Bizim kitablar:






 


İMAM MÜHƏMMƏD TƏQİ(Ə)-IN HƏYATI

İmam Mühəmməd Təqi(ə)-ın həyatı
barədə qısa mə’lumat
Doqquzuncu imamın adı Mühəmməd? künyəsi Əbu Cə’fər? ləqəbi Təqi və Cavad olmuş? hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur.1 Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan2 Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu.3 Belə ki? imam Riza(ə) o xanımı pak? nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.4
İmam Cavad(ə)-ın atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş? iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş4 və Bağdadın Qüreyş qəbiristanlığında babası imam Kazim(ə)-ın məzarının yanında dəfn olunmuşdur.

İmam Cavad(ə)-ın müasiri olmuş xəlifələr
İmam Mühəmməd Təqi(ə) (imam Cavad) imam olduğu müddət ərzində iki Abbasi xəlifəsi ilə? yə’ni Mə’mun (193-218 h.q) və Mö’təsimlə (218-227 h.q) bir dövrdə yaşamışdır. Adı çəkilən xəlifələrin hər ikisi o həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Mə’munun imam Riza(ə) barədə icra etdiyi siyasəti davam etdirib onu paytaxtda saxlayaraq nəzarət altına almışlar.


Xeyir-bərəkətli bir təvəllüd
İmam Riza(ə)-ın ailəsində və eləcə də şiələr arasında imam Cavad(ə) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdı. Bu barədə Əbu Yəhya Sən’ani deyir: “Bir gün imam Riza(ə)-ın yanında idim. Bu vaxt o həzrətin azyaşlı uşağı Cavad(ə) bizim yanımıza gəldi. İmam Riza(ə) buyurdu ki? şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”5
Deyilənlərə görə imam Riza(ə) müxtəlif münasibətlərdə? yeri gəldikcə öz əziz oğlunu bu cür yad edirdi. Belə ki? bu məsələ artıq şiələrin hamısına bəlli idi. İbn Əsbat və Əbbad ibn İsmayıl adlı iki şiənin dediyinə görə bir dəfə onlar imam Riza(ə)-ın hüzurunda olarkən həzrət Cavad(ə)-ı onların yanına gətirirlər. Onlar imam Riza(ə)-dan soruşurlar ki? bu? həmin dediyiniz xeyir-bərəkətli uşaqdır? İmam Riza(ə) onların cavabında buyurur: “Bəli? bu? İslamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır.”1
Əbu Yəhya Sən’ani deyir: “Məkkədə olarkən imam Riza(ə)-ın hüzuruna getdim. Gördüm ki? o həzrət banan soyub oğlu Cavad(ə)-a verir. O həzrətə dedim: “Bu? həmin xeyir-bərəkətli uşaqdır?” O həzrət cavab verdi ki? bəli? bu? həmin uşqadır ki? İslamda onun kimisi və şiələrimiz üçün ondan xeyirlisi doğulmamışdır.”2
İlk baxışda bu hədisdən belə başa düşülə bilər ki? imam Cavad(ə) şiələr üçün bütün imamlardan daha xeyirlidir. Xeyr, bu belə deyildir. Çünki əldə olan sübutlar göstərir ki? bu hədisdən məqsəd imam Cavad(ə)-ın doğularkən şiələrə xüsusi xeyir-bərəkət ərməğan etməsidir. Belə ki? imam Riza(ə)-ın dövrü xüsusi bir mərhələ olmuş və o həzrət özündən sonrakı imamı tə’yin etməkdə keçmiş imamların heç birinin üzləşmədiyi bir sıra çətinliklərlə üzləşmişdir. Çünki bir tərəfdən imam Kazim(ə)-ın şəhadətindən sonra Vaqifilər adlanan bir dəstə şiə maddi məqsədə görə imam Riza(ə)-ın imamətini qəbul etməmiş? digər tərəfdən də o həzrətin (imam Riza(ə)-ın) təxminən qırx yeddi yaşına qədər uşağı olmaması Peyğəmbərdən olan hədisdə şiə imamlarının sayının on iki nəfər olub onların doqquzunun imam Hüseyn(ə)-ın nəslindən olacağı fikrinə əsasən həm o həzrətin öz imamətini? həm də imamətin davam edəcəyini sual altına salırdı. Vaqifilər də məhz bu məsələni