| |
İMAM MÜHƏMMƏD TƏQİ(Ə)-IN HƏYATI
Əqidə çaşqınlığı Kiçik yaşında ikən imamət məqamına nail olmağın mümkünlüyü haqqında kifayət qədər danışılsa da imam Cavad(ə)-ın yaşının az olması məsələsinin söz-söhbəti səngimək bilmirdi. Bu söz-söhbətdə nə təkcə bir çox adi şiələrin? eləcə də bə’zi şiə alimlərinin payı var idi. Buna görə də imam Riza(ə)-ın şəhadətindən sonra imamətin imam Cavad(ə)-ın öhdəsinə düşdüyü bir dövrdə şiələr (xüsusilə adi şiələr) çox təhlükəli? o vaxta qədər misli görünməmiş bir əqidə çaşqınlığı ilə üzləşir və imam Cavad(ə)-ın yaşının az olması böyük bir müşkülə çevrilmişdi. Hicri tarixi ilə dördüncü əsr alimi ibn Rüstəm Təbəri yazır: “O? (imam Cavad(ə) ) altı yaş bir neçə aylıq olarkən Mə’mun onun atasını şəhid edir? nəticədə şiələr çaş-baş qalır? camaat arasında fikir müxtəlifliyi yaranmağa başlayır.”1 Bu məsələni həll etmək məqsədilə şiələr yığıncaqlar təşkil verib imam Cavad(ə) ilə görüşlər keçirir? o həzrətin imamət üçün lazım olan elmə malik olub-olmaması baxımından arxayın olmaq üçün ona suallar verir? o həzrətdən qəti və qaneedici cavablar aldıqda arxayınlaşırdılar. Tarixçilər bu barədə yazırlar: “Hicrətin iki yüz ikinci ili imam Riza(ə) vəfat edərkən imam Cavad(ə)-ın təxminən yeddi yaşı var idi. Buna görə də Bağdad və digər şəhərlərdə camaat arasında müxtəlif fikirlər yaranmağa başlayır. Rəyyan ibn Silət? Səfvan ibn Yəhya? Məhəmməd ibn Həkim? Əbdürrəhman ibn Həccac və Yunis ibn Əbdürrəhman bə’zi şiə başçıları ilə birlikdə Bağdadın “Zəlzəl gölməçəsi” adlı məhəlləsində Əbdürrəhman ibn Həccacın evində toplaşıb imam Riza(ə)-a əzadarlıq etdilər. Yunis məclisdəkilərə deyir: “Yetər ki əzadarlıq etdik? gəlin görək indi imamət kimin öhdəsinə düşür? Bu uşaq (imam Cavad(ə) ) böyüyənə qədər qarşımıza çıxan məsələlərdə kimə müraciət edək?” Bu vaxt Rəyyan ibn Silət ayağa qalxıb onun boğazından tutaraq möhkəm sıxır? onun baş-gözünə vuraraq qəzəblə deyir: “Sən bizim yanımızda özünü imanlı göstərir? həqiqətdə isə kafir olduğunu gizlədirsən? Əgər onun (imam Cavad(ə)-ın) imaməti Allah tərəfindəndirsə? onda bir günlük uşaq olsa belə yüz yaşlı kişi sayılar? yox? əgər imaməti Allah tərəfindən deyilsə? yüz yaşlı olsa da adi camaat kimi hesab olunar. Bu haqda yaxşı fikirləşin.” Rəyyan ibn Silətin çıxışından sonra məclisdəkilər Yunisi möhkəmcə danladılar.” O vaxt qarşıdan həcc mövsümü gəlirdi. Bağdad fəqih və alimlərindən səksən nəfəri həcc ziyarətinə çıxıb imam Cavad(ə) ilə görüşmək məqsədilə Mədinə şəhərinə gedirlər. Mədinəyə çatdıqda imam Sadiq(ə)-ın evinə getdilər. Bu vaxt imam Cavad(ə)-ın əmisi Abdullah ibn Musa içəri girib yuxarı başda oturur. Bir nəfər ayağa qalxıb deyir: “Bu? Peyğəmbər övladıdır? kimin sualı varsa? soruşsun.” Bir neçə nəfər ona suallar verdi? o isə onlara düzgün cavab vermir. Şiələr narahat oldular? fəqihlər nigaran halda ayağa qalxaraq dedilər: “Əgər Əbu Cə’fər bizim saullarımıza düzgün cavab verə bilsəydi? Abdullah ibn Musa bura gəlib bizə səhv cavablar verməzdi.” Bu vaxt məclisin yuxarı başındakı qapı açılır? Müvəffəq adlı bir xadim içəri girib deyir: “İmam Cavad(ə) gəlir.” Hamı ayağa qalxıb onu qarşılayaraq salam verdi. İmam daxil olub