AŞURA günü oruc tutmaq olarmı?!

Sual:
AŞURA günü oruc tutmaq olarmı?! Deyilənə görə hədislərdə İmamlardan da Aşura günü oruc tutulması barədə hədislər var.

 

Cavab:
Bu barədə geniş izah üçün vaxtın azlığını nəzərə alaraq “Əhli-beyt əqidəsinin müdafiəçisi” adı ilə tarixdə məşhur olan Əllamə Məclisinin araşdırmasının yekununu nəzərinizə çatdırıram.
400-dən artıq qiymətli kitabın, o cümlədən 110 cildlik “Biharul-ənvar” kitabının müəllifi olan  Əllamə Məhəmməd Baqir Məclisi “Üsuli-Kafi” kitabına şərh olaraq yazdığı “Miratuq uqul fi şərhi əxbaru Alir Rəsul” adlı 27 cildlik nəfis əsərinində yazır:

والأظهر عندي : أن الأخبار الواردة بفضل صومه محمولة على التقية
. وإنما المستحب الإمساك على وجه الحزن إلى العصر لا الصوم
كما رواه الشيخ في المصباح عن عبد الله بن سنان عن أبي عبد الله عليه السلام أنه
قال صمه من غير تبييت وأفطره من غير تشميت ولا تجعله يوم صوم كملا ،
وليكن إفطارك بعد ( 1 ) العصر بساعة على شربة من ماء ( 2 ) الخبر .
وبالجملة : الأحوط ترك صيامه مطلقا

“Aşura gününün orucu ilə əlaqədar araşdırmanın nəticəsi budur ki, Aşura günündə oruc tutulmasını deyən cəmi bir neçə hədis var, o hədislərin hamısı təqiyyə (qorxu) halında söylənilmişdir. (Təqiyyə həyatın təhlükədə olan zamanında soruşulan sözdə həqiqəti gizlətməkdir.) (Qalan bütün hədislərdə Aşura günü oruc tutmaq qadağan edilir)
Müstəhəbdir ki, hər bir insan Aşura günündə öz qəm-qüssəsini nümayiş etdirmək məqsədi ilə günortadan sonrayadək yemək-içməkdən çəkinsin. Necə ki, Şeyx Tusi “əl-Misbah” kitabında Abdullah ibn Sənandan nəql edir ki, İmam Cəfər Sadiq əleyhissalam buyurdu: “Əgər Aşura günü oruc tutsan heç bir niyyət etmə (yəni eləcə ac qal) və əgər yemək yesən də heç bir niyyət etmə (yeməyi də qəm-kədərlə ye). Həqiqi orucu tutma. Oruc tutmuş (niyyətsiz ac qalmış) olsan günortadan sonra yeməyini ye. Hətta bir az su işməklə olsa belə aclığını sındır.” və hədis davam edir.
Yekun budur ki, Aşura günü oruc tutmaq ümumiyyətlə (istər niyyətli, istər niyyətsiz) gərək tərk edilsin (tutulmasın). ”

Miratuq uqul fi şərhi əxbaru Alir Rəsul” 16-cı cild 361-ci hədis

 

Müctehidlərin hökmləri:
Bu Hökmlər “tözihul məsail” risalələrində Oruc hissəsində “haram və məkruh oruclar”fəslindədir.
Ayətullah Vəhid Xorasani: “Aşura günü vacib ehtiyata əsasən oruc tutmaq olmaz.”
Ayətullah Lənkərani: “Aşura günü oruc tutmaq bəyənilmir, lakin yaxşı olar ki, insan əsr vaxtına qədər yemək və içməkdən çəkinsin.”
Ayətullah Xamenei: “Aşura günü oruc tutmaq məkrhdur (bəyənilmir).”
Ayətullah Sistani: “Aşura gününün orucu məkruhdur” 1717-ci məsələ
Ayətullah Məkarim Şirazi: “Aşura gününün, habelə Ərəfə ya Qurban günü olmasında şəkk olan günün orucu məkruhdur.” 1469-cu məsələ

İslamda ər və arvadın hüquqları

 

AİLƏ HÜQUQU

Ər və arvadın qarşılıqlı hüquqları Quranda və rəvayətlərdə lazımınca qeyd olunmuşdur. Belə ki, bu hüquqlara nəzər salarkən, onların İslamın möcüzələrindən olduğu qənaətinə gəlmək olar. Çünki heç bir din ər və arvad hüquqlarına bu şəkildə toxunmamışdır. Qiyamətə qədər də İslamdan qeyri heç bir din belə bir gücə malik olmayacaqdır.

 

Bu qarşılıqlı hüquqların bir hissəsi vacib, digər bir hissəsi isə müstəhəbdir. Vacib hüququn tərk olunması qarşı tərəfin keçmədiyi surətdə qiyamət əzabına səbəb olur. Müstəhəbin tərk olunması isə həyatın şirinliyini azaldır.

 

Bu vacib və müstəhəb hüquqların böyük bir hissəsi «Vəsail» kitabının 20, 21 və 22-ci cildlərində qeyd olunmuşdur. Burada həmin hüquqlara ehtiyac olduğu qədərincə toxunur, digər hissəsinin mütaliəsini isə oxucuların öz öhdəsinə qoyuruq.

 

Öncə təbərrük olaraq, bu mövzuda bir neçə Quran ayəsini qeyd etmək istərdik:

 

«Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin» (Nisa surəsi, 19)

«Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır».

 

«Onların zövcələri barəsində nə hökm etdiyimizi, əlbəttə, bilirik»( Əhzab surəsi, 50).

 

İshaq ibn Əmmar deyir: «Həzrət Sadiqdən (ə) soruşdum: «Qadının kişi üzərində olan haqqı nədir? Hansı ki, onu həyata keçirdikdə əməlisaleh olur». İmam (ə) buyurdu: «Qadının kişi üzərində olan haqqı onu lazımınca qidalandırmaq, geyimlə təmin etmək və xanım səhv etdikdə bağışlamaq». Daha sonra belə buyurdu: «Atamın daim onu incidən bir xanımı var idi. Lakin atam onu bağışlayırdı».

 

İmam Sadiq (ə) həzrəti Peyğəmbərdən (s) nəql edir: «Vəhy əmini (Cəbrayıl) qadını o qədər tapşırdı ki, mən talağın yalnız zina olduqda caiz olduğunu sandım»; «Allah arvadı ilə öz arasındakı bütün məsələlərə lazımınca riayət edən şəxsə rəhmət etsin. Çünki ailə qurmağı Allah insana bəxş edərək, kişini qadının himayəçisi etmişdir»; «Ailəsinin hüquqlarını pozan şəxs Allahın rəhmətindən uzaqdır»; «Sizin ən yaxşınız ailəsi üçün ən yaxşı olanınızdır. Mən ailəm üçün sizin hamınızdan yaxşıyam»; «İnsanın ailəsi onun ixtiyarındadır. Allah yanında ən yaxşı şəxslər, ixtiyarında olanlarla yaxşı davrananlardır».

 

“İslamda ailə”-Hüseyn Ənsariyan