Fələstində daha bir ailənin yaşadığı çadır yandırıldı

İordan çayının qərb sahilində yəhudilər fələstinli ailəyə məxsus bir çadırı yandırıblar.

İslamAz.com xəbər verir ki, FaktXəbər-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, fələstinli Yusif Keabine açıqlamasında, yəhudilərin Ramallahın şərqindəki Ayn Samiyə bölgəsinə gələrək, yaşadıqları çadırı yandırdığını bildirib.

Yəhudilərin Dumada olduğu kimi ailəsini yandırmağı planlaşdırdığını bildirən Keabine, “Bizi evilərimizdən çıxarmaq istəyirlər. Hücumlara qarşı heç bir təhlükəsizlik tədbirimiz yoxdur”, – deyib.

 

Keabine yəhudilərin həmçinin bəzi yerlərə ibrani dilində şüarlar yazdığını da deyib.

Rejimin polis sözçüsü Lupa Əs-Samri tərəfindən verilən yazılı açıqlamada bildirilir ki, Ayn Samiyə ətrafındakı qayalıqlara ibrani dilində şüarlar yazılıb. Şüarlarda “intiqam” və “işğal” kimi ifadələr yer alıb.

Bu isə İsrailin Fələstinin ərazilərini işğal etdiyinə və yeni hücumların baş verəcəyinə işarədir.

Qeyd edək ki, yəhudilər İordan çayının qərb sahilində davamlı şəkildə fələstinlilərə və evlərinə müxtəlif hücumlar həyata keçirir.

Məhz bu hücumlar nəticəsində iyul 31-də 18 aylıq körpə yanaraq dünyasını dəyişmiş, ata və 4 yaşlı digər uşaqları ağır yaralanmışdı. Ata Saad Devabişe müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdi.

İslamAz.com

Leave a Comment