əyləşdi. Camaat hamısı sakit oturmuşdu. Sonra isə bir-bir hərə öz sualını o həzrətə verir. İmam Cavad(ə) onlara qəti və qaneedici cavablar verdikdə onlar sevinib o həzrəti dua edərək dedilər: “Sizin əminiz Abdullah bizə filan-filan cavabları verdi.” İmam Cavad(ə) (üzünü əmisinə tutub) buyurdu: “Əmi? sabah Allahın hüzurunda dayanıb O? sənə “ümmətin arasında səndən savadlısı ola-ola nə üçün bilmədiyin şeylər haqqında camaata hökm verirdin?” –deyə buyurduqda nə cavab verəcəksən?”1 Həmin il bu dəstənin arasında olmuş İshaq ibn İsmayıl deyir: “Mən də o həzrətdən sual soruşmaq üçün on məsələ hazırlamışdım. Həmin vaxt həyat yoldaşım hamilə idi. Öz-özlüyümdə dedim ki? əgər suallarıma cavab versə? ondan isətəyəcəyəm ki? Allah-taaladan həyat yoldaşımın bətnindəki uşağın oğlan olmasını istəsin. Camaat öz suallarını verib qurtardıqdan sonra mən də suallarımı demək üçün ayağa qalxdım. O həzrət məni görcək buyurdu: “İshaq? onun adını Əhməd qoyarsan.” Bu hadisədən sonra həyat yoldaşım bir oğlan uşağı doğur. Mən də onun adını Əhməd qoydum.”2 Beləliklə, imam Cavad(ə) ilə olmuş bu cür görüş? bəhs və müzakirələr şiələrə o həzrətin imam olduğuna dair arxayınlıq gətirir,? onların fikrindəki şəkk-şübhələri aradan qaldırır.
İmam Cavad(ə)-ın elmi müzakirələri Qeyd etdiyimiz kimi imam Cavad(ə) uşaq ikən imamət məqamına yetişmiş ilk imam olduğundan o həzrət bir sıra elmi müzakirələr təşkil etmiş? bə’zi vaxtlar həmin müzakirələr çox təntənəli şəkildə keçirilmişdir. Bu müzakirələrin təşkil edilməsinin əsas səbəbi o idi ki? bir tərəfdən o həzrətin yaşının az olmasına görə onun imam olması bir çox şiələr üçün hələ tam sübuta yetməmiş (baxmayaraq ki? şiələrin əsas alim və başbilənlərinin şiə əqidələrinə dair bu barədə heç bir şəkk-şübhəsi olmamışdır)? buna görə də arxayınlıq əldə etmək məqsədilə o həzrətə çoxlu sayda suallar verirdilər. Digər tərəfdən də imam Cavad(ə)-ın yaşadığı dövr Mö’təzilə məzhəbinin qol-budaq atıb genişləndiyi? nüfuz tapdığı bir dövr olmuş? yerli hökumət də onları himayə etmiş və bu məzhəbin əqidələrini möhkəmlətmək? digər məzhəblərin nüfuzunu salmaq üçün əlində olan bütün maddi və mə’nəvi imkanlardan istifadə edirdi. Mö’təzilə məzhəbinin əqidələri bəşərin naqis və səhv edən ağlına arxalanır. Mö’təzilə məzhəbində olanlar dini hökmləri ilk növbədə öz ağıllarına təqdim edir? ağılları qəbul edənə əməl edir? ağıllarının qəbul etmədiklərini isə kənara qoyurdular. Bir uşağın kiçik yaşlarından ümmətə rəhbər və imam seçilməsi onların ağlına sığmadığı üçün öz fikirlərində imam Cavad(ə)-ı elmi mübarizə meydanında məğlub edəcəklərini düşünüb o həzrətə çətin və dolaşıq suallar verirdilər. Ancaq bu müzakirələrin hər birində imam Cavad(ə) (imamət elmi sayəsində) öz qəti və aydın cavabları ilə özünün imam olması məsələsinin üzərindən bütün şəkk-şübhəni qaldırır? imam olduğunu və ümumiyyətlə imamət məsələsini isbat edirdi. Buna görə də daha imam Əli ən-Nəqi(ə)-ın imaməti dövründə (o həzrət də kiçik yaşlarında ikən imamət məqamına yetişmişdi) bu məsələ heç bir müşkül doğurmurdu. Çünki artıq hamıya mə’lum olmuşdu ki? yaşın az olması Allah tərəfindən verilmiş bu məqama heç bir tə’sir göstərə bilməz.