bəhanə gətirib imam Riza(ə)-ın imamətini qəbul etməkdən imtina edirdilər. Hüseyn ibn Qiyama Vasitinin bu barədə imam Riza(ə)-a etdiyi e’tiraz və o həzrətin ona verdiyi cavab bu məsələyə tam bir sübutdur. Vaqifilərin başçılarından olan Hüseyn ibn Qiyamə3 imam Riza(ə)-ı sonsuz qələmə verib ona yazdığı məktubda deyir: “Sənin uşağın olmadığı bir halda necə imam ola bilərsən?” imam Riza(ə) onun cavabında yazır: “Sən haradan bilirsən ki? mənim uşağım olmayacaq? And olsun Allaha? bir neçə gün keçməz Allah mənə haqqı batildən ayıran bir övlad verər.”1 Hüseyn ibn Qiyamənin (və eləcə də digər vaqifilərin) bu təbliğ metodu təkcə bununla kifayətlənmir? bu məsələyə müxtəlif münasibətlərdə dəfələrlə işarə edilirdi. İmam Riza(ə) da öz növbəsində onların bu sözlərini? bu “sübutlarını” cavabsız qoymurdu.2 Nəhayət? imam Cavad(ə)-ın doğulması bu ixtilafa son qoyur? beləliklə də imam Riza(ə) və şiələrin bu sahədəki mövqeyi möhkəmlənir? nəticədə şiəliyin e’tibarı artır.3
Vaqifilər və imamət nəslinin düşmənlərinin bu barədə olan vəsvəsələri o dərəcəyə yetişmişdi ki? hətta imam Cavad(ə)-ın anadan olması ilə vaqifilərin bəhanəsinin kəsilməsinə baxmayaraq imam Riza(ə)-ın bə’zi qohumları (həsəd? paxıllıq və düşmənçilikləri nəticəsində) həzrət Cavad(ə)-ın o həzrətin oğlu olmamasını iddia etdilər. Onlar insanlığa yaraşmayan və İslamdan uzaq olan bu töhmətlərində öz gizli fikirlərini üzə çıxarmaq üçün ata ilə oğul arasında sifət rənginin oxşarlığının olmamasından başqa heç bir bəhanə tapmadılar. İmam Cavad(ə)-ın rənginin qarabuğdayı olmasını bəhanə gətirib dedilər: “Bizim aramızda rəngi qarabuğdaya olan bir imam olmamışdır!” İmam Riza(ə) onların cavabında buyurur: “O? mənim oğlumdur.” Onlar dedilər: “Peyğəmbər fizionomika (insanın əhvalını üzünün ifadəsi və bədənin hərəkətləri ilə tə’yin etmə üsulu) ilə mühakimə edərdi. Bizimlə sənin aranda da (bu uşağın səndən olub-olmamısı barədə) fizionomiklər hökm verməlidirlər.” İmam Riza(ə) (məcbur olub) buyurdu: “Siz onların (fizionomiklərin) ardınca adam göndərin? ancaq onlara nə üçün də’vət etdiyinizi deməyin. Mənə qalsa bu işə əsla əl atmaram.” Bir gün qərar qoyulduğu kimi imam Riza(ə)-ın əmi? qardaş və bacıları bir bağda oturur? o həzrətin özü isə geniş və yun paltar geymiş? başına papaq qoyub çiyninə bel atmış halda bağı belləməklə məşğul idi. Sanki o həzrət bağbandır deyə oradakılara heç bir qarışacağı yox idi. Bu vaxt imam Cavad(ə)-ı gətirib fizionomiklərdən oturanların arasından onun atasını tə’yin etmələrini istəyirlər. Fizionomiklərin hamısı bir nəfər kimi dedi ki? onun atası burada yoxdur? ancaq bu oturan onun atasının əmisi? bu? öz əmisi? bu da bibisidir. Əgər atası da buradadırsa? onda mütləq (imam Riza(ə)-a işarə edərək) çiynində bel tutub bağın ortasında dayanan o kişi olmalıdır. Çünki onların ikisinin də baldırı eyni cürdür. Bu vaxt imam Riza(ə) gəlib onların yanında oturur. Fizionomiklərin hamısı deyirlər ki? onun atası bu kişidir. Bunun ardınca imam Riza(ə)-ın əmisi Əli ibn Cə’fər yerindən qalxıb imam Cavad(ə)-ın dodaqlarından öpərək dedi: “Şəhadət verirəm ki? sən Allah dərgahında mənim imamımsan.”1
Beləliklə, imamətlə düşmən olanların Allah nurunu söndürmək üçün qurduqları planlar bir daha boşa çıxır və Allah-taala yenidən onları rüsvay edir.

