həsən qiyam qaldırır. Əhalisinin əksəriyyəti əsasən Osmanın tərəfdarları olan Vasitdə Cə’fər ibn Zeyd ibn Əli və Hüseyn ibn İbrahim ibn Həsən ibn Əli qiyam qaldırır. Mədinədə də Məhəmməd ibn İsmail ibn Məhəmməd qiyam edir. Bir sözlə? elə bir yer qalmamışdı ki? orada Ələvilərdən biri ya öz istəyi ilə? ya da camaatın tələbi əsasında Abbasilərə qarşı qiyam qaldırmasın. İş o yerə çatmışdı ki? Bəni-Üməyyə və Bəni-Mərvan tərəfdarları kimi tanınmış Beynün-nəhreyn və Şam əhalisi də Əbus-Sərayanın dostu olan Məhəmməd ibn Məhəmməd Ələvinin tabeçiliyinə keçərək Əbus-Sərayaya məktub yazıb bildirir ki? sənin əmrini almaq üçün qasidinin yolunu gözləyirik.1
Çoxcəhətli çıxış yolu Mə’mun başa düşmüşdü ki? bu çətinliklərdən çıxmaq üçün aşağıdakı təbdirləri həyata keçirməlidir: 1)–Ələvilərin qaldırdığı qiyamları yatırtmaq. 2)–Abbasilər hökumətini şər’i hökumət kimi tanımaları barədə Ələvilərdən e’tiraf almaq. 3)–Ələvilərin camaat arasındakı hörmətini aradan aparmaq. 4)–Ərəblərin xəlifəyə e’timadını doğrultmaq. 5)–Öz hökumətinin Xorasan əhalisi və eləcə də bütün iranlılar tərəfindən qanuni hökumət kimi qəbul etdirilməsi. 6)–Abbasiləri və onların tərəfdarlarını razı salmaq. 7)–Camaatın Mə’muna olan e’timadını gücləndirmək. Çünki Mə’mun qardaşını öldürməsi nəticəsində camaatın özünə olan e’timadını azaltmışdı. 8)–Ən əsası isə onu çox hörmətli bir şəxs tərəfindən gözləyən təhlükədən uzaq olmaq. Bəli? Mə’mun imam Riza(ə)-dan həddən artıq qorxu hissi keçirir və özünü o həzrətin təhlükəsindən amanda saxlamaq istəyirdi. Beləliklə də imam Riza(ə)-ın vəliəhd seçib onu hakimiyyətdə şərik etməklə bütün bu məqsədlər tə’min olunurdu. Çünki (Ələvilərin başında duran) imam Riza(ə)-ı hakimiyyətə şərik qoşmaqla bütün Ələvilər silahlarını yerə qoyacaq? şüarlarına son qoyaraq qaldırdıqları qiyamlar nəticəsində camaat arasında qazandıqları hörməti itirməli olacaqdılar. Digər tərəfdən də Mə’mun Əhli-beyt tərəfdarı olan xorasanlıların yanında hörmət qazanacaq və qardaşını öldürməsini belə əlaqələndirəcək ki? guya hakimiyyəti onun əsl sahibinə (yə’ni, imam Riza(ə)-a) qaytarmaq üçün qardaşını öldürmüşdür. Bunların hamısından əsası isə bu idi ki? imam Riza(ə)-ı Mərv şəhərinə gətizdirib onun işlərini nəzarət altına almaqla onun təhlükəsindən amanda qalmaq tə’min olunurdu. Qalırdı təkcə ərəblərlə Abbasilər ki? onlara da iranlılar və Ələvilərin köməyi ilə müqavimət göstərmək olardı. Şübhələr və cavablar Əldə olan fakt və sübutlar Mə’munun imam Riza(ə)-ın vəliəhd seçilməsi məsələsinə olan sədaqətini şübhə altına salır. Əgər Mə’mun doğrudan da imam Riza(ə)-ı vəliəhd seçirdisə bəs onda: 1) Nə üçün Mə’mun imam Riza(ə) Mədinədə olarkən bu işi həyata keçirmir və onu mə’murlar vasitəsilə Mərvə gətizdirir? Halbuki o? Mərvdə ola-ola İmam(ə)-ın adından xütbə oxuyub özü o həzrətin nümayəndəsi kimi İranı idarə edə bilər? İmam(ə) özü nübüvvət mərkəzində qala-qala Peyğəmbər(s)-in xəlifəlik məqamına nail olardı. 2) Nəyə görə İmam(ə)-ı Kufə və Qum yolu ilə deyil? məhz çətin? isti və yorucu olan Bəsrə? Əhvaz və Fars şəhərlərindən böyük Lut səhrasından Xorasan və Mərvə gələn yolla gətirilməsini əmr edir? Halbuki Kufə və Qumda imam Riza(ə) daha yaxşı qarşılanar və Mə’munun məqsədi üçün daha geniş zəmin yaranardı. 3) Nəyə görə İmam(ə)-a xəlifəlik təklifini etdiyi ilk müzakirələrdə imam Riza(ə)-dan sonra imam Mühəmməd Təqi(ə)-ı yox? məhz özünü vəliəhd tə’yin edir? Heç olmasa bu məsələni (imam Riza(ə)dan sonra vəli’əhd tə’yin edilməsi məsələsini) imam Riza(ə)-ın ixtiyarına buraxaydı. 4) İmam(ə)-ın vəliəhd olması (özü də bu şərtlə ki? o həzrətin hökumət işlərinə heç bir qarışacağı olmayacaq) İslam ümmətini həqiqətə nə qədər yaxınlaşdıra bilərdi? Bunu da nəzərə almaq lazımdır ki? İmam(ə) Mə’mundan təxminən iyirmi yaş böyük olmuş və təbii ki? adi hesablamalara əsasən o həzrət Mə’mundan tez vəfat edəcək? nəticədə hakimiyyət heç vaxt Ələvilərə çatmayacaq. 5) Əgər Mə’mun sidq ürəkdən hərəkət edirdisə? bəs onda nəyə görə İmam(ə) vəliəhdliyi qəbul etmək istəmədikdə onu təhdid edərək güclə vəliəhdliyi qəbul etdirir? 6) Nəyə görə imam Riza(ə) (hər hansı səbəb üzündən) şəhid olduqda Mə’mun eynilə imam Riza(ə)-a qarşı göstərdiyi münasibəti imam Cavad(ə)-a göstərdiyi halda onu vəliəhd tə’yin etmir? 7) Nə üçün Mə’mun böyük Fitr namazında imam Rza(ə)-ı yoldan qaytarıb camaatın axınının o həzrətə qoşulmasının qarşısını alır? 8) Nə üçün Mə’mun özü Mərvdən Bağdada gedərkən imam Riza(ə)-ı Mərvdə saxlamayıb özü ilə aparır? Əgər o həzrət həqiqətən də vəliəhddirsə? Mərvdə qalıb ölkənin bu hissəsini idarə etməyinin nə eybi var idi? Bunlar bir sıra suallardır ki? ilk baxışda ola bilər sadə görünsün? ancaq bir az diqqət yetirdikdə mə’lum olur ki? Mə’mun bu işdə heç də sidq ürəkdən addım atmayıb? əksinə? onu bu addımı atmağa məcbur edən başqa səbəblər olmuşdur.

|