Yəhya ibn Əksəmlə1 elmi mübahisə Mə’mun Tus şəhərindən Bağdada köçdükdən sonra imam Cavad(ə)-a bir məktub yazıb onu Bağdada də’vət edir. Bu də’vət də imam Riza(ə)-ın Tus (Mərv) şəhərinə də’vət olunması kimi zahirdə könüllü? həqiqətdə isə məcburi bir səfər olmuşdur. İmam Cavad(ə) Mə’munun də’vətini qəbul edib Bağdada gedir. Bir neçə gündən sonra Mə’mun onu öz sarayına də’vət edərək ona qızı Ümm əl-Fəzllə evlənmək təklifini edir. İmam Cavad(ə) Mə’munun bu təklifi qarşısında sükut edir. Mə’mun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşür. O? təntənəli şəkildə bir məclis qurmaq istəyirdi. Lakin bu xəbərin Bəni-Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni-Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Mə’muna öz e’tirazlarını bildirib dedilər: “Bu nə işdir görürsən? Əli ibn Musa ər-Rizanın vəfat etdiyi və hakimiyyətin Bəni-Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə yol verə bilmərik. Aramızda olan neçə illik düşmənçiliyi unutmusan?” Mə’mun soruşur: “Bəs sizin fikriniz nədir?” Onlar dedilər: “O? uşaqdır və hələ elm və bilikdən xəbəri yoxdur.” Mə’mun dedi: “Siz bu ailəni yaxşı tanımırsınız? onların kiçiyi də? böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə? onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin? onda mənim dediklərimə inanarsınız.” Abbasilər alimlərin arasında (öz elmi ilə aləmə səs salmış) Yəhya ibn Əksəmi seçirlər. Mə’mun imam Cavad(ə)-ın elm və bilik səviyyəsini yoxlamaq üçün bir məclis təşkil edir. Həmin məclisdə Yəhya ibn Əksəm üzünü Mə’muna tutub deyir: “İcazə verirsən bu gəncə bir sual verim?” Mə’mun deyir: “Onun özündən icazə al.” Yəhya İmam(ə)-dan icazə istədikdə o həzrət buyurur ki? nə istəyirsən? soruş.” Yəhya deyir: “Həcc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü necədir?” İmam Cavad(ə) buyurur: “Həmin şəxs o heyvanı hərəmdən kənarda ovlamışdır? yoxsa hərəm daxilində? Ehram bağlamış şəxs ehram haqqında heyvan ovlanmasının haram olduğunu bilib? yoxsa yox? Heyvanı bilərəkdən ovlamışdır? yoxsa bilmədən? Heyvanı ovlayan şəxsin özü azad insan olub? yoxsa qul? Uşaq olmuşdur? yoxsa böyük? Birinci dəfədir bü cür iş görür? yoxsa bir neçə dəfə (bundan qabaq da) belə iş görüb? Ovladığı heyvan quşlar cinsinə aiddir? yoxsa quş deyil? Böyük heyvan olub? yoxsa kiçik? Gördüyü bu işdən peşman olub? yoxsa yox? Heyvanı gecə ovlayıb? yoxsa gündüz? Bağladığı ehram ümrə həccinin olub? yoxsa təməttü1 həccinin?” Bu məsələ barədə imam Cavad(ə)-ın müxtəlif hallar qeyd etməsinə heyran qalmış Yəhya ibn Əksəmin üzündə zəiflik hiss olunur? dili topuq vurmağa başlayır. Belə ki? bütün məclisdəkilər onun imam Cavad(ə)-ın qarşısında aciz olduğunu açıq-aşkar hiss edirlər. Bu vaxt Mə’mun deyir: “Şükr olsun Allaha ki? mənim fikirləşdiyim düz çıxdı.” Sonra isə üzünü öz qohum-əqrəbasına tutub deyir: “Qəbul etmədiyiniz həqiqəti indi anladınızmı?”1