Azyaşlı imam
İmam Cavad(ə) uşaq olarkən imamət məqamına yetişmiş ilk imam olduğundan o həzrətin həyatını mütaliə edərkən irəli çıxan ilk sual bu olur ki? kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məs’uliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də belə bir hadisə olubmu?
Bu sallara cavab vermək üçün nəzərə almaq lazımdır ki? düzdür? insanın əqli və cismi cəhətdən ömrünün özünəməxsus ən çiçəkləndiyi dövrü vardır və insan həmin vaxta yetişdikdə əql və cismi ən kamil həddə çatır? ancaq nə eybi var ki? hikmət və yenilməz qüdrət sahibi olan Allah bə’zi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşəriyyət tarixində lap qədim dövrlərdən belə bu ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarındaykən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı izah etmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək.
Qur’ani-Kərim həzrət Yəhya(ə)-ın peyğəmbərliyi və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq? peyğəmbərlik) verdik.”2
Bə’zi təfsirçilər qeyd etdiyimiz ayədə “hikmət” sözünü iste’dad və bilik mə’nasına? bə’ziləri isə onu peyğəmbərlik mə’nasına təfsir etmişlər. İkinci versiyanı Üsuli-kafi kitabında olan hədislər də qəbul edir. O hədislərdən biri də imam Baqir(ə)-ın qeyd etdiyimiz ayədəki “hikmət” sözünü həzrət Yəhya(ə)-ın uşaq ikən peyğəbmər seçilməsinə aid edərək buyurmasıdır: “Həzrət Zəkəriyya(ə)-ın vəfatından sonra oğlu Yəhya(ə) onun kitab və hikmətini ondan irs aparır. Bu isə məhz Allah-taalanın Qur’anda “Ey Yəhya! Kitabdan bərk yapış! (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!) Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq? peyğəmbərlik) verdik” -deyərək buyurmasıdır.”1
Uşağın dil açıb danışması üçün bilirik ki? təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki? həzrət İsa(ə) dünyaya gəldiyi ilk günlərdə hələ beşikdə olarkən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də ciddi töhmətlərə mə’ruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan aparmışdır. Halbuki bu cür danışmaq? özü də belə bir məfhuma malik söz demək yalnız böyüklərin əlindən gələ bilər. Qur’ani-Kərim İsa(ə)-ın sözlərini bu cür açıqlamışdır: “(Allahdan bir mö’cüzə olaraq körpə (İsa(ə) ) dilə gəlib dedi: “Mən? həqiqətən? Allahın quluyam (bəndəsiyəm.) O? mənə kitab (İncil) verdi? özümü də Peyğəmbər etdi. O? harada oluramsa olum? məni mübarək (həmişə hamıya xeyir verən? dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyimi tövsiyə buyurdu. O? həmçinin məni anama qarşı olduqca itaətkar (və nəvazişkar) etdi? (heç kəsə qarşı) zülmkar? asi (dikbaş) eləmədi.”2
Qeyd olunanlardan belə nəticəyə gəlirik ki? imamlardan qabaq da digər mö’min insanlar bu İlahi ne’mətdən bəhrələnmiş və bu? təkcə imamlara xas bir şey olmamışdır.

Bu barədə imamların buyurduqları
İmamların həyatını mütaliə etdikdə mə’lum olur ki? bu məsələ imamların? xüsusən də imam Cavad(ə)-ın öz dövründə də daima müzakirə mərkəzinə çevrilmiş? onlar da eynilə bu sübutla irad tutanlara cavab vermişlər. İndi nümunə üçün oxucuların diqqətini bu barədə olan üç rəvayətə cəlb edirik:
İmam Riza(ə) və imam Cavad(ə)-ın səhabələrindən olmuş Əli ibn Əsbat deyir: “Bir gün imam Cavad(ə)-ın hüzuruna getdim. Görüş zamanı o həzrətin üzünə diqqətlə baxıb Misirə getdikdən sonra onun tərəfdarları üçün simasını təsvir etmək üçün sifətini yadımda saxlamaq istəyirdim. Elə bu vaxt sanki ürəyimdəkini oxumuş imam Cavad(ə) mənimlə üz-üzə əyləşib mənə diqqət edərək buyurdu: “Ey Əli ibn Əsbat! Allah-taalanın imamət məsələsində gördüyü iş eynilə peyğəmbərlik məsələsində gördüyü iş kimidir. Allah-taala həzrət Yəhya(ə) barədə buyurur ki? Biz onu uşaq ikən peyğəmbər etdik? həzrət Yusif(ə) barədə buyurur ki? Yusif gəncliyin ən yetkin dövrünə çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik?1 həzrət Musa(ə) barədə buyurur ki? Musa yetkinləşib kamilləşəndə ona hikmət (peyğəmbərlik) və elm verdik.2 Deməli? insana qırx yaşında hikmət və elm əta edən Allah onu uşaq yaşlarında da insana əta edə bilər.”3
İmam Riza(ə)-ın səhabələrindən biri deyir: “Bir dəfə Xorasanda imam Riza(ə)-ın hüzurunda idik. Orada onlardan biri İmam(ə)-a dedi ki? ey mənim ağam? (Allah eləməsin) birdən sizin başınıza bir iş gəlsə? biz sizdən sonra kimə müraciət edək? O həzrət buyurdu: “Oğlum Cavada.” Bunu deyəndə həmin şəxs imam Cavad(ə)-ın yaşının az olduğunu bildirdi. İmam Riza(ə) buyurdu: “Allah-taala həzrət İsa(ə)-ı Cavaddan da kiçik yaşlarında peyğəmbər və yeni şəriət sahibi qərar vermişdi.”4
İmam Riza(ə) Müəmmər ibn Xəllad adlı səhabəsinə buyurur: “Mən Cavadı öz yerimdə əyləşdirib onu öz canişinim tə’yin etmişəm. Biz elə bir nəsildənik ki? kiçiklərimiz hər şeyi böyüklərimizdən irs aparır.”