Ehram bağlamış şəxsin heyvan ovlamasının müxtəlif hallarının hökmü Məclisdə gedən müzakirədən sonra camaat çıxıb gedir? təkcə xəlifənin yaxın qohum-əqrəbası qalır. Mə’mun imam Cavad(ə)-a üzünü tutub deyir: “Başına dönüm? yaxşı olar ki? ehram bağlamış şəxsin heyvan ovlaması üçün qeyd etdiyiniz müxtəlif halların hökmlərini bəyan edəsiniz? biz də öyrənək.” İmam Cavad(ə) buyurdu: “Bəli? əgər ehram bağlamış şəxs hərəmdən kənarda heyvan ovlayarsa və ovladığı heyvan böyük quşlardan olarsa? bir qoyun kəffarə verməlidir? yox? əgər hərəmin daxilində ovlamışdırsa? kəffarəsi iki bərabərdir. Əgər hərəmdən kənarda quşun balasını öldürmüşdürsə? süddən təzəcə ayrılmış bir quzu kəffarə verməlidir? əgər həmin quş balasını hərəmin daxilində öldürmüşsə? onda həm süddən təzəcə ayrılmış bir quzu? həm də həmin heyvanın pulunu kəffarə verməlidir. Əgər ovladığı çöl heyvanlarındandırsa? bunun müxtəlif halları ola bilər. Vəhşi ulağı öldürmüşdürsə? bir inək? dəvəquşu öldürmüşsə? bir dəvə? ceyran öldürmüşsə bir qoyun kəffarə verməlidir. Ancaq bu şərtlə ki? bunları hərəmdən kənarda öldürmüş olsun. Əgər bunları hərəm daxilində öldürərsə? onda qeyd etdiklərimizin iki bərabərini kəffarə verməlidir. Ehram bağlamış şəxs elə bir iş görə ki? qurbanlıq (bu qurbanlıq kəffarə ünvanındadır) ona vacib ola? əgər bu vaxt o? təməttö həccindədirsə? qurbanı Minada kəsməlidir? yox əgər ümrə həccindədirsə? onda qurbanı Məkkənin özündə kəsməlidir. Ehram halında heyvan ovlamağın haram olmasını bilənlə bilməyənin heç bir fərqi yoxdur? ancaq bilərəkdən öldürmüşsə? (kəffarədən əlavə) günah da etmişdir? bilmədən öldürmüşsə? heç bir günahı yoxdur (və sadəcə olaraq yalnız kəffarə verməlidir). Ehram halında heyvan ovlamış (öldürmüş) şəxs azaddırsa? kəffarəsi öz boynuna? quldursa, kəffarəsi sahibinin boynunadır. Ehram halında heyvan öldürmüş şəxs uşaqdırsa? ona heç bir kəffarə düşmür? böyükdürsə kəffarəsini verməlidir. Gördüyü bu işdən peşman olan şəxsə (bu işinə görə) axirət əzabı yoxdur? ancaq işindən peşman olmayan şəxsə isə bu işinə görə axirət əzabı var.”1 Baş qazı heyran qalır (İmam Cavad(ə)-ın bu sözündən sonra) Mə’mun deyir: “Afərin? ey Cavad! Allah sənə xeyir versin. İndi yaxşı olar ki? Yəhya ibn Əksəm sənə sual verdiyi kimi sən də ona bir sual verəsən.” İmam Cavad(ə) Yəhyaya buyurur: “Soruşum?” Yəhya deyir: “Başına dönüm? ixtiyar sahibi sizsiniz? əgər bilsəm? cavabını deyərəm? bilməsəm də sizdən öyrənərəm.” İmam Cavad(ə) buyurur:“Mənə de görüm necə olur ki? bir kişi sübh tezdən bir qadına baxır və bu baxmağı haram olur? ancaq elə ki günəş çıxır həmin qadın o kişiyə halal olur. Günorta olduqda yenə qadın kişiyə haram olur? günortadan keçcək yenə halal olur. Günəş batdıqda qadın kişiyə haram olur? axşam olduqda isə yenə halal olur. Gecə yarısı olcaq qadın kişiyə haram olur? dan yeri söküləndə yenə qadın halal olur? Bu hansı qadındır və nəyə görə kişiyə halal və haram olur?” Yəhya ibn Əksəm deyir: “Allaha and olsun ki? mən bu sualın cavabını bilmirəm. Əgər məsləhət bilirsinizsə? onun cavabından bizi xəbərdar edin.” İmam Cavad(ə) buyurdu: “Bu qadın bir kişinin kənizi olub? sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur? elə ki? günəş çıxır həmin kişi kənizi sahibindən alır? beləliklə də kəniz ona halal olur. Günorta olduqda kənizi azad edir? o da artıq kişiyə haram olur. Günortadan keçdikdə onunla evlənir və qadın halal olur. Günəş batarkən öz qadını ilə zihar (qanuni nikahlarını özlərinə haram) edir? buna görə də qadın ona haram olur? axşam vaxtı isə ziharın kəffarəsini verərək qadını yenidən özünə halal edir. Gecə yarısı olcaq ona təlaq verir (onu boşayır) və qadın ona haram olur? dan yeri söküldükdə isə təlaqını geri götürür? beləliklə də qadın ona halal olur.”2
İmam Cavad(ə)-ın tükənməz elmindən nümunələr 1-İmam Cavad(ə)-ın fətva verməsi və saray fəqihlərinin rüsvay olması İmam Cavad(ə) qeyd etdiyimiz iki elmi mübahisədən əlavə bə’zi vaxtlar öz imamət elmi sayəsində müxtəlif yollarla saray alim və fəqihlərinin savadsızlığını və özünün onlardan üstün olduğunu sübut edir? beləliklə də imamətə əqidə bəsləmək fikrini camaatın fikrində canlandırırdı. Bu baxımdan o həzrətin bir oğrunun barmaqlarının haradan kəsilməsi barədə verdiyi fətvanı nümunə göstərmək lazımdır. Hadisə bu cür baş verir. Bağdad şəhərinin qazısı ibn Əbu Duadla dostluq etmiş Zurqan1 deyir: “Bir gün ibn Əbu Duad xəlifə Mö’təsimin məclisindən çox narahat halda geri dönür. Narahatlığının səbəbini soruşduqda deyir: Bu gün Allahdan istədim ki? kaş iyirmi il bundan qabaq ölmüş olaydım. Dedim: Nəyə görə? Xəlifə Mö’təsimin məclisində imam Cavad(ə) tərəfindən başıma gələn hadisəyə görə. Məgər nə baş vermişdir? Bir nəfər gəlib oğurluq etməsi barədə e’tiraf edərək xəlifədən ona İlahi hədd icra etməklə günahını yumaq istədi. Xəlifə bütün fəqihləri yığıb imam Cavad(ə)-ı da çağırtdıraraq bizdən soruşdu: “Oğrunun əli haradan kəsilməlidir?” Mən dedim ki? biləkdən kəsilməlidir. Xəlifə dedi: “Hansı əsasa görə deyirsən?” Mən dedim: “Çünki təyəmmüm barədə olan ayədə “torpaqdan üzünüz və əllərinizə sürtün”2 deyildikdə “əlləriniz” sözündən “biləklərə qədər” mə’nası başa düşülür.” Bu barədə bə’ziləri mənimlə həmfikir olub mən deyəni dedilər? bə’ziləri isə mən deyənlə razılaşmayıb bildirdilər ki? oğrunun əli dirsəkdən kəsilməlidir. Xəlifə onlardan bunu hansı əsasa görə demələrini soruşduqda cavab verdilər ki? dəstamaza aid olan ayədə “üzünüzü və əllərinizi dirsəklərinizlə birgə yuyun”3 deyildikdə “əlləriniz” sözündən məqsəd “dirsəyə qədər” mə’nasıdır. Sonra xəlifə Mö’təsim üzünü imam Cavad(ə)-a tutub dedi: “Bu barədə sənin fikrin nədir?” O dedi: “Bunlar fətva verdilər? məni üzürlü say.” Mö’təsim israr edib onun da öz fikrini bildirməsi üçün ona and verir. Mühəmməd ibn Əli (imam Cavad(ə) ) dedi: “İndi ki and verirsən? onda öz fikrimi deyərəm. Bunlar hamısı səhv deyirlər. Çünki oğrunun yalnız barmaqları kəsilməlidir.” Mö’təsim dedi: “Hansı əsasa görə?” O cavab verdi: “Peyğəmbər buyurmuşdur ki? səcdə bədənin yeddi üzvünün vasitəsi ilə yerinə yetirilir: alın? əllərin iki ovucu? iki dizlər? ayaqların iki baş barmaqları. Buna əsasən oğrunun əli bilək? yaxud dirsəkdən kəsilərsə? onda namazın səcdəsini yerinə yetirmək üçün onun əli qalmır. Həmçinin Allah-taala buyurmuşdur: “Şübhəsiz ki? bütün səcdəgahlar (səcdə üçün lazım olan yeddi bədən üzvü) Allaha məxsusdur. Heç kəsi Allaha şərik qoşmayın.”1 Elə isə Allaha məxsus olan şeyi kəsmək olmaz.” Mö’təsim onun cavabını bəyənib oğrunun barmaqlarını kəsdirir. (Biz məclisdəkilərin hüzurunda rüsvay olduq.) Mən elə oradaca (son dərəcə narahatçılıq və rüsvayçılıq nəticəsində) Allahdan özümə ölüm arzuladım.”

|